Neyrobiologiya haqqında məlumat və onun öyrənilməsi üsulları. 1-ci mövzu Neyro


Download 24.16 Kb.
bet1/2
Sana04.04.2023
Hajmi24.16 Kb.
#1326140
  1   2
Bog'liq
Movzu 1


Neyrobiologiya haqqında məlumat və onun öyrənilməsi üsulları.
1-ci mövzu
Neyro -sinir sistemi orqanizmin ən mühüm və mürəkkəb anatomik və fizioloji sistemi olub, xarici aləm haqqında duyğu üzvlərdən gələn sensor məlumatların qavranmasında, agrı və həzz kimi hissləri duymaqda, hərəkətləri idarə etməkdə, daxili üzvlərin funksiyalarının tənzimində böyük rol oynayır. İnsanda nitq, təfəkkür və yaddaş kimi mürəkkəb psixi proseslər bilavasitə sinir sisteminin fəaliyyəti ilə bağlıdır. Sinir sisteminin mərkəzi baş beyin və onurğa beynidir ki, bu iki orqan birlikdə mərkəzi sinir sistemi (MSS) adlanır. O, bədənin başqa hissələrində yerləşən bütün sinir şəbəkəsinə periferik sinir sisteminə və onun vasitəsilə orqanizmin bütün funksiyalarına nəzarət edir. Periferik sinir sistemi ancaq mərkəzi sinir sisteminə sensor siqnalların ötürülməsinə və mərkəzi sinir sisteminin hərəki siqnallarını bədənin əzələlərinə və diqər orqanlarına çatdırılmasında mühüm rol oynayır, bu sinir aparatı nə hissi siqnalların təhlilində nə də oyandırıcı hərəkət siqnallarının yaranmasında faktiki olaraq bir o qədər də əhəmiyyət kəsb etmir. Bu iki proses və daha çox başqa mürəkkəb sinir prosesləri neyro- mərkəzi sinir sistemində həyata keçirilir.
İnsanda onurğa beynindən belin aşağı hissəsinə qədər onurğanın içərisində uzanan uzunluğu 40 sm-ə çatan, təxminən silindrik formada olan sinir toxumasının nazik telindən ibarətdir.O, neyronların yığınından və sinir liflərinin dəstələrindən təşkil olunmuşdur. Sinir hüceyrələrinin yığımı-boz maddə onurğa beyin sütunun daxilində yerləşir və en kəsiyində H hərfi formasında görünür. Onurğa beyinin əsas iki funksiyası var: 1-si o, baş beyin ilə periferik sinir sistemi arasında iki tərəfli keçirici (nəqledici) sistem vəzifəsi daşıyir. Bu funksiya hissi və hərəki neyronların köməyilə yerinə yetirilir ki, onların lifləri uzun dəstələr şəklində baş beynin müxtəlif hissələrindən çıxır. 2-ci funksiya- bu orqanizmin sadə reflektor fəaliyyətinə nəzarət etməkdir. Xaricdən alınan hər hansı təsir, dəridə olan ağrı reseptorları hissi sinir lifləri vasitəsilə oyanmanı onurğa beyininə göndərir. Bu impulsların bir hissəsi baş beyin yarımkürələrinə çatır ki, nəticədə orqanizmdə həmin təsirə qarşı cavab reaksiyası verilir.
Uzunsov beyin baş beyinlə onurğa beynin birləşdiyi yerdədir və hər ikisi ikitərəfli sıx anotomik və funksional əlaqələr saxlayır, orta beyin və Varol körpüsü sahəsi ilə birlikdə baş beynin kötük hissəsini əmələ gətirir. Baş beyinin bu törəmələri ürək yığılmalarının tezliyi, qan təzyiqi, tənəffüs, udma, öskürmə, mədə və bağırsağın şirə ifrazı və b. hərəkətləri kimi fizioloji hadisələrə nəzarət edir. Arxa beyinin ən böyük strukturu beyincikdir. O, özünəməxsus tərzdə qurulmuş, qabıq formasına və bir neçə qabıqaltı nüvələrə malikdir. Beyinin bu hissəsi onurğa beyni ilə birbaşa və ya dolayı olaraq sinir əlaqələrindədir. Beyinciyin əsas funksiyası bədənin hərəkətləri ilə əlaqədardır. Bəzi tədqiqatcilar belə hesab edirlər ki, beyinciyin qabıq hissəsində, hətta görmə, eşitmə, üzvünün, orta nahiyyədə isə görmə üzvün siqnallarına həssas olan mərkəzlər cəmləşmişdir.
Baş beyin MSS-nin ən mürəkkəb, həm də çox funksiyalı mərkəzlərdən biridir. O, beyinin ən böyük hissəsidir, əsl beyin hesab olunur. İnsanda daha çox inkişaf etmişdir və idarəetmə, tənzimlənmə, xarici mühitə orqanizmin qarşılıqlı əlaqə və təsirlərinin təşkili sferasında, yaddaş, təfəkkür, şüur kimi proseslərin təşəkkülü və həyata keçirilməsində, ali sinir fəaliyyətində başlıça rol oynayır. Beynin digər hissələri impulsları analiz və sintez üçün məhz buraya ötürlər. Baş beyin yarımkürələri iki hissədən ibarətdir. Bu hissələr zahirən və anatomik nöqteyi- nəzərdən bir-birinə oxşasa da funksional cəhətdən fərqli (assimetrik) strukturlardır.
Sağ yarımkürə bədənin sol hissəsinin növlərini, əsasən də əzələ aparatlarını, sol yarımkürə isə bədənin sağ hissəsinin üzvlərini, ilk növbədə əzələ fəaliyyətini idarə edir.
MSS-nin incə quruluşu və fizioloji xassələri müxtəlif metodlarla öyrənilir. Müasir elm MSS-nin fizioloji xüsusiyyətlərini təsdiq etmək üçün bir çox qədim zamanlardan indiyədək fizioloji tədqiqatlarda tətbiq olunan üsüllardan istifadə edir.

Download 24.16 Kb.

Do'stlaringiz bilan baham:
  1   2




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling