Neyrobiologiya haqqında məlumat və onun öyrənilməsi üsulları. 1-ci mövzu Neyro
Download 24.16 Kb.
|
1 2
Bog'liqMovzu 1
- Bu sahifa navigatsiya:
- Kimyəvi üsul
- Soyutma üsulu
- Refleks üsulu
- Patoloji-anatomok üsul
Ekstripasiya üsülu-çox qədim zamanlardan indiyədək fizioloji tədqiqatlarda tətbiq olunan üsullardan biridir. Beyin yarımkürələr qabığının, beyinciyin və s. hissələrin çıxarıldıqdan sonra MSS-nin fəaliyyətində baş verən dəyişikliklər öyrənilir.
Kəsiklər aparmaq üsulu –MSS-nin müxtəlif şöbələri bir- birindən kəsiklər vasitəsilə ayrılır. Bu üsuldan adətən neyrocərrahəyədə müdafiə məqsədi ilə istifadə olunur. Qıcıqlanma üsulu elektrik cərayanı ilə qıcıqlandırma MSS-i fəaliyyətini tədbiq etməklə əsas yer tutur. İlk dəfə 1870-ci ildə İ.M. Seçenovun şagirdi A.Tişetski qurbağa üzərində, Frits və Hitsiq məməli heyvanlar üzərində, daha sonralar V.Y. Danilevski, V.M.Bexterex və digər tədqiqatçılar göstərmişlər ki, beyin qabığında müəyən şöbələrin zəif elektrik cərəyanı ilə qıcıqlandırılması müxtəlif növ hərəki reaksiyalar əmələ gətirir. Məlum olur ki, beyin yarımkürələr qabığı səthınə elekrodların düşməsindən asılı olaraq insanda müxtəlif hissiyatlar, isti, soyuq, sancma, işıq, səs, qoxu və s. hisslər meydana çıxır. Kimyəvi üsul ilk dəfə İ.M.Seçenov tərəfindən tədqiq edilmişdir. MSS-nin bir çox tədqiqatları zamanı kimyəvi maddələrə qıcıqlandırma üsulundan da həmçinin geniş istifadə olunur. Yeridilmiş maddə beyinə diffuz şəkildə yayılaraq təsir göstərir və lazimi nahiyənin kimyəvi əsasları haqqında məlumat almaq mümkün olur. Soyutma üsulu MSS-in təqbiqi üçün son zamanlar geniş yayılmış tədqiqat üsuludur. Bu üsulun üstün cəhəti ondan ibarətdir ki, soyutmanı dayandırmaqdan sonra toxuma öz əvvəlki vəziyyətini bərpa edir. Elektro-fizioloji üsul mərkəzi və mühit sinir sisteminin ayrı-ayrı nahiyələrində əmələ gələn biocərayanların gərginliyini ölçmək, qeyd etmək və müşahidə etməklə toxumaların fəaliyyəti haqqında mühakimə yürüdülür. Bu üsul ilə aparılan tədqiqatlar sayəsində isbat edilmişdir ki, MSS-in bütün şöbələrində və ucqar sinir düyünlərində daima elekrik cərəyanı əmələ gəlir. Refleks üsulu İ.P.Pavlov tərəfindən beyin qabığının fəaliyyəti və onda baş verən hadisələri dərindən araşdırmaq mümkün olmuşdur. Təkamül- fizioloji üsul bütün canlilar yüz min illərdən bəzi davam edən təkamül hadısəsinin məhsulu olduğu kimi sinir sistemində çox uzun inkişaf yolu keçmişdir. Təkamül prosesini öyrənməklə sinir sisteminin fəaliyyətinin xüsusiyyətləri, dəyişkənliyi və s. aydınlaşdırılır. Patoloji-anatomok üsul MSS-in fəaliyyətini öyrənmək məqsədilə tətbiq edilən ən qədim üsullardandır. Beyində gedən patoloji dəyişikliklər məsələn, yaralanma, şiş, zədələnmə və ş. kimi patoloji-anatomik və histoloji analizlərin köməyi ilə ətraflı öyrənilir. Download 24.16 Kb. Do'stlaringiz bilan baham: |
1 2
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling