Основные термины информационной безопасности


Download 1 Mb.
Pdf ko'rish
bet72/119
Sana13.11.2023
Hajmi1 Mb.
#1771114
1   ...   68   69   70   71   72   73   74   75   ...   119
Offset track 
Kompensasiya cığırı – surətçıxarma əleyhinə qorunma metodunun 
bir hiss
əsi kimi diskə qeyri-standart mövqeyə yazılan cığır. 
 
One-time pad
Bird
əfəlik bloknot – Vernam şifri də adlanan kriptosistem, tam 
t
əsadüfi generasiya olunan bitlər sətrindən istifadə edir. Açar axının 
uzunluğu açıqmətnin uzunluğuna bərabərdir. Şifrmətni almaq üçün 
açıq mətn və açar axını bitləri XOR əməlindən istifadə etməklə 
toplanır. Belə sistem mütləq düzümə malikdir. Əsasən hərbi və 
diplomatik m
əqsədlər üçün istifadə edilir. Əsas nöqsanı – açarların 
idar
ə edilməsindəki çətinliklərdir. 
One-time signature
Bird
əfəlik imza – istənilən məlumat üçün rəqəmsal imzanın yalnız 
bir d
əfə istifadə edilə biləcəyi rəqəmsal imza sxemi, hər yeni 
m
əlumat üçün yeni açar cütü istifadə edilir. Belə sxemin üstünlüyü 
– yüks
ək sürət, nöqsanı – böyük həcmdə informasiya (açıq açarlar) 
n
əşr etmək zərurətidir, çünki açar cütü yalnız bir dəfə istifadə edilir. 
One-way function
Biristiqam
ətli funksiyalar – biristiqamətli funksiyaların varlığı 
indiy
ədək isbat edilməyib. Məlumatın şifrlənməsi üçün 
biristiqam
ətli funksiyalar istifadə edilmir, çünki onların köməyilə 
şifrlənmiş mətni hətta şifrləyən şəxs belə aça bilmir. Şifrləmə üçün 
m
əxfi girişli biristiqamətli funksiyalar istifadə edilir.
 
One-way trapdoor function 
M
əxfi girişli biristiqamətli funksiyalar– əsasında məxfi açarların 
mübadil
əsi və açıq açarlı kriptosistemlər təklif edilmişdir. Belə 
funksiyaların tədqiqi əsasən aşağıdakı istiqamətlər üzrə aparılır: 
− diskret loqarifm məsələsi – Diffi-Helman sxemi, DSA və s. 


86 
− tam ədədlərin vuruqlara ayrılması məsələsi – RSA və s. 
− səhv düzəldən kodlar – Mak-Ellis sxemi, Niderrayter sxemi və s. 
− NP-tam məsələlər – "çanta" məsələsi və s. 
− elliptik əyrilərdə diskret loqarifm məsələsi – ECDSA və s. 

Download 1 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   68   69   70   71   72   73   74   75   ...   119




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling