96
Q
Quantum Key Distribution (QKD)
Aç
arların kvant paylanması – açar materialının optik lifli rabitə
x
ətti ilə ötürülməsi metodu. Açar bitləri impuls lazeri tərəfindən
buraxılan işıq fotonlarının paylanması ilə kodlaşdırılır.
Kvant
fizikasının fundamental qanunlarına görə (Heyzenberqin
qeyri-
mü
əyyənlik prinsipi) kvant sisteminin xassələrini
pozmadan onun
ölçülm
əsini aparmaq olmaz. Bunun sayəsində açar materialının gizli
ələ keçirilməsini və ya aktiv müdaxiləni istisna edən etibarlı kanal
formalaşdırılır.
Quantum Cryptography
Kvant kriptoqrafi
yası – 1984-cü ildə
açarların kvant paylanması
sistemi il
ə meydana çıxıb. Hazırda açarların kvant paylanması ilə
yanaşı təhlükəsiz birbaşa kvant rabitəsi, kvant axın şifrləməsi,
kvant
steqanoqrafiyası, kvant açarlar infrastrukturu, kvant rəqəmsal
imzası mövzularında da tədqiqatlar aparılır.
97
R
Rainbow series
Göy
qurşağı seriyası – ABŞ Müdafiə Nazirliyi tərəfindən
informasiya t
əhlükəsizliyi üzrə nəşr edilmiş standartlar seriyası.
Random Number Generator (RNG)
T
əsadüfi ədədlər generatoru – ədədlərin əvvəlcədən bilinməyən
ardıcıllığını yaratmaq üçün istifadə edilən proses. Əgər qiymətlərin
tam toplusunda h
ər bir qiymətin seçilməsi bərabər ehtimallıdırsa,
onda bel
ə qiymətlər təsadüfi hesab edilir.
Do'stlaringiz bilan baham: