76
L
Layer 2 Tunneling Protocol (L2TP)
İkinci səviyyədə tunel protokolu – virtual xüsusi şəbəkələrin
yaradılması üçün istifadə edilən protokol. PPTP və L2F
protokollarının nöqsanlarını aradan qaldırmaq üçün IETF tərəfindən
işlənmişdi. Autentifikasiya üçün PAP protokolundan istifadə edir.
Kriptoqrafik mühafiz
əni gücləndirmək üçün
IPSec protokolunun
elementl
ərindən istifadə edir.
Layer 2 Forwarding Protocol (L2F)
İkinci səviyyədə ötürmə protokolu – virtual xüsusi şəbəkələrin
yaradılması üçün istifadə edilən protokol. Cisco Systems şirkətinin
f
əal iştirakı ilə yaradılmışdı. PPTP protokolundan əsas fərqi – IP
protokolu il
ə işləyən şəbəkələrdən istifadənin məcburi olmamasıdır.
L2F protokolu
Frame Relay v
ə ATM şəbəkələrində mühfizəli
tunell
ər yaratmağa imkan verir. PPTP protokolundan digər fərqi
eyni zamanda bir neç
ə birləşməni dəstəkləməsidir. Autentifikasiya
üçün PAP, TACACS+ v
ə RADIUS protokolları istifadə edilir.
Least privilege
Minimum imtiyaz
− subyektin giriş hüquqlarının yalnız səlahiyyət
verilmiş tapşırıqların icrası üçün lazım olan giriş hüquqları ilə
m
əhdudlaşdırılması. İnformasiya təhlükəsizliyi sisteminin təşkilinin
əsas prinsiplərindən biridir. Hər bir subyekt onun qarşısında
qoyulmuş məsələlərin həlli üçün minimal mümkün imtiyazlar
çoxluğuna malik olmalıdır. Bu prinsipə əməl edilməsi bəd niyyət,
s
əhv və imtiyazların icazəsiz istifadəsi nəticəsində mümkün
pozuntulardan qoruyur.
Do'stlaringiz bilan baham: