Основные термины информационной безопасности
Download 1 Mb. Pdf ko'rish
|
Münd
əricat Giriş..................................................................................................4 A……………………………………………………………………7 B…………………………………………………………………..16 C…………………………………………………………………..23 D…………………………………………………………………..44 E…………………………………………………………………...52 F…………………………………………………………………...56 G……………………………………………………………….….61 H……………………………………………………………….….63 I……………………………………………………………….…...65 J……………………………………………………………….…...73 K……………………………………………………………….….74 L……………………………………………………………….…..76 M………………………………………………………………..…78 N…………………………………………………………….….…82 O……………………………………………………….….………84 P……………………………………………………………..…….88 Q…………………………………………………………….….…96 R………………………………………………………………..…97 S……………………………………………………………….…101 T…………………………………………………………….....…112 U……………………………………………………................…117 V……………………………………………………................…118 W……………………………………………………...........……120 X………………………………………………………............…124 Z…………………………………………………….............……125 Qısaltmalar....................................................................................126 Ədəbiyyat…………………………………………………..........158 4 Giriş Az ərbaycan dili milli dövlətçiliyin başlıca rəmzlərindən biridir. Az ərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli s ərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinin zənginləşməsi v ə tətbiqi imkanlarının genişləndirilməsi istiqamətində aparılan işlərin yeni səviyyəyə qaldırılmasını tələb edir. Müst əqillik illərində Azərbaycan dilinin funksional imkanlarının inkişafı istiqamətində məqsədyönlü dövlət siyasəti həyata keçirilmişdir və Azərbaycan dili dövlət və cəmiyyət həyatın bütün sah ələrində, o cümlədən ictimai-siyasi və elmi-texniki sahədə geniş istifad ə edilir. Nəticədə müasir Azərbaycan dilinin leksik sistemində terminl ərin xüsusi çəkisi olduqca böyükdür. Terminl ərə ümumişlək sözlərdən daha çox ehtiyac var. Elmin və texnikanın istənilən sahəsi öz ifadəsini terminlərdə tapır. Terminlər informasiya əldə etmək və paylaşmaq, bilik qəbul etmək və ixtisası m ənimsəmək alətidir. Terminologiyanı mənimsəmədən heç bir elm sah əsini öyrənmək olmaz. Məlumdur ki, informasiya ana dili vasit əsilə daha sürətlə qəbul edilir (dekodlaşdırma prosesi) və ötürülür (kodlaşdırma prosesi). Standartlaşdırılmış terminologiya d əqiq ünsiyyət imkanı yaradır, səhv başa düşülmə və səhv interpretasiyadan qaçmağa kömək edir və ünsiyyətin keyfiyyətini yüks əldir. Müasir dünyada elmi-texniki bilikl ərin artması nəticəsində dill ərdə meydana çıxan sözlərin 90%-dən çoxunu xüsusi sözlər təşkil edir. B əzi elmlərdə terminlərin sayının artma sürəti ümumişlək sözl ərin sayının artma sürətini qabaqlayır və bəzi elmlərdə terminl ərin sayı qeyri-xüsusi sözlərin sayından çoxdur. Terminologiya qloballaşma və sürətli elmi-texniki tərəqqi şəraitində xüsusi əhəmiyyət qazanır. Hazırda dünyada 20 mindən çox terminoloji standart mövcuddur. Onların əsas hissəsi inkişaf etmiş sənaye ölkələrində yaradılmış milli standartlardır. Bundan 5 başqa, beynəlxalq standartlar, regional standartlar, şirkətlərin və beyn əlxalq təşkilatların standartları da vardır. Bir sıra böyük şirkətlər terminologiyanın menecmetinə şirkətin qloballaşma strategiyasının t ərkib hissəsi kimi baxırlar, şirkətin standart terminologiyasından istifad əni korporativ mədəniyyətin vacib komponenti kimi qəbul edirl ər. Qloballaşma şəraitində terminologiya strateji resursdur və ölkənin inkişafında vacib rol oynayır. Ölkə vətəndaşlarının səmərəli iqtisadi, texniki v ə elmi ünsiyyət bacarıqları düzgün və standartlaşdırılmış terminologiyadan istifad ə ilə inkişaf etdirilir. İstənilən ölkənin terminologiya t əcrübəsi müxtəlif sahələrdə ünsiyyəti genişləndirir və r əsmi dilin funksional dil imkanları inkişaf edir. Bel əliklə, terminologiya ölkədə iqtisadi, siyasi, elmi, texniki ünsiyy əti təmin edən vahid informasiya fəzasının yaradılmasına imkan ver ən inteqrasiya faktorlarından birinə çevrilir. Bunu nəzərə alaraq, yuxarıda istinad edilən Dövlət Proqramı terminologiya sah əsində kompleks tədbirlərin həyata keçirilməsini nəzərdə tutur. H ər bir predmet sahəsində inkişafla əlaqədar terminlərin sayı artır, bu informasiya təhlükəsizliyi sahəsində daha sürətli və dinamikdir. İnformasiya təhlükəsizliyi sahəsində yeni terminlərin sür ətlə meydana çıxması mütəxəssislər qarşısında bir sıra ciddi termin şünaslıq problemləri qoyur. İnformasiya təhlükəsizliyi sah əsində vahid anlayışlar sisteminin (terminlərin və təriflərin) yaradılması informasiya təhlükəsizliyi üzrə elmi tədqiqatların prioritet probleml əri sırasına daxil olur. İnformasiya təhlükəsizliyi üzrə terminlərin formalaşmasında bir c əhəti xüsusilə vurğulamaq lazımdır. AMEA İnformasiya Texnologiyaları İnstitutunda AMEA-nın həqiqi üzvü, akademik Rasim Əliquliyevin bilavasitə rəhbərliyi altında informasiya t əhlükəsizliyi sahəsində 20 ildən artıq müddətdə elmi-tədqiqat işləri aparılır. Həmin müddət ərzində informasiya təhlükəsizliyi üzrə 10- dan çox f əlsəfə doktoru hazırlanmışdır. İnstitutun Tədris-İnnovasiya M ərkəzində bir sıra dövlət təşkilatlarının əməkdaşları üçün münt əzəm kurslar təşkil olunur. Eyni zamanda, institut əməkdaşları 6 bir sıra ali məktəblərdə informasiya təhlükəsizliyinin müxtəlif istiqam ətləri üzrə mühazirələr və seminar məşğələləri aparırlar. Az ərbaycan dilində informasiya təhlükəsizliyinin müxtəlif istiqam ətləri üzrə ona yaxın kitab nəşr olunmuşdur. Sadalanan bütün prosesl ərdə müzakirələr azərbaycan dilində aparılmışdır və bunlar informasiya t əhlükəsizliyi üzrə terminlərin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Qeyd etm ək lazımdır ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyind ə (RYTN) fəaliyyət göstərən Standartlaşdırma üzrə “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi (TK 05) t ərəfindən mövcud beynəlxalq standartlar əsasında bir sıra informasiya t əhlükəsizliyi standartları işlənmişdir və bu standartlarda da bir sıra informasiya təhlükəsizliyi terminlərinə t əriflər verilir. T əqdim olunan vəsaitdə informasiya təhlükəsizliyi üzrə elmi və kütl əvi ədəbiyyatda rast gəlinən 600-dən çox ingilis dilli termin toplanmışdır və onların azərbaycan dilində tərcüməsi variantı verilm işdir. Terminlər informasiya təhlükəsizliyi üzrə elmi və praktiki f əaliyyətin əsas istiqamətlərini əhatə edir. Aydındır ki, bu v əsait çərçivəsində informasiya təhlükəsizliyi üzrə terminlərin kiçik bir hiss əsini əhatə etmək mümkün olmuşdur. Download 1 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling