Основные термины информационной безопасности
Download 1 Mb. Pdf ko'rish
|
Blackout of 2003 2003-cü il elektrik kəsintisi – Şimali Amerika tarixində ən böyük elektrik k əsilməsi 14 avqust 2003-cü ildə ABŞ-ın şimal-şərq və Böyük Göl ərazilərində, Kanadanın Ontario əyalətində baş vermişdi. 2003-cü il elektrik kəsintisi baş ofisi Ohayo ştatının Akron şəhərində olan FirstEnergy korporasiyasının işlətdiyi qurğularda başlamışdı. Blended attack Qarışıq hücum – yayılmaq üçün bir çox metoddan istifadə edən zərərli proqram kodu. Məşhur Nimda soxulcanı qarışıq hücumun bir nümunəsidir. Blinding Kölgələmə – agentin real girişi və ya real çıxışı bilmədən müştəriyə xidməti (məsələn, funksiyanın qiymətinin hesablanması) kodlaşdırılmış formada təmin etməsi metodu Block cipher Blok şifri – kriptoqrafik açardan istifadə etməklə bir dəfəyə informasiya blokunu çevir ən simmetrik açarlı kriptoqrafik alqoritm. Blok şifrində giriş blokunun uzunluğu çıxış blokunun uzunluğuna b ərabərdir. Bluejackers Mavi yel əklər – Bluetooth texnologiyasından istifadə edərək əlaqə saxlayan şəxslərə verilən addır. “Bluejacking” o zaman baş verir ki, bədniyyətli Bluetooth simsiz şəbəkəsindən istifadə edərək başqa bir şəxsin mobil telefonuna anonim mesaj göndərir. Haker c əmiyyətində çoxları onları “şən zarafatcıllar” kimi qəbul edirlər – 20 onları Ağ şlyapaların və Qara şlyapaların arasındakı boz zonada yerləşdirirlər. Blue team Mavi komanda – Çin Xalq Respublikasının ABŞ-ın t əhlükəsizliyinə qarşı ciddi təhlükə olması fikri əsasında birləşən ABŞ siyasətçiləri və jurnalistləri qrupuna verilən qeyri-rəsmi addır. Download 1 Mb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling