23
C
Cache cramming
Keş tıxacı – kompüteri normal halda işlədilməyən Java kodunu işə
salmağa məcbur edən metod.
Cache poisoning
Keşin zəhərlənməsi (DNS-in zəhərlənməsi və ya DNS keşinin
zəhərlənməsi də adlanır) – İnternet ünvanını başqa saxta ünvanla
dəyişməklə İnternet serverinin domen adları sisteminin bazasını
korlayır.
Call-back
Geri çağırış – elə
bir prosedurdur ki, verilənlərin emalı
sistemi
çağırış terminalını
identifikasiya edir, çağırışı ayırır və çağırış
terminalını autentifikasiya etmək üçün çağırış terminalına zəng edir.
CAN-SPAM Act of 2003
2003-cü il CAN-SPAM Qanunu – 25 noyabr 2003-cü ild
ə ABŞ
Senatı tərəfindən qəbul edilib (Controlling
the Assault of Non-
Solicited Pornography and Marketing Act) v
ə İnternet ilə
soruşulmayan e-poçtu (spam) göndərən şəxslərə cəzalar nəzərdə
tutmaqla dövl
ət daxilində ticarəti tənzimləyir. Qanun 1
yanvar
2004-cü ild
ən qüvvəyə minmişdir. Cəzalara 1
milyon dollara kimi
yüks
ək cərimələr və beş ildən çox olmamaqla həbs cəzası daxildir.
Canister
Kanister –
ştamplanan və ya çap olunan lent formasında açar
materialını saxlamaq və paylamaq üçün istifadə edilən
qoruyucu
paket növü.
Capability
Mandat – identifikatorun bir növüdür,
obyekt
ə giriş yolunu və
obyekt üz
ərində icazə verilən əməliyyatları müəyyən edir.
Do'stlaringiz bilan baham: