Oyanma və LƏNQİMƏ prossesləRİ. 6-cı mövzu


Download 17.63 Kb.
Sana04.04.2023
Hajmi17.63 Kb.
#1326150
Bog'liq
Movzu 6


OYANMA VƏ LƏNQİMƏ PROSSESLƏRİ.
6-cı mövzu
Canlı hüceyrənin oyanıcılığı vardır. Yəni hər bir canlı hüceyrə mühitin
dəyişikliklərinə qarşı maddələr mübadiləsini dəyişdirməyə qadirdir. Oyanıcılığa
malik toxumalardan bəhs edərkən sinir,əzələ və vəz toxuması nəzərdə
tutulur.Oyanma bütünlükdə orqanizmin və eləcə də onun üzv toxuma və
hüceyrələrinin mühitin təsirinə qarşı verdikləri cavaba deyilir. Üzv, toxuma və
hüceyrələrin nisbi sakitlik halından fəaliyyət halına keçməsinə səbəb olan
amillərə qıcıq, qıcıqların üzv, toxuma və hüceyrələrə göstərdiyi təsirə qıcıqlanma
deyilir. Təbiəti etibarilə qıcıqlar mexaniki, istilik, elektriki və kimyəvi olaraq bir
neçə növə bölünür. Bioloji əhəmiyyətinə görə isə qıcıqlar adekvat (xüsusi) və
inadekvat (ümumi) olaraq iki yerə ayrılır. Adekvat qıcıqlar təbii şəraitdə ancaq
müəyyən üzvə təsir edən qıcıqlara deyilir. Təkamül hadisəsində üzvlər müəyyən
qıcıqlara qarşı uyğunlaşmışdır. Məsələn, gözün torlu qişası üçün işıq spektrinin
görünən hissəsi, daxili qulaqda birləşmiş Korti üzvü üçün səs dalğaları, dildəki dad
reseptorları üçün qida içərisində olan müxtəlif kimyəvi maddələr, skelet əzələləri
üçün hərəki sinirlər vasitəsilə gələn impulslar adekvat qıcıqlanır. İnadekvat qıcıqlar
ümumi qıcıqlara, üzvlərdən ötrü xüsusiləşməmiş qıcıqlara deyilir. Belə qıcıqlar
üzvlərin bir çoxuna təsir edir. Məsələn, turşu, əsas elektrik cərəyanı, zərbə
və sairə təsiri ilə əzələni, siniri, vəzi oyatmaq olar. Əslində hər bir diri
hüceyrə qıcıqları(mexaniki, istilik, elektriki və kimyəvi) təsiri altında müəyyən
dərəcədə oyanmağa qabildir. Elektrik qıcığının inadekvat qıcıq olmasına
baxmayaraq fıziologiyada təcrübə zamanı əksərən bu qıcıqdan istifadə edilir. Ona
görə ki, elektrik qıcığının başqa qıcıqlara nisbətən bir çox əhəmiyyətli və üstün
cəhətləri vardır. Bu üstün cəhətlərdən birincisi odur ki, elektrik qıcıqlandırıcı başqa
qıcıqladıcılara nisbətən toxumaları az zədələyir. İkinci üstün cəhəti ondan ibarətdir
ki, bu qıcıqlandırıcının qüvvəsini asanlıqla dəyişdirmək olur. Bir çox təcrübələr
vasitəsilə müəyyən edilmişdir ki, toxumanın oyanması üçün, qıcıqlandırıcı müəyyən qüvvəyə və müəyyən təsir müddətinə malik olmmalıdır.Qıcığın ən kiçik oyanma
törədən ən kiçik qüvvəsinə aşağı qıcıqlama qapısı deyilir. Fərz edək ki, 0,4 volt
elektrik cərəyanı təqəllüs törətmədiyi halda 0,41 volt həmin əzələni çox zəif
təqəllüsünə səbəb olur. Deməli, əzələnin ən zəif təqəllüs etməsinə səbəb olan ən
kiçik cərəyan gərginliyi 0,41 voltdur.
Belə qıcıqlar əzələdə nəzərə çarpan oyanma törətmirsə də, əzələnin
daxilində oyanma üçün səciyyəvi olan dəyişikliklərə səbəb olur. Böyük qüvvəyə
malik qıcıqlar verməklə skelet əzələsinin fəaliyyətini ya tamamilə dayandırmaq və
ya da zəiflətmək mümkündür. Bu hadisəni ilk dəfə kəşf edən rus fızioloqu
Vvedenski olmuşdur. Oyanma hadisəsini tədqiq edən ilk alimlər elə zənn edirdilər ki, oyanmanın alınması üçün elektrik qıcığının təsir müddəti rol oynamır. Yəni cərəyanın toxumadan neçə müddətə: 1 saniyə, 5 saniyəvə ya 1 dəqiqə və i.a. keçməsinin oyanmanın alınması üçün heç bir əhəmiyyəti yoxdur. Onlar elə zənn edirdilər ki, oyanmanın əmələ gəlməsi yalnız qıcığın qüvvəsindən, özü də qıcığın mütləq qüvvəsindən yox, o qüvvənin artıb əksilmə sürətindən asılıdır. Lakin sonrakı tədqiqat göstərdi ki, oyanmanın alınması üçün elektrik cərəyanının toxumaya təsir etdiyi müddətin də əhəmiyyəti vardır. Maddələr mübadiləsini dəyişdirən hər bir amil hüceyrənin oyamcılığını dəyişdirir. Birinci növbədə oyanıcılığı dəyişdirən oyanma hadisəsinin özüdür. Məlum olmuşdur ki, oyanmış hüceyrə bir müddət yeni qıcığa cavab vermir. Bu oyanmaz hala mütləq refraktor dövr deyilir. Sonra oyanıcılıq tədricən bərpa olmağa başlayırsa da, lakin hələ onun qüvvəsi bir müddət aşağı dərəcədə qalır, buna da nisbi refraktor dövr adı verilir. Nisbi refraktor dövrdə verilən qıcığa qarşı zəif oyanma alınır. Vvedenski tamamilə haqlı olaraq refraktor dövrü fəal hal, ləngimə hesab edir və hüceyrənin bu dövrdə qıcığa qarşı cavab verməməsini, o hüceyrənin həddindən artıq oyanması nəticəsi kimi başa düşür.
Mərkəzi sinir sistemində ləngimə.
Mərkəzi sinir sistemində ləngimə hadisəsi isə ilk dəfə 1862-ci ildə rus
fiziologiyasının banisi İ.M.Seçenov tərəfindən kəşf edilmişdir. Seçenov mərkəzi
sinir sistemində görmə qabarları nahiyəsində beyində ləngimə mərkəzinin olduğunu
müəyyən etdi. F.Hols görmə qabarlarını çıxarmaqla onurğa beyni reflekslərinin
ləngidiyini təcrübə ilə isbat etdikdən sonra, beyində ləngimə mərkəzinin olmasının
əleyhinə çıxdı. Ona görə MSS oyanma və ləngimə hadisəsi bir-birini əvəz edən
fizioloji proseslərdir. N.E.Vvedenskiyə görə ləngimə, həddindən artıq oyanma
nəticəsində alınan bir hadisədir. Sinapsların ayrı-ayrı hüceyrələrlə qarşılıqlı təsiri
ləngiməyə səbəb ola bilər.
Download 17.63 Kb.

Do'stlaringiz bilan baham:




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling