Digər üzvlər
Almaniya Belarus İsveç İtaliya Niderland Krallığı Portuqaliya Türkiyə Finlandiya
1997-1998-ci illərdə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən üç təklif tərtib edilib. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməyib.
Birinci təklif
Onların 1997-ci ilin iyununda təqdim etdikləri ilk təklif münaqişənin “paket” həlli idi. Bu təklif Dağlıq Qarabağın statusu da daxil olmaqla bütün məsələlərə eyni vaxtda razılıq verilməsi nəzərdə tutulurdu.
İkinci təklif
1997-ci ilin sentyabrında irəli sürdükləri ikinci təklif münaqişənin “mərhələli” həllindən ibarət idi. Bu təklif münaqişənin mərhələlərlə nizama salınmasını nəzərdə tutulurdu.
Üçüncü təklif
1998-ci il noyabrın 9-da həmsədrlərin beynəlxalq hüquq normalarına zidd, həmçinin Azərbaycan üçün qəbul edilməsi mümkün olmayan üçüncü təklifi dünya praktikasında mövcud olmayan “ümumi dövlət” ideyasına əsaslanırdı. Azərbaycan Prezidenti Heydər Əliyev tərəfindən qətiyyətlə rədd edilən “ümumi dövlət” təklifi Azərbaycanın mənafeyinə zidd olmaqla yanaşı, ATƏT-in Budapeşt və Lissabon Zirvə toplantılarında qəbul edilən sənədlərə də etinasız yanaşmanın göstəricisi idi.
GUAM
Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat — Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı birləşdirən regional təşkilat. 1997-ci il oktyabrın 10-da yaradılmışdır. 1999-2005-ci illərdə Özbəkistan da təşkilatın üzvü olmuşdur. Təşkilatın adı üzv ölkələrin adlarının ingilis dilindəki baş hərflərindən əmələ gəlir. GUAM dövlətlərinin əməkdaşlığının praktiki təzahürü kimi Virtual Mərkəz və Dövlətlərarası İnformasiya-təhlil Sistemi (VM/DİTS) layihəsi və Ticarətə və Nəqliyyata Yardım (TNY) layihəsi həyata keçirilməkdədir. Zirvə Toplantısı 2008 Batumidə keçirilib. 2007-də Bakıda keçirilib.
İqtisadi Əməkdaşlıq Təşkilatı, (İƏT) – 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Qurum üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasından ibarətdir. Şura təşkilatın fəaliyyət siyasətini, Regional Planlaşdırma Şurasını, Müavinlər Şurasını müəyyən edir. Mənzil-qərargahı Tehranda yerləşən Müavinlər Şurası İƏT ölkələri səfirlərindən ibarətdir. Azərbaycan Respublikasının İƏT-lə ilk münasibətləri 1991-ci ilin fevralında qurulub. 1992-ci ildə Tehran sammitində Azərbaycan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan, Tacikistan təşkilata daxil olublar. 2002-ci ildə Əfqanıstan quruma üzv qəbul olunub. Bundan sonra 7 üzv-dövlətin xarici işlər nazirləri İƏT-ə qəbul olunmaqları barədə Akt imzalayıblar. 3 sentyabr 1993-cü ildə bu Akt və İzmir Müqaviləsi Azərbaycan Respublikası Milli Məclisi tərəfindən ratifikasiya edilib. İƏT üzv-dövlətlərdə həyat səviyyəsini və yaşayış standartlarını yüksəltmək, regiondaxili və regionlararası ticarəti genişləndirmək, inkişaf etməkdə olan ölkələrə tətbiq olunan əlverişsiz ticarət siyasətini aradan qaldırmaq, üzv-dövlətlərin dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmək və s. istiqamətləri prioritet hesab edir
Do'stlaringiz bilan baham: |