Qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir


iyunda isə qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsviri olan bayraq dövlət bayrağı qəbul edildi


Download 234.18 Kb.
bet18/101
Sana09.03.2023
Hajmi234.18 Kb.
#1255778
TuriQaydalar
1   ...   14   15   16   17   18   19   20   21   ...   101
Bog'liq
D vl t Qullu una q bul zr M sahib suallar

21 iyunda isə qırmızı parça üzərində ağ aypara və ağ səkkizguşəli ulduz təsviri olan bayraq dövlət bayrağı qəbul edildi.
26 iyunda Müsəlman hərbi korpusu əlahiddə Azərbaycan korpusuna çevrildi. Buda Azərbaycan Silahlı Qüvvələrin yaradılması idi.
27 iyun Azərbaycan dili dövlət dili elan edildi.
15 iyulda Fövqəlada Təhqiqat komissiyası yaradıldı. 1918-ci il 15 sentyabrda ağır döyüşlərdən sonra Bakı azad edildi. 1918-ci il 7 dekabrda saat 13:00-da H.Z.Tağıyevin Qızlar məktəbi binasında (hazırda Füzuli adına Əlyazmalar İnustutunun yerləşdiyi bina) Azərbaycan Parlamentinin təntənəli açılışı oldu. Bu bütün müsəlman şərqində o dövrün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament idi.
Məhəmməd Əmin Rəsulzadə (tam adı: Məhəmməd Əmin Axund Hacı Molla Ələkbər oğlu Rəsulzadə; d. 31 yanvar1884, Bakı – ö. 6 mart 1955, Ankara) — Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri. Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdu. 1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilmişdir. 1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olundu. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan milli şurası yarandı. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə milli şuranın sədri seçildi. 1918-ci il mayın 28-də bütün ölkələrin radio stansiyaları və qəzetləri Azərbaycan istiqlaliyyətinin elan olunmasını dünyaya yaydılar. Bu o demək idi ki, Azərbaycan xalqı öz varlığını, bir xalq kimi mövcudluğunu bütün bəşəriyyətə çatdırır və milli dövlətinin qurduğunu tam şəkildə bəyan edirdi. Fətəlixan İsgəndər oğlu Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin, bütün islam şərqi aləmində ilk dəfə olaraq respublika qurdu.
Ə.Rəsulzadə ədəbi yaradıcılığa da bu illərdə başlamış, “Müxəmməs” adlı ilk əsəri “Şərqi Rus” qəzetində çap olunmuşdur. M.Ə.Rəsulzadə Türkiyədə olarkən “Yeni lisançılar və türkçülər” məqaləsini, Təbriz həyatından bəhs edən “Bir xan” adlı kiçik hekayəsini, “Dil – ictimai bir əməldir” yazısını “Şəlalə” jurnalında çap etdirir. Sonuncu məqalədə o, Azərbaycan türkcəsini göz bəbəyi kimi qorumağı xalqının qarşısında ən mühüm problem kimi qaldırır. Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək əbədiyyətə qovuşdu. M.Ə.Rəsulzadə Ankarada, Əsri qəbirstanlığında dəfn edilmişdir.
Fətəlixan İsgəndər oğlu Xoyski və ya Fətəli xan Xoyski və ya Fətəli xan Xoylu (d. 7 dekabr 1875, Nuxa, Yelizavetpol quberniyası, Rusiya İmperiyası – 19 iyun 1920, Tiflis, Gürcüstan Demokratik Respublikası) — Azərbaycanlı siyasi xadim, Rusiya imperiyası II Dövlət Dumasının deputatı, Zaqafqaziya Komissarlığı (1917—1918) nəzdində xalq maarif komissarı, Zaqafqaziya Demokratik Federativ Respublikasının (1918) ədliyyə naziri. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra ilk nazirlər şurası sədri (1918—1919) və daxili işlər naziri (1918) təyin edilmişdir, bundan başqa AXC-nin ədliyyə naziri (1918) və xarici işlər naziri (1918—1919 və 1919—1920) vəzifələrində çalışmışdır. Sovet hakimiyyəti qurulduqdan sonra Fətəli xan Xoyski Tiflisə köçdü, orada 19 iyun 1920-ci ildə qətlə yetirildi[9], qatıllər “Daşnaksütun” partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idilər,[10] onlar Tiflisdəki İrəvan meydanında Fətəli xan Xoyskiyə arxadan atəş açdılar. İndiki Tbilisi botanika bağının ərazisində yerləşən köhnə müsəlman qəbirstanlığında dəfn edilmişdir. Onun dəfn mərasimini Tiflisdəki İran konsulluğu həyata keçirmişdir.

Download 234.18 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   14   15   16   17   18   19   20   21   ...   101




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling