Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya nə zaman və harada imzalanmışdır?
12 avqust 2018-ci il tarixində Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalamışlar Xəzəryanı ölkələrin xarici işlər nazirləri tərəfindən 04-05 dekabr 2017-ci il tarixlərində Moskva şəhərində keçirilən müşavirəsində razılaşdırılmışdı. Konvensiyanın mətni rus, fars və ingilis dillərində tərtib edilmişdir.
Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyadan irəli gələn digər hansı mühüm sənədlər imzalanmışdır?
Zirvə toplantısında Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər – Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləriarasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanmışdır.
Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi yolunda əsas mübahisələr tarixən nədən ibarət olub?
Xəzərin hüquqi statusu məsələsinə hər bir Xəzəryanı dövlət tarixən fərqli yanaşıb və bu zaman dövlətlər daha çox beynəlxalq-hüquqi normalara deyil, milli maraqlara söykəniblər. Məsələn, İranın Xəzərin beş bərabər hissəyə bölünməsini nəzərdə tutan prinsipi əldə bayraq tutması həmişə digər ölkələr tərəfindən etirazla qarşılanıb. İran hər zaman 1921 və 1940-cı illər müqavilələrinə əsaslanaraq Xəzər dənizinin tərəflər arasında 20 faiz üzrə bərabər bölüşdürülməsini tələb edib və Xəzər dənizinin quru sərhədlərindən başlayaraq dövlətlər arasında orta xətt boyunca bölüşdürülməsinin qəti əleyhdarı olub. Türkmənistan tərəfi isə 2005-ci ildən Xəzər dənizinin orta xətt boyunca bölünməsini təklif etsə də, Azərbaycanla bır sıra istiqamətlərdə razılıq əldə edə bilməyib.
Do'stlaringiz bilan baham: |