(Komissiyanın tərkibinə H.Cavid, A.Şaiq, M.Mahmudbəyov, C.Cəbrayılbəyli və
başqaları daxil idi);
Bütün qəzalarda yaşlılar üçün Azərbaycan (türk) dilində axşam kursları təşkil olundu;
29 sentyabr 1919-cu il tarixində Bakı Universitetinin nizamnaməsi qəbul edildi və 15
noyabr 1919-cu il tarixində universitetdə ilk dərslər başladı (ilk olaraq tarix-filologiya
və tibb fakultələri fəaliyyətə başlamışdı). Milli maarifin inkişafının qayğısına qalan
böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Bakı Universitetinin açılmasına maddi
yardım göstərmiş, xaricdə təhsil alan 20 tələbənin hər birinə 750 manat təqaüd
vermişdi;
1919-cu ilin sentyabrında 100 nəfər azərbaycanlı gənc təhsil almaq üçün Avropa
ölkələrinə (Türkiyə, Fransa, İtaliya, Rusiya, İngiltərəyə) göndərildi.
Əhali arasında türkçülük, azərbaycançılıq ideyalarını təbliğ etmək məqsədilə “Türk
ocağı” cəmiyyəti yaradıldı;
1919-cu ilin dekabrında “Müsəlman Şərqini öyrənən” cəmiyyət təsis edildi;
07 dekabr 1919-cu ildə “İstiqlal” muzeyi açıldı;
1918 – 1920-ci illərdə dövlətin rəsmi orqanı “Azərbaycan” qəzeti nəşr olunurdu;
Müstəqilliyinin əldə edilməsi ziyalıların yaradıcılığına müsbət təsir göstərdi. Hüseyn
Cavid, Məhəmməd Hadi, Abdulla Şaiq və başqaları milli ruhlu əsərlər yaratdılar;
Bu dövrdə Ceyhun və Üzeyir Hacıbəyli qardaşları tərəfindən Bakıda teatr truppası
yaradıldı;
Bakıda Hüseyn Ərəblinskinin (1881-1919) rəhbərliyi altında Azərbaycan Dövlət Teatrı
fəaliyyətə başladı;
Bakıda ilk rəssamlıq studiyası yaradıldı və studiyanın üzvü olan Bəhruz Kəngərli
qaçqınlar mövzusuna aid rəsm qalereyası yaratdı.
Do'stlaringiz bilan baham: |