Qaydalar müəyyən etdikdə Azərbaycan Respublikasının Prezidenti fərmanlar, başqa məsələlər barəsində isə sərəncamlar qəbul edir


Download 234.18 Kb.
bet10/101
Sana09.03.2023
Hajmi234.18 Kb.
#1255778
TuriQaydalar
1   ...   6   7   8   9   10   11   12   13   ...   101
Bog'liq
D vl t Qullu una q bul zr M sahib suallar

BMT
(ing. United Nations Organization, UNO) — 1945-ci ildə yaradılmış dövlətlərarası beynəlxalq təşkilatdır. Hazırda 193 ölkə bu təşkilatın üzvüdür. Vatikan BMT-nin üzvü deyil.
BMT-nin qərargahı Nyu-York şəhərindədir. Əsas vəzifəsi beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq və möhkəmlətmək, dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir
BMT-nin əsas orqanları BMT Baş Məclisi, BMT Təhlükəsizlik Şurası, İqtisadi və İctimai Şura, Qəyyumluq Şurası, Beynəlxalq Məhkəmə və Katiblikdir. Azərbaycan Respublikası 1992-ci ildən BMT-nin üzvüdür.
Baş katib: Antoniu Quterreş (António Guterres) Portuqaliya 5 oktyabr 2016.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT
(ing. Organization for Security and Co-operation in Europe, OSCE) — 3 – 7 iyul 1973-cü il tarixlərində Helsinkidə keçirilmiş xarici işlər nazirlərinin müşavirəsi ilə başlamış prosesin davamı olaraq yaranmış regional təşkilat. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe – CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür. Həmin il martın 24-də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlar vasitəsi ilə həlli üçün ATƏT-in Minsk qrupu yaradılmışdır.
ATƏT-in Minsk qrupu
(əvvəlki adı ATƏM-in Minsk qrupu) — Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsi ilə həlli üçün yaradılmış qurumdur. Qrupun tarixi ATƏM-in Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Belə ki, həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdir. 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədri İqor Popovu, ABŞ-dan olan yeni həmsədri Endrü Şoferi.

Download 234.18 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   6   7   8   9   10   11   12   13   ...   101




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling