6) “Məclisi-Müəssisan”ın çağırılmasına qədər Azərbaycanda ali hakimiyyət xalqın
səsvermə yolu ilə seçdiyi milli Şura və onun qarşısında cavabdeh olan Müvəqqəti hökumət
sayılır;
Qeyd: “Məclisi-Müəssisan” (Müəssislər Məclisi) – Konstitusiya hazırlamaq səlahiyyəti
olan məclis.
AXC-nin müstəqilliyini tanıyan ilk xarixi dövlət hansı oldu?
Cavab: Azərbaycan Cümhuriyyəti 1918-ci il iyunun 4-də Türkiyə ilə Batumda sülh və
dostluq haqqında müqavilə imzaladı. Bu müqavilə əsasında Türkiyə Azərbaycan
Cümhuriyyətini müstəqil dövlət kimi tanıyan ilk xarici dövlət oldu. Müqavilənin 4-cü
bəndinə əsasən Türkiyə Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürdü.
AXC tarixi şərti olaraq neçə dövrə bölünür?
Cavab: AXC tarixi şərti olaraq 3 dövrə bölünür:
1) Tiflis dövrü (28 may – 16 iyun 1918);
2) Gəncə dövrü (17 iyun – 17 sentyabr 1918);
3) Bakı dövrü (17 sentyabr 1918 – 28 aprel 1920).
AXC dövründə neçə hökumət kabineti formalaşdırılmışdır?
Cavab: AXC dövründə 5 hökumət kabineti formalaşdırılmışdır ki, onlar ikisi Fətəli xan
Xoyski, üçü isə Nəsib bəy Yusifbəyli tərəfindən formalaşdırılmışdır. Hökumət
kabinetlərinin tərkibi aşağıdakı kimidir:
Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabineti (28 may – 17 iyun
1918). Tərkibi aşağıdakı kimi formalaşmışdır:
Nazirlər Şurasının sədri və daxili işlər naziri – Fətəli xan Xoyski (bitərəf);
Hərbi nazir – Xosrov Paşa bəy Sultanov (müsavat);
Xarici işlər naziri – Məmmədhəsən Hacınski (müsavat);
Maliyyə və xalq maarifi naziri – Nəsib bəy Yusifbəyli (müsavat);
Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov (müsavat);
Do'stlaringiz bilan baham: |