iclası keçirilmişdir. Yetərsay olmadığı üçün iclaslardan 15-i baş tutmamışdır. Öz fəaliyyəti
dövründə Azərbaycan Cümhuriyyəti Parlamentinin müzakirəsinə 270-dən çox qanun
layihəsi çıxarılmışdır ki, onlardan da 230-a yaxını qəbul olunmuşdu. Parlamentin 1920-ci
il aprelin 27-də keçirilən son iclasında hakimiyyətin dinc yolla bolşeviklərə təhvil verilməsi
haqqında qərar qəbul edilmişdir.
Parlamentin sədri – Əli Mərdan bəy Topçubaşov;
Sədrin I müavini – Həsən bəy Ağayev;
Sədrin müavini – Məmməd Yusif Cəfərov;
Sədrin Müavini – Sultan Məcid Qənizadə Strasse 1, (Qəniyev);
Parlamentin baş katibi – Bağır bəy Rzayev;
Katiblər – Mehdi bəy Hacınski, Bayram Niyazi Kiçikxanlı.
AXC-nin mədəni quruculuq siyasəti
AXC tərəfindən mədəni quruculuq sahəsində hansı tədbirlər həyata
keçirilmişdir?
Cavab: Mədəni quruculuq sahəsində aşağıdakı tədbirlər həyata keçirilmişdir:
Nəsib bəy Yusifbəylinin rəhbərliyi ilə Xalq Maarif Nazirliyi təsis edildi. 1920-ci ilin
əvvəlləri isə Xalq Maarif Nazirliyi nəzdində Arxeologiya şöbəsi yaradıldı;
28 avqust 1918-ci il tarixində məktəblər milliləşdirildi. Bütün ibtidai məktəblərdə təhsil
ana (türk) dilində aparılırdı;
İbtidai sinif müəllimləri hazırlamaq üçün Bakı, Gəncə, Şuşa, Qazax və s. şəhərlərdə
xüsusi pedaqoji kurslar təşkil olundu. Bu kurslarda dərs demək üçün Türkiyədən 50
müəllim dəvət edildi;
Qori Müəllimlər Seminaryasının Azərbaycan şöbəsi Qazaxa köçürüldü;
“Nina” qız məktəbləri qız gimnaziyaları adlandırılırdı, habelə yeddi kişi gimnaziyası
açıldı;
Azərbaycan (türk) dilində dərsliklər hazırlanması üçün Komissiya təşkil olundu
Do'stlaringiz bilan baham: |