Qrup: 221 Fakültə


İnflyasiyanın sosial iqtisadi nəticələri


Download 104.5 Kb.
bet4/6
Sana09.06.2023
Hajmi104.5 Kb.
#1470821
1   2   3   4   5   6
Bog'liq
İnflyasiya və onun təsiri

İnflyasiyanın sosial iqtisadi nəticələri
İstənilən coxfaktorlu iqtisadi proses kimi inflyasiyanın da bir sıra nəticələr var:

  • Pul axınları və pul ehtiyatları arasında fəzadlar. Bütün pul ehtiyatları (əmanətlər, kreditlər, hesablardakı qalıqlar və s), qiymətli kağızlar dəyərsizləşir, pul emissiyasının problemləri kəskinləşir;

  • Idarə olunabilməyən gəlir bölüşdürülməsi: inflyasiya zamanı kreditor, satıcı, ixracatçılar, büdcə müəssisələrinin işçiləri uduzur, real sektorun işçiləri, alıcılar, idxalçılar, borclular udur. Inflyasiya nəticəsində maliyyə sisteminə daxil olmayan saxta gəlirlər yaranır.

  • Bütün əsas iqtisadi göstəricilər təhrif edilir: ÜDM, rentabellik, faiz və s.;

  • Qiymət artımı milli pul vahidinin məzənnəsinin düşməsi ilə müşayiət olunur. İqtisadi həyat üçün inflyasiyanın təsirini iki istiqamətdə nəzərdən keçirmək olar: Milli gəlirin yenidən bölüşdürülməsinə təsiri və milli istehsalın həcminə təsiri.

Milli gəlirin yenidən bölüşdürülməsinə təsiri:
Bir müddət əvvəl də qeyd etmişdik ki, milli gəlir müxtəlif mənbələrdən formalaşır. Onların daimi (gəliri müəyyən müddət ərzində müəyyənləşdirilən) və dəyişən gəlirlərə (gəliri iqtisadi agentin fəaliyyətindən asılı olaraq dəyişən) bölmək olar. Aydındır ki, inflyasiya gəlirləri fiksajlanmış insanlara daha ağır təsir göstərir, çünki onların real alıcılıq qabiliyyəti azalır. Fiksajlaşdırılmamış gəlirlərlə yaşayan insanlar gəlirlərinin artım tempi qiymətlərin artım tempindən yüksəkdirsə, inflyasiyadan uda bilərlər (yəni onların real gəliri artır).
Əgər əmanət üzrə faiz dərəcəsi inflyasiyanın tempindən aşağıdırsa, bu zaman əmanət sahibləri də inflyasiyadan zərər çəkə bilərlər.
Qəti müəyyənləşdirilmiş uzunmüddətli faiz dərəcələri ilə borc alan şəxslər onun yalnız bir hissəsini qaytaracaq, çünki pulun real alıcılıq qabiliyyəti inflyasiyaya görə azalacaq.
Kreditorları qorumaq üçün uzunmüddətli borclar zamanı üzən faiz dərəcələrindən istifadə etmək olar.
Bir çox insanlar üçün inflyasiya sosial bəla gətirir: kasıblar daha da kasıblaşır, varlılar daha da varlanır. Cünki məhz əhalinin aztəminatlı təbəqəsi fiksajlaşdırılmış gəlir alır (bank əmanətləri üzrə faiz dərəcəsi müəyyən edilmiş, əmək haqqı və s).

Download 104.5 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling