Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


  § 3. AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI


Download 2.81 Kb.
Pdf ko'rish
bet19/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   ...   15   16   17   18   19   20   21   22   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

 


33 
§ 3. AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI 
QÜVVƏLƏRİ VƏ BAŞQA SİLAHLI BİRLƏŞMƏLƏRİ 
 
Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun 
növləri. Azərbaycan Respublikası Silahlı Qüvvələri – dövlətin 
suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və 
mənafeyinin silahlı müdafiəsi, dövlətə qarşı silahlı hücumun
qarşısının alınması, təcavüz olarsa, onun dəf edilməsi üçün 
yaradılmış hərbi - dövlət təşkilatıdır.
Dövlətin silahlı təşkilatı
–dövlətin özünün dövlət qurulu- 
şunu qorumaq, xarici və daxili təhlükəsizliyini təmin etmək, 
təcavüzün qarşısını almaq, ictimai təşkilatlar və dövlət struk- 
turlarını, təhdid edən daxili qiyamları yatızdırmaq, dövlətin 
suverenliyinə, sosial-siyasi quruluşuna və ərazi bütövlüyünə 
qəsd cəhdlərinə qarşı çıxmaq və asayişi qorumaq məqsədilə
yaratdığı silahlı strukturudur.
Silahlı Qüvvələr təşkilati cəhətdən aşağıdakı hissələrə 
ayrılır: 

Silahlı Qüvvələrin növlərinə; 

Qoşun növlərinə; 

Xüsusi qoşunlarına; 

Arxa xidməti qoşunlarına və idarələrinə; 
Silahlı Qüvvələrin təşkili-mərkəzi idarəetmə orqanlarından, o 
cümlədən Baş Qərargahdan, birlik və ayrı birləşmələrdən, hərbi 
hissə və müəssisələrdən, yerli hərbi idarəetmə orqanlarından, 
hərbi təhsil məktəblərindən ibarətdir. Azərbaycan Respublikası 
Silahlı Qüvvələri Azərbaycan ordusundan və başqa silahlı 
birləşmələrdən ibarət: 
- Quru Qoşunları 

Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Hava 
Qüvvələri 

Hərbi Dəniz Qüvvələri 


34 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbərliyi,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş 
Komandanı kimi Azərbaycan Respublikasının Prezidenti 
həyata keçirir.
Hərb dövründə Silahlı Qüvvələrə operativ yaxud təşkilati 
cəhətdən Milli Qvardiya, Mülki Müdafiə qoşunları, Daxili 
qoşunlar, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik 
Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, xalq könüllüləri, 
hərbi-idman və müdafiə cəmiyyətləri qoşula bilər.
Quru qoşunları. Quru qoşunları–döyüş heyətinə görə Azər- 
baycan Ordusunun ən çox saylı və hərtərəfli qoşun növüdür. 
Onlar böyük atəş və zərbə gücünə, yüksək manevr və 
müstəqilliyə malikdirlər. Quru qoşunları dövlətin maraqlarını 
qorumaq üçün mühüm vəzifələri yerinə yetirir. Azərbaycanlı 
sərkərdələr, zabitlər və əsgərlər ən çox quru qoşunlarının 
tərkibində müharibə meydanlarında cəsurlaşmış, bərkimiş, 
döyüş təcrübəsi əldə etmişlər.
Quru qoşunları 
- düşməni quruda dəf və darmadağın etmək 
tapşırıqlarını yerinə yetirməkdən ötrü nəzərdə tutulmuşdur. 
Quru qoşunları digər növ silahlı qüvvələrlə birgə, ya da 
müstəqil şəkildə möhkəm müdafiə olunmağa və qəti əks–hücu- 
ma keçməyə qadirdir. Quru qoşunlarının əsas zərbə qüvvəsi 
tanklar və zirehli maşınlar təşkil edir (şəkil 17 a).
Müasir tanklar ən yeni silahlarla silahlanmış döyüş maşın- 
larıdır. Tanklar uzaq məsafələrə çox sürətli yürüş etmək, 
düşmənin müdafiə xəttini yararaq yüksək templə hücum etmək 
imkanlarına malikdir. Tankların möhkəm, davamlı zirehi, güclü 
dizel mühərrikləri, müasir idarəetmə cihazları və uzaq məsa- 
fələrə atəş açma silahları vardır. Tanklar su maneələrini dəf 
etmək, su altında hərəkət etmək, qətiyətli hücuma keçmək kimi 
imkanlara malikdir.


35 

Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   15   16   17   18   19   20   21   22   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling