Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır
§ 3. AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI
Download 2.81 Kb. Pdf ko'rish
|
Genclerin chagirishaqederki hazirligi I hisse
- Bu sahifa navigatsiya:
- Dövlətin silahlı təşkilatı
- Quru qoşunları.
- Quru qoşunları
33 § 3. AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİ VƏ BAŞQA SİLAHLI BİRLƏŞMƏLƏRİ Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qoşun növləri. Azərbaycan Respublikası Silahlı Qüvvələri – dövlətin suverenliyinin, ərazi bütövlüyünün, onun toxunulmazlığının və mənafeyinin silahlı müdafiəsi, dövlətə qarşı silahlı hücumun qarşısının alınması, təcavüz olarsa, onun dəf edilməsi üçün yaradılmış hərbi - dövlət təşkilatıdır. Dövlətin silahlı təşkilatı –dövlətin özünün dövlət qurulu- şunu qorumaq, xarici və daxili təhlükəsizliyini təmin etmək, təcavüzün qarşısını almaq, ictimai təşkilatlar və dövlət struk- turlarını, təhdid edən daxili qiyamları yatızdırmaq, dövlətin suverenliyinə, sosial-siyasi quruluşuna və ərazi bütövlüyünə qəsd cəhdlərinə qarşı çıxmaq və asayişi qorumaq məqsədilə yaratdığı silahlı strukturudur. Silahlı Qüvvələr təşkilati cəhətdən aşağıdakı hissələrə ayrılır: - Silahlı Qüvvələrin növlərinə; - Qoşun növlərinə; - Xüsusi qoşunlarına; - Arxa xidməti qoşunlarına və idarələrinə; Silahlı Qüvvələrin təşkili-mərkəzi idarəetmə orqanlarından, o cümlədən Baş Qərargahdan, birlik və ayrı birləşmələrdən, hərbi hissə və müəssisələrdən, yerli hərbi idarəetmə orqanlarından, hərbi təhsil məktəblərindən ibarətdir. Azərbaycan Respublikası Silahlı Qüvvələri Azərbaycan ordusundan və başqa silahlı birləşmələrdən ibarət: - Quru Qoşunları - Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Hava Qüvvələri - Hərbi Dəniz Qüvvələri 34 Azərbaycan Respublikası Silahlı Qüvvələrinin rəhbərliyi, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı kimi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Hərb dövründə Silahlı Qüvvələrə operativ yaxud təşkilati cəhətdən Milli Qvardiya, Mülki Müdafiə qoşunları, Daxili qoşunlar, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizlik Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, xalq könüllüləri, hərbi-idman və müdafiə cəmiyyətləri qoşula bilər. Quru qoşunları. Quru qoşunları–döyüş heyətinə görə Azər- baycan Ordusunun ən çox saylı və hərtərəfli qoşun növüdür. Onlar böyük atəş və zərbə gücünə, yüksək manevr və müstəqilliyə malikdirlər. Quru qoşunları dövlətin maraqlarını qorumaq üçün mühüm vəzifələri yerinə yetirir. Azərbaycanlı sərkərdələr, zabitlər və əsgərlər ən çox quru qoşunlarının tərkibində müharibə meydanlarında cəsurlaşmış, bərkimiş, döyüş təcrübəsi əldə etmişlər. Quru qoşunları - düşməni quruda dəf və darmadağın etmək tapşırıqlarını yerinə yetirməkdən ötrü nəzərdə tutulmuşdur. Quru qoşunları digər növ silahlı qüvvələrlə birgə, ya da müstəqil şəkildə möhkəm müdafiə olunmağa və qəti əks–hücu- ma keçməyə qadirdir. Quru qoşunlarının əsas zərbə qüvvəsi tanklar və zirehli maşınlar təşkil edir (şəkil 17 a). Müasir tanklar ən yeni silahlarla silahlanmış döyüş maşın- larıdır. Tanklar uzaq məsafələrə çox sürətli yürüş etmək, düşmənin müdafiə xəttini yararaq yüksək templə hücum etmək imkanlarına malikdir. Tankların möhkəm, davamlı zirehi, güclü dizel mühərrikləri, müasir idarəetmə cihazları və uzaq məsa- fələrə atəş açma silahları vardır. Tanklar su maneələrini dəf etmək, su altında hərəkət etmək, qətiyətli hücuma keçmək kimi imkanlara malikdir. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling