4
Rəyçilər:
Azərbaycan Respublikası Daxili İşlər
Nazirliyinin Polis Akade-
miyasının Hərbi kafedrasının rəisi, polis polkovniki, dosent
HACI
ASLANOV
ADPU-nin nəzdində ADPK-nın Tədris şöbəsinin müdiri, «
Azər-
baycan Respublikası Qabaqcıl təhsil işçisi»
XANIMQIZ
RÜSTƏMOVA
ADPU-nin nəzdində ADPK-nın «
İncəsənət və Fiziki tərbiyə»
fənn birləşmə sədri, «
Azərbaycan Respublikası Qabaqcıl təhsil
işçisi»
TƏRANƏ HƏMZƏBƏYOVA
Redaktor:
Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan
Dövlət Pedaqoji Kollecinin Filologiya üzrə fəlsəfə doktoru
VƏFA
YUNUSOVA
R.Z.Quliyev, O.A.Salayev «Gənclərin çağırışaqədərki hazırlığı»:
Orta ixtisas təhsili müəssisələri üçün tədris vəsaiti-I hissə. Ikinci nəşr.
Bakı–2022, «MSV NƏŞR» nəşriyyatı, 180 səhifə, rəngli-şəkilli.
5
GİRİŞ:
«
Gənclərin çağırışaqədərki hazırlığı
» fənninin
əhəmiyyəti
Azərbaycan Respublikası Silahlı Qüvvələri
suveren
dövlətin ən mühüm atributu, bu orduda xidmət etmək, Vətənin
keşiyində durmaq, onun istiqlaliyyətini, ərazi bütövlüyünü
qorumaq hər bir vətəndaşın müqəddəs borcu,
Konstitusiya
vəzifəsidir.
Doğma yurdumuz Azərbaycan tarix boyu çox müharibələr
görmüşdür. Bu torpağın övladları Makedoniyalı İsgəndər, ərəb
xəlifələri, Çingiz xanın, Teymurləngin, Bizans və rus çarlarının
istilaçı qoşunları ilə üz-üzə gəlmiş, ölüm-dirim savaşlarında
Azərbaycanın varlığını saxlamışlar.
Budur, ana yurdumuz yenə qanlı bir müharibəyə məruz
qalmışdır. Erməni millətçiləri dünya erməni lobbisinin, bir çox
kapitalist dövlətlərindəki, xüsusən də imperiya xülyalarından əl
çəkməmiş havadarlarının təhriki ilə, siyasi, hərbi,
maddi-
texniki köməyi ilə torpaqlarımızın 20%-ni zəbt etmiş və Er-
mənistan Respublikasına zorla birləşdirmək niyyətinə düş-
müşlər.
Yüz minlərlə insan öz doğma yurdlarından qaçqın, didərgin
düşmüşdür. Naxələf qonşumuz təkcə Qarabağın yuxarı hissəsi
deyil, digər torpaqlarımızıda başqa qüvvələrin köməyilə işğal
etmişlər.
Azərbaycan Respublikası Silahlı Qüvvələri çətin dövrdə
təşkilatlanmaya başlamışdır. Müharibəyə cəlb edilmiş xalqı-
mızın silahlı qüvvələrininin yaradılması bir sıra çətinliklərlə
bağlı olsada, xalqımızın iradəli və mətinlikləri sayəsində artıq
bu sahədə addımlar atılmışdır. İqtisadi çətinliklərə baxmayaraq,
xalq son tikəsini ordu ilə bölüşüb, onun maddi-texniki təchi-
6
zatını təkmilləşdirilməsinə çalışırdılar.Ancaq xalqın
suverenli-
yinin qorunmasına təminat verə biləcək ordu təkcə maddi-
texniki təchizatı güclü ola bilməz.
Silahlı Qüvvələrin şəxsi heyəti yüksək hərbi hazırlıq
səviyəsinə, döyüş qabiliyyətinə, humanitar-psixoloji kefiyyət-
lərinə, nizam-intizamına malik olmalıdır. Buna görə də hərbi
xidmətə gələn hər bir vətəndaş bilməlidir ki, ona Vətənin,
xalqının taleyini qorumaq kimi şərəfli tapşırıq verilmişdir. Hər
bir vətəndaş ona tapşırılmış vəzifəsinin vacibliyini, bu mü-
qəddəs vəzifəsini yerinə yetirilməsinə möhkəm əqidə, inam və
Vətənə sevgi hisslərini aşılamaq üçün təhsil müəssisələrində
«
Do'stlaringiz bilan baham: