Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


Download 2.81 Kb.
Pdf ko'rish
bet4/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   2   3   4   5   6   7   8   9   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

 



 
 
 
 
 
 
 
 
I FƏSİL. 
 
DÖVLƏT MÜDAFİƏSİNİN TARİXİ VƏ HÜQUQİ 
ƏSASLARI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



§ 1. AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI
QÜVVƏLƏRİNİN YARANMA TARİXİ 
Hərb tariximiz. Azərbaycan hərb sənətinin tarixi çox qədim- 
dir. Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından biridir. 
Xalqımızın minilliklər ərzində yaratdığı dövlətçilik, idarəçilik 
ənənələri, mədəniyyət bəşər tarixinə layiqli töhfəsini vermiş- 
dir.
Hələ ən qədim dövrlərdə Azərbaycan ərazisində formalaşmış 
imperiyalar: Manna, Midiya, Atropatena və Albaniya qonşu 
dövlətlər arasında böyük nüfuza malik olmuş, torpaqları geniş 
əraziləri əhatə etmişdir. 
Albaniya dövlətini idarə edən Mehranilər sülaləsinin nüma- 
yəndəsi Cavanşir həm də sərkərdəlik bacarığı ilə seçilirdi. 816-
837-ci illər arasında məşhur sərkərdəmiz Babək ərəb işğal- 
çılarının 6 ordusunu darmadağın etmişdi. Bu qələbələr bir 
sərkərdə kimi məhz onun həyata keçirdiyi strategiya nəti- 
cəsində əldə olunmuşdu.
Orta əsrlərdə yaranan və sürətlə inkişaf edən Atabəylər, Şir- 
vanşahlar, Qaraqoyunlu, Ağqoyunlu dövlətləri Azərbaycanın 
dövlətçilik ənənələrini davam etdirmişlər.
Şəmsəddin Eldəniz, onun oğlu Məhəmməd Cahan Pəhlə- 
van, Qara Yusif, Uzun Həsən kimi hökmdar və sərkərdələrimiz 
də qələbə çaldıqları döyüşləri həyata keçirdikləri xüsusi 
taktikalar vasitəsilə əldə etmişdilər.
XVI əsr Azərbaycan tarixində Səfəvi dövləti kimi möhtə- 
şəm, qüdrətli bir dövlət yaranmışdır. Bu dövlətin əsasını I 
İsmayıl 1501-ci ilin iyul ayında Təbrizdə özünü şah elan 
etməklə qoymuşdur. Səfəvilər dövlətinin banisi Şah İsmayıl 
Xətai 14 il ərzində az qüvvə ilə 14 vilayəti özünə tabe etməyə 
nail olmuşdu. Səfəvi dövlətinin «
qızılbaşlar
» adlanan, türk tay- 
falardan ibarət olan özünə məxsus ordu quruculuğu qaydaları 


10 
vardır. Səfəvilər dövlətində mərkəzləşdirilmiş nizami ordu yox 
idi. Həmin yığma qoşunların döyüşçüləri tayfa başçıları 
tərəfindən saxlanır və təchiz olunurdular. Hər tayfanın döyüş- 
çüləri sədaqətli qohumluq əlaqələri əsasında birləşdiklərinə 
görə, rəhbər şəxs kimi özlərinin əmirinə tabe olurdular. Şah 
ordunun komandanı hesab olunurdu. Feodal yığma qoşun- 
larından əlavə, sayı 4500 nəfərə çatan «

Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling