26
silahlı qarşıdurma kimi tarixə düşdü. Azərbaycan Silahlı
Qüvvələri 44 gün ərzində aşağıdakı ərazilərimizi hərbi
yolla
işğaldan azad etdi:
- 27 sentyabr 2020-ci il tarixdə Murovdağ və Ağdərə isti-
qamətindəki yüksəkliklər;
- 4 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu;
- 9 oktyabr 2020-ci il tarixdə Xocavənd
rayonunun
Hadrut qəsəbəsi, ətrafında olan strateji əhəmiyyətli
yüksəkliklər və kəndlər;
- 17 oktyabr 2020-ci il tarixdə Fizuli rayonu;
- 20 oktyabr 2020-ci il tarixdə Zəngilan rayonu;
- 25 oktyabr 2020-ci il tarixdə Qubadlı rayonu;
- 8 noyabr 2020-ci il tarixdə Dağlıq Qarabağda ən böyük
ikinci şəhər sayılan Şuşa şəhəri;
- 9 noyabr 2020-ci il tarixdə Xocalı rayonunun Dəmir-
çilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Şuşakənd,
Muxtar
və Daşaltı kəndləri.
Noyabrın 10-da Azərbaycan Respublikasının
Prezidenti,
Ermənistanın baş naziri və Rusiya Federasiyasının
Prezi-
denti münaqişə zonasında atəşin və bütün hərbi əməliy-
yatların tam dayandırılması barədə bəyanət imzalandı.
Bəyanata əsasən 2020-ci il dekabrın 1-dək Kəlbəcər,
Ağdam və Laçın rayonları qeyd-şərtsiz Azərbaycana təhvil
verilməldi. Bəyanata uyğun olaraq, 20 noyabr 2020-ci il
tarixdə Ağdam rayonu və 138 kəndi, 25 noyabr 2020-ci il
tarixdə Kəlbəcər şəhəri və 147 kəndi
daxil olmaqla, 1
dekabr 2020-ci il tarixdə isə Laçın rayonu Azərbaycana
qaytarıldı.
Ümumiyyətlə, Azərbaycan Ordusunun Qarabağda başla-
dığı uğurlu əks hücum əməliyyatı nəticəsində 5 şəhər, 4
qəsəbə və 286 kənd işğaldan azad edildi (şəkil 14).