Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


Download 2.81 Kb.
Pdf ko'rish
bet16/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   ...   12   13   14   15   16   17   18   19   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

Qırmızı taclı, 
qızılbaş şahı
»nın özünəməxsus gerbi də olmuş – «
Simurq quşu 
ilə əjdahanın döyüşünü
» təsvir edən «
tuğra
»sı dövlətin rəsmi 
rəmzi, bir növ emblemi mahiyyətini daşımışdır. 
XIX əsrdə Azərbaycanda Rusiya imperiyasının hökmranlığı 
zamanı Bakı, Gəncə, Şamaxı, Quba, Dərbənd, İrəvan və digər 
Azərbaycan şəhərlərinin gerbləri təsdiq olunmuş və bunlar 
maddi mədəniyyət abidələrində, rəsmi sənədlərdə müəyyən iz 
qoymuşlar.
Bakıda İçərişəhərin qala divarlarında, Şamaxı darvazası 
üzərində daş lövhədə həkk olunmuş buğa kəlləsi ilə qoşa 
şirlərin təsviri də Şirvanşahlar dövlətinin qüdrətinə işarə edən 
monumental emblemdir.
Dövlət bayrağı dövlətin rəsmi fərqləndirici əlamətidir və 
onun təsviri, adətən konstitusiyada qanunvericilik yolu ilə təsbit 
edilir. O, bir tərəfi ağac dəstəklə bərkidilmiş, adətən müəyyən 
emblemli qumaş parçadan ibarət olur. Dövlət bayrağı məxsus 
olduğu dövlətin suverenliyinin rəmzidir 
Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra dövlət 
rəmzlərinin–bayraq, gerb və himnin hazırlanması istiqamətində 
konkret tədbirlər həyata keçirilib.
Üçrəngli dövlət bayrağımız 
ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq 
Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilib. 1920-ci il 
aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən sonra Azər- 
baycanda bu bayraqdan imtina edilib.
Üçrəngli bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa 
edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul 


30 
edilib (şəkil 15) və üçrəngli bayrağın Azərbaycanın rəsmi 
dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdı.
Şəkil 15. Azərbaycan Respublikasının 
Dövlət Bayrağı 
1991-ci il fevral ayının 5-də Azərbaycan SSR Ali Soveti 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə 
baxmış və üçrəngli bayrağın Azərbaycanın Dövlət Bayrağı 
kimi qəbul edilməsi haqqında qərar qəbul edilmişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç 
üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, 
aşağı zolaq yaşıl rəngdədir. Bayrağın rəmzlərinə nəzər salaq: 


Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   12   13   14   15   16   17   18   19   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling