Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


XX əsrin I yarısında Azərbaycan Demokratik Respub-


Download 2.81 Kb.
Pdf ko'rish
bet6/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   2   3   4   5   6   7   8   9   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

XX əsrin I yarısında Azərbaycan Demokratik Respub- 
likasının yaranması və ordu quruculuğu. Rusiyada baş verən 
burja inqilabından sonra 1918-ci il 28 mayında Məmməd Əmin 
Rəsulzadənin rəhbərliyi altında müstəqil Azərbaycan hökü- 
mətinin yaranması ilə bir vaxtda Milli Ordu quruculuğu da 
işinə başladı.
1918-ci il iyunun 26-sı ölkəmizin tarixinə Azərbaycan 
Demokratik Respublikası Silahlı Qüvvələrinin yaranma günü 
kimi yazıldı. Cəmi 23 ay ömür sürməsinə baxmayaraq, Cüm- 
huriyyət dövründə müstəqil dövlətin bütün atributları, o cüm- 
lədən milli ordu formalaşdırıldı. Həm ermənilərin, həm də bol- 
şeviklərin işğalçılıq siyasətinə qarşı mübarizə aparmalı olan 


12 
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il iyunun 19-
da gərgin vəziyyəti nəzərə alaraq bütün Azərbaycan ərazisində 
hərbi vəziyyət elan etdi (şəkil 2). 
Şəkil 2. Azərbaycan Xalq Cümhuriyyətinin əsgər və zabitləri 
(1918-ci il) 
İyunun 26-da diviziya statusunda hərbi korpusun yaradılması 
barədə qərar qəbul olundu və Azərbaycanda milli ordunun 
təməli qoyuldu. 1918-1920-ci illərdə görkəmli generallarımız 
Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və digər peşəkar 
hərbçilərimizin rəhbərliyi ilə Azərbaycanda yüksək döyüş 
qabiliyyətli, hərbi hazırlığa və intizama malik milli ordu hissə- 
ləri formalaşdırıldı.
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci 
il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə «
Vəhşi 
Diviziya
» adlanan tatar süvari alayının əsgərlərindən forma- 
laşmış və general–leytenant Əliağa Şıxlinski rəhbərlik etdiyi 
Müsəlman korpusunun əsasında «
Əlahiddə Azərbaycan 


13 
korpusu
» yaradıldı. Avqustun 1-də isə AXC-nin Hərbi Nazir- 
liyi təsis edildi.
1918-ci ilin dekabrın 25-də keçmiş çar Rusiya 
ordusunun tam artilleriya generalı Səməd bəy Mehmandarov 
hərbi nazir, dekabrın 29-da isə general-leytenant Əliağa Şıx- 
linski hərbi nazir müavini təyin olundular (şəkil 3).

Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   2   3   4   5   6   7   8   9   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling