61
Şəkil 27. Daxili qoşunlar
Dövlət Təhlükəsizlik Xidməti.
Azərbaycan Respublikasının
Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin 14 dekabr 2015-ci
il tarixli
706 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının
Milli
Təhlükəsizlik Nazirliyinin əsasında yaradılmışdır.
Dövlət Təhlükəsizliyi Xidməti
Azərbaycan Respublikasının
təhlükəsizliyini təmin etmək, ölkəmizdə və qonşu ölkələrdən
gələn hücumların, təxribatların qarşısını almaq, kəşfiyyat və
ölkə daxilində əks kəşfiyyatla məşğul olmaq, Dövlət sirrinin
yayılmasının qarşısını almaq, terrorçuluğa qarşı mübarizə
aparmaq üçün nəzərdə tutulmuş silahlı birləşmədir.
Dövlət Sərhəd Xidməti. Azərbaycan Respublikası Dövlət sər-
hədlərinin qorunması və toxunulmazlığını təmin etmək,
xarici
dövlətlərin qoşun qruplarını və bandalarının Azərbaycan Res-
publikasının ərazisinə soxulmasının qarşısını almaq, sərhəd-
yanı əhalini, ictimai və siyasi əmlakı cinayətkar qəsdlərdən
qorumaq, dövlət sərhədini qadağan olunmuş yerlərdən və
62
qanunsuz vasitələrlə keçməyə yol verməmək, sərhəd
rejimi
qaydalarının yerinə yetirilməsinə nəzarət etmək üzrə nəzərdə
tutulmuş silahlı birləşmə növüdür (şəkil 28).
Do'stlaringiz bilan baham: