Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


Download 2.81 Kb.
Pdf ko'rish
bet35/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   ...   31   32   33   34   35   36   37   38   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

Müdafiə haqqında
» qanu- 
nuna əsasən Azərbaycan Respublikasının Prezidenti Silahlı 


74 
Qüvvələrin Ali Baş Komandanı hesab olunur. Azərbaycan 
Respublikasına qarşı təcavüz və ya silahlı münaqişə törənərsə, 
həmçinin belə bir təhlükə ehtimalı olarsa, o, ümumi, yaxud 
qismən səfərbərlik haqqında qərar qəbul edir, dövlətin 
ərazisində, ya da ayrı-ayrı yerlərdə hərbi vəziyyət elan edir və 
hərbi fəaliyyət haqqında əmr verir. 
Hərbi qeydiyyatın təşkili və onun əhəmiyyəti. Hərbi qeydiy- 
yat vətəndaşların hərbi vəzifələrinin əsas hissəsidir. Çağırış 
yaşına çatmış bütün oğlanlar yaşadıqları yerlərdə hərbi 
qeydiyyata alınmalıdır. Hərbi qeydiyyat Silahlı Qüvvələri şəxsi 
heyətlə təmin etməkdə dövlətin ehtiyyatlarını müəyyən edir.
«
Hərbi vəzifə və hərbi xidmət haqqında
» Azərbaycan Res- 
publikası Qanunun
6-cı maddəsində  
vətəndaşların ilkin hərbi 
qeydiyyata alınmasından bəhs edir. Beləki, kişi cinsli 
vətəndaşlar 16 yaşının tamam olduğu il yanvar-mart ayları 
ərzində, daimi və ya müvəqqəti yaşayış yeri üzrə rayon, şəhər 
çağırış məntəqələrində qeydiyyata alınırlar. Burada onlar hərbi 
xidmətə 
yararlığı 
müəyyən 
etmək 
məqsədilə 
tibb 
komissiyasının mütəxəssis həkimləri tərəfindən hökmən 
hərtərəfli tibbi müayinədən keçirlər.
İlkin hərbi qeydiyyata alınarkən vətəndaşlar mütəxəssis 
həkimlər-cərrah, terapevt, nevropatoloq, psixiatr, göz həkimi, 
qulaq-burun-boğaz həkimi, diş həkimi, zərurət olduqda isə 
müalicə idarələrindən göndərilən başqa ixtisaslı həkimlər 
tərəfindən hökmən tibbi müayinədən keçirlər.
Tibb komissiyası müayinəni bu iş üçün ayrılmış xüsusi 
otaqlarda aparır. Tibbi müayinənin nəticələrinə uyğun olaraq 
çağırış komissiyası hərbi həkim ekspertizasiyasının rəyini 
çağırışçıya elan edir: 

hərbi xidmətə yararlılıq haqqında; 


75 

səhhətə görə hərbi xidmətə müvəqqəti yararsız hesab 
edilməklə çağırışa bir il müddətində möhlət verilməsi 
haqqında; 

dinc dövrdə hərbi xidmətə yararsızlıq, müharibə 
dövründə məhdud yararlılıq və ehtiyata daxiledilmə 
haqqında; 

hərbi qeydiyyatdan çıxarılmaqla hərbi xidmətə 
yararsızlıq haqqında. 
Hərbi qeydiyyatın təmin edilməsində vətəndaşların vəzifələri: 

Yaşadıqları yerlərdə çağırış məntəqələrində hərbi 
qeydiyyata durmaq; 

Silahlı Qüvvələrdə hərbi xidmətdən ehtiyata bura- 
xılandan sonra iki həftə müddətində çağırış məntə- 
qələrində hərbi qeydiyyata durmaq; 

Çağırış məntəqələrində ailə vəziyyətindəki dəyişikliklər, 
təhsili, iş yeri və yaxud vəzifəsi, yaşadığı yer haqqında 
iki həftə müddətində məlumat vermək; 

Çağırış məntəqələrinin çağırışı ilə təyin edilmiş vaxtda 
müəyyən edilmiş yerə gəlmək; 

yeni yaşayış yerinə (3 aydan çox) köçərkən və ölkədən 
xaricdə (6 aydan çox müddətdə) olarsa, iki həftə 
müddətində yeni yaşayış yerində hərbi qeydiyyata 
durmaq. 

Hərbi bilet və çağırış məntəqəsinə təhkim edilmək 
haqqında vəsiqə ehtiyatlı saxlanmalı, həmin sənədlər 
təsadüfən itirilmiş olarsa, iki həftə müddətində çağırış 
məntəqəsinə xəbər verilməlidir ki, həmin sənədlərin 
yenidən verilməsi haqqında qərar qəbul edilsin; 

Hərbi xidmətə çağırışçı 3 ay müddətindən çox yaşadığı 
yerdən gedərsə, çağırış vaxtı şəxsən çağırış məntəqəsinə 
xəbər verməlidir. 


76 

Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   31   32   33   34   35   36   37   38   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling