80
hərbi andı yerinə yetirməli, intizamlı, vicdanlı, cəsarətli olmalı,
hərbi borcunu yerinə yetirərkən bütün qüvvəsini və lazım
gəldikdə canını əsirgəməməli, komandirlərə sözsüz tabe olmalı,
onları döyüşdə müdafiə etməli, öz hərbi hissəsinin Döyüş
Bayrağını göz bəbəyi kimi qorumağa borcludur.
Hərbi qulluqçu Azərbaycan Respublikası vətəndaşının
yüksək adını ləyaqətlə daşımalı, Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin, xidmət etdiyi hərbi hissənin şərəfini və
döyüş şöhrətini, öz hərbi rütbəsini ciddi surətdə qorumalıdır.
Döyüş meydanını özbaşına tərk etmiş və ya silah işlət-
məkdən boyun qaçırmış, müharibə aparma vasitələrini düşmənə
vermiş və ya düşmən üçün qoyub getmiş, batmaqda olan hərbi
gəmini tərk etmiş, könüllü olaraq əsir düşmüş hərbi qulluqçu
hərbi cinayətkardır.
Düşmən tərəfinə keçmək, casusluq, dövlət sirrini və ya
hərbi sirri xarici dövlətə vermək, Azərbaycan Respublikasına
qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək
etmək –
Do'stlaringiz bilan baham: