Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır
Download 2.81 Kb. Pdf ko'rish
|
Genclerin chagirishaqederki hazirligi I hisse
Çağırışqabağı hazırlıq. Hərbi xidmətə çağırış. Həqiqi hərbi
xidmət keçmə.Vətəndaşlar müddətli hərbi xidmətə Azərbaycan Respublikası Prezidentinin fərmanı əsasında çağırılır. Vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının normativ - hüquqi aktı elan olunduqdan sonra qanunvericilikdə müəyyən olunmuş müddət ərzində qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququna malik olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə gəlməlidirlər. 18 yaşına çatmış və daha yuxarı yaşlı çağırışçıların çağırış məntəqəsini dəyişdirməsinə yalnız təsdiqedici sənədlər təqdim edilərkən yol verilir, bu şərtlə ki, çağırışçı: - Müdiriyyət tərəfindən başqa yerə, işə keçirilmiş olsun; - Ailənin tərkibində dəyişiklik, yaxud mənzil alması ilə əlaqədar yeni yaşayış yerinə köçmüş olsun; - Tədris müəssisəsinə qəbul edilmiş olsun, təhsil almağa getmiş, yaxud tədris müəssisəsini bitirmiş olsun və təyinatı üzrə işə göndərilsin. Müəyyən edilmiş müddətdə çağırış məntəqələrinə gəlməməyin üzürlü səbəbləri aşağıdakılar sayılır: - Tibbi müayinəyə görə çağırışçının xəstəliyinin, onu çağırış məntəqəsinə şəxsən gəlmək imkanından məhrum etməsi; - Kortəbii xarakterli maneə, bu zaman şəxsin gəlməyinin qeyri mümkün olması çağırışçının yaçayış yeri üzrə yerli icra hakimiyyəti orqanı və ya daxili işlər orqanı tərəfindən təstiq edilməlidir. Aşağıdakılar müddətli hərbi xidmətə çağırılmırlar: - Çağırışdan azad edilənlər; 77 - İslah əmək müəssisələrində azadlıqdan məhrumetmə maddəsilə cəza çəkən və ağır cinayətlər üstündə məmkun olunmuş vətəndaşlar; - Barəsində təhqiqat və ya istintaq aparılan, yaxud cinayət işinə məhkəmə tərəfindən baxılan vətəndaşlar. Müddətli hərbi xidmətə çağırışa möhlət aşağıdakılara şamil olunur: - Ailə vəziyyətinə görə; - Sağlamlıq vəziyyətinə görə; - Təhsilini davam etdirmək üçün; - Deputatlıq fəaliyyətinə görə. - Əmək qabiliyyətini itirmiş və köməyə ehtiyacı olan ailə üzvlərinə, birgə və ya ayrı yaşamalarından asılı olmayaraq himayəçilik edən çağırışçılara Tibbi müayinə zamanı hərbi xidmətə müvəqqəti yararsız sayılmış şəxslərə səhhətə görə çağırışdan azad edilir. Səhhətə görə çağırışdan möhlət hər dəfə 1 il müddətinə 3 dəfə verilə bilər. Müalicədən sonra çağırışçı hərbi xidmətə yararlı sayıldıqda hərbi xidmətə çağırılır, yararsız sayıldıqda isə ehtiyata keçirilir. Hərbi qeydiyyatda olan, çağırışdan azad edilmək və möhlət almaq hüququna malik olmayan 18 yaşından 37 yaşınadək kişilər müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Müddətli həqiqi hərbi xidmət 1 ildə 4 dəfə Azərbaycan Res- publikasının Prezidentinin Fərmanı əsasında-yanvar, aprel, iyul və oktyabr aylarının 1-dən 20-dək keçirilir. Fərman elan edilən gündən hər bir çağırışçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə getməlidir. Dinc dövrdə həqiqi hərbi xidmətin müddətləri təqvim hesabı ilə belədir: - Müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün, ali təhsilli olanlar - 1 il; 78 - Hərbi dəniz qüvvələrinin gəmilərində, döyüş təminatı üzrə sahil hissələrində və Sərhəd Qoşunları dəniz hissələrinin matrosları və çavuşları üçün - 2 il, ali təhsili olanlar üçün - 1 il 6 ay; - Qalan bütün əsgərlər və çavuşlar üçün - 1 il 6 ay. Vətəndaşların həqiqi hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi dedikdə aşağıdakılar nəzərdə tutulur: - Hərbi əməliyyatlarda, təlimlərdə və gəmilərin yürüş- lərində iştirak etmək; - Komandirin verdiyi əmri, sərəncamı və tapşırığını yeri- nə yetirmək; - Hərbi nizamnamələrə müvafiq müəyyən olunmuş xid- məti vəzifələri icra etmək; - İş günü cədvəli üzrə müəyyən olunmuş və ya xidməti zərurətin tələb etdiyi müddət ərzində hərbi hissənin ərazisində qalmaq; - Vətəndaşların həyatını, səhhətini, şərəfini, ləyaqətini qorumaq; - Qanun və qaydaların təmin edilməsində hüquq mühafizə orqanlarına kömək etmək; - Cəmiyyətin və dövlətin mənafelərinə uyğun olduğu qanunlarla müəyyən edilən digər işləri yerinə yetirmək. Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi, müddətli həqiqi hərbi xidmət qulluqçuları üçün 28 yaşdır. Aşağıdakı günlər hərbi xidmətin başlanğıcı sayılır: - Çağırışçılar üçün hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün; - Hərbi vəzifəlilər və qadınlar üçün hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün; 79 - Ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan ehtiyatda olan zabitlər üçün hərbi komissarlığın göstərdiyi qəbul edilmə günü; - Çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün hərbi məktəbə qəbul olunduqları gün. Müharibə dövründə səfərbərlik elan edildikdə və sonrakı çağırışlar zamanı 18 yaşından son yaş həddinədək vəzifəlilər və çağırışçılar, habelə hərbi qeydiyyatda olmayan 18 yaşından 45 yaşadək qadınlar həqiqi hərbi xidmətə çağırıla bilər. Download 2.81 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling