85
Hərbi qulluqçuların fərqlənmə nişanları. Hərbi qulluqçuların
geyindiyi formasının müəyyən olunmuş yerində fərqlənmə
nişanları yerləşdirilir. Hərbi nişanlar hərbi qulluqçunun hansı
qoşun növündə qulluq etdiyini bildirir.
Bunlar paqonlar, ya-
xalıqlar, döş və qol nişanları, baş geyimində kokardalar, kantlar
və qaytanlardır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinə məxsus
fərqlənmə nişanları Azərbaycan Respublikası Milli Məclis
tərəfindən 1 yanvar 1993-cü ildən qəbul edilmişdir.
Hərbi qulluqçuların geyim formaları. Hərbi qulluqçular,
hərbi vəzifəlilər toplanışlarda hərbi rütbə və qoşun növü üzrə
fərqləndirmə nişanları olan hərbi geyim forması geyinirlər.
Hərbi geyim formasını, hərbi qulluqçuların fərqlənmə nişan-
larını Azərbaycan Respublikasının Milli Məclisi, onların geyi-
nilməsi və sancılması qaydasını isə Azərbaycan
Respub-
likasının Prezidenti təsdiq edir (şəkil 35).
Hüququ olmayan vətəndaşların hərbi qulluqçuların hərbi
geyim formasını, fərqlənmə nişanları ilə geyinməsi
qanunla
qadağandır və cəzalandırılır.