Şəkil 35. Hərbi qulluqçuların hərbi geyim formaları
Hərbi geyim forması mərasim, gündəlik, səhra geyim
formalarına və xüsusi geyimlərə, onlardan hər biri isə öz
növbəsində yay və qış geyimlərinə bölünür.
Mərasim geyim
forması
xüsusilə təntənəli hallarda, istirahət və bayram gün-
87
lərində, habelə xidmətdən kənar vaxtda geyinmək üçün nəzərdə
tutulmuşdur.
Səhra geyim forması
döyüş şəraitində, sutkalıq növbə və
naryadlarda (qərargahlarda, idarələrdə, müəssisələrdə), təlim-
lərdə, manevrlərdə, döyüş növbələrində və təlim mərkəz-
lərindəki məşğələlərdə geyinmək üçün nəzərdə tutulmuşdur.
Gündəlik geyim forması
isə qalan bütün hallarda geyinilir.
Tapşırıqlar və suallar:
1.Hərbi
qulluqçunun ümumi vəzifələrini sadalayın.
2.Əsgərin borcu nədən ibarətdir? 3.Hərbi rütbələr kim tərə-
findən verilir?4.Azərbaycan Respublikası Silahlı Qüv-
vələrinin hərbi rütbələrini öyrənin. 5.Hərbi geyim forması
və fərqləndirmə nişanları kim tərəfindən təsdiq edilir?
6.Hərbi geyim formaları hansılardır?
§ 7. SIRA VƏ ONUN ELEMENTLƏRİ. SİLAHSIZ SIRA
HƏRƏKƏTLƏRİ.
Sıra və onun elementləri. Sıra təlimi hərbi qulluqçuların təlim
və tərbiyə işi üzrə fənlərdən biridir. Sıra təliminə aşağıdakılar
aiddir:
-
tək sıra təlimi;
-
silahla və silahsız təlim üsullarının icrası;
-
bölmələrin piyada sıralarında və maşınlarla hərəkəti;
-
bölmələrin sıra nümayişi və sıra baxışının keçirilməsi.
Sıra
- hərbi qulluqçuların bölmə və hərbi hissələrin birgə
fəaliyyəti üçün Nizamnamə ilə müəyyən edilmiş düzülüşdür.
Sıranın aşağıdakı elementləri var:
Cinah
– sıranın kənarlarına deyilir. Sırada sağ və sol cinahlar
olur. Sıra döndükdə cinahlar dəyişmir.
88
Do'stlaringiz bilan baham: |