uçan tank
» adlandırırlar. Xarici görünüşü isə
«
timsah
»a oxşayır.
Mİ-24 SuperHind Mk II Zərbə Helikopteri
52
Mİ–35 Hind Mk II Zərbə Helikopteri
Mİ–17 Çoxməqsədli Helikopter
53
Mİ-8 Kəşfiyyat və zərbə Helikopteri
Çoxməqsədli
Helikopter
«
Bell 06
»
Şəkil 23. Azərbaycan Respublikası Silahlı Qüvvələrin arsenalında olan
Hərbi Hava Qüvvələrinin helikopterləri
54
Pilotsuz uçan aparatlar
zaman, məsafə və hündürlüyə görə
siniflərə bölünür. Pilotsuz uçan aparatlar koordinatları və yer
kürəsinin sürətini müəyyən etmək üçün müasir peyk naviqasiya
qəbuledicilərilə, elektro-optik kameralarla təchiz olunub, istə-
nilən hava şəraitində kəşfiyyat aparmağı, müxtəlif hədəfləri
izləməyə və düşmənə zərbə endirməyə qadirdir(şəkil 24).
Çoxməqsədli
Taktiki
Kəşfiyyat tipli
PUA
«
HERMES 900
»
Zərbə tipli PUA «
HAROP
»
55
Kəşfiyyat tipli PUA «
ORBİTER-2M
»
Kəşfiyyat və çoxməqsədli PUA «
Bayraktar TB2
»
56
Zərbə tipli PUA «
İti qovan
»
Şəkil 24. Azərbaycan Respublikası Silahlı Qüvvələrin arsenalında olan
Hərbi Hava Qüvvələrinin pilotsuz uçan aparatları
Hərbi Dəniz qüvvələri. Hərbi Dəniz qüvvələri düşmənin
mühüm yerüstü obyektlərini bazalarını, dənizdə yerləşən
qüvvələrini, dəniz kommunikasiyalarını məhv etməkdən iba-
rətdir (şəkil 25).
Hərbi dəniz gəmilərinin yüksək manevrliyi, geniş hərəkət
dairəsi düşmənin suda və quruda yerləşən obyekt və hərbi
texnikasına zərbə vurmaq imkanlarını artırır.
Hərbi Dəniz qüvvələri suüstü və sualtı qüvvələrdən, Azər-
baycan dəniz piyadalarından, sualtı hücum və sualtı müdafiə
xüsusi təyinatlı dəstələrdən, xüsusi qoşunlardan və Arxa xid-
mətin hissə və idarələrindən ibarətdir.
57
Gözətçi döyüş gəmisi
Qayıqəleyhinə artilleriya gəmisi
58
Sahil mühafizə qayığı
Gözətçi-patrul döyüş qayığı
Şəkil 25. Azərbaycan Respublikası Silahlı Qüvvələrin arsenalında olan
Hərbi Dəniz Qüvvələrinin hərbi gəmi və qayıqları
59
Xüsusi qoşunlar. Silahlı Qüvvələrin döyüş və gündəlik
fəaliyyətini təmin etməkdən ötrü xüsusi tapşırıqları yerinə
yetirmək üçün nəzərdə tutulmuşdur. Onlar Silahlı Qüvvələrin
hər bir növündə vardır və tərkibinə kəşfiyyat, radiotexnik,
topoqrafik, radiasiya, kimyəvi və bakterioloji müdafiə, rabitə,
təmir, tibb və başqa bölmələr daxildir.
Azərbaycan Dəniz Piyadaları
.
Azərbaycan Hərbi Dəniz
Qüvvələrinin
tərkibində fəaliyyət göstərən hərbi birlikdir.
Əsasən təcrübəli, peşəkar hərbçilərdən ibarət olan qurum
Azərbaycanın Xəzər Dənizi tərəfindən həmsərhədinin
pozulmağının qarşısını almaq üçün fəaliyyət göstərir (şəkil 26).
Şəkil 26. Azərbaycan Dəniz Piyadaları
Silahlı Qüvvələrin Arxa xidməti. Bütün qoşun növlərini
maddi vəsaitlərlə təmin etmək, ehtiyatları qoruyub saxlamaq,
arxa təminatı ilə bağlı bütün digər tapşırıqları yerinə yetirmək
üçün nəzərdə tutulmuşdur. Silahlı Qüvvələrin Arxa xidmətinə
ehtiyat material vasitələri, baza və anbarları daxildir.
60
Başqa silahlı birləşmələr. Azərbaycan ordusundan başqa,
Azərbaycan Respublikasında qanunla nəzərdə tutulan digər
qoşun formaları da vardır:
-
Mülki müdafiə qoşunları;
-
Daxili qoşunlar;
- Azərbaycan Sülhməramlı Qüvvələri;
-
Dövlət Sərhəd Xidməti;
-
Dövlət Təhlükəsizlik Xidməti;
-
Xüsusi Dövlət Mühafizə Xidməti;
- Milli Qvardiya.
Daxili qoşunlar. Daxili İşlər Nazirliyinə həvalə edilmiş dövlət
obyektlərinin qorunması, xüsusi əhəmiyyət kəsb edən dövlət
obyektlərini, körpüləri və digər xidməti döyüş tapşırıqlarını
yerinə yetirmək, şəxsin, cəmiyyətin və dövlətin mənafeyinin,
vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının cina-
yətkar qəsdlərdən qorunması, mühüm dövlət obyektlərinin,
kommunikasiya qurğularının mühafizəsinin həyata keçirilməsi,
ictimai asayişin mühafizəsi, kütləvi tədbirlər keçirilərkən
ictimai təhlükəsizliyin təmin olunması, kütləvi iğtişaşların
qarşısının alınması, habelə qanunvericiliklə müəyyən edilmiş
digər vəzifələri yerinə yetirilməsi üzrə nəzərdə tutulmuş silahlı
birləşmə növüdür (şəkil 27).
Do'stlaringiz bilan baham: |