Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır
Download 2.81 Kb. Pdf ko'rish
|
Genclerin chagirishaqederki hazirligi I hisse
- Bu sahifa navigatsiya:
- Şəkil 30. Azərbaycan Sülhməramlı Qüvvələri
Milli Qvardiya
hökümət idarələrini, prezidentin təhlükə- sizliyini və fəxri qonaqları qarşılamaq üçün nəzərdə tutulan silahlı birləşmə növüdür və Azərbaycan Respublikasının Prezidentinə tabedir. Azərbaycan Sülhməramlı Qüvvələri. Azərbaycan Sülhmə- ramlı Qüvvələri 1999-cu ildən başlayaraq Kosovada, Əfqanıs- 64 tan və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülh- məramlı fəaliyyət aparır (şəkil 30). Şəkil 30. Azərbaycan Sülhməramlı Qüvvələri Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycan Sülhmə- ramlı ordusu 1997-ci ildə yaranmış, sonradan Azərbaycan sülhməramlı bölməsiadı altında birləşmişdir. Tapşırıqlar və suallar: 1.Dövlətin silahlı təşkilatı dedikdə nə başa düşürsünüz? 2.Azərbaycan Respublikasının Silahlı Qüvvələri hansı vəzifələri icra edir? 3.Silahlı Qüvvələrin hansı növlərini tanıyırsınız? 4.Quru Qoşunların tərkibinə hansı qoşun növləri daxildir? 5.Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Hava Qüvvələri hansı vəzifələri icra edir? 6.Azərbaycanın ilk hərbi pilotu kim olub? 7.Hərbi Dəniz Qüvvələri hansı qoşun növlərinə ayrılır? 8.Silahlı Qüvvələrdən başqa hansı qoşun növlərini tanıyırsınız? 65 § 4. AZƏRBAYCAN RESPUBLİKASININ HƏRBİ ATRİBUTLARI Hərbi atributların tarixi. Tarixi mənbələr keçmişdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin müxtəlif rəmzləri, quş və heyvan təsvirlərindən ibarət olan nişan və emblemləri, üzərində ərəb hərfləri ilə yazılmış döyüş bayraqları olub. Belə atributlar Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılıb. XVI-XVIII əsrlərdə döyüş bayraqları gözəl şərq parçalarından tikilmiş, müxtəlif ornament və yazılarla bəzədilmişdir; üçkünc, dördkünc, beşkünc və düzbucaqlı formalardan hazırlanırdı. Üstlərindəki ornamentlər qurama yaxud tikmə üsulu ilə salınmış, təbii boyalarla çəkilmişdir. Döyüş bayraqlara müxtəlif rəngli ipək, eləcə də qızılı və gümüşü saplardan zər saçaqlar salınmışdır. Bayraq ağacları silindrik formada yüngül ağac gövdələrindən düzəldilmiş, boyanmış, onların başlarına fiqurlu metal ucluqlar taxılmış, qızılı, gümüşü və başqa rəngli ipək saplardan toxunmuş qotazlar bağlanardı. Belə bayraqlar Gəncə, Bakı, Quba, Şəki, Qarabağ və İrəvan xanlıqlarına mənsub idi. Download 2.81 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling