Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


Sıra duruşu və komandaların icra edilməsi (əməli)


Download 2.81 Kb.
Pdf ko'rish
bet44/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   ...   40   41   42   43   44   45   46   47   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

Sıra duruşu və komandaların icra edilməsi (əməli). Sıra 
duruşu sıra təliminin əsas elementlərindəndir. Sıra duruşuna 
«
DÜZLƏN
» və «
FARAĞAT
» komandaları ilə icra edilir (şəkil 
36).
Şəkil 36. Sıra duruşu 
Əmr verilərkən, məlumat verərkən, bir–birinə müraciət 
edərkən, Dövlət Himni çalınarkən və əsgərə salam verərkən 
sıra duruşuna keçirlər. Sıra duruşunu qəbul etmək üçün hərbi 
qulluqçu düz, sərbəst durmalı, dabanlarını bir yerdə, 


91 
pəncələrini ön xətt üzrə bir pəncə önündə aralı qoymalı, 
qıçlarını dizdən düz saxlamalı, gərgin olmalı, döşünü azca 
qaldırmalı, bütövlükdə bədənini bir azca qabağa verməli, 
qarnını yığmalı, çiyinlərini sallamamalı, qollarını elə salla- 
malıdır ki, ovuc içəriyə çevrilisin, barmaqlar açıq şəkildə 
ombaya toxunmalı, hərəkət etməyə tam hazır olmalıdır.
«
AZAD
» komandasında (şəkil 37) hərbi qulluqçu sağ ayaq 
yerində qalmalı, sol ayağını çiyinlər qədər sola bərk vurmalı, 
əllər sərbəst halda olmalı, durduğu yeri tərk etməməli, 
danışmamalı və diqqət azaltmağa ixtiyarı yoxdur. 
Şəkil 37. «
Azad»
 və ya «
Mərasim azad
» 
 
«
DÜZLƏN
» komandasında hamı başını sağa döndərir, hər 
kəs özündən sonrakı 4-cü yoldaşının sinəsini görə bilsin. 
«
FARAĞAT
» komandasında bütün hərbi qulluqçular dərhal 
başlarını düz tuturlar. Bu komandada heç kəs danışmır, sadəcə 
hamı irəli baxır. «
Baş geyimini ÇIXART!
» komandasında 
(şəkil 38), hərbi qulluçu sağ əllə baş geyimini çıxardıb, sol 
əlində saxlayır.  


92 

Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   40   41   42   43   44   45   46   47   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling