96
§ 8. MOTOATICI MANQANIN TƏŞKİLİ VƏ DÖYÜŞ
İMKANLARI
Motoatıcı manqanın təşkili. Motoatıcı manqa - ən aşağı tak-
tiki bölmədir. O, təşkilatca motoatıcı tağımın tərkibində olur.
Motoatıcı manqa piyadanın döyüş maşını (PDM) və ya zirehli
transportyor (ZTR) ilə silahlandırıla bilər.
PDM-li manqanın təşkili və silahları.
PDM-li manqanın
heyəti 8 nəfərdir. Bunlar:
- Manqa komandiri (MK);
- Tuşlayıcı operatoru (TO);
- Sürücü mexanik (SM);
- Pulemyotçu (P);
- Qumbaraatan atıcı(QA);
- Qumbaraatan atıcının köməkçisi (QK);
- Baş atıcı (BA);
- Atıcı (A).
Motoatıcı manqa piyadanın döyüş maşını, Kalaşnikov
tipli
əl plemyotunu, tank əleyhinə əl qumbaraatanı, Kalaşnikov
avtomatları, snayper tüfəngi, qəlpələnən əl qumbaraları, tank
əleyhinə kumulyativ əl qumbarası ilə təmin olunur.
Piyadanın döyüş maşını
tırtıllı, zirehli texnikadır.
Manqanı
uzaq məsafələrə daşımaq, manqanı düşmən hücumları zamanı
mühafizə etmək, manqanın fəaliyyətini çevikləşdirmək və
düşmənlə döyüş aparması üçündür (şəkil 41).
Kütləsi 14 tondur. Güllə və qəlpə əleyhinə zirehə malikdir.
Onun üzərində 100 mm–lik tank əleyhinə idarə edilən raket
kompleksi, 30 mm–lik kiçikçaplı avtomatlaşdırılmış top və
7,62 mm–lik Kalaşnikov tipli pulemyot quraşdırılmışdır. Maşın
şosse yolda 65 km/saat, torpaq yolda 40–50 km/saat və su
hövzələrində isə 7 km/saatla hərəkət edə bilir. Bu maşın yüksək
hərəkət sürətinə malikdir və qalın qar örtüyü olan yerlərdən
97
asanlıqla keçə bilir. Maşın atomdan mühafizə sistemi və
gecəgörmə cihazları ilə təchiz edilmişdir.
Do'stlaringiz bilan baham: