Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


Download 2.81 Kb.
Pdf ko'rish
bet50/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   ...   46   47   48   49   50   51   52   53   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

Ümumqoşun döyüşü 
- Quru Qoşunlarının birləşmə, hissə və 
bölmələrinin taktiki fəaliyyətinin əsas forması kimi, bölmələrin 
bir sıra birgə əməliyyatların (desant, desant-əleyhinə) əsasını 
təşkil edir və Quru Qoşunlarının müxtəlif qoşun növləri və 
xüsusi qoşunlarının, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz 
Qüvvələrinin birləşmə, hissə və bölmələrinin birgə səyi ilə 
aparılır. 
Müasir ümumqoşun döyüşü
-yüksək gərginliyi, döyüş fəaliy- 
yətlərinin dinamikliyi və iti sürətliliyi, yerüstü və hava xarak- 
terli olması, eyni vaxtda güclü atəş təsirinə məruz qalması, dö- 


101 
yüş tapşırıqlarının yerinə yetirilməsi zamanı müxtəlif döyüş 
üsulların tətbiq edilməsi, mürəkkəb taktiki vəziyyət və döyüş 
fəaliyyətinin bir növündən digərinə sürətli keçilməsi ilə səciy- 
yələnir. 
Ümumqoşun döyüşündə iştirak edən bölmələrdən kəşfiyyatın 
fasiləsiz aparılması, silah və hərbi texnikanın, mühafizə və 
maskalanma vasitələrinin bacarıqlı tətbiqi, yüksək hərəkətlilik 
və mütəşəkkillik, bütün fiziki və mənəvi gücün tam gərginliyi, 
yenilməz qələbə əzmi, möhkəm intizam və birlik tələb olunur. 
Döyüşün fəaliyyətləri. Döyüş fəaliyyətinin əsas növləri- 
hücum və müdafiə hesab olunur.
Hücum
döyüşün əsas növüdür. 
Hücumun mahiyyəti 
düş- 
mənə zərbə endirməkdən, qətiyyətli həmlədən, düşmənin 
yerləşdiyi sahənin içərilərinə sürətlə hərəkət etməkdən, onun 
canlı qüvvələrini məhv etmək və əsir götürməkdən, silahlarını 
və hərbi texnikasını ələ keçirməkdən, tutduğu ərazisini almaq- 
dan ibarətdir.
Həmlə 
düşməni məhv etmək üçün atəşin ən yüksək gər- 
ginliyi ilə bölmələrin, hissələrin döyüş nizamında sürətlə irəli 
hərəkəti, hücumun ən həlledici mərhələsidir.
Müdafiə
məcburi və qabaqcadan düşünülən döyüş növüdür. 
Bu qüvvədə üstünlüyə malik düşmənin hücumunu dəf etmək, 
müəyyən istiqamətləri, rayonları, obyektləri əldə saxlamaq
ikinci dərəcəli istiqamətlərdə qüvvə və vasitələrlə qənaət 
etmək, əsas istiqamətdə düşmən üzərində üstünlük qazanmaq 
üçün tətbiq olunur. 
Müdafiənin mahiyyəti düşmən hərəkətdə olarkən, çıxış möv- 
qeyi tutarkən, həmlə edərkən və tutulmuş rayonu, obyektləri, 
mövqeləri qoruyub saxlamaq uğrunda döyüşün gedişi zamanı 
ona zərbə endirməkdən ibarətdir. Manqa hücumda və ya 
müdafiədə motoatıcı tağımın tərkibində fəaliyyət göstərir, kəş- 
fiyyatda və mühafizədə isə müstəqil olaraq fəaliyyət göstərir.


102 

Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   46   47   48   49   50   51   52   53   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling