Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır
Download 2.81 Kb. Pdf ko'rish
|
Genclerin chagirishaqederki hazirligi I hisse
- Bu sahifa navigatsiya:
- Müasir ümumqoşun döyüşü
- Döyüşün fəaliyyətləri.
Ümumqoşun döyüşü
- Quru Qoşunlarının birləşmə, hissə və bölmələrinin taktiki fəaliyyətinin əsas forması kimi, bölmələrin bir sıra birgə əməliyyatların (desant, desant-əleyhinə) əsasını təşkil edir və Quru Qoşunlarının müxtəlif qoşun növləri və xüsusi qoşunlarının, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin birləşmə, hissə və bölmələrinin birgə səyi ilə aparılır. Müasir ümumqoşun döyüşü -yüksək gərginliyi, döyüş fəaliy- yətlərinin dinamikliyi və iti sürətliliyi, yerüstü və hava xarak- terli olması, eyni vaxtda güclü atəş təsirinə məruz qalması, dö- 101 yüş tapşırıqlarının yerinə yetirilməsi zamanı müxtəlif döyüş üsulların tətbiq edilməsi, mürəkkəb taktiki vəziyyət və döyüş fəaliyyətinin bir növündən digərinə sürətli keçilməsi ilə səciy- yələnir. Ümumqoşun döyüşündə iştirak edən bölmələrdən kəşfiyyatın fasiləsiz aparılması, silah və hərbi texnikanın, mühafizə və maskalanma vasitələrinin bacarıqlı tətbiqi, yüksək hərəkətlilik və mütəşəkkillik, bütün fiziki və mənəvi gücün tam gərginliyi, yenilməz qələbə əzmi, möhkəm intizam və birlik tələb olunur. Döyüşün fəaliyyətləri. Döyüş fəaliyyətinin əsas növləri- hücum və müdafiə hesab olunur. Hücum döyüşün əsas növüdür. Hücumun mahiyyəti düş- mənə zərbə endirməkdən, qətiyyətli həmlədən, düşmənin yerləşdiyi sahənin içərilərinə sürətlə hərəkət etməkdən, onun canlı qüvvələrini məhv etmək və əsir götürməkdən, silahlarını və hərbi texnikasını ələ keçirməkdən, tutduğu ərazisini almaq- dan ibarətdir. Həmlə düşməni məhv etmək üçün atəşin ən yüksək gər- ginliyi ilə bölmələrin, hissələrin döyüş nizamında sürətlə irəli hərəkəti, hücumun ən həlledici mərhələsidir. Müdafiə məcburi və qabaqcadan düşünülən döyüş növüdür. Bu qüvvədə üstünlüyə malik düşmənin hücumunu dəf etmək, müəyyən istiqamətləri, rayonları, obyektləri əldə saxlamaq, ikinci dərəcəli istiqamətlərdə qüvvə və vasitələrlə qənaət etmək, əsas istiqamətdə düşmən üzərində üstünlük qazanmaq üçün tətbiq olunur. Müdafiənin mahiyyəti düşmən hərəkətdə olarkən, çıxış möv- qeyi tutarkən, həmlə edərkən və tutulmuş rayonu, obyektləri, mövqeləri qoruyub saxlamaq uğrunda döyüşün gedişi zamanı ona zərbə endirməkdən ibarətdir. Manqa hücumda və ya müdafiədə motoatıcı tağımın tərkibində fəaliyyət göstərir, kəş- fiyyatda və mühafizədə isə müstəqil olaraq fəaliyyət göstərir. |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling