Kütləvi qırğın silahlarından mühafizə.
Kütləvi qırğın
silahlarından mühafizə
-nüvə, kimyəvi və bakterioloji silah-
ların zədələyici təsirini maksimum zəiflətmək, bölmələrin şəxsi
heyətinin döyüş qabiliyyətini saxlamaq, onların qarşısına
qoyulmuş döyüş vəzifələrini müvəffəqiyyətlə yerinə yetiril-
məsini təmin etmək məqsədilə təşkil edilir.
Maskalanma.
Maskalanma
-öz bölmələrinin dəqiq yerini və
vəziyyətini düşməndən gizlətmək, bölmələrin döyüş qabiliyyə-
tini saxlamaq və onların qəfildən fəaliyyətini təmin etmək
məqsədilə həyata keçirilir.
Mühəndis təminatı.
Mühəndis təminatı
-bölmələrin döyüş
vəzifələrini müvəffəqiyyətlə yerinə yetirilməsinə şərait
yaratmaq, şəxsi heyəti və hərbi texnikanı bütün zədələyici
vasitələrdən mühafizə etmək məqsədilə təşkil olunur və yerinə
yetirilir.
Kimyəvi təminat.
Kimyəvi təminat
-bölmələrin döyüş tapşı-
rıqlarını radioaktiv, kimyəvi, bakterioloji zəhərlənmə şəraitində
yerinə yetirilməsinə lazımi imkanlar yaratmaq, habelə özlərinin
fəaliyyətini tüstü və aerozollar vasitəsilə maskalamaq məq-
sədilə təşkil edilir.
Mühafizə.
Mühafizə
-düşmən kəşfiyyatçılarının bölmələrə so-
xulmasına yol verməmək, düşmənin qəfildən basqının qarşısını
almaq və öz bölmələrinin döyüşə mütəşəkkil girməsindən ötrü
lazımi vaxt qazanmaq məqsədilə təşkil edilir.
106
Tapşırıqlar və suallar:
1.Döyüş təminatı nədir və hansı növləri var? 2.Kəşfiyyata
verilən tələblər hansılardır? 3.Kəşfiyyat aparmanın
üsullarını sayın. 4.Düşmənin tətbiq etdiyi kütləvi qırğın
silahlarından
niyə
mühafizə
olunmaq
vacibdir?
5.Bölmələrin maskalanması nə üçün döyüşdə vacib
element sayılır? 6.Mühəndis təminatı nə üçün təşkil
olunur? 7.Mühafizə nədir?
Do'stlaringiz bilan baham: |