Şəkil 48. Adi patron
Tapşırıqlar və suallar:
1.Güllə atıcılığı hansı məsələləri əhatə edir? 2.Silahların
tarixi haqqında təqdimat hazırlayın. 3.Silahların hansı
növləri var? 4.Kalaşnikov tipli avtomatın təyinatı və
döyüş xassələrini öyrənin. 5.Kalaşnikov tipli avtomatın
hissələrini sadalayın. 6.Patronun quruluşunu sadalayın.
7.Güllənin növləri haqqında nə bilirsiniz? 8.Adi güllə ilə
zirehdələn yandırıcı güllələr arasındakı fərqi izah edin.
§12. AVTOMATIN TƏMİZLƏNMƏSİ, YAĞLANMASI
VƏ SAXLANILMASI. AVTOMATIN NATAMAM
SÖKÜLMƏSİ VƏ YIĞILMASI
Avtomatın təmizlənməsi, yağlanması və saxlanılması. Avto-
matı həmişə təmiz, saz halda, hər an döyüşə hazır vəziyyətdə
saxlamaq lazımdır. Avtomatı təmizləyərkən onun ləvazi-
matından və ağac çubuqlarından istifadə edilir. Avtomatın
115
ləvazimat əşyaları (şəkil 49) onu təmizləmək, yağlamaq, avto-
matı sökmək və yığmaq üçündür. O, aşağdakılardan ibarətdir:
Şəkil 49. Ehtiyat avadanlıqlar ləvazimatları
1. sünbə; 2. fırça; 3. silgəc; 4. vintaçan; 5. toxmaq; 6. sancaq; 7. penal;
8. penalın qapağı; 9. yağ qabı.
Sünbə
avtomatın lülə kanalını kanal və boşluqları təmiz-
ləmək, yağlamaq üçündür.
Silgəc
lülə kanalını, avtomatın digər hissələrini təmizləmək
və yağlamaq.
Fırça
lülə kanalını lülə təmizləyən xüsusi məhlullar (RÇS,
RJ) təmizləyərkən tətbiq edilir. Vintaçan, toxmaq və sancaq –
avtomatı sökərkən və yığarkən işlədilir.
Vintaçanın
ucundakı kəsik avtomatın arpacığını bərkitmək
və açmaq üçün, yan tərəfindəki kəsik isə silgəci sünbəyə
bərkitmək üçün tətbiq edilir.
Sancaq
buraxıcı zərbə mexanizmi yığarkən tətbiq edilir.
Penal
silgəci, fırçanı, toxmaq, vintaçan və toxmağı yığıb
saxlamaq üçündür.
Penalın yanlarındakı deşik-avtomatın lüləsini silərkən
sünbəni keçirmək, oval formalı deşik-vintaçanı keçirtmək,
düzbucaqlı deşik–avtomatı söküb–yığarkən qaz borucuğunun
bağlayıcısını döndərmək üçündür. Penal qapağının yanındakı
deşiklər–toxmağı taxmaq üçündür.
116
Do'stlaringiz bilan baham: |