Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır
Download 2.81 Kb. Pdf ko'rish
|
Genclerin chagirishaqederki hazirligi I hisse
Yağ qabı
yağı saxlamaq üçündür, onu daraqlar çantasının cibində saxlayırlar. Silahların təmizlənməsi manqa komandirinin rəhbərliyi altında yeinə yetirilir. Avtomat aşağıdakı hallarda təmizlənir: - Atışa hazırlanma zamanı; - Atışdan sonra; - Çöldəki məşğələlərdən sonra; - Döyüş əməliyyatları vaxtı; - Uzun müddət davam edən təlimlər zamanı; - Döyüş səngiyən hallarda; - Təlimdə fasillələr vaxtı və hava şəraiti pis olduğu halda. Əsgər avtomatdan istifadə etməyibsə, onu həftədə 1 dəfədən gec olmayaraq təmizləyirlər. Avtomatın hissə və mexanizimlərini təmizləyib yağlamaq üçün aşağıdakı məhlullar və materiallar lazımdır: - Duru silah yağı; - Adi silah yağı (RJ, qışda donmayan, yayda əriməyən); - Lülə təmizləyən məhlul (RÇS); - KV-22 kağızı (yağlı kalka) və kəpitkə lifi (ancaq lülə kanalını təmizləmək üçün). Avtomatın hissə və mexanizmlərinn aşağıdakı qaydada təmizləyirlər: - Təmiz əsgi parçası üzərində və ya faner stollarda yerləş- dirirlər. - Silahı təmizləmək üçün avtomatı 45 0 bucaq altında (daraq çıxarılıb) göyə atəş vəziyyətində tuturlar. - Qoruyucunu açıb çaxmaq çərçivəsini çəkib atəş vəziyyə- tinə gətirir. - Atəş açırıq, sonra avtomatın hissə və mexanizmlərini ardıcıllıqla sökürük. 117 - Lülə kanalını təmizləmək üçün sünbəni penalın yan deşiklərindən salıb, ucluğuna silgəci bərkidib silirik. - Sünbəni lülə kanalından çıxarıb kəpitkə lifini taxırıq və bir neçə dəfə təkrar edirik. Əgər lülə kanalında yanıq izləri, pas, çirk aşkar edilərsə lülə kanalının təmizlənməsi (duru yağın köməyilə) davam etdirilir. - Lülə kanalını yağla təmizlədikdən sonra, quru əski ilə təmizləyirik. - Sonra avtomatın ağız hissəsindən xəzinə hissəsinə baxmaq üçün işığa yönəldirik ki, lülənin kənarında pas, Çirk qalmasın (lülənin içi parıldamalıdır). - Qaz kamerasını, qaz borucuğu, kampensatoru silah yağı ilə təmizləyib qurulayırıq. - Lülə qutusunu, çaxmaq çərcivəsi, çaxmaq və qaz porşenini təmizləyirik. Avtomatı təmizlədikdən sonra rəhbərə məlumat veririk. Avto- matı aşağıdakı qaydada yağlayırlar: - Lülə kanalını, xəzinəni silgəc vasitəsi ilə; - Avtomatın qalan bütün metal hissələrinin səthinə yağ hopdurulmuş əsgi vasitəsilə nazik yağ qatı çəkirlər, lakin ağac hissələr yağlanmır (artıq yağ hissə və mexanizmin çirklənməsinə səbəb olur, atəş vaxtı əngəl törədir). Download 2.81 Kb. Do'stlaringiz bilan baham: |
Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling
ma'muriyatiga murojaat qiling