Qüvvələrinin əzm və qüdrətinə arxalanaraq, çətin və ağır


Şəkil 41. Piyadanın döyüş maşını (PDM-2)


Download 2.81 Kb.
Pdf ko'rish
bet48/94
Sana02.06.2024
Hajmi2.81 Kb.
#1833840
1   ...   44   45   46   47   48   49   50   51   ...   94
Bog'liq
Genclerin chagirishaqederki hazirligi I hisse

Şəkil 41. Piyadanın döyüş maşını (PDM-2)
ZTR-li manqanın təşkili və silahları. Zirehli transportyorlu 
manqanın heyəti 9 nəfərdir. Bunlar: 
- Manqa komandiri (MK);

Pulemyotçu (P); 

Qumbaraatan atıcı (QA);
- Qumbaraatan atıcının köməkçisi (QK); 
- Snayperçi (SN);

Baş atıcı (BA); 

Atıcı (A);
- Atıcı (A);
- Sürücü (S).
Manqa zirehli transportyor, kalaşnikov tipli pulemyotla
tankəleyhinə əl qumbaraatanı, kalaşnikov tipli avtomatlarla
«
Draqunov
» tipli snayper tüfəngi, qəlpələnən əl qumbaraları, 
tankəleyhinə kumulyativ əl qumbarası ilə silahlandırılır.


98 
Zirehli transportyor ZTR–82A 
təkərli döyüş maşınıdır (şəkil 
42), əsasən manqanı döyüş meydanına çatdırmaq və döyüş 
zamanı bölməyə atəş yardımı göstərmək üçündür. Heyəti 10 
nəfərdir. Qəlpə və mina əleyhinə zirehə malikdir. Kütləsi 14,5 
tondur. Zirehli transportyor 30 mm–lik kiçikçaplı avtomat- 
laşdırılmış topla və 7,62 mm–lik Kalaşnikov
pulemyotu ilə 
təchiz olunub.
Şəkil 42. Zirehli transportyor ZTR – 82A
Zirehli transportyor ZTR–82A şosse yolda 80 km/saatla
hərəkət edir. Su hövzələrində isə 9 km/saatla üzə bilir. Maşın 
relyefe uyğun olaraq maneələrdən, dərin xəndəklərdən rahat- 
lıqla keçə bilir.
Maşın gecəgörmə cihazları, lazer və hədəfi dəqiq vurma 
nişangahları, atom bombasından mühafizə sistemləri və düş- 
mənin nişangahından qorunmaq üçün tüstüləyici bombalarla da 
təchiz olunub.


99 
Motoatıcı manqanın döyüş imkanları.
Motoatıcı manqanın 
döyüş imkanı-bölmələrin və hissələrin müəyyən edilmiş 
müddətdə və konkret şəraitdə müəyyən tapşırıqlarını yerinə 
yetirmək imkanlarını xarakterizə edən kəmiyyət və keyfiyyət 
göstəriciləridir. Döyüş imkanları şəxsi heyətin soyadından, 
onun döyüş hazırlığının səviyyəsindən və mənəvi psixoloji 
əhvalından, hansı silah və texnikanın olmasından, onların 
vəziyyətindən, bölmənin idarəetmə bacarığından, bölmə və 
hissələrin təşkilati quruluşundan, onların maddi vəsaitlə təchi- 
zatından asılı olur.
Manqanın döyüş imkanları onun atəşaçma və manevretmə 
imkanları ilə xarakterizə olunur. Manqa döyüş mövqeyində 
müxtəlif silahlardan istifadə edərək düşmənin tanklar və zirehli 
maşınlarına, alçaqdan uçan təyyarələrinə və helikopterlərinə 
qarşı mübarizə aparmaq, onun atəş vasitələrini və canlı qüvvəsi 
məhv edə bilər.
Manqa hücumda düşmənin 1-2 tankını, zirehli transportyo- 
runu və bir qrup əsgərini, müdafiədə isə düşmənin 2-3 tankını, 
1-2 zirehli transportyorunu və ya piyadanın döyüş ma- şınını, 
12-15 əsgərini məhv etməyə qadirdir.

Download 2.81 Kb.

Do'stlaringiz bilan baham:
1   ...   44   45   46   47   48   49   50   51   ...   94




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling