Радиопередающие устройства


Download 273.22 Kb.
Pdf ko'rish
bet1/2
Sana12.02.2023
Hajmi273.22 Kb.
#1190781
  1   2
Bog'liq
1.1.radioverici qurgular-onlarin struk-tur sxeml-r.doc




RADİOVERİCİ QURĞULAR 
 
RADİOVERİCİ QURĞULAR HAQQINDA ÜMUMİ MƏLUMAT 
 
1. Vericilərin struktur sxemləri 
Radioverici qurğu informasiyanın radiodalğaların köməyi ilə ötürülməsi üçün isti-
fadə olunur. Yüksək tezlikli elektromaqnit sahəsi olan radiodalğa hərəkətdə olan materiya-
nın xüsusi formasıdır. Radioverici qurğunun tərkibinə verici və verici antena daxildir.
Vericidə üç əsas proses baş verir: 
— yüksək tezlikli rəqsin generasiyası; 
— yüksək tezlikli rəqsin zəruri gücə qədər gücləndirilməsi; 
— yüksək tezlikli rəqsin parametrlərindən birinin (amplitudasının, tezliyinin və ya fazası-
nın) ötürülən informasiyaya uyğun dəyişdirilməsi. 
Yüksək tezlikli rəqs avtorəqs generatorunda generasiya olunur. Bu generatoru oyadıcı 
və ya verici generator adlandırırlar. Belə ki o vericinin daşıyıcı tezliyini qərarlaşdırır. 
Yüksək tezlikli rəqsin parametrlərindən birinin ötürülən informasiyaya uyğun idarə 
olunması modulyasiya adlandırılır. Bu proses modulyatorda həyata keçirilir. İstifadə 
məqsədindən asılı olaraq vericidə amplitud modulyasiyası (AM), tezlik modulyasiyası 
(TM) və ya faza modulyasiyası (FM) həyata keçirilə bilər. Amplitud modulyasiyasının 
xüsusi halı olan impuls modulyasiyasıda geniş tətbiq olunur. 
Modulyasiya nəticəsində modulyasiya olunmuş yüksək tezlikli cərəyan, gərginlik və 
elektromaqnit sahə rəqsləri alınır. Modulyasiya olmadıqda vericinin antenasında yüksək 
tezlikli modulyasiyasız rəqs yaranır və o fəzaya şüalandırılır.
Modulyasiyalı və ya modulyasiyasız yüksək tezlikli rəqslərin gücləndirilməsi üçün 
güc gücləndiricisindən istifadə olunur. Güc gücləndiricisini, həmçinin xaricdən təsirlənən 
generator da adlandırırlar. İş rejimlərinə nəzərən vericidə istifadə olunan gücləndiriciləri 
üç əsas qrupa bölmək olar: bufer gücləndiriciləri, gücləndirici-vurucular və çıxış 
gücləndiriciləri. Sadə vericidə birinci iki növ gücləndirici olmaya, çıxış gücləndiricisi isə 
həmdə tezlik vurucusu ola bilər.
Bir çox radiolokasiya vericilərində gücləndirici olmur. Belə vericilər impuls rejimin-
də işləyir. Bu halda avtogenerator kifayət qədər böyük gücə malik olur. Radiolokasiya 
vericisinin tipik güclü impuls avtogeneratoru maqnetrondur. Metal-keramik lampalar
xüsusi ifrat yüksək tezlikli (İYT) cihazlar və adi lampalar üzərində yığılmış güclü 
avtogeneratorlardan da istifadə olunur.
Sadə AM rəqs radiovericisinin struktur sxemi şək.1.1-də təsvir olunmuşdur. Orada, 
həmçinin hər bir pillənin çıxışındakı gərginliyin diaqramı verilmişdir. Verici generatorda 
(VG) parametrləri dəyişməyən yüksək tezlikli rəqslər yaradılır. Güc gücləndiricilərində 
(GG) onlar gücləndirilir və amplitudaları modulyatorda (M) informasiya siqnallarının 
təsiri ilə dəyişdirilir. Nəticədə tələb olunan gücə malik amplitud modulyasiyalı siqnal 
alınır. Bu siqnal verici antenaya istiqamətləndirilir və fəzaya şüalandırılan AM radiodalğa 
yaradır.
Sadə TM rəqs vericisinin sxemi şək.1.2-də təsvir olunmuşdur. Belə vericidə modul-
yator (M) verici generatorun (VG) rəqs konturuna təsir edərək onun kökləmə tezliyini 
informasiya siqnalına uyğun olaraq dəyişdirir. Bu səbəbdən generasiya olunan rəqslərin 
tezliyi dəyişir. Bu dəyişmə orta qiymətə nəzərən kiçik intervalda həyata keçirilir.



Güc gücləndiricisində (GG) TM rəqslər gücləndirilir. Verici antena fəzaya TM dalğa 
şüalandırır. TM yalnız (ultraqısa dalğalı) UQD diapazonda tətbiq olunur. Digər 
diapazonda onun tətbiqi mümkün deyil. 
Şək. 1.1. Rabitə AM rəqs vericisinin struktur sxemi 
Verici 
Verici antena
VG 
GG 
VG
u
GG
u
M
u
Şək. 1.2. Rabitə TM rəqs vericisinin struktur sxemi 
VG
u
Verici 
Verici antena
VG 
GG 
GG
u
Sadə radiolokasiya vericisinin struktur sxemi şək.1.3- də verilir. Bu sxemdə 
modulyator (M) dövri olaraq təkrarlanan düzbucaqlı formalı gərginlik videoimpulsları 
formalaşdırır. Onlar güclü UQD avtogenerator üçün qida gərginliyi kimi istifadə olunurlar. 
Ona görə də onların amplitudaları kilovoltlarla ölçülür. Avtogenerator dövri olaraq 
yüksəktezlikli radioimpulslar generasiya edir və onları verici antenaya istiqamətləndirir. 
Şüalandırılan radioimpulsların davametmə müddəti adətən bir mikrosaniyə, təkrarlanma 
dövrü isə yüzlərlə və ya minlərlə mikrosaniyə ətrafında olur. Onları zondlayıcı 
radioimpulslar da adlandırırlar.
Şək. 1.3. Radiolokasiya vericisinin struktur sxemi 
Verici antena
G
u
Güclü UQD 
avtogenerator
M
u
İmpuls radiorabitə vericilərində (o cümlədən radiolokasiya vericilərində) şüalandırı-
lan radioimpulsların davametmə müddəti, onların amplitudaları və ya təkrarlanma tezliyi 
dəyişə bilər. Bundan əlavə radioimpulsların generasiya vaxtı müəyyən takt momentlərinə 
nəzərən də dəyişə bilər. Ona görə də impuls modulyasiyası ümumi şəkildə çox müxtəlif 
ola bilər.
Əsas istifadə məqsədinə nəzərən radiorabitə, radioyayım, televiziya, radiolokasiya, 
radionaviqasiya və s. vericilərini fərqləndirirlər. Quraşdırılma yerinə nəzərən stasionar və 



mobil vericiləri fərqləndirirlər. İşçi tezlik diapazonuna nəzərən uzundalğalı, ortadalğalı, 
qısadalğalı və UQD vericiləri fərqləndirirlər. Öz növbəsində UQD vericiləri metrlik, 
desimetrlik, santimetrlik və millimetrlik vericilərinə bölürlər. Optik diapazon (lazer)
vericilərini xüsusi qrup kimi ayırırlar.
Vericiləri həmçinin iş növünə, modulyasiya növünə, gücünə və digər əlamətlərinə 
nəzərən fərqləndirirlər.

Download 273.22 Kb.

Do'stlaringiz bilan baham:
  1   2




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling