Радиопередающие устройства


 Vericilərin əsas göstəriciləri


Download 273.22 Kb.
Pdf ko'rish
bet2/2
Sana12.02.2023
Hajmi273.22 Kb.
#1190781
1   2
Bog'liq
1.1.radioverici qurgular-onlarin struk-tur sxeml-r.doc

2. Vericilərin əsas göstəriciləri 
Radiovericilər müəyyən texniki göstəricilərinə nəzərən xarakterizə olunurlar. 
1) Vericinin işçi dalğa diapazonu. Vericilərin əksəriyyəti işçi dalağa uzunluğunu 
dəyişməyə imkan verən kökləmə elementinə malik olur. Adətən vericini geniş dalğa 
diapazonunda kökləmək mümkün olur. Bu kökləmə səlis və ya diskret ola bilər. Səlis 
kökləmə zamanı verici verilmiş diapazonun istənilən tezliyində işləyə bilər. Diskret 
kökləmə zamanı isə verici yalnız müəyyən edilmiş (fiksə olunmuş) tezliklərdə işləyə bilir.
Bir çox hallarda vericinin işçi tezlik diapazonu bir neçə alt diapazona bölünür. Bu alt 
diapazonlardan hər biri örtmə əmsalı ilə, yəni dağa uzunluğunun maksimal qiymətinin 
onun minimal qiymətinə nisbəti ilə xarakterizə olunur. Adətən örtmə əmsalı 3-4 həddində 
olur. Alt diapazonların örtmə əmsallarının eyni olması məqsədəuyğun hesab edilir. 
2) Vericinin gücü. Vericidən antenaya istiqamətləndirilən elektrik rəqslərinin gücüdür. 
Müxtəlif vericilər üçün bu güc vattın hissələrində onlarla meqavatta qədər ola bilər. 
İmpuls rejimində işləyən vericilər üçün impuls gücünü və impulsların təkrarlanma dövrü 
ərzində olan orta gücü fərqləndirirlər. Adətən impuls gücü vericinin orta gücündən 
yüzlərlə və ya minlərlə dəfə böyük olur. 
3) Vericinin faydalı iş əmsalı (FİƏ). Bu parametr antenaya ötürülən gücün vericinin qida 
mənbəyindən sərf etdiyi gücə nisbəti kimi tapılır. Vericinin FİƏ-si onun iqtisadi cəhətdən 
əlverişli olmasını müəyyən edir. Az güclü vericilər üçün FİƏ 10-20 %, böyük güclü 
vericilər üçün isə 40-60 % həddində olur. 
4) Vericinin tezliyinin stabilliyi. Bu parametr konkret şəraitdə işləyən vericinin daşıyıcı 
tezliyinin müəyyən olunmuş zamanda buraxıla bilən meylini xarakterizə edir. Vericinin 
tezliyinin stabilliyi ədədi qiymətcə nisbi qeyri-stabillik əmsalı ilə xarakterizə olunur. Bu 
əmsal vericinin daşıyıcı tezliyinin buraxıla bilən maksimal meylinin onun nominal 
qiymətinə nisbəti kimi tapılır. Vericinin tezliyinin stabilliyi nə qədər böyük olursa nisbi 
qeyri-stabillik əmsalı bir o qədər kiçik olur. O adətən 
8
4
10
10



həddində olur. 
 

Download 273.22 Kb.

Do'stlaringiz bilan baham:
1   2




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling