Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən


Download 5.08 Mb.
Pdf ko'rish
bet13/41
Sana15.09.2017
Hajmi5.08 Mb.
#15717
1   ...   9   10   11   12   13   14   15   16   ...   41
§ “İNKİŞAF FORMULU” 

 

On ildən çox bundan əvvəl Frensis Fukuyama “tarixin so-



nu”nun yetişməsini elan etmişdi. Onun fikrincə bu, kom-

munist ideologiyasının kollapsı  və  fəaliyyət qabiliyyəti ol-

mayan sovet siyasi və iqtisadi maşınının ucdantutma dağıl-

ması ilə əlaqədar idi. Həmin dövrdə çoxları elə hesab edirdi 

ki, liberalizm qalib gəlmişdir və mövcud dünya nizamında 

onun real alternativi gözlənilmir. Lakin bəzən imkanlar arzu 

edilən perspektivlərlə üst-üstə düşmür və  təcrübə sübut etdi 

ki, vahid monosentrik ideologiya dünyası qurulması ehtimalı 

xəyaldan başqa bir şey deyildir. Bəşəriyyət özünün yarandığı 

gündən dünyaya baxışlarında homogen olmamışdır. Məlum-

dur ki, Bibliyada təsvir edilən bircə alma nəinki insanla 

Allah arasında, həm də Adəm ilə  Həvva arasında mü-

nasibətlərə nifaq salmışdır. 

Ötən əsrin sonu – yeni yüzilliyin əvvəllərində dünya niza-

mının paradoksu təkcə kommunist ideologiyasının süqutu 

nəticəsində yaranmış boşluğu dolduran neoliberal xəttin 

alternativlərinin yaranmasından ibarət deyil, həm də ondadır 

ki, bu alternativlər müasir şəraitdə təkcə onların dislokasiya 

olunduğu regionlarda deyil, bu regionların hüdudlarından 

kənarda da mövcud nizamı  dəyişdirmək iddiasındadır. Bu 

fikri açıqlamağa çalışacağam. 

SSRİ dağılandan sonra yaranmış ideoloji boşluq postsovet 

məkanında yeni – milli-etnik, dini və başqa ideologiyaların 

yaranması ilə nəticələndi. Cəmiyyətlərdə şovinizm meyilləri 

güclənməyə başladı, milli azlıqların nümayəndələrindən 

təmizlənmək barədə çağırışlar səsləndi, sesessiyaya, dini 

idarəetmə formalarına keçid cəhdləri üzə çıxdı. Kilsələrin və 


 

 

245



2‐ci fəsil 

 

E pluribus 



unum – 

vəhdət 


formulu 

 

məscidlərin sayı birdən-birə artmağa başladı, keçmiş sovet 



respublikalarının təhsil müəssisələrində rus dili və ədəbiyyatı 

fənlərinin tədrisi ləğv edildi, süqut etmiş avtarkiyanın dilində 

danışmaq indi nəinki dəbdə deyildi, həm də öz milli 

“Mən”indən uzaqlaşmanın təcəssümünə çevrilmişdi. Rusiya-

nın özündə isə millətçi qruplaşmalar, o cümlədən qırxıq-

başlar və dünya siyasətində Rusiyanın yeri və rolu məsələ-

sinə Avrasiya mövqeyindən yanaşmanın tərəfdarları peyda 

oldu. Ümumiyyətlə, sosial gerçəkliyin mədəni qavrayışının 

yeni seqmentləri intensiv təşəkkül tapırdı, müxtəlif xalqların 

nümayəndələri özlərini bu seqmentlərlə identikləşdirirdi. 

Bununla yanaşı, gənc nəslin  şüuruna sürətlə hakim 

kəsilməkdə olan din də başqa məna kəsb etmişdir. Gənclərin 

get-gedə daha çox hissəsi öz soy-kökünə  nəzər salmağa, 

müxtəlif ideologiyalarda, dini cərəyanlarda və  hətta siyasi 

qruplaşmalarda milli identikliyə nail olmağa çalışırdı. 

Qeyri-qərb cəmiyyətlərinin, o cümlədən keçmiş sovet av-

tarkiyasının nümayəndələri mədəni baxımdan daha tez-tez 

özlərini milli mədəniyyət və dinlə eyniləşdirməyə başlamış, 

bu isə son nəticədə əvvəlki münasibətlərin pozulmasına gəti-

rib çıxarmışdı. Siyasi baxımdan, tərəflərin hər biri təkcə su-

veren dövlət mövqeyindən çıxış etməklə kifayətlənməyib, 

həm də etnik, dini və dil əlamətlərinə görə yaxın olan dövlət-

lərlə sıx əlaqə saxlamağa çalışırdı. Müəyyən sivilizasiya ya-

xınlığını  təcəssüm etdirən yeni geostrateji ittifaqlar və for-

postlar yaranmışdı ki, bu da yuxarıda deyildiyi kimi, dinin, 

dilin və etnik komponentin oxşarlığında ifadə olunurdu. 

Lakin yeni ab-havanın gətirdiyi və  həm siyasətdə, həm də 

iqtisadiyyatda əks olunan boşluq effekti və sosiomədəni amillər 

təkcə postsovet məkanında hibridləşmə doğurmaqla bitmirdi. 

Şərqi, elə Mərkəzi Avropa da böhran içində idi. Bu böhran av-

ropalıların milli identikliyinin müəyyən edilməsi ilə  əlaqədar 


 

 

246 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

çətinliklərdə özünü göstərirdi.  Şərqi Almaniyadan olan alman 



indi artıq özünü təkcə coğrafi baxımdan avropalı hesab etmirdi.  

Hərçənd sosial gerçəkliyin qavranması  və  təfəkkür 

stereotipləri həmin almandan ötrü hələ də müəyyən mənada 

tormoz rolu oynayır, onun tam sosial assimilyasiyasına mane 

olurdu. Çexlər və slovaklar birdən-birə başa düşdülər ki, 

onlar da müstəqil dövlətçiliyə iddia edə bilərlər. Yuqoslaviya 

vətəndaşları isə gördülər ki, onları bir-birindən ayıran amillər 

Miloşeviçin diktaturasından və ya keçmiş Yuqoslaviya 

Sosialist Federativ Respublikasının etnik tərkibinin müxtə-

lifliyindən daha güclüdür. Yeni identikləşdirmə kodları trans-

formasiyaya məruz qalmış şüurlarda get-gedə daha parlaq və 

daha aydın görünməyə başlamışdı. 

Qoca Avropa isə müstəmləkə borclarını ödəməli olmuşdu, 

Afrikadakı keçmiş Fransa müstəmləkələrindən və  Ərəb 

Şərqindən Avropaya immiqrantlar axını başlamışdı. Hələ kök 

salmamış siyasi ənənələr və  götür-qoy edilmədən aparılan 

iqtisadi islahatlar bu gün də on minlərlə  gənci Köhnə 

Dünyada iş yeri, təmin olunmuş həyat şəraiti və sosial rifah 

axtarmağa sövq edir. Onların çoxu nə vaxtsa Avropa 

İttifaqının tamdəyərli vətəndaşları olmağa ümid bəsləyir. 

Lakin fransız alimi Jil Kepelin etiraf etdiyi kimi, “istər hər 

iki dünya müharibəsi dövründə əyinlərinə fransız mundirləri 

geyinmiş Şimali Afrika müsəlmanlarının axıtdığı qan, istərsə 

də 1945-ci ildən sonra çox acınacaqlı  şəraitdə yaşayan və 

qəpik-quruş müqabilində Fransanı (və Avropanı) bərpa edən 

miqrant fəhlələrin alın təri onları ... tamdəyərli vətəndaşların 

övladlarına çevirmədi”

1



                                                 

1

  Журнал  “Россия  в  глобальной  политике” // Разгневанные  мусуль-



мане Европы. Роберт Лейкен. Том 3. № 6, ноябрь-декабрь 2005, стр.93. 

 

 

247



2‐ci fəsil 

 

E pluribus 



unum – 

vəhdət 


formulu 

 

Avropanın demoqrafiyası, tarixi, ideologiyası  və siyasəti 



ona gətirib çıxarmışdır ki, indi bu qitə çox vaxt həyatdan 

narazı olan müsəlmanların indiki nəsillərinin axını üçün bir 

məkana çevrilir. Onlar nominal şəkildə Avropa vətəndaşları 

olsalar da, nə onun mədəniyyətinə, nə  də sosial mühitinə 

uyğunlaşa bilməmişlər. 

Bununla bərabər, artıq qeyd etdiyimiz kimi, Avropa 

qocalmaqdadır. Artıq 200 ildir ki, orada doğum göstəricisi 

tədricən və dönmədən azalmaqdadır, son 20 ildə isə bu 

region öz əhalisinin təkrar istehsalını dayandırmış, fəal 

“demoqrafik geriçəkilmə” mərhələsinə keçmişdir. Avropada 

gənc miqrantlar nəslinin təsirinin artması, bir tərəfdən, onun 

demoqrafik problemini həll edirsə, digər tərəfdən, buraya 

ucuz işçi qüvvəsi əlavə edir. Axı avropalılar özləri get-gedə 

az işləyirlər. Çox güman ki, bunun səbəbi 1970-ci ildən bəri 

durmadan artmaqda olan gəlir vergisi ilə bağlıdır. Heç 

şübhəsiz, gəlir vergisi insanların işləmək arzusuna təsir 

göstərməlidir. Ancaq “əmək haqqından vergilər ödəniləndən 

sonra qalan hissə uşaqlara qulluq edilməsi və ev təsərrüfatına 

kömək xidmətlərinin haqqını ödəməyə birtəhər çatırsa”,

1

 



həddən çox işləmək nəyə gərəkdir? Belə olan halda, ucuz işçi 

qüvvəsi sosial rifaha can atan Avropada çox faydalı  və 

zəruridir.  Ərəb və türk qastarbayterləri Avropa ölkələrinin 

iqtisadi inkişafının mühüm amilinə çevrilmişlər. 

Müsəlmanların Avropada rolu və yeri məsələsinə yenidən 

nəzər salan İslam üləmaları  və ilahiyyatçılar müsəlmanlara 

müraciətlə onları  vətəndaşları olduqları ölkənin ictimai, 

siyasi və sosial həyatında daha fəal iştirak etməyə çağırsalar 

da, indiyə  qədər Qərbi Avropada müsəlmanlara münasibət 

                                                 

1

  Альберто  Алезина.  Европа  в  отпуске,  июнь, 2004. www. project-



syndicate.org 

 

 

248 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

heç də birmənalı deyildir. Nəticədə, başqa millətlərin və kon-



fessiyaların nümayəndələrinin hazırda məruz qaldığı mədəni 

hibridləşmə  əks reaksiyaya, özünəməxsus amortizasiya ef-

fektlərinə  səbəb olur, tolerant və liberal Avropa isə bunları 

qəbul edə bilmir. Başqa sözlə desək, sosial sahədə reaksiya 

əks-reaksiyaya səbəb olur. Avropanın söz və fikir azadlığı 

prinsipləri vasitəsilə islamı dünyəviləşdirmək cəhdləri kəskin 

müqavimətlə qarşılaşır. Nəticədə indiyə qədər yalnız iqtisadi 

mənafeləri təmsil edən qruplar panavropa məkanından siyasi 

məqsədlər üçün istifadə etməyə başlayırlar. 

Tamamilə  aşkardır ki, bütün bunlarla yanaşı, bir böyük 

dövlətin imperiya ağalığına transformasiya etməkdə olan yeni 

dünya nizamı hegemonluğun iki mümkün yolunu yaradır. 

Amerikanın tanınmış tarixçi və publisisti Cozef Nay həmin 

yollardan birini “sərt hakimiyyət”, digərini “yumşaq hakimiy-

yət” adlandırır

1

. “Sərt hakimiyyət” ölkənin hərbi-siyasi gücünə 



arxalandığı halda, “yumşaq hakimiyyət” dövlətin cəlbedici 

mədəniyyətinin, ideallarının və siyasətinin nəticəsidir. C.Nay 

yazır: “Sərt hakimiyyət heç vaxt öz əhəmiyyətini itirməyəcək, 

lakin məhz yumşaq hakimiyyət çoxtərəfli  əməkdaşlıq tələb 

edən transmilli problemlərin həlli üçün get-gedə daha artıq 

əhəmiyyət kəsb edəcəkdir”

2

. Beləliklə, “yumşaq hakimiyyət” 



vasitəsilə neoliberal ideyanın cəlbedici cəhətlərini göstərmək 

imkanı yaranır, bu isə son nəticədə “üçüncü demokratik 

dalğa”nın intensivləşməsinə gətirib çıxarır. 

Şərqi Avropa, Cənub-Şərqi Asiya dövlətlərinin əksəriyyə-

ti və keçmiş sovet respublikaları liberalizmi və demokratiya-

nı sosial inkişafın, iqtisadi uğurların və sosial sabitliyin rəhni 

                                                 

1

 Дж.Най.  Почему  Америка  должна  воссоединиться  с  остальным 



миром, www.project-syndicate.org 

2

 Yenə orada. 



 

 

249



2‐ci fəsil 

 

E pluribus 



unum – 

vəhdət 


formulu 

 

hesab edirdi. Ötən  əsrin 50-ci illərinin  əvvəllərində kos-



mosun fəth edilməsində Sovet İttifaqının birinciliyi, bey-

nəlxalq aləmdəki siyasi nailiyyətləri, davamlı iqtisadi siyasəti 

kommunizm ideyasını çox şirnikləndirici ideyaya çevirmiş, 

bunun nəticəsində Kubada, Vyetnamda, Ərəb  Şərqi ölkələ-

rində və başqa bölgələrdə sosialist rejimləri yaranmışdı. Hət-

ta  Şərqi Avropa da sosializmi və keçmiş avtarkiyanın “qar-

daşlıq köməyi”ni əvvəlcə çox cəlbedici sosial-siyasi alterna-

tiv kimi qəbul edirdi. Lakin SSRİ-nin qüdrəti tənəzzülə uğra-

yanda, başqa dövlətlər üzərində ideoloji hegemonluqdan irəli 

gələn “ona oxşamaq istəyi” kommunizmlə qarşıdurmaya 

çevrildi. 

Şərq yarımkürəsi bütövlükdə Qərbin inkişaf tarixinə əsas-

lanaraq, Avratlantik məkanının dəyərləri və idealları baza-

sında siyasi və iqtisadi inkişaf yolu seçmişdir. 1989-cu ildə 

Çin iqtisadiyyatının istiqamətinin dəyişməsi buna parlaq 

sübutdur. Təbii ki, qeyri-qərb cəmiyyətlərinin bu cür “qərb-

ləşməsi” siyasi və iqtisadi məkanın modernləşməsinə gətirib 

çıxarmışdır. Lakin eyni zamanda, qeyri-qərb cəmiyyətlərinin 

sosial mədəni məkanının “qərbləşməsi” mövzusunda diskus-

siyalara ciddi təkan vermişdir. Başqa sözlə desək, yeni yara-

nmış ideyanın mahiyyəti bundan ibarət idi: “Əgər uğur qa-

zanmaq istəyirsinizsə, onda siz də bizim kimi olmalısınız; 

bizim yolumuz yeganə yoldur”

1



Təklif edilən modellərin hər biri təzadlılığı ilə seçilirdi: 

1) həm modernləşməni, həm də qərbləşməni qəbul etməli; 

2) modernləşməni qəbul etməli, qərbləşmədən imtina 

etməli; 


                                                 

1

 С.Хантингтон. Столкновение цивилизаций. М., 2003, стр.104. 



 

 

250 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

3) həm modernləşmədən, həm də  qərbləşmədən imtina 



etməli. 

Təcrübə göstərir ki, müasir qeyri-qərb cəmiyyətlərinin 

qərbləşməsi elmi-texniki inqilabın nailiyyətlərini, informa-

siya-kommunikasiya texnologiyalarını, ictimai müqavilənin 

mövcud olduğu və insan hüquqları prinsiplərinin üstünlük 

təşkil etdiyi dünyəvi demokratik cəmiyyətlərin əsas prinsip-

lərini fəal mənimsəməkdən ibarətdir. 

Qərbləşmə ideyasının özünün yaranması  qərb cəmiyyət-

lərinin inkişafı  və qeyri-qərb cəmiyyətlərinin  əksəriyyəti 

Qərbə aid olan inkişaf etmiş dövlətlərin nailiyyətlərindən fəal 

bəhrələnməsi ilə əlaqədardır. Ötən əsrin əvvəllərində inkişa-

fın ən səmərəli yolu Qərbə xas olan həyat tərzi, iqtisadi inki-

şaf və siyasi quruluş formaları idi və mahiyyət etibarilə o 

dövrdə bunun alternativi yox idi. Ticarətin və maliyyə axın-

larının intensiv inkişafı, sənayeləşmə, beynəlxalq məsələlər-

də İngiltərə və Fransanın hegemonluğu sosial gerçəkliyi qav-

ramağın qərb formasının cəlbediciliyinin sürətlə yayılmasına 

şərait yaradırdı. Yaponiya, Türkiyə, Hindistan və başqa cə-

miyyətlər Qərbdə qazanılmış iqtisadi uğurları “öz meyda-

nında oynamaq üçün resept” kimi qəbul edirdi. 

Birinci Dünya müharibəsindən sonra qərbləşmə ideolo-

giyası müstəmləkəçilik vasitəsilə  tətbiq edilirdi. Müstəm-

ləkəçiliyin ilkin zəmini hələ böyük coğrafi kəşflər dövründə 

yarandığına baxmayaraq, XVIII əsrin axırları – XIX əsrin 

əvvəllərində  sənayeləşmə müstəmləkə xalqlarının həyat və 

mədəniyyət tərzinin qərbləşdirilməsi prosesinin intensivləş-

məsinə şərait yaradırdı. Manufakturalardan maşınlı iri fabrik-

zavod sənayesinə keçid dövründə müstəmləkə siyasətində 

əsaslı  dəyişikliklər baş verirdi. Birbaşa talançılıq metodları 


 

 

251



2‐ci fəsil 

 

E pluribus 



unum – 

vəhdət 


formulu 

 

və  əhalidən tutulan vergilərin hədsiz artırılması ilə yanaşı, 



qeyri-ekvivalent mübadiləyə  əsaslanan ticarət vasitəsilə 

müstəmləkələrin istismar edilməsi də mühüm rol oynamağa 

başlayırdı. Sürətlə inkişaf etməkdə olan metropoliyalara iqti-

sadi baxımdan get-gedə daha sıx bağlanan müstəmləkələr 

metropoliyaların inkişafın monokultur istiqaməti ilə  səciy-

yələnən aqrar-xammal əlavələrinə, kapitalist sənayesi üçün 

xammal mənbələrinə  və  sənaye məhsullarının satış bazar-

larına çevrilirdi. Məsələn, 1814-cü ildən 1835-ci ilə  qədər 

İngiltərədən Hindistana pambıq parça ixracı 65 dəfə artmış, 

bu isə yerli toxucu sənətkarlar təbəqəsinin kütləvi  şəkildə 

yoxsullaşmasına və məhv olmasına gətirib çıxarmışdır. 

Müstəmləkələrin istismar edilməsinin forma və metodları 

dəyişsə  də, bu proses istismarın intensivliyinin azalması ilə 

müşayiət olunmurdu. Metropoliyaların müstəmləkələrdən 

daşıyıb apardığı külli miqdarda sərvətdən metropoliyaların 

öz iqtisadiyyatlarına investisiyalar şəklində istifadə edilməsi 

Avropada və  Şimali Amerikada sosial-iqtisadi inkişafın və 

sənayenin inkişafının sürətlənməsinə  səbəb olmuşdu. Müs-

təmləkəçilər müstəmləkələrdə  kəndli təsərrüfatının  əmtəəli-

yinin artırılmasında maraqlı olsalar da, çox vaxt feodalizmi 

və ondan da əvvəlki münasibətləri dəstəkləyir və möhkəm-

lədir, kölə  vəziyyətinə salınmış ölkələrdə feodal və  qəbilə-

tayfa  əyanlarını özlərinin sosial dayağı hesab edirdilər. 

Əcnəbi kapitalistlərin ağalığı, sənaye mallarının rüsumsuz 

idxal edilməsi, xammalın çox ucuz qiymətə daşınıb apa-

rılması bütün yerli əhalinin müflisləşməsinə, orada sənət-

karlığın və  hələ müstəmləkəçilərin gəlişindən  əvvəl rüşeym 

halında yaranmış manufaktura sənayesinin məhv olmasına, 

bütövlükdə müstəmləkələrin iqtisadiyyatının tənəzzülünə 

gətirib çıxarırdı. 



 

 

252 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Təhlilçilərin çoxu müstəmləkəçilikdən sonrakı dövrdə 



inkişaf etmiş  Qərb ölkələrinin mövqelərini inkişaf etməkdə 

olan və yeni demokratik ölkələrdə öz iqtisadi hökmranlığını, 

ilk növbədə, qeyri-ekvivalent ticarət mübadiləsi (yeni müs-

təmləkəçilik)  şəklində qoruyub saxlamaq cəhdləri kimi qiy-

mətləndirir.  Əslində, bu ölkələr  əvvəlki kimi, yenə  də ucuz 

xammal və ucuz işçi qüvvəsi mənbələri rolunda çıxış edir, bu 

isə  Qərb korporasiyalarının buradakı  xərclərini minimuma 

endirməsinə imkan verir. Yeni müstəmləkəçilik istismarına 

şərait yaradan amillərdən biri də ondan ibarətdir ki, inkişaf 

etmiş ölkələr praktik olaraq, bütün əmtəə  və maliyyə 

bazarlarına nəzarət edir, həmçinin valyutaların məzənnələrini 

özlərinə sərfəli səviyyədə saxlayır. 

İctimaiyyatşünaslıq terminlərinin izahlı lüğətində qərbləş-

məyə belə tərif verilir: 

1) qərb nümunəli bir sıra dəyərlərin (bazar iqtisadiyyatı, 

hüquqi dövlət və parlamentarizm, mənəvi və siyasi 

plüralizm və s.) müasir sivilizasiyanın ümumbəşəri 

dəyərlərinə çevrilməsi prosesi; 

2)  bəşəriyyətin inkişaf etmiş ölkələrin təsir, hakimiyyət və 

istismar dairəsinə cəlb edilməsinə yönəlmiş fəaliyyət; 

3) Qərbi Avropaya və  Şimali Amerikaya xas olan həyat 

tərzinin kor-koranə, düşünülməmiş  şəkildə  əxz edil-

məsi.

1

 



Bəşəriyyət inkişaf etdikcə, texnologiyalar və iqtisadi nailiy-

yətlər qeyri-qərb cəmiyyətləri ilə müqayisədə  təkmilləşdikcə 

qərbləşmə başqa məna kəsb edir və ayrı cür başa düşülür. 

                                                 

1

 Н.Е.Яценко. Толковый словарь обществоведческих терминов. СПб., 



1999. 

 

 

253



2‐ci fəsil 

 

E pluribus 



unum – 

vəhdət 


formulu 

 

Aşkar olmuşdur ki, Avratlantik siyasi modeli qeyri-qərb 



məkanlarının suverenliyi üzərində üstünlük etməyə başlayır. 

Maliyyə baxımından tərəqqinin qərb reseptlərini  əxz etməyə 

çalışan cəmiyyətlərin iqtisadi tərkib hissəsi Bretton-Vud 

sistemi ilə  məhdudlaşdırıldı (Bretton-Vud ABŞ-da dağ 

kurortudur. BMT-nin 1944-cü ildə bu şəhərdə keçirilmiş 

monetarizm və maliyyə  məsələlərinə dair konfransında 44 

dövlətin nümayəndələri valyuta və ödəmə sistemləri barədə 

saziş imzalamışdılar. Bu sistemin imkanları tükəndikdən 

sonra,  1971-ci ildə ABŞ onu birtərəfli qaydada ləğv etmişdir. 

Lakin Bretton-Vud konfransının yekunu kimi hələ də fəaliyyət 

göstərən Beynəlxalq Valyuta Fondu (BVF) keçid iqtisadiyyatı 

ölkələrinin “qollarına qızıl bilərzik” taxır). BVF, Dünya Bankı 

(DB), Avropa Yenidənqurma və  İnkişaf Bankı (AYİB) kimi 

yeni yaranmış beynəlxalq təşkilatların fəaliyyəti təkcə qlobal 

maliyyə münasibətləri axınına nəzarət etməkdən ibarət 

olmayıb, həm də öz iqtisadi vəziyyətinin təhlükəsizliyini 

təmin etmək məqsədi ilə məhdudlaşdırıcı tədbirlər görülməsini 

əhatə edir. 

Bununla  əlaqədar, Çikaqo Universitetinin professoru 

ultramonetarist Milton Fridmenin BVF-ni tənqid etməsi 

maraq doğurur. O, 1997-ci ildə Honkonqda BVF-DB illik 

yığıncağından  əvvəl öz çıxışında demişdir ki, 1971-ci ildə 

Bretton-Vud sisteminin süqutundan sonra BVF kimi 

təşkilatlara ehtiyac qalmamışdır: “Onu 1971-ci ildə  ləğv 

etmək lazım idi.  

Lakin o vaxt bu iş görülməyibsə, onu indi görmək la-

zımdır. Əgər sizin özəl müəssisəniz öz fəaliyyətini dayandır-

saydı, o, müflisləşər və varlığına xitam verərdi. Lakin hö-

kumət təşkilatının başına bu iş gəlmir”

1



                                                 

1

 London Times, 19 sentyabr 1997-ci il. 



 

 

254 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Qeyri-qərb cəmiyyətlərində transnasionalizm elementləri 



onların sosial-mədəni fəaliyyət meydanına yeni davranış  və 

həyat tərzi nümunələri gətirir. Transformasiya məkanlarında 

identikliyin müəyyən edilməsi məsələsində  aşkar boşluq 

müşahidə olunurdu.  

Belə  məkanlar üçün bu cür hücumlar sosial-mədəni hib-

ridləşməyə gətirib çıxarmış, bu isə 1968-1978-ci illərdə Mər-

kəzi və Şərqi Avropada xalq iğtişaşlarına, Çində “mədəni in-

qilab”a çevrilmişdi. 

İnformasiya-kommunikasiya texnologiyaları inkişaf etdik-

cə, qeyri-qərb cəmiyyətlərinin sosiomədəni sahəsində  dəyi-

şikliklər daimi xarakter almış, bütün sosial məkana təsir ami-

linə çevrilmişdir. “Fast-fudlaşma” deyilən proses, yəni qeyri-

qərb cəmiyyətləri üçün vahid qərb sosiomədəni brendinin 

yaranması prosesi başlanmışdır. 

Buna görə də “modernləşmə” və “qərbləşmə” anlayışları-

nın fərqləndirilməsinin çox böyük əhəmiyyəti var. Axı Qərb 

kütləvi  şüurda bu iki terminin sinonimlərə çevrilməsi üçün 

əlindən gələni edir. Məsələyə bu məntiqlə yanaşsaq, belə 

çıxır ki, bütün dəyişikliklər və  hər hansı islahatlar yalnız o 

halda mümkündür ki, onlar qərbyönümlü olsun və  qərb nü-

munələrini təkrar etsin. Alternativ variant kimi “durğunluq”, 

“arxaizm”, “konservatizm”, səmərəsizlik, dinamikanın olma-

ması kimi variantlar təklif olunur. Malayziyanın baş naziri 

bununla  əlaqədar demişdir: “Bizə izah edirdilər ki, əgər 

beynəlxalq maliyyə bazarının  əhəmiyyətini qiymətləndirə 

bilməsək, sivilizasiyalı olmayacağıq. Böyük ölkələr bizə 

deyir ki, biz yoxsulluğa qarşı  həssas olmalıyıq, çünki bu, 

beynəlxalq maliyyə üçün zəruridir”

1



                                                 



1

 Malayziyanın baş nazirinin Honkonqda, BVF – DB-nin illik sessiyasında 

çıxışı. 20 sentyabr 1997-ci il. 


 

 

255



2‐ci fəsil 

 

E pluribus 



unum – 

vəhdət 


formulu 

 

Beləliklə, Qərb, daha dəqiq desək, Pax Americana öz si-



vilizasiya məqsədinə nail olur – dünyanın qalan hissəsinə 

özünün yaxşıca mənimsədiyi hüdudları, qanunları və meyar-

ları “təklif edir”. İqtisad elminin dahi nəzəriyyəçisi Fridrix 

List liberalların liberalizmi “mütərəqqi alternativ” kimi zorla 

sırıdıqları insanlara bu cür qərəzli münasibəti çox gözəl 

təsvir etmişdir. O, öz əsərlərində göstərmişdir ki, bazar 

iqtisadiyyatı  və liberalizm yoluna çoxdan qədəm qoymuş 

ölkələr başqa təsərrüfat modellərindən istifadə edən ölkələrə 

analoji modeli qəbul etdirməyə nail olsalar, birincilər hök-

mən qazanacaqlar. Görünür, “azad ticarət” üçün “bərabər” 

şərait inkişaf etmiş bazar ölkələrinin daha da varlanmasına 

və bazar iqtisadiyyatı yoluna yenicə qədəm qoymuş ölkələrin 

yoxsullaşmasına gətirib çıxarır. Buna görə də List bildirir ki, 

ənənəvi liberal ölkələrin (ilk növbədə, anqlsaks) ölkələrinin 

öz inkişaf modellərini bütün başqa ölkələrə qəbul etdirmələri 

onlar üçün çox sərfəlidir, çünki bu halda onlar iqtisadi və 

siyasi mənfəət əldə edəcəklərinə əmin ola bilər. 

Belə olan halda, obyektiv şərait üzündən səmərəli və təca-

vüzkar liberal rəqiblərlə üzləşmiş qeyri-liberal ölkələr nə 

etməlidir? XIX əsrdə bu problem Almaniya üçün tam 

kəskinliyi ilə qarşıya çıxmışdı  və  məhz Fridrix List həmin 

problemi həll etməli idi. Həmin suala “qərbləşməsiz 

modernləşmə” anlayışının iqtisadi sinonimi olan “böyük 

ərazilərin avtarkiyaları” nəzəriyyəsi ilə cavab verildi

1



“Böyük ərazilər avtarkiyaları” konsepsiyasına görə, bazar 



dövlətləri ilə  sərt rəqabət  şəraitinə düşmüş qeyri-bazar döv-

lətləri liberal sistemlərin texnoloji nailiyyətlərini qismən, 

lakin geniş  əhatəli “gömrük ittifaqı”nın məhdud çərçivəsin-

                                                 

1

 R.Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı, 2005, 



səh.156. 

 

 

256 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

dən kənara çıxmamaqla təkrarlayan muxtar inkişaf modeli 



yaratmalıdır. Bu halda “ticarət azadlığı” iqtisadiyyatın dina-

mikasını  təcili artırmaq üçün özlərinin sosial-siyasi və in-

zibati-təsərrüfat səylərini birləşdirmiş dövlətlərin strateji 

bloku ilə  məhdudlaşır. Daha çox inkişaf etmiş liberal ölkə-

lərə münasibətdə isə, əksinə, ciddi proteksionizm prinsipləri-

nə  əsaslanan möhkəm gömrük səddi qoyulur. Beləliklə,  ən 

yeni iqtisadi texnologiyaların tətbiq sahəsi maksimal 

dərəcədə genişlənir və eyni zamanda, siyasi və  təsərrüfat 

suverenliyi ardıcıl olaraq dəstəklənir. 

Heç şübhəsiz, məsələyə bu cür yanaşma neoliberalları qı-

cıqlandırır, çünki o, liberal rəqiblərin  strategiyasını və təca-

vüzkar niyyətlərini açıb göstərir, üstəlik, geosiyasi müdaxi-

ləyə qarşı, son nəticədə dövlətlərin kənardan idarə edilmə-

sinə qarşı ciddi müqavimət göstərir. 

Qeyd etməliyik ki, “qərbləşməsiz modernləşmə” tezisi 

özlüyündə elə bir konseptual silahdır ki, onun geniş 

yayılması  Qərb üçün əsla arzuedilən hal deyildir. Qərbdən 

ötrü ictimai şüurdakı ikili sxemi aşılamaq daha vacibdir: bir 

tərəfdə islahatçılar, dəyişikliklərin tərəfdarları, digər tərəfdə 

mühafizəkarlar, keçmişin inadkar tərəfdarları dayanır. Həmin 

“tənlik” bu qaydada həll edildikdə, qərbpərəst islahatçıların 

əhəmiyyətli dərəcədə  dəstəklənməsi təmin olunacaqdır. 

Lakin həmin formula üçüncü element daxil edilən kimi, 

bütün mənzərə bir qədər başqa çalar alır. “Qərbpərəst 

modernistlərin” və “antiqərb antimodernistlərin” qarşıdurma-

sı gec ya tez “gələcəyi” təcəssüm etdirən “islahatçıların” 

qələbəsi ilə  nəticələnir. Lakin bunlardan əlavə, Qərbin 

əleyhinə olan “antiqərb modernistlər” və ya “mühafizəkar 

inqilabçılar” da meydana çıxır. Belə bir qüvvənin müstəqil 

oyunçu kimi, ideoloji blok kimi, iqtisadi platforma və 



 

 

257



2‐ci fəsil 

 

E pluribus 



unum – 

vəhdət 


formulu 

 

mədəni cəbhə kimi mövcud olması bayağı siyasi qarşıdurma 



nisbətini tamamilə pozur. Qərbçiliyin  əleyhdarları olan 

modernistlər radikal islahatları, təsərrüfat modelində inqilabi 

dəyişiklikləri, idarəetmənin həyati  əhəmiyyətli sahələrində 

elitaların partlayış tipli rotasiyasını  dəstəkləyirlər. Lakin 

geosiyasi, iqtisadi və mədəni suverenliyin tamamilə qorunub 

saxlanması, cəmiyyətin öz köklərinə sadiqliyi, identikliyin 

dəstəklənməsi onlar üçün mütləq və mübahisəsiz  şərtdir. 

Həm “modernləşmə”, həm də “suverenlik” elə mübahisəsiz 

imperativlərdir ki, heç bir halda onları  nəzərə almamaq 

mümkün deyildir. 

 


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   9   10   11   12   13   14   15   16   ...   41




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling