Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən


Download 5.08 Mb.
Pdf ko'rish
bet21/41
Sana15.09.2017
Hajmi5.08 Mb.
#15717
1   ...   17   18   19   20   21   22   23   24   ...   41

 

İnqilabın arxitektor-

ları da məhz seçkilərin saxtalaşdırılmasına ümid bəsləyirdi-

lər. “İxrac olunan transformasiyalar” modeli artıq Gürcüstan, 

Ukrayna və Qırğızıstanda uğurla həyata keçirilmişdi. 

“The Guardian”dakı həmin məqalənin müəlliflərinin fikrin-

cə, Gürcüstan, Ukrayna və  Qırgızıstandakı hadisələr “Azər-

baycan və Qazaxıstanda qorxu doğurmuşdu və hətta ikincinin 

prezidenti Nursultan Nazarbayev seçkilər vaxtı etiraz mitinq-

ləri keçirilməsini qadağan etmiş, müxalifət qəzetlərini bağla-

mış və Ukrayna inqilabının rəngi olan narıncı köynəklər gey-

miş cavan nümayişçiləri polisin döyməsinə imkan vermişdi”

2



Amerikanın “Newsweek” jurnalı 2005-ci il oktyabrın 



24-də yazırdı: “Qarşıdakı seçkilərin azad və vicdanlı ke-

çirilib-keçirilməyəcəyindən asılı olmayaraq, yaxın vaxt-

larda Azərbaycanda başlaya biləcək yeganə “rəngli” inqi-

lab qan tökülməsi olacaqdır”

3



Rusiyanın analitik mərkəzləri və jurnalları da Azərbaycan-



da “zərif” transformasiyanın mümkünlüyünə az diqqət yetir-

                                                 

1

 

www. inosmi.ru



 

2

 



Yenə orada.

 

3



 

Yenə orada.

 


 

 

405



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

mirdi. “Novaya politika” jurnalı yazırdı: “Vaxt bir yerdə dur-

mur, Ukrayna və  Qırğızıstandakı hadisələr Azərbaycan “in-

qilabçılarının” qəlbində yeni ümidlər doğurmuşdur. Onlar 

rəngli inqilablar qatarının Rusiyanın sərhədləri boyunca kur-

yer sürəti ilə mümkün qədər tez şütüməsinin Birləşmiş Ştatlara 

açıq-aşkar sərfəli olduğunu ağılla mühakimə edərək ruhlan-

mışlar. Axı, noyabrda Azərbaycanda parlament seçkiləri ke-

çiriləcək – bu, inqilabi sıçrayış üçün aşkar bəhanədir… 

Növbəti rəngli inqilabın baş verməsi üçün Azərbaycanın 

müəyyən  şansları var, hərçənd, bu, sadəcə, parlamentdə 

müxalifətin təmsilçiliyinin genişləndirilməsi ilə  də  məhdud-

laşa bilər. Hələlik isə müxalifət bütün seçki dairələrində ölkə 

parlamentinə razılaşdırılmış namizədlərin irəli sürülməsi 

barədə saziş əldə olunduğunu bəyan edir”

1



Digər bir internet nəşri yazırdı ki, “MDB məkanında baş 

verən “rəngli inqilablardan” ruhlanan müxalifət siyasi iradə 

nümayiş etdirdi, onun indiki qətiyyəti isə belə deməyə  əsas 

verir ki, artıq yaxın gələcəkdə Azərbaycanı mürəkkəb dövr 

gözləyir”

2



Azərbaycanda “məxməri” inqilabın perspektivləri barədə 

müxtəlif informasiyalara Fransa, Almaniya, Böyük Britani-

ya, ABŞ və digər ölkələrin nəşrlərinin səhifələrində rast gəl-

mək olardı. Halbuki, sayca onlardan heç də az olmayan təh-

lilçi və politoloqlar Azərbaycanda hər hansı “rəngli” trans-

formasiyanın mümkünlüyünü qəti  şəkildə  rədd edirdilər. 

Tam bir sıra analitik mərkəzlər bildirirdi ki, Cənubi Qafqazın 

siyasi reallıqları  və Azərbaycanın inkişafının daxili kompo-

nenti hakimiyyətin konstitusiyaya uyğun  şəkildə  təhvil ve-

                                                 

1

 

http://www.novopol.ru/article 2575.html



 

2

 



www. pravaya.ru

 


 

 

406 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

rildiyi, yəni vətəndaşların əsas hüquq və azadlıqlarının təmin 



olunduğu, açıq və  ədalətli seçkilərin keçirilməsi vasitəsilə 

iradənin ifadə edilməsinin şəffaflıq və demokratikliyin göstə-

ricilərinin olduğu səmərəli dövlətçilik xəttinin təmin edilməsi 

üçün real zəmin yaratmışdır. 

2005-ci ilin noyabrındakı parlament seçkilərindən  əvvəl 

dünya internet şəbəkəsini və kütləvi informasiya vasitələrini 

dolduran analitik yazılardan bəzilərində  əsas fikir Azərbay-

canda müxalifətin gücləndiyini, siyasi təsisatların zəifliyini, 

iqtisadiyyatın geridə qaldığını, hakimiyyətin ölkədə gedən 

prosesləri idarə edə bilmədiyini və bunun nəticəsi olaraq, 

Gürcüstandakı  və Ukraynadakı inqilabi ssenarilərə doğru 

getməyin zəruriliyi və labüdlüyünü nümayiş etdirməkdən 

ibarət idi. Azərbaycan müxalifəti “zərif” transformasiyaların 

real geosiyasi ilkin şərtlərini, habelə “qan tökülmədən” çev-

rilişləri həyata keçirmiş ölkələrdə mövcud olan və güclənən 

siyasi və iqtisadi ziddiyyətləri götür-qoy etməyərək, qarşı-

dakı transformasiya haqqında baş tutmuş fakt kimi ucadan 

bəyanatlar verirdi. Müsavatın başçısı  İsa Qəmbər deyirdi: 

“Ölkədə dinc, demokratik dəyişikliklər üçün başlıcası aşağı-

dakı amillərdir: ictimaiyyətin əksəriyyətinin bu dəyişiklikləri 

istəməməsi. Zənnimcə, Azərbaycanda bu fakt göz qabağın-

dadır, ölkə  vətəndaşlarının  əkrsəriyyəti ölkədə demokratik 

dəyişikliklərin olmasını istəyir.  İkinci amil real müxalifətin 

olmasıdır. Kim deyir desin, biz dəqiq bilirik ki, Azərbaycan 

müxalifəti postsovet məkanında  ən güclülərindən biridir. 

Üçüncü amil isə beynəlxalq ictimaiyyətin diqqətidir...”

1



Bu transformasiyaların digər dövlətlərdəki “siyasi renta-



belliyini” dərk etməyən milli müxalifət Azərbaycanda inqila-

                                                 

1

 

http://www.day.az/news/politioc/30623.html



 

 

 

407



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

bi çevrilişi həyata keçirmək üçün daxili və xarici “potensial” 

deyilən potensialdan istənilən yolla istifadə etməyə  cəhd 

göstərirdi. Gürcüstanda, Ukraynada və  Qırğızıstandakı pro-

seslərdən sonra baş vermiş bu transformasiyaların “daxili 

siyasi legitimliyini” şübhə altına almış  dəyişikliklərin siyasi 

və iqtisadi dəyərinin nədən ibarət olduğu barədə düşünməyən 

Azərbaycanın radikal müxalifəti konstitusiya quruluşunu 

dəyişdirmək məqsədi ilə küçələrə çıxmağa hazır idi. “Daxili 

siyasi legitimliyin” ictimai konsensusun, daxili siyasi 

sabitliyin və vətəndaş cəmiyyətinin müəyyən seqmentlərinin 

olmasının üstünlük təşkil etdiyi dövlət hakimiyyəti sistemi-

nin formalaşması  və qurulması kimi başa düşülməsi keçmiş 

sovet respublikalarında inqilabdan sonrakı prosesləri daha 

geniş  şəkildə araşdırmağa imkan verir. Lakin “məxməri” 

transformasiyanı yaşamış  bəzi dövlətlərdə baş verən hadi-

sələr vəziyyəti  əsaslı  şəkildə  dəyişmədi və  məkanı sabit 

şəkildə saxlaya biləcək iqtisadi mühiti təkmilləşdirmədi. 

Məsələn, Beynəlxalq Sülh Uğrunda Karnegi Fondunun 

baş elmi işçisi Anders Oslundun yazdığı kimi, “Qırğızıstanda 

çox az dəyişiklik oldu. Demək olar ki, hakimiyyətdə bir qrup 

digərini  əvəz etdi. Hansısa dəyişikliklərdən danışmaq çox 

çətindir. Gürcüstanda bir sıra ciddi iqtisadi islahat aparıldı, 

qısa müddət ərzində korrupsiyanın səviyyəsini kəskin şəkildə 

aşağı salmaq mümkün olmuşdur. Bununla belə, Gürcüstan 

rəhbərliyi indiyədək ölkənin konkret inkişaf planını  işləyib 

hazırlaya bilməmişdir”

1



CATO  İqtisadi Tədqiqat  İnstitutunun elmi işçisi Castin 

Loqan yazır ki, köhnə rejim yox oldu, hakimiyyətə  təzə  və 

olduqca rəngarəng siyasi elita gəldi. Belə  şəraitdə hamının 

                                                 

1

 

http://nousa.in.ua/russian/articles/world/print/373.html



 

 

 

408 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

rəyini və istəyini nəzərə almaq çox çətindir. Ona görə  də, 



hesab edirəm, inqilabın baş verdiyi ölkələrdə hansısa ciddi 

dəyişikliklərdən danışmaq hələ tezdir. Digər problem də on-

dan ibarətdir ki, – məsələn, bunu Qırğızıstanda müşahidə et-

mək olar, – köhnə  rəhbərliyin dəyişməsi ilə hakimiyyət 

strukturlarında məmurların dəyişdirilməsi baş vermədi. 

Beləliklə, bu respublikada hakimiyyətin yalnız yuxarı pilləsi 

dəyişdi”

1



Kolumbiya Universiteti tarix fakültəsinin Rusiya və Şərqi 

Avropa araşdırmaları  şöbəsinin professoru Mark fon Hagen 

Ukraynadakı siyasi prosesləri belə qiymətləndirir: “Ukrayna-

da yeni hökumətdən məyusluq artır. Lakin, əvvəlki kimi, 

yenə  də ümid qalır ki, yaxşılığa doğru dəyişiklik baş verə-

cəkdir. Mən hesab edirəm ki, son hadisələr bu dəyişikliklərin 

başlanğıcıdır. “Narıncı” inqilabdan sonra Yuşşenko hakimiy-

yətə  gələndə seçkilər zamanı ona kömək etmiş adamlardan 

ibarət kompromis hökumət yaratdı. Problem bundadır ki, 

həmin adamlar bir-biri ilə yola getmək məsələsində çox 

iddialıdırlar”. 

K.Brinton belə vəziyyəti ikihakimiyyətlilik kimi səciyyə-

ləndirir: “...inqilabın birinci mərhələsi başa çatanda mötədil-

lərlə radikallar arasında mübarizə bir-biri ilə  rəqabət aparan 

iki dövlət maşını arasında mübarizəyə çevrilir”

2



İnqilablardan üç, iki və bir il keçəndən sonra Gürcüstan-

da, Ukraynada və Qırğızıstanda əhəmiyyətli dəyişikliklərdən 

danışmaq son dərəcə çətindir, çünki keçmiş avtarkiyaların si-

yasi və iqtisadi kökləri bu dövlətlərin ictimai şüurunda və 

siyasi strukturunda dərin iz buraxmışdır. Hətta hakim elitalar 

                                                 

1

 

http://nousa.in.ua/russian/articles/world/print/373.html



 

2

 



K.Brinton.1965, p.135.

 


 

 

409



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

dəyişdikdən sonra da bu ölkələrdə, bir çoxlarının, sanki, 

postkommunist siyasi elitalarının süqutunun əsas səbəbi say-

dığı daxili fikir ayrılıqları  təzə hakim rejimlər üçün gündə-

likdə qalmışdır. Üstəlik, “zərif” transformasiyaların geosiyasi 

və coğrafi-iqtisadi mahiyyəti şübhə doğurmur. Bütün bunlar 

yeni transformasiyalara etimadın azalmasını şərtləndirmişdir. 

Halbuki, çoxları hesab edirdi ki, bu transformasiyalar siyasi 

prosesin iştirakçıları arasında daha açıq və  şəffaf qarşılıqlı 

münasibətlərin əsası olmalı, iqtisadi sıçrayışı təmin etməli və 

beləliklə  də  həmin ölkələrdə  həyat səviyyəsini  əhəmiyyətli 

dərəcədə yüksəltməli idi. Postsovet məkanı ölkələrində 

“məxməri” transformasiyaların perspektivlərinin qeyri-

müəyyənliyinin qorxu doğurması, habelə bu transformasi-

yaların merkantilliyi şübhəsizdir. 

Bu baxımdan  İ.Starodubrovskayanın və V.Maunun 

fikirləri çox maraqlıdır. Onlar yazırlar: “Köhnə rejim zamanı 

işlənib hazırlanmış  və  həmin  şəraitdə  dərhal  əməli  şəkildə 

həyata keçirilmək üçün nəzərdə tutulan proqramın bir sıra 

özünəməxsus xüsusiyyətləri vardır ki, bunlar onun xüsusilə 

inqilabi cəmiyyət çərçivəsində reallaşdırılmasını prinsipcə 

mümkünsüz edir. Əvvəla, bu proqram açıq-aşkar normativ 

xarakter daşıyır, yəni, arzu olunanı  cəmiyyətin vəziyyətinin 

qabaqcıl ideyaları baxımından təsvir edir, lakin qarşıya 

qoyulmuş  məqsədlərə nail olmağın konkret mexanizmləri 

məsələsinə  gəlib çıxanda məlum olur ki, o, çox dumanlıdır. 

İkincisi,  əvvəlki rejim üçün səciyyəvi olan məhdudiyyətlər 

və xurafatlar kompleksini tam şəkildə özündə əks etdirən bu 

proqram keçmiş sistemdə olan yaxşı  nə varsa, hamısını 

dövrün yeni dəyişiklikləri ilə bu və digər  şəkildə uzlaşdır-

mağa çalışır. Nəhayət, üçüncüsü, proqram konkret sosial 

qüvvələrin mənafelərinə istiqamətlənməmişdir, lakin ədalətli, 



 

 

410 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

düzgün və ideal ictimai quruluş haqqında təsəvvürləri  əks 



etdirən hansısa mücərrəd məqsədləri özündə təcəssüm etdir-

məyə, buna görə  də hamının və ya demək olar, hamının 

dəstəyini almağa çalışır”

1



Demək lazımdır ki, bu yaxın vaxtlarda “transformasiya 

olmuş” dövlətlərin iqtisadi siyasəti və ictimai inkişafı barədə 

müxtəlif “beyin” mərkəzlərinin təhlili yazılarını öyrənərkən, 

tez-tez bu və ya digər “inqilabın” nəzəri və praktik təq-

dimatında “ikili standartlar” siyasətinin olması ilə qarşı-

laşmışıq. Belə olan halda, “üçüncü demokratik dalğa”nın 

getdikcə daha çox Pax Americana-nın təcəssümünə çevrilən 

yeni dünya nizamının forma və mahiyyətinin dəyişdirilmə-

sinə dair təkcə qlobal layihə deyil, həm də sivilizasiyalı 

qərbləşmənin hücumu olmasına  şübhə qalmır. Qərb həyat 

tərzini, kodlarında Modernity mənası gizlənən təfəkkür for-

masını  və yeni davranış stereotiplərini “üçüncü demokratik 

dalğa” vasitəsilə yaymaq asan və münasibdir. 

Rusiya tədqiqatçısı A.İ.Neklessa yazır: “Modern dünyanın 

parlaq xüsusiyyəti onun məkanında iki tarixi meylin yanaşı 

mövcud olmasıdır... Xristian dünyasının, universal və pro-

zelit sivilizasiyanın bərqərar olması ilə yanaşı, ikinci 

minillikdə tarixi hərəkətin  əsas subyekti kimi tarix ağacına 

hansısa məqamda başqa, dünyəvi avropamərkəzçilik və 

qnostik bidətlərin toxumlarından cücərmiş zoğ calaq edilir. 

Böyüyüb möhkəmlənən bu zoğ vaxt keçdikcə qüdrətli 

Avropa mutasiyasına səbəb olmuş, bizə müasir olan iqtisadi 

universiumu,  Şimali Atlantik dünyasını, indiki statusunda 

Qərbi və hazırda planeti bürüyən nəhəng qloballaşma dalğa-

sını doğurmuşdur... Yeni dövr epoxasının  əsas tapmacası 

                                                 

1

 

И.Стародубровская, В.Мау. Великие революции., М., 2004, стр.140.



 

 

 

411



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

tarixi səmtləri dolaşdıran və bu zaman sosial mühiti nəzə-

rəçarpacaq dərəcədə  dəyişdirən kapitalizmin genezisi və 

inkişafıdır... Kapitalizm, sadəcə, bazar iqtisadiyyatı (yeri 

gəlmişkən, bazardan onu fəaliyyət obyektindən daha çox 

miqyası  və  məqsədləri fərqləndirir)  şəraitində  təbii  şəkildə 

meydana gələn səmərəli təsərrüfat fəaliyyəti forması deyildir. 

Bu,  per se bazarı deyil, lakin onun xüsusi təşkilidir. Başqa 

sözlə desək, kapitalizmin substansiyası fəal sosial strategiya, 

bütöv ideologiya və eyni zamanda, dünya quruculuğunun, 

pul quruluşunun uzaq məqsədlərə hesablanmış elə bir 

sxemidir ki, burada mahiyyət istehsalın özü və ticarət  əmə-

liyyatı deyil, fasiləsiz  şəkildə sistemli mənfəət götürmək-

dir”


1

. Bu yolla Qərb sivilizasiyası sistemli mənfəət götürmək 

məqsədi ilə demokratikləşmənin təriflərindən universal 

xarakterli dəyərlərə  və ideallara əsaslanan dünya nizamının 

formalaşmasına təsir göstərməyin  ən real vasitəsi kimi 

istifadə edir. 

Bununla bərabər, bu kontekstdə onu da unutmaq lazım 

deyil ki, “Qərb demokratiyası homogen cəmiyyətlər şəraitin-

də inkişaf etmişdir; azlığın çoxluğa tabeliyi prinsipi ilə azlıq 

ona görə razılaşırdı ki, özünün çoxluq olmaq perspektivi var 

idi, çoxluq isə özünün statusunun müvəqqətiliyini unutma-

yaraq, öz hakimiyyətini tətbiq etməkdə təmkinlilik göstərirdi, 

bu hakimiyyəti hüquqi baxımdan həm də azlıq üçün nəzərdə 

tutulan məcburi təminatlar məhdudlaşdırırdı. Lakin dini 

mənsubiyyət nəticəsində çoxluğun statusu fasiləsiz olanda və 

etnik fərqlər və on illərlə davam edən amansız diktatura 

sayəsində gücləndikdə, belə bərabərlik qüvvədə olmur. Belə 

                                                 

1

 

А.И.Неклесса. Ordo quadro: Приществие  постсовременного  мира. 



http://postinductrial. net/content 2/show-text.php? razdeli-id=297 & table=books 

&sql=razdeli-show & books-id=36 &land=russian

 


 

 

412 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

vəziyyətlərdə majoritar idarəetmə güclülərin zəifləri 



əzməsinin alternativ versiyası kimi qavranılır. Monoetnik 

cəmiyyətlərdə azlıqların hüquqları struktur və konstitusiya 

təminatları ilə müdafiə edilməlidir”

1



Demokratiyanın yayılması problemlərini, “qlobal dal-

ğa”nın hər gün qarşılaşdığı çətinlikləri təhlil edərkən vurğu-

lamaq lazımdır ki, demokratiyanın qərbləşmə paradiqma-

sından kənarda da uğurlu olmaq imkanı var. Lakin mo-

dernləşməni nəzərə almaq şərti ilə. Qərbləşdirilən məkan çox 

vaxt xarici qaydanı  və universal hakimiyyəti qəbul 

etmədiyinə görə, “demokratik dalğa”nın uğur qazanması 

üçün yaxşı vasitə onun konkret sosiomədəni mühitlə yanaşı 

yaşaması olmalıdır. “Demokratik axınları” hansısa geosiyasi 

və coğrafi-iqtisadi maraqlar dünyasına çevirməyə ehtiyac 

yoxdur.  Əks halda, tamamilə haqlı bir hiss yaranır ki, Pax 

Oeconomicana-nın coğrafi-iqtisadi dünyaları yalnız bey-

nəlxalq siyasi sistemin yeni bölüşdürülməsi deməkdir. 

Burada olduqca müxtəlif subyektlər bir yerə qarışmışdır və 

hökm edirlər: nüfuzlu beynəlxalq təşkilatlar, dövlətlərin 

konstellyasiyası, bunların da konturları onların sosial-iqtisadi 

maraqları ilə müəyyən edilir; milli dövlətçiliyin birölçülü 

modelindən uzaqlaşan ölkələr sistemi; nəhayət, müxtəlif, 

bəzən son dərəcə ekzotik olanlar”

2



Bu, Tofflerin İkinci və Üçüncü dalğalarının toqquşduğu 



dövrdə xüsusilə aktualdır, bu toqquşma “sosial gərginlik, təh-

lükəli münaqişələr və adi sinfi bölgüyə, irqi, yaxud cinsi əla-

mətə, müxtəlif partiyalara mənsubluğuna görə bölgüyə 

uyğun gəlməyən qəribə yeni siyasi dalğalar yaradır”. Üstəlik, 

                                                 

1

 



Г.Киссинджер. В Ираке важны результаты, а не временное графики. 

The Washington Post, ABŞ, 25 yanvar 2005-ci il.

 

2

 



А.И.Неклесса. Ordo quadro: Пришествие постсовременного мира.

 


 

 

413



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

Var‐dövlət  və  demokratiya  arasında  korrelyasiya  aparılması  onu  nəzərdə 

tutur  ki,  demokratiyaya  keçidlər,  ilk  növbədə,  iqtisadi  inkişafı  orta 

səviyyədə  olan  ölkələrdə  baş  verməlidir.  Yoxsul  ölkələrdə  demokratiya 

mümkün deyildir; varlı ölkələrdə o, artıq baş vermişdir. Onların arasında 

siyasi tranzitin hansısa bir zonası var; bu xüsusi iqtisadi təbəqəyə mənsub 

olan  ölkələr  çox  güman  ki,  demokratiyaya  keçəcək,  demokratiyaya  keçən 

ölkələrin çoxu isə məhz həmin təbəqədə olacaqdır. Ölkə iqtisadi baxımdan 

inkişaf  etməyə  başlayan  və  həmin  zonaya  düşən  kimi,  onda 

demokratikləşmə perspektivləri meydana gəlir. 

 

S.Hantinqton 



Üçüncü dalğa. XX əsrin sonunda demokratikləşmə 

müasir dünya sırf iqtisadi maraqlar məkanından dəyərlərin 

dərketmə sxeminin ümumdünya universal birliyini yaradan 

sosiomədəni təriflər məkanına transformasiya olunur. 

Ona görə də bizim kitabımızdan məqsəd demokratik pro-

seslərin, daha dəqiq desək, bir ölkədə qlobal icrasının Han-

tinqtonun “qar topası” kimi digərlərinə necə  təsir etdiyini, 

beləliklə də başqalarında oxşar prosesləri necə doğurduğunu 

göstərməkdir. Bununla yanaşı, biz milli siyasi məkanın gələ-

cək inkişafını müəyyənləşdirmək üçün Azərbaycanda  əks-

elitaların yeri və rolunu da təhlil etməyə çalışacağıq. Yu-

xarıda dediyimiz kimi, yeni siyasi məkan və isteblişment 

perspektivi yaradan parlament seçkiləri milli əks-elitaların 

mahiyyətini öyrənməyin parlaq nümunəsi olacaqdır. 

 

§ “SƏMƏRƏSİZ SİSTEM” 



 

Milli müxalifət o vaxtlar hələ Azərbaycan SSR adlanan 

respublikanın 137 günahsız vətəndaşının sovet dövlətinin to-

talitar sisteminin qurbanı olduğu 1990-cı ilin faciəli qanlı 



 

 

414 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

yanvar hadisələri ərəfəsində formalaşmağa başlamışdır. İcti-



maiyyətin  ərazi bütövlüyünün saxlanılması  uğrunda başlan-

mış  və sonradan hökumət  əleyhinə çağırışlara çevrilmiş  çı-

xışları amansızlıqla yatırıldı, bu proseslərin iştirakçıları isə 

sistemin qəzəbinə tuş gəldilər. Həmin vaxt xalq hərəkatı içə-

risində sovet hakimiyyətinə qarşı müxalifət yaranmağa başla-

dı, tədricən strukturlaşdı ki, bu da Sovet İttifaqı dağıldıqdan 

sonra həmin hərəkatın bəzi iştirakçılarına hakimiyyətə  gəl-

mək imkanı verdi. 

1991-1993-cü illərdə gedən və Azərbaycanı geosiyasi 

oyunlara və daxili pozulmaya sürükləyən proseslər müstəqil 

dövlət üçün yeni dixotomiyanın – müxalifətin meydana gəl-

məsinə səbəb oldu. Özü də bu zaman müxalifət rolunda bir il 

(1992-ci il) ərzində ölkəni anarxiyaya, xaosa və iqtisadi tənəz-

zülə  məruz qoymuş qüvvələr çıxış edirdi. Azərbaycan Xalq 

Cəbhəsi (AXC)–Müsavat cütlüyünün hakimiyyətdə olduğu bir 

il ərzində milli iqtisadiyyatda cox ciddi geriləmə baş verdi, da-

xili və xarici siyasət isə “böyük qardaş” axtarışına yönəldilmə-

yə başladı, bu baxımdan istiqamət kimi A.Mütəllibovun 

(Azərbaycanın birinci prezidenti) dövründə Rusiya, Ə.Elçibə-

yin (Ə.Əliyevin) prezidentliyi dövründə isə Türkiyə seçildi. 

Hətta sonralar A.Mütəllibovun və Ə.Elçibəyin başçılığı ilə ya-

radılmış partiyalar da öz bəyanatlarında və fəaliyyətində Rusi-

ya və Türkiyənin xarici siyasət prioritetlərini dəstəkləyirdi. 

Ölkədə müxalif fikir cəmiyyətin mənəvi-əxlaqi tənəzzülü-

nün, dövlətin nüfuzunun itirilməsinin və ucdantutma qeyri-

sabitliyin təzyiqi altında formalaşmağa başlamışdı. Ona görə 

də Azərbaycanda müxalifətin formalaşmasından danışarkən 

bu “təşəbbüsün” həyata keçirilməsinin bir neçə tarixi fazasını 

və aspektini göstərmək lazımdır. 


 

 

415



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

Birincisi, demək lazımdır ki, milli müxalifət AXC–Mü-

savat iqtidarı dövründə ölkəni didib-dağıdan anarxist meyil-

lərin ziddinə olaraq müəyyənləşməyə başlamışdır. 1992-ci 

ilin dekabrında yaradılan Yeni Azərbaycan Partiyası 

müstəqil Azərbaycanda ölkə rəhbərliyinin qanunsuz hərəkət-

lərinə qarşı  çıxan ilk müxalifət partiyası oldu. Siyasi 

baxımdan səriştəsiz və naşı adamların hakimiyyətdə olması 

dövlət maşınının ucdantutma tənəzzülünü və xeyli dərəcədə 

iqtisadi geriləməni şərtləndirirdi. A.Mütəllibova qarşı müxa-

lifətdə olan AXC və Müsavat ölkənin birinci prezidentinə 

qarşı güc tətbiq edərək, onun hakimiyyətdən  əl çəkməsinə 

nail oldular. Buna baxmayaraq, AXC-ni ilk milli müxalifət 

hesab etmək olmaz, cünki o, həm də Moskvanın əlaltılarının 

siyasətinə qarşı ictimai etirazın təcəssümü idi, Müsavat isə 

hələ partiya kimi formalaşmamışdı. 

İkincisi, 1993-cü ilin ortalarında Heydər  Əliyevin haki-

miyyətə  gəlməsindən və Elçibəyin öz komandası ilə get-

məsindən sonra Azərbaycanda radikal müxalifət formalaşma-

ğa başladı və o, özünün siyasi baxışlarını siyasi mübarizədə 

qisasçılıq prinsiplərini rəhbər tutan bir sıra siyasi xadimlərin 

(İ.Qəmbər, E.Məmmədov,  Ə.Kərimli, M.Fəttayev və b.) 

ambisiyalı şəxsi keyfiyyətlərinin xeyli dərəcədə təsiri altında 

müəyyənləşdirirdi. Ümummilli maraqların əslində olmaması 

və bunların  şəxsi maraqlarla əvəzlənməsi müxalif əhval-

ruhiyyəli siyasətçilərə hakimiyyət uğrunda mübarizənin 

proqramını  və yollarını  dəqiq formalaşdırmağa imkan 

vermirdi. Siyasi mübarizənin son məqsədini yalnız və yalnız 

hakimiyyətə  gəlməkdə görən müxalifət düşərgəsi mövcud 

iqtidarın  şimasında siyasi rəqib deyil, “düşmən” obrazı 

yaratmaq yolu tutdu ki, bu da siyasi meydanı  sərt ziddiy-

yətlər və qarşıdurmalar məkanına çevirdi. 



 

 

416 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Üçüncüsü, Azərbaycan müxalifətinin institusional zəifliyi 



ona Üçüncü dalğa cəmiyyətinin standartlarına uyğun gələn 

siyasi struktura transformasiya etməyə imkan vermədi. Xeyli 

dərəcədə sovet təfəkkür tərzinə  və keçmiş zamanların dav-

ranış stereotiplərinə yoluxmuş müxalifət liderləri ölkənin ic-

timai-siyasi həyatının bir çox məsələlərinə dair dünyagörüşü 

konsensusu yarada bilmədilər. Müxalifət qruplarının 1995-ci 

ildən etibarən yaratdıqları cürbəcür bloklar və alyanslar 

dəfələrlə müxalif siyasi qüvvələrin birliyi kimi təqdim 

edilmiş, lakin son nəticədə onların hamısı  çəkişmələrin və 

fikir ayrılıqlarının mərkəzində olmuşdur ki, bunun da əsas 

səbəbi siyasi ideallar deyil, birincilik uğrunda mübarizə idi. 

Beləliklə, sosial kontekstdə müxalifət müstəqil Azərbaycanın 

muxtar siyasi subyekti ola bilmədi. 

Dördüncüsü, hakim elitanın timsalında cidd-cəhdlə düş-

mən obrazı yaradan müxalifət siyasi proseslərin amortizatoru 

rolundan “əl çəkdi”. Əks-elita hökumətin iqtisadi proqramla-

rının konkret cəhətlərinin yaradıcı şəkildə tənqid olunmasını, 

əslində, özünün fəaliyyətindən kənarlaşdıraraq, iqtidarın si-

yasətinin daxili və xarici siyasi determinantlarını  səmərəli 

şəkildə  dərk etmək üçün özünü əziyyətə salmayaraq, möv-

qeyini heç bir konkret fikirlə  əsaslandırmadan fəaliyyətini 

ağına-bozuna baxmadan iqtidarı ittiham etmək üzərində 

qurdu. Milli müxalifət ötən illər ərzində ictimai müzakirəyə 

heç bir əsaslandırılmış, ağıllı iqtisadi ideya, yaxud siyasi 

təklif çıxara bilməmişdir. 

Beşincisi, müxalifət düşərgəsində xarizmatik şəxsiyyətin 

və aydın proqramın olmaması, milli siyasi səhnədə bu və ya 

digər siyasi qüvvələrin olmasına “ictimai sifarişin” inkar 

edilməsi müxalifətin istər lokal, istərsə  də milli miqyasda 

seçkilərdə  məğlubiyyətinə  səbəb olmuşdur. Vaxtilə Azər-



 

 

417



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

baycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin müavini olan 

İlqar Məmmədov bildirir ki, “mövcud olduğu 15 il ərzində 

müxalifət indiyədək səmərəli liderlik təklif etməmişdir... 

onlar öz üzərlərində  işləməyərək, geridə qalmışlar və ötən 

əsrin 80-ci illərinin axırı – 90-cı illərinin  əvvəli səviy-

yəsindədirlər. Üstəlik, növbəti amil müxalifətin korrupsiyaya 

qurşanmasıdır”

1

. Diqqəti çəkən haldır ki, hətta Müsavat 



başqanı  İsa Qəmbər də müxalifət partiyalarının liderlərinə 

qiymət verəndə  mənfi fikir söyləyir: “Onlar özlərini böyük 

siyasətçilər hesab edirlər, ancaq bu böyük siyasətçilərin 

özləri başdan-ayağadək kompromat içindədirlər”

2



Altıncısı, milli müxalifət siyasi qüvvənin ölkənin milli 



siyasət səhnəsində yetərincə təmsil edilmək üçün vacib olan 

başlıca atributunu formalaşdıra – özünün ictimai-siyasi zəru-

riliyini sübut edə bilmədi. Başqa sözlə desək, müstəqilliyin 

və siyasi strukturun dəyişməsinin 15 ili ərzində müxalifət 

düşərgəsinin elə bir baxışlar sistemi formalaşmadı ki, ölkədə 

vahid müxalif fikrin mövcudluğundan danışmaq mümkün 

olsun. Üstəlik, cəmiyyət dövlətin siyasi və iqtisadi 

inkişafının müəyyənləşdirilməsində müxalifətin fəallığının 

olmamasından boşluq hiss etmir. Bütövlükdə isə, müxalifət 

öz rolunu ölkənin  ərazi bütövlüyünün bərpasında, sosial-

iqtisadi problemlərin həllində,  əhalinin rifahının yaxşılaşdı-

rılmasında deyil, yalnız “vəzifə kürsüsü” uğrunda mübarizə-

də görür. Bunun da nəticəsində iqtidara konstruktiv alternativ 

haqqında aydın təsəvvürün formalaşması üçün seçicilərin im-

kanı yoxdur. Bunu müxalifət nümayəndələrinin özləri də eti-

raf edirlər: Müxalifət liderləri özlərinin “yalançı birliyini” sə-

                                                 

1

 



“Exo” qəzeti, 27 aprel 2006-cı il.

 

2



 

http://www.day.az/news/politics/43606.html

 


 

 

418 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

ciyyələndirərək deyirlər ki, “onlar bir blokda



1

 birləşsələr də, 

qarşılarına müxtəlif məqsədlər qoymaqda davam edirlər”

2



Nəhayət, yeddincisi, müxalifətin kompleksliliyi və dialo-

qa getmək qabiliyyətinin olmamasıdır. Siyasi fəhm, zamanın 

şüarını bilmək bacarığı uğurlu siyasi rəqabətin başlıca tərkib 

hissələridir. Bunsuz siyasi orqanizm “öz təri içərisində 

boğulur”. Milli müxalifət belə qabiliyyətlərdən məhrumdur 

və bu, onun bədbəxtliyidir. Siyasi mübarizəni yalnız və yal-

nız kütləvi aksiyalar keçirmək və cəmiyyətin sabit inkişafını 

pozmaq cəhdləri kimi təsəvvür etmək iqtidarla müxalifət ara-

sında qarşılıqlı münasibətlərdə sivilizasiyalı dualizmə ehti-

yacı olan dövlətin səadətinə xidmət edə bilməz. Uğursuzluğa 

uğrayanların kompleksləri və AXC-Müsavat cütlüyünün 

birillik hakimiyyətinin siyasi qüsurluluğu, ucdantutma iflası, 

radikal müxalifətin köhnə qvardiyası sıralarındakı baxışların 

eklektikliyi Azərbaycanın siyasi səhnəsində iqtidara və xalqa 

siyasi strategiyanın və iqtisadi xəttin sivilizasiyalı alternati-

vini təklif etməyi bacaran yeni müxalifət qüvvələrinin mey-

dana çıxması üçün zəmin yaradır. 

Axı, hakimiyyətə qarşı müxalifətdə olmaq dövlətçiliyin 

əsaslarına qarşı  çıxmaq demək deyildir, hərçənd, milli əks-

elitanın fəaliyyətində onun öz vəzifəsini məhz bu cür başa 

düşməsini tez-tez müşahidə edirik. Bütün müsbət cəhətləri və 

dövlətin mərhələli inkişafını inkar edən müxalifət 1995-ci 

ildən 2003-cü ilədək sabit dövlət idarəetməsi mexanizminin 

və ölkənin sosial-iqtisadi inkişafının gözdən salınmasına 

yönəldilmiş siyasi mübarizə aparırdı. Müxalifət liderlərinin 

məhz müasir dövrün reallıqlarını başa düşməməsi və daim 

                                                 

1

 “Azadlıq” bloku. 



2

 

http://www.day.az/news/politics/43606.html



 

 

 

419



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

keçmiş  əyyamların “siyasi məstliyini” uzatmağa cəhd gös-

tərməsi nəticəsində Azərbaycanın siyasi məkanı iqtidar və 

müxalifətin sivilizasiyalı  rəqabəti sisteminə  uğurla transfor-

masiya edə bilmədi. Təbii ki, Azərbaycanın müasir siyasi 

məkanında olan bütün problemlərin günahını yalnız müxali-

fətdə görmək düzgün olmazdı. Sirr deyil ki, bəzən yerlərdə 

iqtidarın nümayəndələrinin təqsiri üzündən də hakimiyyət və 

müxalifətin münasibətləri kəskinləşirdi. Əsasən isə, münaqi-

şəli vəziyyət hakimiyyətin opponentlərinin cəmiyyətin həya-

tında müxalifətin rolunu təhrif olunmuş  şəkildə  dərk etməsi 

səbəbindən yaranırdı. Halbuki, demokratik dövlətdə müxali-

fətin rolu boş və radikal “siyasi ibarəbazlıqla” məşğul olmaq 

yox, məhz hakimiyyətin səhvləri və nöqsanlarını  tənqid 

etməklə, çatışmazlıqları  və qüsurları göstərməklə özünün 

varlığını iqtidara daim hiss etdirməkdən ibarətdir. 

Bizim hələ 2004-cü ildə söylədiyimiz və milli müxalifətin 

qeyri-konstruktivliyinə aid olan fikrə qayıdaraq bir daha 

demək istəyirəm: “Hər  şeyi dağıdaraq, siyasi refleksiyanın 

hər bir formasını  və dialoq imkanlarını  rədd edərək, “təmiz 

vərəqdən” başlamaq istəyənlərlə rəqabətə girmək son dərəcə 

çətindir. Bu arxaika tərəfdarlarının heç ağlına da gəlmir ki, 

sistemli fəaliyyətin tamamilə başqa mühit və formulunu, 

habelə yeni siyasi perspektivi formalaşdıran idarəetmə texno-

logiyalarının artıq yeni nəsli (matrisalı,  şəbəkəli, qlobal) 

yaradılmışdır”

1



Həmin kitabın nəşrindən sonra ötən illər göstərdi ki, 



2003-cü ilin prezident seçkilərindən sonrakı dövr ərzində 

yaranan yeni siyasi perspektiv, – siyasi məkanın formulunu 

                                                 

1

 



R.Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı, 2005, 

səh.338.


 

 

 

420 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

məhz bu cür səciyyələndirmək olar, – səmərəli dövlətçiliyin 



təşəkkülünün müəyyən dərəcədə yeni əsas seqmentlərinin 

formalaşdırılmasına istiqamətlənmişdir: 

1. Demokratik dəyişikliklərin möhkəm institusional ba-

zasının yaradılması. 2003-cü ilin prezident seçkilərindən 

və  İlham Əliyevin inamlı  qələbəsindən sonra Azərbay-

canın siyasi, iqtisadi və sosiomədəni inkişafı strategiya-

sının yeni mərhələsinin həyata keçirilməsi üçün möh-

kəm baza yaradıldı. Tanınmış tarixçi V.O.Klyuçevski-

nin sözləri ilə desək, siyasi sabitlik dövlətçiliyin başlıca 

nailiyyətindən “digər bir məqsədə çatmaq” vasitəsinə 

(“fikrin tərəqqisi ondadır ki, o, nail olunmuş  məqsədi 

sonrakı  məqsədlərə çatmaq vasitəsinə çevirir”), daha 

dəqiq desək, iqtisadi yüksəliş və demokratik təsisatların 

yeni mexanizmlərinin təkmilləşdirilməsi vasitəsinə çev-

rilmişdir. Ayrı-ayrı qrupların milli maraqlarla tarazlaşdı-

rılmış siyasi maraqları və şəxsi baxışları ictimai şüurun 

yeni formaları  və digər davranış stereotipləri ilə  əvəz-

lənməyə başladı. Yəni, dövlətdə sabitliyin itirilməsi təh-

lükəsinin doğurduğu qorxudan irəli gələn fəal ictimai-

siyasi mövqeyə maraq öz aktuallığını itirdi, belə ki, 

dövlətin inkişafının yeni mərhələsi daha səmərəli iqti-

sadi sistem qurulmasında vətəndaşların rasional iştira-

kını, demokratik təsisatların təkmilləşdirilməsini və in-

san hüquqları  və azadlıqlarının möhkəm  şəkildə  təmin 

olunmasını  tələb edir. Kortəbii mitinq ehtirasları dövrü 

arxada qalmışdır. 2003-cü ilin prezident seçkilərindən 

dərhal sonra müxalifətin baş tutmayan “məxməri” 

inqilab cəhdi buna parlaq sübut oldu. Son üç il ərzində 

formalaşmaqda olan yeni paradiqma güclü dövlətçiliyin, 

sabit siyasi sistemin, davamlı iqtisadi artımın, dəyişməz 



 

 

421



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

“iqtidar – müxalifət” dualizminin olmasını  tələb edir. 

Bütövlükdə, yeni paradiqma təkcə Azərbaycanın mərhə-

ləli inkişafı, siyasi və iqtisadi yüksəlişin müəyyən səviy-

yəsinə nail olması sayəsində deyil, həm də xeyli dərəcə-

də industrial cəmiyyəti postindustrial davranış stereotip-

lərinə yaxınlaşdıran “üçüncü demokratik dalğa” proses-

ləri nəticəsində mümkün olmuşdur. Frensis Fukuyama 

yazır: “Siyasi təsisatların müasir liberal demokratiyaya 

doğru təkamülünün arxasında iqtisadi inkişaf və sabit 

demokratiya arasında korrelyasiyaya əsaslanan sərt 

məntiq dayanır”

1



2. Siyasi rəhbərliyin nəsillərin formatının dəyişməsinə  sə-



bəb olan yenidən qurulması. 2003-cü ilin oktyabr seçki-

lərindən sonra Prezident İlham  Əliyev yeni siyasi is-

teblişmentin formalaşmasına yönəldilmiş bir sıra mü-

hüm tədbirlər gördü. Bunun nəticəsində baş verən trans-

formasiyanın mahiyyəti dövlət hakimiyyəti iyerarxiya-

sında texnokratların rolunun artmasında idi ki, bu da, 

əslində, dövlət idarəçiliyi sisteminin tam sabitləşməsini 

və idarəetmənin texnokratiya formalarına keçidi gös-

tərirdi. Məlum olduğu kimi, 1993-2003-cü illərin siyasi 

isteblişmenti, əsasən, Azərbaycan ziyalılarının müstəqil 

dövlətçiliyin və sabitliyin təşəkkülündə fəal rol oynamış 

nümayəndələrindən formalaşdırılmışdı. Təbii ki, bu in-

sanların  əksəriyyətinin milli tariximiz qarşısında  şəksiz 

xidmətləri vardır. Lakin zaman dinamik şəkildə irəliyə 

doğru gedir. O, qəti  şəkildə kadr siyasətinə yeni 

yanaşma tələb edir. Heydər Əliyevin yaratdığı, müstəqil 

inkişaf səviyyəsinə qədər gücləndirdiyi və təkmilləşdir-

diyi, yeni şəraitin meydana gəlməsindən asılı olmaya-

                                                 

1

 



Ф.Фукуяма. Великий разрыв. М., 2003, стр.21.

 


 

 

422 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

raq, idarəetmə sisteminin bu və ya digər vəziyyətlərə 



reaksiya verməsinin sahmanlanmış mexanizminin oldu-

ğu dövlət belə transformasiyanın əsasını qoymuşdu. Biz 

əvvəllər məhz belə transformasiya haqqında yazmışdıq: 

“İdarəetmə və hakimiyyət strukturlarında elmin və elmi-

texniki ziyalıların (texnokratların) rolu artır. Yaxşı 

məlumdur ki, indi sənayecə inkişaf etmiş  cəmiyyətlər, 

demək olar, tamamilə elmi-texniki səmərəlilik prinsip-

ləri ilə tənzimlənir. Ona görə də humanitar siyasətçilərin 

menecerlərlə və texnokratlarla ahəngdar birliyi ölkəmi-

zin modernləşməsi  şəraitində onun inkişaf maraqlarına 

daha çox uyğundur”

1



3. Dövlətin inkişafının uzunmüddətli strategiyasının iqtisa-

di cəhətinin genişləndirilməsi. Azərbaycan modernləş-

dikcə  və iqtisadi baxımdan xeyli inkişaf etdikcə, – 

ÜDM-in və dövlət büdcəsinin hər il əhəmiyyətli dərəcə-

də artması bunu sübut edir, – ictimai şüur tədricən təzə 

sosial stereotiplərə uyğunlarşır və yeni təfəkkür forması-

nı qəbul edir. Hər bir ailənin maliyyə rifahı, dövlətin sa-

bitliyinə və uğurlu iqtisadi yüksəlişinə olan şəxsi maraq 

getdikcə mühüm atributa, sıravi azərbaycanlının həyat 

tərzinin bir hissəsinə çevrilir. Keçmiş fövqəldövlətin 

dağılması zamanı  təbliğ olunan hibrid siyasi şüur 

tədricən öz yerini hakimiyyətin həyata keçirdiyi və 

iqtisadiyyatın sağlamlaşdırılmasına və möhkəm iqtisadi 

sistemin yaradılmasına yönəldilmiş  tədbirlərin başa 

düşülməsinə verir. Azərbaycanda 2005-ci ildə 26 faizə, 

2006-cı ildə isə 34 faizə çatan iqtisadi artım, yoxsul-

luğun səviyyəsinin 49 faizdən 29 faizə düşməsi, mi-

                                                 

1

 

R.Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri. Bakı, 2005, 



səh.432.

 


 

 

423



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

nimum əmək haqqının 50 manata çatdırılması, sahibkar-

lara 100 milyon dollar həcmində kredit verilməsi, üç il 

ərzində  təxminən 500 min iş yerinin açılması  və 

regionların inkişafına yönəldilmiş dövlət proqramları 

buna sübutdur. 

4. Hökumətin həyata keçirdiyi sosial-iqtisadi proqramla rə-

qabət apara bilən yeni siyasi opponentlərin və ideyaların 

katalizatoru olan siyasi mühitin formalaşması. Son 18 

ildə Azərbaycanın siyasi səhnəsində olan müxalifət, 

əslində, öz dövrünü yaşamışdır. Tarixin verdiyi haki-

miyyət sükanı arxasında dayanmaq fürsəti iqtidarda ol-

duqları vaxt ölkəni xaos və  hərc-mərclik, iqtisadi tə-

nəzzül və siyasi ekstremizm girdabına, mənəvi-əxlaqi 

və intellektual böhrana sürükləyənlərin dardüşüncəlili-

yini və səthiliyini nümayiş etdirdi. Bu illər ərzində mü-

xalifət cavanlaşa, konstruktiv mübarizə  təcrübəsinə yi-

yələnə, möhkəm siyasi infrastruktur yaradılmasına yö-

nəldilmiş  tədbirlər görə bilmədi.  Əksinə, o, siyasi “kö-

kənin” konstitusiyaya zidd yolla bölüşdürülməsi üçün 

hər cür imkan axtarır, səmərəli inkişafa və dünya ba-

zarına çıxmağa yönəldilmiş iqtisadi strategiyaya qarşı 

çıxır, intellektual böhran keçirirdi. Nəticədə 1993-cü il-

dən bəri son parlament seçkilərinədək (2005-ci il no-

yabr) müxalifət üst-üstə seçicilərin 20 faizindən artıq 

səsini toplaya, cəmiyyətə sosiumun və dövlətin inki-

şafının layiqli strategiyasını təklif edə, radikal, dağıdıcı 

qruplaşmadan yaradıcı ictimai-siyasi struktura transfor-

masiya oluna bilməmişdir. Bütün bunlar 2003-cü il 

seçkilərindən sonra, milli və xarici təhlilçilərin “ölmək 

ölməkdir, xırıldamaq nə deməkdir” vəziyyəti haqqında 

milli müxalifətin ünvanına “peyğəmbərlik” etdikləri bir 



 

 

424 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

vaxtda onun Azərbaycanda siyasi proseslərin hərəkət-



verici mexanizmi olmaq qabiliyyətinin büsbütün yoxlu-

ğunu nümayiş etdirəndə daha aktual olmuşdur. Aşağıda 

haqqında söhbət gedəcək 2005-ci ilin hadisələri isə 

müxalifət liderlərinin hikkələri ilə  cəmiyyətin siviliza-

siyalı siyasi məkan görmək arzusu arasında olan uçuru-

mu daha da dərinləşdirdi. Bütün bunlar elita ilə əks-elita 

arasında tərəfdaşlıq münasibətlərinin nizamlanmış me-

xanizmini yarada biləcək müxalifətin meydana gəlmə-

sinin aktual olması qənaətini doğurur. 

5. Azərbaycanın tam mənada regional liderə transforma-

siyası və komplimentar (tamamlayıcı) xarici siyasət xət-

tinin saxlanılması. Azərbaycanın bir sıra qlobal ener-

getika layihələrinin təşəbbüsçüsü olması, – bunun əsası 

1994-cü ilin sentyabrında qoyulmuşdu, – beynəlxalq 

etimadı möhkəmləndirməyə  və ölkənin iqtisadi baxım-

dan modernləşməsi imkanını sürətləndirməyə şərait ya-

ratdı. Cəmi bir neçə il ərzində Azərbaycan adambaşına 

düşən ÜDM-in həcminə və dövlət büdcəsinin miqdarına 

görə  Cənubi Qafqazın digər ölkələrini xeyli qabaq-

layaraq, iqtisadi inkişaf səviyyəsi baxımından regionun 

liderinə çevrildi. Bununla yanaşı, Azərbaycan, bir 

tərəfdən, beynəlxalq təhlükəsizliyin vahid arxitektu-

rasının qurulmasında Avratlantik əməkdaşlığının vacib-

liyini başa düşərək, digər tərəfdən, strateji tərəfdaş  və 

etibarlı tarixi qonşu kimi Rusiya ilə  əməkdaşlığı 

möhkəmləndirərək, milli xarici siyasətin çoxvektorlu-

luğunu saxlaya bildi. Azərbaycanın coğrafi mövqeyi 

ona  Şərq və  Qərb arasında bir növ sivilizasiyalı körpü 

statusu qazandıraraq, Şərq fərdiliyini və Qərb zirəkliyini 

saxlamaq imkanı verdi. Belə arxetipin xarici siyasətə 



 

 

425



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

...İndi,  XX  əsr  başa  çatanda,  müasir  cəmiyyətin  təşkilinin 

fundamental  prinsipləri  kimi  liberal  demokratiyaya  və  bazar 

kapitalizminə  alternativlər  haqqında  çətin  ki,  danışmaq  mümkün 

olsun.  Fərdin  şəxsi  maraqları  az  xeyirxahdır,  lakin  cəmiyyət  üçün 

fəzilətlilərdən  daha  sabit  əsasdır.  Qanunun  hakimiyyətinin  bərqərar 

olması  Qərb  sivilizasiyasının  ən  böyük  nailiyyətlərindən  biridir;  biz 

bundan məhrum olmuş Rusiya və Çin kimi ölkələrə nəzər salanda, bu 

nailiyyətlərin üstünlüyü xüsusilə aşkar görünür. 

 


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   17   18   19   20   21   22   23   24   ...   41




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling