Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- İ.Vallerstayn
§ AZƏRBAYCAN – 2005
KİV
Azərbaycanda seçki qarşıdurması 2005-ci ilin əvvəlində, bəzi, xüsusilə müxalifət kütləvi informasiya vasitələri “arzu olunanı gerçəklik kimi” qələmə verərək, radikalcasına ölkəni sayca növbəti “məxməri” inqilaba əsas namizəd kimi təqdim edəndə başlamışdı. Hər bir müxalifət qəzeti iqtidarı Gürcüs- tanda və Ukraynada baş vermiş hadisələrin təkrarlanmasının mümkünlüyü ilə şantaj etməyi bir qaydaya çevirmişdi. Qırğızıstandakı hadisələrdən sonra müxalifət liderləri və KİV-ləri daha da ruhlandılar: siyasi baxımdan belə bir passiv
448 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
ölkədə müxalifətin qələbəsi onlarda Azərbaycanda da tezliklə çevrilişin mümkünlüyünə ümid doğururdu. Qərbin tezliklə “özünü göstərəcək” dəstəyindən məstolma isə müxalifətdə öz imkanları haqqında səhv təsəvvürlərə zəmin yaratmışdı. Müxalifətçilərin fikrincə, qarşıdakı “məxməri” inqilabın uğuru məhz Qərbin dəstəyindən asılı idi. AXCP-nin sədri Əli Kərimli 2003-cü ilin dekabrında “Azadlıq” qəzetində dərc olunmuş məqaləsində 1 Qərbin dəstəyinin vacibliyini vurğulayaraq, əvvəlki seçkilərdə müxalifətin məğlubiyyətinə səbəb olan iki əsas amili göstərirdi: birləşmək qabiliyyətinin olmaması; Qərbin dəstəyinin olmaması (!) Müxalifət məhz elə bu iki məsələdə də büdrədi. Siyasi təşkilatlardan hər biri hesab edirdi ki, müxalifəti birləşdirən məhz o olacaq və beynəlxalq təşkilatların və demokratiyanın donoru olan ölkələrin “xeyir-duası” ilə inqilabi transforma- siyaya başlayacaqdır. Əli Kərimli parlament seçkiləri ərəfə- sində Avropanın bir neçə ölkəsinə səfərə çıxdı. O, hesab edirdi ki, bu, onun rəhbərliyi ilə milli müxalifətin Azər- baycanda Gürcüstan və Ukraynadakı kimi inqilabı həyata ke- çirməyə qadir olması barədə beynəlxalq strukturların rəyini möhkəmləndirməli idi. İsa Qəmbər isə həmin vaxt ABŞ-a və Böyük Britaniyaya səfərlər etdi, xüsusilə ADR-in sədri Rəsul Quliyevin vasitəsilə bir sıra qeyri-hökumət təşkilatlarında onun görüşləri təşkil olundu. Müxalifət dəstəyi öz ölkəsində, öz vətəndaşlarında ax- tarmır, mümkün “məxməri” inqilabın uğuruna Azərbaycanın hüdudlarından kənarda təminat almağa çalışırdı. “Mərkəzə”
1
“Mübarizəmizin yeni mərhələsi. Nələri etməliyik? Nələri etməməliyik?”. “Azadlıq” qəzeti, dekabr 2003-cü il.
449 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən
göndərilən anonim xəbərlərin güçünə keçmiş vaxtlarda olan inam milli müxalifətdə dəyişilmiş şəkildə qalmışdı. O, əvvəlki kimi, yenə də daxili problemlərin və ziddiyyətlərin Azərbaycandan kənarda həllinə bel bağlayır. Sanki kommu- nist dövrünün anonim çuğulluqlar praktikasını təkrarlayaraq, radikalların nümayəndələri beynəlxalq təşkilatlara Azərbay- canda gedən proseslər haqqında uydurma, yalan məlumat göndərməyi özlərinə borc bilirlər. Onlar yalnız şəxsi məq- sədlər güdərək, Azərbaycanı totalitar dövlət, hakim rejimi isə avtoritar rejim kimi göstərməyə çalışırlar. Bununla bərabər, müxalifət liderlərinin müxtəlif təşkilatların, o cümlədən də gənclər təşkilatlarının liderləri ilə görüşlərinin sovet təbliğatı ruhunda necə coşğunluqla təsvir edilməsi təəccüb doğurur. Bununla əlaqədar müxalifət partiyalarından birinin lideri, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı- nın radikal müxalifət KİV-lərinin yaratdığı ajiotaja dəqiq qiymət verən sözlərini xatrıladacağam: “Son vaxtlar Azər-
450 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
baycan müxalifətində xəstə bir ovqat yaranıb. Kim hansı ölkəyə gedirsə, səfər edirsə, qəzetləri vasitəsilə belə bir xəbər yayırlar ki, həmin ölkə həmin şəxsi dəstəkləyir və yaxud filan ölkə filankəsi prezident görmək istəyir. Müxalifət gözləyir ki, kimsə kənardan gəlib Azərbaycan üçün dövlət başçısı təyin edəcək. Bu psixologiyadan birdəfəlik xilas olmaq lazımdır” 1 .
ment seçkilərində özlərinin uğurunun rəhnini Qərbin dəstə- yində görürdü və beynəlxalq təşkilatların nümayəndələrinin də bu qəbildən olan sözləri bunu təsdiq edirdi: “Hakimiyyət Ukraynada və Gürcüstanda baş verənlərdən ibrət dərsi götürməlidir” 2 . Müxalifət bu cür bəyanatlardan fəal sui- istifadə edirdi. İş o yerə çatırdı ki, müxalifətin keçirdiyi kütləvi aksiyalar zamanı belə fikirlər transparantlarda və plakatlarda da yazılırdı. Müxalifət nəşrləri bütün seçkiqabağı dövrdə müxalifətin ümumi proqramını deyil, yalnız öz sahiblərini, yəni siyasi li- derlərini təbliğ edirdi, bu proqram qəzet yazılarında ancaq ritorik haşiyə olaraq qalırdı. Əks-elita daxilində ideoloji və struktur dağınıqlığının bundan da əyani nümayişi ola bilərmi? Belə vəziyyətin səbəbləri, bir tərəfdən, siyasi cəhət- lərin məhdudluğunda, digər tərəfdən, elitanın strukturunda idi. 2000-ci ildən sonra elitanın “ideokratiya” istiqamətində birləşməsi milli müxalifəti onun ayrı-ayrı qruplarının uğur qazanmağa elə bir şansı olmayan davakar “çıxışlara” doğru fəal surətdə sürükləməyə başladı.
1
“Müxalifət daxilində etimad problemi var”. “Yeni Azərbaycan” qəzeti, 5 iyul 2003-cü il.
2
Andreas Qross – Avropa Şurasının deputatı. “Azadlıq” qəzeti, 28 aprel 2005-ci il.
451 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən 2003-cü ildə müxalifət qəzetlərinin təhlili partiyaların aşkar dağınıqlığını göstərirdi. Məsələn, AXCP-nin rəsmi or- qanı olan “Azadlıq” qəzeti diqqəti yalnız Əli Kərimliyə ve- rərək, müttəfiqləri inkar edir, çox vaxt isə üstüörtülü şəkildə “onları unutmağa” çalışırdı. Müsavat Partiyasının rəsmi orqanı olan “Yeni Müsavat” qəzeti isə İsa Qəmbərin məziy- yətlərini və siyasi gələcəyini şişirdirdi. ADP-nin orqanı olan “Bakı xəbər” qəzeti də həmin nəşrlərdən geri qalmır, Rəsul Quliyevi taleyi tamamilə onun ölkəyə qayıtmasından asılı olan bütün müxalifətin lideri kimi təqdim etməyə çalışırdı. Butün bunlar Müsavat, AXCP və ADP-nin iştirakı ilə yara- dılmış, sonralar “Azadlıq” bloku adlandırılmış müxalifətçi təşkilatlar “üçlüyünün” koalisiyasının” bəyan etdiyi yalançı birlik fonunda baş verirdi. Məsələn, “Azadlıq” qəzeti yazırdı: “Azərbaycanda de- mokratik inqilabın lideri kimi adı həm müxalifət, həm iqtidar, həm də beynəlxalq səviyyədə tez-tez çəkilən Əli Kərimlinin digər müxalif qüvvələrin rəhbərliyi tərəfindən hər hansı siyasi qısqanclıq problemi ilə qarşılaşmayacağına ümid etmək olar. Çünki Əli Kərimlidən başqa heç bir partiyanın lideri xalqı meydana səsləyib, qələbə vəd edəcəyi ilə bağlı söz vermək iqtidarında deyil” 1 . Həmin qəzet daha sonra yazırdı: “ADP-AXCP-Müsavat bloku məhz Əli Kərimlinin irəli sürdüyü vahid namizədlər siyahısı barədə modelə söykənir. Məhz AXCP 2004-cü ilin payızında təkbaşına 7 dəfə icazəsiz piket keçirdi... Beləliklə, AXCP bir təşkilat olaraq və onun sədri siyasi lider kimi bu ilyarım müddətin böyük bir hissəsini təkbaşına mübarizə apararaq,
1
“Azərbaycanda demokratik inqilab gözləmək olarmı”, “Azadlıq” qəzeti, 1 aprel 2005-ci il.
452 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
mühasirəni yarmışdır” 1 . Gördüyümüz kimi, rasional və konstruktiv təkliflər, yaxud da müxalifətin birliyi haqqında bir kəlmə də yoxdur. Həmin vaxt “Yeni Müsavat” qəzeti isə yazırdı: “15 ok- tyabr hadisələri İsa Qəmbərin komandasının gücünü göstərdi. Biz ümidsizlik şəraitində Azərbaycan xalqını qələbəyə inan- dırdıq... Müsavat varsa, deməli, Azərbaycanın gələcəyinə ümid var” 2 . Yenə də koalisiya üzrə tərəfdaşlar haqqında, partiyanın hansı problemləri həll etmək niyyəti və s. barədə bir kəlmə də deyilmir. 2005-ci ilin əvvəlindən müxalifət KİV-ləri “Parlament seçkiləri iqtidarın sonuncu cəhdidir”, “Demokratik seçkilər keçirilməsini istəyənlər qoy inqilaba hazırlaşsınlar”, “İqtidar panikadadır” və s. sərlövhəli yazılarla dolu idi. Məsələn, “Yeni Müsavat” qəzetinin redaktoru Rauf Arifoğlu yazırdı: “Azərbaycan bir qurtuluşa möhtacdır. Bunu hər zaman yaz- dıq, dedik. Son vaxtlar gözlənilən bu qurtuluşun adına əski vaxtlarda olduğu kimi, inqilab deyirlər. Olsun. Biz yenə bu yoldayıq, bizim xəttimiz budur” 3 . Müxalifət yalnız və yalnız “məxməri” inqilaba hazırlaşır, hətta seçimin Azərbaycan xalqının sivilizasiyalı və açıq səsverməsi vasitəsilə ediləcəyi fikrini yaxına da buraxmırdı. Öz qüvvələrinə əmin olan müxalifət liderləri cəmiyyəti inandırmağa çalışırdılar ki, inqilab ssenarisi reallaşdırılmağa hazırdır. Eyni zamanda, müxalifət qəzetləri isə bu arada cidd- cəhdlə belə şayiələr yayırdı ki, guya müxalifətə parlamentdə
1
2
“Azərbaycana bir qələbə borcumuz var”. “Yeni Müsavat” qəzeti, 10 aprel 2005-ci il.
3
Yeni Müsavat” qəzeti, 14 aprel 2005-ci il.
453 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən bəri başdan yerlər ayrılmamışdır. Müxalifət təhlilçiləri deyi- lənlərin fikrincə, “məxməri” transformasiyanın qarşısını al- maq üçün iqtidar parlamentdə yerlərin bir hissəsini (müxtəlif rəqəmlər səslənirdi: 20-dən 35-dək) müxalifətə güzəştə getmək niyyətindədir. Cəmiyyətə belə bir fikir sırıyırdılar ki, bu, iqtidarın bir növ reveransı olub, seçki prosesinin dinc şəraitdə başa çatması üçün zəruridir. Müxalifətin iqtidara bu mesajı bir növ siyasi alver idi: “Bizə müəyyən sayda yerləri təmin edin və biz inqilab haqqında danışmayacağıq”. Həmin dövrdə dərc edilən bəzi məqalələrdə Azərbaycan- da hadisələrin Moldovadakı kimi inkişafının mümkünlüyü barədə də fikirlər səslənirdi. Məlum olduğu kimi, 2005-ci il martın 6-da Moldova parlamentinə keçirilmiş seçkilər nəticəsində kommunistlər hakimiyyətdə qalmaq və “inqi- labın” qarşısını almaq üçün kompromis variantına razılaş- mışdılar. Nəticədə ölkədə “inqilabi” gərginlik azaldı, müxali- fətçilər isə ölkə parlamentində mövqelərini kifayət qədər möhkəmləndirdilər. Beləliklə, Moldovada “inqilab” meydan xarakteri deyil, xeyli dərəcədə kabinet, danışıq xarakteri da- şıyırdı. Nəticədə Moldovada siyasi dekorasiyaların dəyişməsi dövlət və cəmiyyət üçün dinc şəkildə və ağrısız keçdi. Azər- baycanda müxalifət ən pis halda proseslərin bu cür nəti- cələnəcəyinə ümid bəsləyirdi, ona görə də belə nümunələrə müraciət edərək, iqtidarı müəyyən güzəştlərə getməyə məc- bur etməyə çalışırdı. Təbii ki, iqtidar belə saxtakarlığa gedə bilməzdi, xüsusən də ona görə ki, bu, seçkilər təsisatının prinsiplərinə kökündən ziddir. “Şəraitə görə demokrat olan- lar” belə bir danılmaz faktı inkar edirdilər ki, demokratiyanın mahiyyəti məhz xalqın öz iradəsini seçkilər vasitəsilə sərbəst ifadə etməsindədir, seçkilərin nəticəsini nə iqtidar, nə də müxalifət deyil, yalnız vətəndaşlar müəyyən edirlər.
454 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Azərbaycandakı müxalifət nəşrləri real ictimai-siyasi və sosial-iqtisadi şəraiti inkar edərək, belə bir fikirdə idi ki, radikal müxalifət liderlərinin şəxsi baxışları ictimai şüura transformasi- ya etməlidir. Lakin müxalifət nəşrləri özünə elektoratın dəstəyi- ni səfərbər edə bilmədi. Onlar əvvəlki kimi, yenə də sosial- iqtisadi və milli-dövlət mövzusundan hər vəchlə qaçırdı. Lider- lərin şəxsi baxışlarını fəal təbliğ edən və elektoratın müəyyən hissəsinin ovqatı ilə oynayan müxalifət KİV-ləri Azərbaycanın çoxmillətli əhalisinin müxtəlif sosial qruplarının kütləvi şüuru- nu “yarmaq” üçün təşviqat-təbliğat “taranı” yarada bilmədi. Bütün bunlar, üstəgəl iqtidarın aydın ifadə olunan siyasi iradəsi hökumətə meyilli və müstəqil namizədlər üçün cazibə mərkəzi yaradır, habelə etirazçı elektoratın müxtəlif qruplarını mövcud hakimiyyətin xeyrinə səfərbər edirdi. Demək lazımdır ki, müxalifət nəşrləri öz namizədlərinin reklamını intriqaları və partiya dedi-qoduları ilə özlərini gözdən salmış bəzilərinin mənfi imici fonunda başlamışdı. Səslərin bir hissəsinin itirilməsi qorxusunu hiss etdikdə isə, bu nəşrlər sınanmış üsuldan istifadə etməyə, yəni, ictimai rəylə manipulyasiya edərək, insanlarda müxalifətin qələ- bəsinə inam doğurmağa cəhd göstərməyə başladı. Məsələn, qəzetlər bütün seçkiqabağı dövrdə cəmiyyəti aşağıdakıların reallıq olduğuna inandırmağa çalışırdı: Azərbaycan cəmiyyəti inqilabın həyata keçirilməsinə hazırdır; ölkədə “zərif” transformasiyalara xeyli xarici dəstək var;
2003-cü ilin prezident seçkilərindəki uğursuzluqdan sonra müxalifət güclənmiş və keçmiş müvəffəqiyyətsiz- liklərin səhvlərini dərk etmişdir;
455 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən milli inkişafa müsbət təsir göstərə biləcək vahid mü- xalifət bloku var; hakimiyyət elitası daxilində siyasi boşluq var və bu, ölkədə proseslərin idarə olunmamasını doğurmuşdur; hakim elita daxilində guya ciddi ziddiyyətlər və fikir ayrılıqları var; hakimiyyətin ölkənin inkişafına dair həyata keçirdiyi proqramlar iqtisadi baxımdan əsassızdır; hakim elitada inqilabi dövrdə müxalifətin tərəfində çıxış etməyə hazır olan hansısa “islahatçılar” vardır və sair. Müxalif kütləvi informasiya vasitələri inadla sübut et- məyə çalışırdı ki, Serbiya, Gürcüstan, Ukrayna və Qır- ğızıstanın ardınca, “məxməri inqilablar dalğası” hökmən Azərbaycana da toxunmalıdır. Müxalifət liderlərinin çıxış- larında Qırğızıstandakı inqilabdan sonra açıq-aşkar sərməst- lik yaranmasını hiss etmək olardı. Qırğızıstanın Qərbin diqqətini Azərbaycandakı proseslərə çevirəcək bir növ körpü olacağına ümid bəsləyən radikal müxalifət, nəhayət, bir- ləşməyə və koalisiya yaratmağa ruhlandı. Hərçənd demək lazımdır ki, müxalifət partiyaları sədrlərinin xəyalında ol- duqları birləşmə, əslində, saxta birləşmə çox vaxt məhz elə müxalif kütləvi informasiya vasitələrinin sayəsində dağılırdı. Məsələn, bu qəzetlərdə dərc olunmuş materiallara nəzər salarkən və təhlil edərkən müxalifət liderlərinin bir-birnə mü- nasibətdə açıq-aşkar ifrat xudbinliyinin təzahürünü müşahidə etmək olardı. Üstəlik, radikal qanada mənsub olan müxalifət partiyaları öz mövqelərindən geri çəkilmirdi ki, bu da ümumi siyasi müxalifət məkanı yaratmaq üçün göstərilən bütün cəhdləri prinsip etibarilə heçə endirirdi.
456 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Müxalifət kütləvi informasiya vasitələri ictimai rəyin bir növ inteqratoru rolu oynamalı olduğu halda, onlar xeyli dərə- cədə saxta ideyalar təklif edirdi. Bunlar isə nəinki geniş icti- mai dəstək tapmır, əksinə, ölkədə görülən, demək olar, bütün işlərə qara yaxmaq cəhdlərinə görə əhalini özünə qarşı qaldı- rırdı. Partiya qəzetlərinin səhifələrində özünü göstərən belə mövqeyin səhvliyi həm də adət halını almış “kompromat mü- haribəsində” idi. Müxalifət KİV-ləri diqqəti hakimiyyətlə mübarizəyə cəmləşdirərək, konstruktivizmi, sivilizasiyalı və rasional dialoqun mümkünlüyünü tamamilə inkar edirdi. Bu nəşrlərin səhifələri təkcə ayrı-ayrı məmurların deyil, həm də dövlət başçısının şərəf və ləyaqətinə toxunan məqalələrlə doldurulurdu. Ölkənin milli təhlükəsizliyi və milli maraqları məsələlərinə dair büsbütün cəfəng materiallar dərc olunurdu. Müxalifət kütləvi informasiya vasitələrinin siması ölkənin müstəqilliyinin bütün illəri ərzində ümumən radikal müxali- fətə xas olan dağınıqlığı, ideoloji bazanın, siyasi səriştəliliyin və mənəviyyatın yoxluğunu bütövlükdə əks etdirirdi. 2005-ci il martın 2-də “Monitor” jurnalının redaktoru Elmar Hüseynovun qətlə yetirilməsi parlament seçkilərinə hazırlıq fonunda son dərəcə kədərli hadisə oldu. Onun ölümü bütün Azərbaycan cəmiyyəti üçün gözlənilməz idi. Hakimiy- yət və müxalifət nümayəndələrinin ünvanına kəskin tənqidi məqalələri ilə tanınan E.Hüseynov çox vaxt mülahizələrində ifrat subyektivizmə və qondarma mövzulara yol verməsinə baxmayaraq, ölkənin ictimai, siyasi və iqtisadi həyatının kəskin məsələlərini ictimaiyyətin mühakiməsinə çıxarırdı. Onun ölümü siyasi prosesin bütün iştirakçılarının və kütləvi informasiya vasitələrinin müzakirələrinin başlıca mövzusuna çevrildi və seçkiləri bir müddət ikinci plana keçirdi.
457 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən E.Hüseynovun qətli barədə məlumat alandan sonra Azər- baycan Prezidenti dərhal Təhlükəsizlik Şurasının iclasını keçirdi, cinayətkarların tutulması üçün ən ciddi tədbirlər görülməsinə dair göstərişlər verdi. Dövlət başçısı tamamilə haqlı olaraq hesab edirdi ki, jurnalistin öldürülməsi dövlətə və hakimiyyətə qarşı ciddi fitnəkarlıq, ölkənin demokratik inkişafını gözdən salmaq cəhdidir. Prezident İlham Əliyev öz bəyanatında vurğulayırdı: “2005-ci il Azərbaycanın gələcək inkişafı üçün həlledici il olacaqdır. Ona görə belə təx- ribatların, vəhşi hərəkətlərin baş verməsi, əlbəttə, bizi çox narahat edir. İlk növbədə, ona görə ki, gənc insan qətlə yetirildi, onun ailəsi başsız qaldı. Digər tərəfdən, ümu- miyyətlə, bəzi qüvvələr bu vəziyyətdən öz maraqlarını təmin etmək üçün istifadə edə bilərlər. Həm daxili, həm də xarici dairələr bundan istifadə edə bilərlər”. Bu cinayətin icraçılarının və əsl sifarişçilərinin tutulması üçün hakimiyyət orqanlarının göstərdikləri səylərə baxma- yaraq, müxalifət jurnalist E.Hüseynovun qətlində məhz hakimiyyəti günahlandırır, Ukrayna jurnalisti Q.Qonqadze- nin öldürülməsi və L.Kuçmanın hakimiyyətinin devrilməsi arasında analogiya aparmağa cəhd edirdi. Təəssüf ki, E.Hüseynovun ölümü radikal müxalifət üçün əvlverişli vasitəyə çevrildi. Daxili ideoloji və təşkilati boşluq və mü- xalifətin komponentlərinin ucdantutma dağılması şəraitində radikal müxalifət bu hadisədən hakimiyyətə qarşı piar kampaniyası və təzyiq vasitəsi kimi istifadə etməyi qərara aldı. Müxalifət kütləvi informasiya vasitələri jurnalistin ölümünü iqtidarı söz azadlığı hüququnu məhdudlaşdırmaqda və mətbuata qarşı təzyiq göstərməkdə günahlandırmaq üçün bəhanəyə çevirdi. Müxalifət E.Hüseynovun ölümü ilə əlaqədar matəm tədbirlərindən istifadə etməklə hakimiyyətə
458 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
qarşı kütləvi çıxışlar törətməyə cəhd göstərirdi. O, əslində, başqasının müsibətindən özü üçün siyasi kapital qazanmağa çalışırdı. Axı, radikal müxalifət liderlərinin ikiüzlülüyü göz qabağında idi, belə ki, onlar heç vaxt E.Hüseynova xüsusi hisslər bəsləməmişlər, çünki tez-tez özləri onun nəşrində ciddi tənqid və istehza obyektinə çevrilirdilər. Buna görə də onun faciəli ölümündən sonrakı bu qəfil “sevgi” hakimiyyəti ləkələmək naminə hər cür əməllərə hazır olan müxalifətin nə qədər mənəviyyatsız olduğunu göstərirdi. E.Hüseynovun ölümü ətrafında qaldırılmış isteriya döv- ründə milli informasiya saytlarından birində maraqlı material yerləşdirilmişdi. Müəllif müxalifətin kütləvi aksiyalarından birini səciyyələndirərkən öz fikrini belə ifadə etmişdi: “Müxalifətin bazar günü keçirilmiş mitinqində şüarlardan biri “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qatillərini tapmaq tələbi idi. Üstəlik, mitinqə E.Hüseynovun həyat yoldaşı Rüşanə xanım da dəvət olunmuşdu. Bu qətlin üstü hələ açılmamışdır. Təqsirsizlik prezumpsiyasını isə hələ heç kim ləğv etməmişdir. Ancaq buna baxmayaraq, müxalifət E.Hüseynovun öldürülməsində dalbadal iqtidarı günahlandırır. Rüşanə Hüseynovaya gəldikdə isə, o, özü də başa düşmədən, Elmarın qətlindən maksimum faydalanmağa çalışan müxalifətçilərin əlində oyuncağa çevrilmişdir. Əgər müxalifət liderlərini həqiqətən E.Hüseynovun ölümü maraq- landırsaydı, onda elə həmin Əli Kərimlinin E.Hüseynovun öldürülməsindən çox böyük dividend götürməyə real şansı vardı. Bundan ötrü ona jurnalistin öldürülməsindən dərhal sonra Milli Məclisə qayıtmaq və bu səs-küylü qətlin araş- dırılmasına dair parlament komissiyasının yaradılmasını tə- ləb etmək lazım idi. Lakin Əli Kərimli bunu etmədi. O, jur- nalistin öldürülməsindən müxalifətin mitinqlərində hiddət- lənməyə üstünlük verdi.
459 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən Bu yaxınlarda Müdafiə Nazirliyinin iddiası əsasında “Monitor”un keçmiş jurnalistlərinin məhkəməsi başa çat- mışdır. Ancaq Elmarın tabutu qarşısında göz yaşları axıdan müxalifət liderlərindən, eləcə də onların partiyalarından məhkəmə iclaslarında heç kim yox idi. Bu, “Monitor” jurnalına müxalifətin əsl münasibətinin növbəti sübutu idi. Bununla yanaşı, həm də müxalifətə dərhal siyasi dividend vəd etməyən hər şeyə münasibətin sübutu idi. Bizim müxalifətin Gürcüstan və Ukrayna müxalifətindən başlıca fərqi məhz bundadır” 1 . Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling