Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Pdf ko'rish
|
Bərqərar olma Yuxarıda qeyd etmişdik ki, Azərbaycanda demokratiyanın bərqərar olması prosesinin başlanması qismən bazar kapita- lizminə keçidin intensivləşməsi sayəsində mümkün olmuş- dur. Bazar kapitalizmi siyasi və ictimai mühitə yeni davranış normaları və ənənələri gətirmişdir. Milli iqtisadiyyatın xarak- terinin təkmilləşməsi, dövlət büdcəsinin və adambaşına ÜDM-in ilbəil artması siyasi rəqabətin xarakterinin dəyişmə- sinə kömək edirdi. Nəticədə 1990-cı illərin ikinci yarısında Azərbaycanın siyasi strukturu Rastounun irəli sürdüyü qərarlar qəbul edilməsi fazasını əks etdirməyə başlamışdı. Rastounun sözləri ilə desək, “hazırlıq fazası yalnız o vaxt başa çatır ki, ölkənin siyasi liderlərinin bir qismi milli birlikdə müxtəliflik olmasını şüurlu şəkildə qəbul edir və bu məqsədlə demokratiyanın bəzi əsas mexanizmlərini institu- sionallaşdırmaq qərarına gəlir”. Bu baxımdan, demokratiya- nın fəaliyyətinin əsas mexanizmlərinin əks etdirildiyi Azər- baycan Respublikasının Konstitusiyasının qəbul olunması nəzəri cəhətdən hazırlıq fazasının başa çatması demək ola bilərdi (1907-ci ildə İsveçdə proporsional təmsilçiliklə ya- naşı, ümumi seçki hüququnun tətbiq edildiyi “Böyük kom- promis” kimi), lakin praktik müstəvidə demokratiya hələ də
584 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
ictimai prioritet hesab edilmirdi. Əsas hüquq və azadlıqların, eləcə də demokratiyanın fəaliyyət göstərməsi yollarının təs- bit edildiyi əsas sənəd olan Konstitusiya bir növ milli məkanda demokratiyanın bərqərar edilməsi yolunda atılmış ilk addım oldu. Lakin İsveçin təcrübəsinə müraciət etsək görərik ki, orada “Böyük kompromis”dən sonra, 1918-ci ildə seçki sistemində islahat aparılmış, kabinet idarəetməsi prinsipi təsbit olunmuşdur. Beləliklə, 1995-ci ildə Azərbaycan Respublikası Konstitu- siyasının qəbul edilməsi siyasi plüralizmi, söz, yığıncaqlar və assosiasiyalar azadlığını, dövlət idarəetmə orqanlarının seç- kili olması qaydasını legitimləşdirən, habelə vətəndaşların əsas hüquq və azadlıqlarına zəmanət verən möhkəm demok- ratik baza yaradılması yolunda əsaslı addım oldu. Bununla bərabər, Rastounun yazdığı kimi, demokratiyanın “birdən- birə” və ya “möhlətlə” əldə edilməsi siyasi rəhbərliyin yuxarı təbəqəsi tərəfindən şüurlu şəkildə qərar qəbul olunmasının nəticəsidir. Əgər bir ölkədə demokratiya institusional islahat- ları təsbit edən bir sənədin qəbul olunması nəticəsində “əldə edilirsə”, başqa ölkədə bu, bir neçə belə sənəd vasitəsilə ger- çəkləşdirilə bilər. Hər iki halda demokratiya yaratmaq cəhdi “onun ehtimal edilən gələcək nəticələri barədə riski öz üzə- rinə götürməyə” hazır olan bir neçə qüvvənin qarşılıqlı əla- qəsi kimi qiymətləndirilməlidir. Milli məkanda demokratiyanın bərqərar olması müxalifət qurumunun, müstəqil mass-medianın təşəkkülünü və “üçün- cü sektor”un, yəni qeyri-hökumət təşkilatlarının formalaş- ması dövrəsinin uğurla başa çatmasını əhatə edən uzun və mürəkkəb bir proses olmuşdur. Azərbaycanda 1998-ci ildə prezident seçkiləri, 1999-cu ildə bələdiyyə seçkiləri və 2000- ci ildə parlament seçkiləri demokratiyanın bərqərar olması
585 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları prosesinin seqmentləri hesab edilməyə başlandı. Hər növbəti seçki zamanı milli siyasi məkanda demokratik baxışlara yeni səpkidə yanaşılır, beləliklə də demokratik təsisatların və ənənələrin təkmilləşməsi üçün meydan yaranırdı. Bununla bərabər, iqtidar-müxalifət münasibətlərində də dəyişmə meyilləri olur, seçkilər ərəfəsində bu münasibətlər güzəştsiz sərt mübarizə, seçkilərdən sonrakı dövrdə isə sa- zişçilik xarakteri alırdı. Müəyyən mənada bu vəziyyət bərqə- rar olma prosesinin uğurlarını təmin edir, onun qanunauyğun gedişinə və təkamül xarakterli olmasına imkan yaradırdı. Azərbaycanda demokratik tranzit təkcə sovet dövründən tamamilə yeni ictimai prioritetlər dövrünə keçid deyildi, həm də postindustrial siyasi dəyərlərə keçid idi. Bu dəyərlər nəinki demokratik rejimin bərqərar olmasını, eyni zamanda, gələcəkdə onun konsolidasiyasını təmin etməli idi. Dövlətin idarə olunmasının səmərəli modelinin yaradıl- ması sabit demokratik tranzitin təmin edilməsinin əsası oldu. Bununla bərabər, hakimiyyət orqanlarının əsas vəzifəsi döv- lətin davamlı inkişafını təmin edəcək aktual siyasi və ümdə iqtisadi problemləri həll etmək idi. S.Hantinqton qeyd edir ki, yeni demokratik siyasi sis- temlər üç tip problemlə üzləşir: tranzit, kontekstual və sis- tem problemləri. Tranzit problemləri dedikdə, S.Hantinq- ton bilavasitə rejimin dəyişməsi fenomenindən irəli gələn məsələləri, yəni yeni konstitusion və elektoral sistemlərin tətbiq edilməsini və s. nəzərdə tutur. Kontekstual aspektdə cəmiyyətin özünün təbiətinə, onun iqtisadiyyatına, mədə- niyyətinə və tarixinə xas olan problemlər nəzərdən keçirilir. Eyni zamanda, əvvəlki rejimdən miras qalmış et- nik-milli münaqişələr, inflyasiyanın yüksək səviyyəsi, əhalinin həyat səviyyəsinin aşağı olması və başqa prob-
586 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
lemlər də transformasiyanın bu aspektinə aid edilir. Sistem problemləri isə artıq baş vermiş və qərarlaşmış tranzitlər üçün səciyyəvidir. 1993-cü ildə Heydər Əliyev hakimiyyətə qayıdandan son- ra dövlətin potensialı və imkanları cəmləşdirilərək, qismən tranzit problemləri nəzərdə saxlanılmaqla, kontekstual prob- lemlərin həllinə yönəldilmişdi. Dövlətin qarşısında iqtisadiy- yatı təkmilləşdirmək vəzifəsi dururdu. Çünki iqtisadi maraq- lar nəticə etibarilə siyasi hərəkətlərin sosial səbəbi olur. İqti- sadiyyat ilə siyasət arasında qarşılıqlı münasibətlərin xarak- teri Leninin aşağıdakı klassik formulası ilə çox qabarıq şəkil- də ifadə edilmişdir: “Siyasət iqtisadiyyatın cəmləşdirilmiş ifadəsidir”. Milli tranzitin xüsusiyyəti, ilk növbədə, daxili problemləri həll etməkdən, bundan sonra isə diqqəti demok- ratik tranzit məsələləri üzərində cəmləşdirməkdən ibarətdir. 1990-cı illərin ikinci yarısında dövlət siyasətinin mahiy- yəti sabitliyin və təhlükəsizliyin təmin edilməsində, daxili və xarici təhlükələrin minimuma endirilməsində, iqtisadi inkişaf sürətinin artırılması və sosial-iqtisadi qeyri-bərabərliyin ləğv edilməsi üçün şərait yaradılmasında ifadə olunurdu. Bu prob- lemlərin həll edilməməsi demokratiyanın ictimai prioritet ki- mi bərqərar olmasına ciddi təhlükə yaradır, demokratik transformasiyanı ləngidirdi. Həmin problemlərin həlli qar- şıdakı tranzitin səmərəliliyinə imkan yaratmalı idi, ona görə də formalaşmaqda olan Azərbaycan demokratiyası yeni min- illiyin əvvəlinə qədər daxili qaydaların dəyişməsi, milli döv- lətçiliyin sabit və davamlı formasının yaradılması şəraitində həyatda qalmaq sınağına çəkilmişdi. Dövlət və cəmiyyət inkişaf etdikcə, cəmiyyətin söykən- diyi normativ dəyərlər sistemi, yəni müxtəlif siyasi dəyər-
587 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları lərin, müxtəlif dövlətlərin ən müxtəlif siyasi hərəkatlarından bir növ köçürülmüş məqsəd və standartların sintezindən iba- rət olan siyasi mədəniyyət də dəyişir. Təbii ki, kommunist dəyərlərinin və təbəəlik siyasi mədəniyyəti ideallarının yarar- sız olmasının sadəcə elan edilməsinin bircə andaca fəal vətəndaşlığın, siyasi mədəniyyətin yaranacağına gətirib çıxa- racağını düşünmək səhv olardı. Siyasi mədəniyyətin for- malaşmasının özünün sürəti və dinamikası var, bunlar iqti- sadi və sosial xarakterli dəyişikliklərin təsirinə məruz qalsa da, həmin dəyişikliklərə uyğun gəlmir. Siyasi mədəniyyət anlayışı siyasi hakimiyyət barədə insana tərbiyə vasitəsilə aşılanmış başlıca təsəvvürlərə əsas- lanır. Cəmiyyətin üzvü məhz bu təsəvvürləri əsas tutaraq, dövlətlə qarşılıqlı əlaqə saxlayır. Bu təsəvvürlər insanın si- yasət sahəsində davranış tərzini, onun xarakterinin ən sabit, fundamental xüsusiyyətlərini müəyyən edir. Lakin bəzən ictimai şüurun yeni siyasi mədəniyyəti qəbul etməyə “hazır olub-olmaması” bu mədəniyyətə daxili ziddiy- yət gətirir. Buna baxmayaraq, bu cür ziddiyyət, eyni zamanda, cəmiyyətin hər bir üzvünün dövlət işlərində siyasi iştirakının həm fəal, həm də passiv formalarının qalmasına kömək edir. Dövlətdə isə siyasi mədəniyyət heç də həmişə saxlanmır. Onun normaları və qaydalarına cəmiyyətin heç də bütün qrupları tərəfindən riayət edilmir və onlar tərəfindən qəbul olunmur. Zorakılıq, insanın əsas hüquqlarına riayət edilmə- məsi qarşılıqlı əlaqələrin əsas formalarına çevrilən yerdə isə siyasi mədəniyyət, ümumiyyətlə, məhv olub gedir, yerini vətəndaşların hakimiyyətlə qarşılıqlı münasibətlərinin başqa formalarına verir. Məsələn, keçən yüzillikdə faşist, irqçi, şovinist hərəkatlar terrorizm üçün zəngin zəmin yaratmışdır.
588 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Siyasi mədəniyyət insanın mənəvi istəklərində, onun fəaliyyətinin müəyyən formalarında, eləcə də institusional- laşdırılmış şəkildə təzahür edə bilər və etməlidir. Bütün dəyərlər praktikada eyni vaxtda təcəssüm etmədiyinə görə, siyasi mədəniyyətin yuxarıda göstərilən təzahür formaları arasında həmişə müəyyən ziddiyyətlər olur. Ümumiyyətlə, siyasi mədəniyyət siyasi proseslərə və təsi- satlara çox müxtəlif şəkildə təsir göstərə bilər. Hətta xarici vəziyyət və hakim rejimin xarakteri dəyişdiyi halda da belə bir imkan qalır. Eyni zamanda, siyasi mədəniyyət sosial və siyasi həyatın yeni, cəmiyyət üçün ənənəvi olmayan formalarını doğur- mağa, habelə köhnə və yeni siyasi quruluşun elementlərini özündə birləşdirməyə qadirdir. Siyasi mədəniyyətə müəyyən funksiyalar xasdır: • İdentikləşmə – insan hansısa bir sosial qrupa mənsub olmağa çalışır. • Adaptasiya – dəyişkən siyasi mühitə uyğunlaşmaq tələ- batı.
• Sosiallaşma – insanın öz vətəndaş hüquqlarının, siyasi funksiyalarının və maraqlarının reallaşdırılmasında mü- əyyən vərdişlər və xüsusiyyətlər qazanması. • İnteqrasiya – müxtəlif qrupların müəyyən siyasi sistem çərçivəsində yanaşı mövcud olmasını, eləcə də dövlətin bütövlüyünün qorunub saxlanmasını təmin edir. İdentikləşmə və adaptasiya prosesində ölkə vətəndaşları davranış stereotiplərini sosiallaşma və inteqrasiya istiqa- mətində transformasiya etmişlər. Yəni demokratik dəyərlərin
589 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları və normaların Azərbaycan cəmiyyətinin şüuruna uğurla aşılanması baş vermişdir. Siyasi mədəniyyətin səviyyəsi demokratik tranzitə ciddi təsir göstərir, çünki siyasi mədəniyyət müxtəlif siyasi və so- sial proseslərlə cürbəcür əlaqələrlə müəyyən edilir. Siyasi mədəniyyətin müxtəlif daxili transformasiyaları siyasət subyektlərinin davranışının formalaşmasını və bütöv mədə- niyyətin təşəkkül mərhələlərini əks etdirir. Sosiumun ictimai-siyasi strukturunda insanın rolu barədə dəyər təsəvvürlərinin aşağıda sadalanan hər bir səviyyəsində kifayət qədər ziddiyyətli konfiqurasiyalar yarana bilər. • Dünyagörüşü səviyyəsi – siyasət haqqında təsəvvürlər gerçəkliyin qavranılmasının fərdi mənzərəsi ilə uyğunlaşır. • Vətəndaş səviyyəsi – insan özünün siyasi statusunu keyfiyyətcə yeni səviyyədə başa düşür. • Siyasi səviyyəsi – rejimin fəaliyyətinin konkret formaları- na, öz müttəfiqlərinə və əleyhdarlarına münasibət yaranır. Bu səviyyələrin hər birində siyasi mədəniyyətin məxsusi xarakteri olur və bu, cəmiyyətdə demokratik dəyərlərin və ənənələrin bərqərar olmasına birmənalı şəkildə təsir edir. Məlum olduğu kimi, konkret siyasi hadisələrə münasibət dünyagörüşü prinsipləri ilə müqayisədə xeyli sürətlə dəyişir. Buna görə də yeni məqsədlərin və dəyərlərin qavranılması, tarixin yenidən dərk edilməsi son dərəcə qeyri-bərabər şəkildə baş verir. Bütün bunlar siyasi mədəniyyətin forma- laşmasına və deməli, cəmiyyətin daxili transformasiyasına əlavə çətinlik və ziddiyyət gətirir.
590 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Milli məkanda demokratiyanın bərqərar olması fazası si- yasi həyatda yeni dəyər sistemlərinin formalaşmağa başla- masına imkan yaratmışdır. Bu sistemlər, bir tərəfdən, sovet dövrünə xas olan sənayeləşməni təcəssüm etdirir, digər tərəfdən, qarşıdakı postindustrial tranzitin mürəkkəb kontur- larını gətirirdi. Bu isə demokratik tranzit modelini mürək- kəbləşdirir və hibridləşdirirdi. Elə buna görə də postsovet məkanında islahatlar həyata keçirilməzdən çox-çox əvvəl Rusiyanın ən yaxşı zəka sahibləri liberal demokratiyanın sürətlə tətbiqinin labüd mənfi nəticələri barədə xəbərdarlıq edirdilər. Tanınmış rus filosofu İvan Aleksandroviç İlyin ötən əsrin 40-50-ci illərində yazdığı məqalələrdə postsovet cəmiyyətinin vəziyyəti və perspektivləri barədə heyrətamiz dərəcədə dəqiq proqnozlar vermişdi: “Əgər kommunizmdən sonra Rusiyaya yeni, çox ağır zərbə vura biləcək bir amil varsa, o da məhz bu ölkədə totalitar müstəbidlikdən sonra demokratik quruluş yaratmağa göstərilən israrlı cəhdlərdir. Çünki bu müstəbidlik Rusiyada demokratiyanın bütün zəruri zəminini dağıtmağa nail olmuşdur. Bunlarsız yalnız qara- güruhun azğınlığı, ümumi xəyanət, satqınlıq və yeni-yeni antikommunist müstəbidlərin üzə çıxması mümkündür”. Buradan belə bir nəticə çıxır: “Sağlam yaradıcı demokratiya üçün zəruri zəmindən məhrum olunmuş ölkə bu əsas zə- minlər yaradılmayınca, özündə həmin rejimi tətbiq etmə- məlidir. O vaxta qədər demokratik quruluşun tətbiq edilməsi bu ölkə üçün yalnız məhvedici ola bilər”. Uzaqgörən alim demokratikləşmənin yetərincə qərarlaşmasına hazır olmayan cəmiyyətlərdə tələsik demokratikləşmənin təhlükəli olması barədə tezisi hər vasitə ilə vurğulayırdı. İ.İlyin ölkənin parçalanmasının mümkünlüyünü də istisna etmir və bildirirdi ki, bunun nəticəsində ölkə ərazisini “bitib-
591 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları tükənməyən çəkişmələr, toqquşmalar və vətəndaş müharibə- ləri bürüyəcəkdir”. İ.İlyin keçmiş sovet respublikaları müstə- qillik əldə etdikdən sonra mürəkkəb daxili peripetiyalar şə- raitində keçid dövrünün idarəetmə formasını belə səciyyə- ləndirirdi: “Milli vətənpərvərlik ruhlu möhkəm və ideya eti- barilə liberal olan, xalqa özünün həqiqətən ən yaxşı qüv- vələrini irəli çəkməyə kömək edən, xalqda ayıqlıq, azad lo- yallıq, özünüidarə və dövlət quruculuğunda təbii şəkildə iştirak etmək keyfiyyətləri tərbiyə edən diktatura” 1 .
doğru rəvan, ehtiyatlı və düşünülmüş yolla getməyə çağı- rırdı: əgər “demokratiya qəfildən elan edilsə, bizdə millətlər- arası müharibə başlanacaq, bu müharibə həmin demokrati- yanı, ümumiyyətlə, bircə anda silib aparacaq və milyonlarla insan demokratiya uğrunda deyil, sadəcə, millətlərarası müharibədə məhv olacaqdır”. Soljenitsın 1973-cü ildə yazdığı “Sovet İttifaqının rəhbər- lərinə məktub”da rejimi tədricən, rəvan şəkildə yumşaq avtoritarizmə doğru döndərməyə, hakim ideologiyadan imti- na etməyə, ideoloji və dini sərbəstliyə icazə verməyə, qanun- verici, icra və məhkəmə hakimiyyətlərini bir-birindən ayır- maqla, qanunçuluğu inkişaf etdirməyə, mülkiyyət hissi tər- biyə etməyə çağırırdı. Həmin vaxtdan təqribən iyirmi il keçəndən sonra o, Qor- baçovun islahatlarını təhlil edərək yazırdı: “Xalqımız mü- rəkkəb demokratik həyata əsla hazır olmadığına görə, bu hə- yat yuxarıdan uca səslə dərhal eninə və uzununa elan edil- məli deyil, tədricən, səbirlə və möhkəm şəkildə aşağıdan qurulmalıdır”.
1
592 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Gördüyümüz kimi, Soljenitsın yenə də demokratik rejimə keçidin “tədricən və rəvan olması” prinsipini dəstəkləyir, yəni, o, cəmiyyətin demokratikləşməsinin təkamül yolunun tərəfdarıdır. Postsovet dövrünün demokratikləşməsi tələm-tələsik isla- hatlar üçün imkan açmaqla yanaşı, bazat təsərrüfatının ya- radılmasını qabaqlayaraq, dövlətçiliyin və idarəetmə mexa- nizmlərinin əhəmiyyətli dərəcədə zəifləməsinə doğru apa- rırdı. Nəticədə islahatlar kortəbii, zəif idarəedilən proses xa- rakteri alırdı. Vətəndaşlara sosial zəmanətlərin və dövlət dəs- təyinin təmin edilməsi mümkün olmadı. Buna görə də milli tranzit əvvəlcə kontekstual problemlə- rin, yalnız bundan sonra tranzit problemlərinin həll edilməsini nəzərdə tuturdu. Yeni ictimai sistemə keçidin çətinlikləri institusional hakimiyyət böhranında, iqtisadiyyatın sistemli tənəzzülündə və Azərbaycan cəmiyyətinin marginallaşmasın- da özünü göstərirdi və bunlar sosiumu dərin durğunluq vəziy- yətinə salmışdı. Bu çətinliklər aradan qaldırılmadan demokra- tik transformasiyanın hazırlanması və bərqərar edilməsi müm- kün deyildi. Bu böhran postsovet məkanlarının çoxunda məhz “nomenklatura demokratiyasının” formalaşmasına səbəb oldu. Nemətlərindən cəmiyyətin bütün üzvlərinin bəhrələnə biləcəyi həqiqi demokratiyadan fərqli olaraq, nomenklatura demokratiyası yalnız imtiyazlı qrupların – köhnə və yeni bürokratiyanın, iri biznesin, generalitetin, siyasi partiyaların elitasının mənafelərinə xidmət edir. Demokratiyaya doğru müəyyən irəliləyişin, – hakimiyyət bölgüsü, siyasi hüquq və azadlıqların olması, oyun qaydalarının tamamilə qane etdiyi sistem müxalifətinin fəaliyyət göstərməsi, – olmasına bax- mayaraq, nomenklatura demokratiyası sırf demokratik rejim
593 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları hesab edilə bilməz. Çox güman ki, bu yalnız güclü dövlət hakimiyyətini – qloballaşma dövründə dövlətin və cəmiyyə- tin dünya inkişafından kənarda qalmasına imkan verməyən, habelə dövlətin maliyyə strukturunu təkmilləşdirmək məqsə- di ilə iqtisadiyyat sahəsi üzərində gizli dövlət nəzarətini sti- mullaşdıran hakimiyyəti dəstəkləmək məqsədi ilə olan ke- çiddir. Bu baxımdan güclü hakimiyyət avtoritarizmin təzahür formasından daha çox anarxiya təzahürlərini amortizasiya edən bir vasitədir. Hərçənd, bu və ya digər sosial və siyasi qrupun imtiyazlı olması bir müddətdən sonra öz yerini “hamı və hər kəs üçün demokratiyaya” verməlidir. Əgər hamı üçün demokratiya müasir dövrdə ümumbəşəri normaya çevrilirsə, nomenklatura demokratiyası anaxronizmə çevrilir. Bununla bərabər, demokratiya nə qədər məhdud, strateji baxımdan nə qədər qeyri-məqbul olsa da, görünür, o, müəyyən şəraitdə tədricən universal demokratiyaya doğru irəliləməyə imkan verən yeganə ictimai quruluş formasıdır. Demokratiyanın bərqərar olması cəmiyyətdə təkcə yeni davranış normalarının və dəyərlərin təşəkkül tapmasını deyil, həm də liderlərin və elitaların submədəniyyət səviyyəsini tə- ləb edir. Bu submədəniyyət onun daşıyıcılarının siyasi siste- min idarə edilməsi funksiyalarını necə yerinə yetirəcəyini müəyyən edir. Bu mənada həmin submədəniyyətin ən mü- hüm elementləri elita liderlərinin və nümayəndələrinin sıravi vətəndaşların mənafelərini ifadə etmək bacarığı, onların peşəkar idarəçilik keyfiyyətləri, eləcə də onların nüfuz qa- zanmasına və bunu qoruyub saxlamasına imkan verən cə- hətləri və xüsusiyyətləridir. Bütün bunlar dövlətçiliyin demokratik yolla inkişafına məqsədyönlü şəkildə nail olmağı bacaran mütəşəkkil siyasi
594 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
qüvvə yaratmağa kömək edir. Bununla bərabər, yeni şəraitə uyğunlaşma “yuxarıdan” zorla qəbul etdirilimir, “aşağıdan” yetişir, qarşılıqlı etimad və sosial inteqrasiya potensialına malik olan dəyərləri və normaları yoxlayaraq, gündəlik pro- sesləri rəsmiləşdirir. Milli şəraitdə demokratiyanın bərqərar olması Azərbaycan cəmiyyətində hamılıqla qəbul edilmiş fundamental siyasi dəyərlərin, onları yenidən yaradan və əhalinin geniş təbəqə- lərinə çatdıran, eyni zamanda, demokratik dəyişikliklər yo- lunda məlum çətinliklərə səbəb olan dolğun siyasi sosial- laşma sisteminin mövcud olmadığı şəraitdə baş verirdi. Yuxarıda qeyd edildiyi kimi, bu, milli tranziti səciyyələn- dirən iki amillə bağlıdır. Birincisi, siyasi mədəniyyətin forma- laşması prosesi konkret fərdin maddi rifahından asılı olduqda siyasi prosesi proqnozlaşdırmaq mümkün deyil və bu, iqtidar ilə müxalifətin dialoqu üçün zəmin yaratmırdı. İkincisi, de- mokratik transformasiyanın başlanğıc mərhələsində siyasi ori- yentasiyaların formalaşmasının kortəbiiliyi və onun idarə edilə bilməməsi nəticəsində müxtəlif siyasətçilər çox vaxt siyasi davranışın bir-birini inkar edən nümunələrini təklif edirdilər, bu isə cəmiyyətdə baza dəyərləri barədə razılığa gəlməyi çə- tinləşdirirdi. Beləliklə, Azərbaycanda demokratiya “möhlətlə” bərqərar olur, tədricən yeni davranış stereotipləri qəbul edir, habelə demokratiya prioritetini ictimai şüurda yayırdı. Demokratiya məşhur qaytana oxşar bir prosesdir. Toyota Takaokinin avtomobilyığma zavodlarında bütün iş yerlərində mövcud olan bu qaytan işçiyə imkan verir ki, istehsal pro- sesində hansısa bir nasazlıq olmasını hiss edərsə, bütün kon- veyerin işini dayandırsın 1 : “Qaytan oyun nəzəriyyəçilərinin 1
Ф.Фукуяма. Великий разрыв. М., 2003, стр.283.
595 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları “təkbaşına veto” adlandıra biləcəkləri bir imkanı təcəssüm etdirir, hər bir iştirakçı bu imkandan istifadə etməklə bütün qrupun səylərini dayandıra bilər”. Buna oxşar sistem demokratiya üçün də səciyyəvidir. Burada siyasi prosesin aktorlarının dövlətin inkişaf strategiyasına nəzarət etmək imkanı və səlahiyyətləri, azacıq da olsa avtoritarizmə və ya totalitarizmə yuvarlanmaq əlaməti hiss etdikdə, dərhal “qaytanı” dartmaq üçün zəruri vasitələri olmalıdır. Mövzudan bir qədər kənara çıxaraq demək lazımdır ki, ötən əsrin ortalarında hər hansı iyerarxik təşkilatların ciddi problemləri – qərarların ləng qəbul edilməsi, iş yerində qay- daların çevik olmaması və yeni şəraitə uyğunlaşa bilməmək kimi ciddi problemlərlə üzləşmiş teylorizm də (XIX-XX əsrlərin qovuşuğunda ABŞ-da yaranmış əməyin təşkili və istehsalın idarə edilməsi sistemi idi, fəhlə sinfinin istismarını gücləndirməklə maksimum izafi dəyər əldə etmək məqsədi ilə elm və texnologiyanın nailiyyətlərindən istifadə olunması ilə səciyyələnirdi) siyasi formaya yabançı olmuşdur. Demokratik cəmiyyətlərdə postindustrial dəyərlər dövründə siyasətdə tey- lorizm “ayaq altına” atılmış, onun yerini qeyri-hökumət təş- kilatlarının təşəbbüskarlığı və vətəndaş fəallığı tutmuşdur. Bununla əlaqədar Şərqi Asiyanın təcrübəsi çox uğurlu hesab edilə bilər. Burada bəzi dövlətlər Avropa tipli siyasi demokratiya sistemini qəbul və özlərində tətbiq edə bil- mişdir. Bu heyrətamiz fakt çoxsaylı araşdırmaların möv- zusuna çevrilmişdir. Tədqiqatçılar buna imkan verən sosial amilləri aşkar etməyə çalışırlar. Yaponiyada və Tailandda demokratiyanı bərqərar etməklə innovasiyaları və ənənələri uyğunlaşdırmaq və tarazlaşdırmaq mümkün olmuşdur. Bu ölkələrin milli mədəni ənənələrə möhkəm bağlılığı ilə yanaşı, innovasiyaların əxz edilməsinə həssaslığı sosial təsisatların
596 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
makrostrukturunda ciddi dəyişikliklər olmasına baxmayaraq, siyasi hakimiyyət formasını və qrupdaxili münasibətlərin səciyyəvi formalarını qoruyub saxlamağa imkan vermişdir. Meydzi inqilabı dövründə hazırlanan islahatlar Yaponiyanın sosial və texnoloji tərəqqi səviyyəsinə görə qısa müddətdə Qərbə çatmasına kömək etmişdir. Xeyan dövründə isə Yaponiya cəmiyyəti Avropa Moderninin təşəkkülü ilə bəzi paralellər aparmağa imkan verən heyrətamiz qabiliyyətlər nümayiş etdirmişdir. Eyni zamanda, Yaponiyanın yeni siyasi və iqtisadi makrostrukturunun uğurlu olmasının bir səbəbi də odur ki, hələ orta əsrlərdə Yaponiya cəmiyyəti çoxsektorlu və mahiyyət etibarilə plüralist cəmiyyət idi. XVI-XVII əsrlərdə Yaponiyada xristianlığın çox asanlıqla yayılması buna əyani misaldır. Bu ölkələrdə siyasi və iqtisadi xəttin modernləşməsi bəzi Şərqi Asiya dövlətlərinin elitalarının sadiq qaldığı uğurlu strateji xəttin nəticəsi olmaqdan əlavə, həm də iyerarxiyalı Yaponiya cəmiyyətinin şaquli mobilliyi- nin aşağı səviyyədə olmasının və ölkə daxilində daim milli ənənələrə və tarixə istinad edilməsinin təcəssümü olmuşdur. Hazırlıq fazası, sonra isə demokratiyanın bərqərar olması fazası Azərbaycanda on ildən bir qədər çox davam etmişdir, hərçənd, bu gün bərqərar olma fazasının başa çatdığını söy- ləmək hələ tezdir. Bu, təkcə onunla əlaqədar deyildir ki, Azərbaycan cəmiyyəti sovet sənayeləşməsinə xas olan tarixi ənənələrin üzərindən “adlamalı” və indiyə qədər görünməmiş şəkildə yeni dəyər oriyentirləri yaratmağa başlamışdır. Bu, xeyli dərəcədə həm də onunla əlaqədardır ki, ola bilsin, lazımınca götür-qoy edilməsə də, Azərbaycan demokratik tranzitin məxsusi modelini reallaşdırmağa çalışırdı. Biz illər boyu deyirdik ki, “keçid dövründə” yaşayırıq, amma çox nadir hallarda düşünürdük ki, bizi gözləyən əsl “keçid dövrü”
597 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları hələ irəlidədir. İndi yaşadığımız dövr isə həmin transforma- siyaya başlamaq üçün hazırlıqdır. İctimai rəyin, siyasi məka- nın hazırlanması, yeni iqtisadi modelin, maliyyə strukturu- nun və s. yaradılması – bütün bunlar ölkənin həmin keçidi gerçəkləşdirməsinə kömək etməyə yönəldilmişdir. Bu, bizim siyasətin və iqtisadiyyatın formalaşdığı sənayeləşmə dövrün- dən postindustrial dəyərlər və ənənələr aləminə keçiddir. Demokratiyanın bərqərar olması fazası Azərbaycan cəmiy- yətinin sosiomədəni fonunda dəyişikliklərə şərait yaratmışdır. Burada tədricən milli identlikliyin yeni aspektləri yaranmağa, fərdin hərəkətlərinin, yaşayış tərzi və həyat formasının ən mühüm oriyentiri kimi cəmiyyətin mənəvi-əxlaqi komponenti intensiv şəkildə dirçəlməyə başlamışdır. İndən belə Azər- baycan vətəndaşı özünü təkcə azərbaycanlı kimi deyil, həm də dünya nizamının qlobal miqyasda dəyişməsi şəraitində xeyli dərəcədə müsəlman kimi identikləşdirməyə başlamışdır. İcma şüurunun, kollektiv, fərdiləşdirilməmiş şüurun aşkar ifadə olunmuş arxetipi tədricən kütləvi şüurun başqa demokratik tranzit üçün daha açıq formasına transformasiya edir.
Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling