Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Pdf ko'rish
|
prosesi dayandıra bilərdilər. Qeyd etməliyik ki, ümumi demokratikləşmə prosesinin adları çəkilən iki fazasının fərqləndirilməsi prinsipial xa- rakter daşıyır. Tanınmış sosioloq A.Stepan həmin fazaları belə səciyyələndirir. Avtoritar şəraitdə “liberallaşma” KİV- də senzuranın zəifləməsi, müstəqil fəhlə təşkilatlarına nis- bətən çox “fəaliyyət sərbəstliyinin” verilməsi, bir sıra fərdi hüquqi təminatların bərpa edilməsi (habeas corpus), siyasi məhbusların əksəriyyətinin həbsdən buraxılması, siyasi mü- hacirlərin vətənə qayıtması kimi siyasi və sosial dəyişik- likləri əhatə edə bilər. Gəlirlərin daha ədalətli şəkildə bölün- məsi və bəlkə də, ən əhəmiyyətlisi – siyasi müxalifətə mü- nasibətdə dözümlülük tədbirləri də istisna edilmir. “Demok- ratikləşmə” liberallaşmanı ehtiva edir, lakin bunlardan birin- cisi, daha geniş və spesifik siyasi anlayışdır, çünki o, höku- mətə nəzarət etmək hüququ uğrunda açıq rəqabəti nəzərdə tutur, bu isə öz növbəsində hökumət kabinetinin tərkibini müəyyənləşdirən azad seçkilər keçirilməsinə əsaslanır. Libe- rallaşma nəticəsində dövlət ilə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələr əsasən modifikasiyaya məruz qalır. Demo- kratikləşmə isə dövlət ilə siyasi cəmiyyət arasında qarşılıqlı münasibətləri dəyişir. Aydındır ki, liberallaşmanın demokra- tikləşmə formalarına çevrilməsi vacib deyildir 1 . 1
Alfred Stepan (ed.). 1989. Demokratizing Brazil. Problems of Transition and Consolidation. N.-Y., Oxford, Oxford University Press.
527 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları Demokratikləşməkdə olan cəmiyyətlərdə sistemin daxi- lində olan və bir qayda olaraq, əvvəlcə mərkəzçi və ya ona ya- xın mövqe tutan islahatçılar rejimin mühafizəkar qüvvələrinə daha səmərəli müqavimət göstərməyə çalışaraq, öz hərə- kətlərinə kənardan dəstək axtarır, vətəndaş cəmiyyətinin qüv- vələrinə, müxalifətçi hərəkatlara və başqalarına müraciət edirlər. Mərkəzçi islahatçılar rejimin keşikçiləri ilə onun ra- dikal əleyhdarları arasında tarazlıq yaratmaq üçün müəyyən müddət ərzində tədricən islahatlar aparmaq siyasəti yeridirlər. Lakin onların sanksiyası ilə radikal müxalifətin siyasi prosesin yeni subyekti kimi leqallaşması və buna cavab olaraq mühafizəkarların birləşməsi labüd surətdə ictimai gərginliyin artmasına və münaqişələrin kəskinləşməsinə doğru aparır. Demokratik keçidlərin uğurlu olduğu əksər hallarda yuxa- rıda adını çəkdiyimiz siyasi ziddiyyətin aradan qaldırılması bir-biri ilə mübarizə aparan qüvvələrdən birinin başqası və ya başqaları üzərində qələbəsindən yox, rəqabət aparan tərəflər arasında demokratikləşmənin sonrakı mərhələlərində oyun qaydaları və uduzanlar üçün müəyyən təminatlar ya- radan məxsusi bir pakt bağlanmasından ibarət olurdu. Bunun arxasınca ilk sərbəst və ya təsis seçkiləri keçirilərək, əsasən, həmin islahatları başlamış siyasətçilərin mərkəzçi qrupunu deyil, radikal müxalifətin liderlərini və onların nümayən- dələrini hakimiyyətə gətirirdi. Bir qayda olaraq, bu sonun- cuların zəfər sevinci çox çəkmirdi. Gənc müstəqil Azərbay- can dövlətçiliyi də təşəkkülünün başlanğıcında eyni yolu keçmiş, demokratiyanın bərqərar olmasını anarxiya və xaos yaradılması kimi başa düşən qondarma “demokratik qruplar” hakimiyyət başına gəlmişdi. Çox tez-tez, xüsusilə demokratik yolla seçilmiş yeni haki- miyyət çətin iqtisadi islahatları həyata keçirməyə məcbur
528 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
olanda (özü də bu, heç də təkcə postkommunist ölkələrində baş vermirdi), ictimaiyyətin islahatlara mənfi münasibəti sonrakı demokratik seçkilərin – “məyusluq seçkilərinin” ge- dişində artıq radikalları deyil, əksəriyyəti əvvəlki hakim qrupların sıralarından olanları hakimiyyətə gətirirdi. Lakin onlar heç də sırf mürtəce restavrasiyaya cəhd göstərmirdilər. Əksinə, əsl termidorçular kimi onlar yalnız bir qədər geri çəkilməklə, əslində, yeni siyasi sistemi tarazlayırdılar. De- mokratik prosedurların və ilk növbədə, siyasi hakimiyyətin dəyişməsinin (növbələşməsinin) institusionallaşdırılması sonradan demokratiyanın konsolidasiya olunması üçün (artıq qeyd edildiyi kimi, bu, hökmən demokratik dəyişikliklər prosesinin nəticəsi deyil, üstəlik, bu nəticəyə çox nadir hallarda nail olmaq mümkündür) zəruri zəmin yaradırdı. Başqa sözlə desək, yeni demokratik siyasi reallıq hər dəfə məxsusi, fərdi, lakin əvvəlki qeyri-demokratik ənənə və stereotiplərlə labüd qaynayıb-qarışmaqla möhkəmlənirdi. Postkommunizm yeni siyasi strukturun formalaşması üçün şərait yaratmışdır, burada demokratik tranzit dövlətin və cəmiyyətin inkişafının prioritet istiqaməti kimi təsəvvür edilir. Bu halda postsovet məkanındakı transformasiya döv- lətlərinin qarşısına bir neçə paralel vəzifə qoyulmuşdur: si- yasi demokratikləşmə və bazar iqtisadiyyatına keçid, mo- dernləşmə və restrukturizasiya, cəmiyyətdə mövcud olan is- lahatçı və mühafizəkar cinahlar arasında pakt bağlanması, vətəndaş cəmiyyətinin bir-birindən təcrid olunmuş proteele- mentləri ilə dövlət arasında əlaqələrin amorfluğuna baxma- yaraq, bu cəmiyyətin rüşeym halında olan seqmentlərinin formalaşması və sair. Dövlətçiliyin tədricən inkişaf etməsi sayəsində Azərbay- canda bir neçə il ərzində iqtisadi tərəqqi və siyasi sabitliyin
529 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları əldə edilməsi mümkün olmuşdur. Müstəqillik əldə olunduq- dan sonrakı ilk on il siyasi sabitliyin, iqtisadi inkişafın və vətəndaş mədəniyyətinin yeni seqmentlərinin formalaşma- sının təmin edilməsi üçün möhkəm institusional baza yarat- mağa istiqamətlənmişdi. Azərbaycanda demokratiyanın bər- qərar olması cəmiyyətin bir ictimai-siyasi vəziyyətdən di- gərinə keçməsi üçün sərt siyasi radikallaşma və polimorf proseslər şəraitində cərəyan edirdi. Bununla bərabər, demok- ratiyaya normativ münasibət və demokratik idealların kütləvi cazibəsi ilə, hakimiyyətsizlik dövrünün iqtisadi cəhətdən səmərəsizliyi və delegitimləşməsi ilə, demokratik təsisatlar və prosedurlarla praktikada eksperimentlər aparılması ilə, səmərəli dövlətçiliyin və güclü hakim elitanın yaranması ilə şərtlənən universal amillər formalaşmışdır. Lakin milli siyasi strukturu kompleks halda təhlil etməyə başlamazdan əvvəl bəzi qərb alimlərinin bu məsələyə dair mövqe və baxışlarını qeyd etmək istərdik. Onlar demokratik tranzitlərə iki yanaşmanın – struktur və prosedur yanaşmala- rının olduğu milli siyasi məkana proyeksiya baxımından ma- raqlı ola bilər. Biz bu yanaşmalardan hər birini təhlil edərkən onları transformasiya mərhələsində olan postsovet məkanı dövlətlərinin, o cümlədən Azərbaycanın reallıqları ilə müqa- yisə etməyə çalışacağıq. Seymur Martin Lipset, Denkvart Rastou, Q.Almond, S.Verba və demokratiyanın struktur təməlinin məddahları olan bir sıra başqa alimlərin konsepsiyalarında ümumi şəkildə üç əsas aspekt fərqləndirilir 1 .
Birincisi, milli birliyin və müvafiq identikliyin əldə edilməsi.
1
А.Ю.Мельвиль. Опыт теоретико-методологического синтеза струк- турного и процедурного подходов к демократическим транзитам. htpp://www.politnauka.org/library/dem/melvil.php
530 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
İkincisi, iqtisadi inkişafın kifayət qədər yüksək səviy- yəsinə nail olunması. Üçüncüsü, demokratik prinsiplərin tanınmasını, əsas siya- si təsisatlara etimadı, şəxsiyyətlərarası etimadı, vətəndaşlıq hissini və s. nəzərdə tutan mədəni norma və dəyərlərin kütləvi şəkildə yayılması. Demokratiyanın yuxarıda sadalanan şərtlərindən yalnız biri müasir tədqiqatçılarda şübhə oyatmır. Bu, demokratik- ləşmədən əvvəl milli birliyə və identikliyə nail olmaq şər- tidir. Buna görə də D.Rastou milli birliyi “demokratiyanın yeganə ilkin şərti” adlandırır. Qərbin tanınmış filosoflarından Yurgen Habermas yazır: “Demokratik vətəndaşlıq hansısa xalqın milli indentikliyində kök salmağa möhtac deyildir; la- kin müxtəlif mədəni həyat formalarının rəngarəngliyinə la- qeyd olan demokratik vətəndaşlıq ümumi siyasi mədəniyyət çərçivəsində bütün vətəndaşların sosiallaşmasını tələb edir” 1 . Bununla bərabər, alimlərin bir qrupu siyasi mədəniyyəti siyasətin bütün subyektiv məzmunu ilə eyniləşdirir, siyasi mədəniyyət dedikdə, mənəvi hadisələrin bütün məcmusunu nəzərdə tutur 2 . Alimlərin digər qrupu siyasi mədəniyyətdə insanın siyasətdə davranışının normativ tələblərinin təzahü- rünü
3 və ya tipik davranış nümunələrinin məcmusunu görür 4 .
yayılmış normalara və oyun qaydalarına istiqamətləndirən, onun hərəkətlərini sanki artıq bərqərar olmuş hakimiyyətlə qarşılıqlı əlaqələrin standartlarına və formalarına doğru yö-
1
2
Q.Almond, S.Verba, D.Divayn, Y.Krasnov və başqaları.
3 S.Bayt.
4
C.Pleyno.
531 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları nəldən müəyyən davranış qəlibi 1 kimi qarşıya çıxır. Üçüncü qrup alimlər siyasi mədəniyyət dedikdə, insanın siyasi fəaliy- yətinin elə bir üsulunu, üslubunu başa düşürlər ki, bu, insanın praktik davranışında dəyər oriyentasiyalarının təcəssüm et- məsini nəzərdə tutur 2 . Belə anlayış insanın dövlətlə qarşılıqlı əlaqələrinin praktik formalarını hakimiyyət haqqında, siyasi məqsədlər və prioritetlər, praktik fəaliyyətin üstünlük verilən və fərdi qaydada mənimsənilmiş normaları və qaydaları haq- qında ən dərin təsəvvürlərin ifadəsi kimi açıqlayır. İnsanın hakimiyyət sferasındakı praktik hərəkətləri ilə onun siyasi idealları və dəyərlərinin axtarışı arasında qırılmaz əlaqəni səciyyələndirən siyasi mədəniyyət praktikada daim bərpa olunan bir mənəvi proqram, insanların konyunkturanın və ya emosional duyğuların təsiri altında ani dəyişikliklərə məruz qalmayan ən davamlı fərdi davranış və təfəkkür cizgilərini əks etdirən davranış modeli kimi təfsir edilir. Etnik-milli və konfessiyalararası ziddiyyətlərin təzahür et- diyi cəmiyyətlərdə daxili problemlər məsələsi dolğun və sə- mərəli demokratik inkişafın mühüm aspekti olaraq qalmaqda- dır. Təbii ki, belə şəraitdə demokratik tranzit barədə danışmaq çox çətindir. Hərçənd, belə problemlər Avropanın bir sıra döv- lətlərində, məsələn, İspaniya (Baskoniya), Fransa (Korsika) və Böyük Britaniyada (Şimali İrlandiya) da var. Lakin belə döv- lətlərin əksəriyyətində həmin münaqişələr ya ümumi siyasi- iqtisadi təməl ilə qarışdırılmışdır, yaxud da ölkənin ərazi bütövlüyünə və milli identikliyinə təhlükə yaratmır. Bu cür ziddiyyətlərin daha dərin xarakter daşıdığı ölkələr- də isə demokratiya qərbli müəllif A.Leypxartın təklif etdiyi
1
2
İ.Şapiro, P.Şaran, V.Rozenbaum.
532 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
“birgəyaşayış demokratiyası” modeli çərçivəsində mövcud ola bilər. Bu konsepsiya demokratik həmrəyliyə nail olmaq və demokratiya təsisatlarının təsbit olunması məqsədi ilə ziddiyyətləri təmsil edən və münaqişə iştirakçısı olan tərəf- lərin mənafelərini aqreqasiya edən müxtəlif elitalar üçün mü- naqişə deyil, əməkdaşlıq təklif edir. Beləliklə, ölkənin bütöv- lüyünün və ümumi indentikliyinin qorunub saxlanması elita- ların şüurunda gündəlikdə qalır. Başqa şərtlər barədə tənqidi iradlar bildirilir. Cəmiyyətin sosial-iqtisadi inkişafının səviyyəsi ilə demokratiya arasında ciddi asılılıq olması fikri indi geniş faktik material əsasında təkzib edilir. Hazırda iqtisadi inkişaf səviyyəsi yüksək oldu- ğuna baxmayaraq, qeyri-demokratik rejimli dövlətlər möv- cuddur. Bundan əlavə, siyasi təsisatlarla aktorlar arasında tam formalaşmış demokratik münasibətlər tipinin olduğu elə dövlətlər də vardır ki, orada yoxsulluğun səviyyəsi yük- səkdir, sosial strukturlar və ənənəvi praktikalar da mövcud- dur. Birinci varianta nümunə kimi Sinqapurun, ikinci varian- ta misal kimi Hindistanın adını çəkmək olar. Eyni zamanda, Fars körfəzi dövlətləri dayanıqlı iqtisadi tərəqqiyə nail ol- muşdur və çox sanballı maliyyə potensialına malikdir. Lakin həmin dövlətlərin milli inkişaf strategiyasında demokratiya heç də prioritet sayılmır. İqtisadi inkişaf səviyyəsi ilə siyasi proseslər arasın- dakı nisbət göstərir ki, demokratiyaya keçid çox vaxt iqtisadi inkişaf səviyyəsi orta olan və ya orta səviyyəyə yaxınlaşan ölkələrdə baş verir. S.Hantinqton göstərir ki, İkinci Dünya müharibəsindən ötən əsrin 70-ci illərinin ortalarına qədər coşğun iqtisadi tərəqqi bir sıra döv- lətlərin ortagəlirli ölkələr qrupuna daxil olmasına imkan vermiş, bu isə dolayısı ilə demokratiyaya keçid üçün
533 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları əlverişli iqtisadi şərait yaratmış və demokratikləşmənin potensial sosial bazasını genişləndirmişdir. Lakin tarixi təcrübə göstərir ki, iqtisadi inkişaf səviyyəsi ilə demokratikləşmə arasında birmənalı və birbaşa səbəb-nə- ticə əlaqələri yoxdur. İqtisadi dəyişikliklərin siyasi proseslərə təsiri sosial dəyişikliklər vasitəsilə olur. S.Hantinqton ya- zırdı: “İqtisadi inkişaf dövlətin hüdudlarından kənarda yeni sərvət və hakimiyyət mənbələri, eləcə də qərarlar qəbul etmək səlahiyyətlərinin həvalə olunmasına funksional tələbat yaratmışdır” 1 . İqtisadi inkişafın sosial strukturda və dəyərlərdə baş verən dəyişikliklərə bilavasitə təsiri daha çoxdur ki, bu da de- mokratikləşmənin ilkin şərtlərindən biridir. Əvvələn, cəmiyyətin iqtisadi rifah səviyyəsi vətəndaşlar üçün elə dəyərlər və məqsədlər yaradır ki, onlar şəxsiyyətlər- arası etimad, məmnunluq və səriştəlilik hisslərinin inkişafını stimullaşdırır, bu da öz növbəsində məhz demokratik təsisatlarla korrelyasiya olunur. İkincisi, iqtisadi inkişaf cəmiyyətdə savadlılığın səviyyə- sinin artmasına səbəb olur. Bu isə mövcud siyasi sistemə getdikcə daha tənqidi münasibət bəslənməsi ilə, fərdi azad- lıqlara tələbatla və deməli, demokratikləşməyə tələbatla mü- şayiət olunur. Üçüncüsü, iqtisadi inkişaf müxtəlif sosial qruplar arasında bölüşdürülmək üçün daha çox maddi resurslar yaradır, bu isə münaqişələrin tənzimlənməsini və kompromis əldə edil- məsini asanlaşdırır.
1
Century. Norman and London, 1991, p.52.
534 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Dördüncüsü, iqtisadi inkişafın beynəlmiləlləşməsi bütün dövlətlərin dünya ticarət, investisiyalar, texnologiyalar, tu- rizm və kommunikasiyalar bazarına inteqrasiyasına şərait yaradır. Ölkənin beynəlxalq iqtisadi əlaqələr sisteminə qo- şulması çox vaxt sənaye aləmində üstünlük təşkil edən demokratik ideyaların cəmiyyətə təsirinin mühüm mənbəyinə çevrilən əlaqələrlə müşayiət olunur. Beşincisi, iqtisadi inkişaf bütün ölkələrdə demokratikləş- mə prosesinin əsas dayağı və hərəkətverici qüvvəsi olan orta sinifin sayca artmasına gətirib çıxarır. Müəyyən mədəni dəyərlərin olmasını demokratiyanın ya- ranması üçün zəruri şərt kimi xarakterizə etməklə yanaşı, onu da demək lazımdır ki, həmin dəyərlər sabit və davamlı demo- kratiyanın formalaşması üçün tezliklə əlverişli ab-hava yaradır. Lakin A.Y.Melvilin haqlı olaraq qeyd etdiyi kimi, ilkin şərait və korrelyasiyaların mövcudluğu heç də eyni şey demək deyildir. İlkin struktur şərtləri təmin edilmədən demokratiyaya keçid mümkün deyildir. Korrelyasiyalar isə məcburi ilkin şərtlər yox, demokratikləşməni sürətləndirən və ya ləngidən amillərdir. “Üçüncü demokratik dalğa”dan əvvəlki proseslər göstərdi ki, mədəniyyət, daha doğrusu, sosiomədəni fon heç də həmişə demokratik tranzitin başlanğıcında bu proseslərin tərkib hissəsi deyildir. SSRİ dağılarkən, yaxud 1974-cü ildə Portuqaliyada diktatura süqut edərkən müvafiq fonun olmasını söyləmək çətindir. Çox güman ki, siyasi proses iştirakçılarının davranış taktikası və strategiyası ilə bağlı olan endogen səbəblər demokratik transformasiyanın başlanma- sını şərtləndirmişdir. Hərçənd, sonrakı dövrdə sosiomədəni fon təbii ki, demokratik tranzitin səmərəliliyinin təmin
535 4‐cü fəsil
Milli demokratik tranzitin dilemmaları edilməsində ən mühüm atributa çevrilir. Aşağıda bu fikri açıqlamağa çalışacağıq. SSRİ dağılandan sonra müstəqillik ideyası ictimai rəydə xeyli dərəcədə üstünlük təşkil edir, müstəqil dövlətin inkişaf strategiyası kimi mühüm məsələlər isə aparıcı siyasi qüvvələ- rin diskussiya dairəsindən kənarda qalırdı. 1990-cı ilin yanvar hadisələrindən sonra Azərbaycanda ictimai şüur müstəqilliyi “bütün dərdlərin əlacı” kimi başa düşürdü, hesab edirdi ki, müstəqillik sayəsində cəmiyyət bir anda bütün xəstəliklərdən xilas olacaqdır. İctimai-siyasi vəziyyət ölkədə və onun hüdud- larından kənarda baş verən proseslərin real mahiyyətini qiy- mətləndirməyə imkan vermirdi. Ə.Vəzirovun, A.Mütəllibo- vun, sonra isə Ə.Əliyevin (Elçibəyin) də “idarəetmə vərdişlə- ri”, daha doğrusu, bu cür vərdişlərin olmaması ölkədə siyasi tənəzzülə və iqtisadi durğunluğa səbəb olurdu. Onların dav- ranışının qısamüddətli strategiya və taktikası idealdan çox uzaq idi. Beləliklə, müstəqillik əldə edilən dövrdə “broun hərəkəti”, yəni xaos Azərbaycan cəmiyyətinin dinamikasının əsas ifadəsi idi. Lakin 1993-cü ilin ortalarından başlayaraq, müstəqil dövlətçiliyin mərhələlər üzrə inkişafı yeni davranış stereotiplərinin və təfəkkür formalarının təşəkkülünü müəyyən etdi. Sonrakı illərdə hiss olunmadan ayrı bir vətəndaş mə- dəniyyəti və siyasi mədəniyyət formalaşmağa başladı. Daha 10 ildən sonra isə bu sosiomədəni fon siyasi strukturun yeni konfiqurasiyalarının təsiri ilə transformasiya etməyə başladı. Beləliklə, Azərbaycan dövlətçiliyinin tədricən inkişaf etməsi labüd surətdə daxili transformasiyalara gətirib çıxarır, onlar da öz növbəsində cəmiyyətin və dövlətin inkişafının ümumi xa- rakterini ifadə edirdi. Buna oxşar prosesləri 1974-cü ildə Portuqaliyada, 1917-ci ildə Rusiyada da... müşahidə etmək olardı. Portu-
536 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
qaliyada “broun hərəkəti” dövrünə aid bir tarixi misal, 1975-ci ildə general Spinolanı devirmək üçün göstərilən uğursuz cəhd buna əyani sübutdur. 1973-cü ildə Braziliya- da istefaya çıxan general Emiliu Mediçi hökumətinin li- derləri siyasi “dekompressiya” planları qurmuş” və 1974- cü ildə general Ernestu Geyzel özünün yeni hökumətinə siyasi aşkarlıq yaradılması prosesinə başlamaq barədə tap- şırıq vermişdi. İspaniyada baş nazir Karlos Arias Franko diktaturasını ehtiyatla liberallaşma məcrasına yönəldirdi 1 .
Demokratiyanın möhkəmlənməsini, dövlətin və cəmiyyə- tin inkişafının səmərəliliyini təmin edən vətəndaş mədəniy- yətinin və siyasi mədəniyyətin müvafiq səviyyəsinin forma- laşması çox uzun və mürəkkəb bir prosesdir. Hərçənd, bu problemlərin tanınmış tədqiqatçılarından olan S.M.Lipset yazır: “Əvvəlki tarixi inkişafın xüsusiyyətləri ilə əlaqədar olan mədəni amillərlə manipulyasiya etmək son dərəcə çətindir. Siyasi təsisatlar, o cümlədən seçki sistemləri və konstitusion quruluş çox asanlıqla dəyişir. Buna görə də sabit demokratik idarəetməyə keçid imkanlarını möhkəmlətməyin qeydinə qalanlar öz diqqətlərini bu imkanlar üzərində cəmləşdirirlər” 2 .
miyyətini aşağıdakı şəkildə təsdiqləyir: namizədlər arasında rəqabətə əsaslanan seçki təsisatlarının qısa bir müddətdə mövcud olduğu bəzi başqa ölkələr (Nigeriya, Pakistan) kimi, müharibədən sonra yaranmış və sabit demokratik rejimlərin səciyyəvi olduğu “yeni dövlətlərin”, demək olar ki, hamısı Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling