Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən


Download 5.08 Mb.
Pdf ko'rish
bet26/41
Sana15.09.2017
Hajmi5.08 Mb.
#15717
1   ...   22   23   24   25   26   27   28   29   ...   41

Siyahılar 

 

Müxalifətdən namizədlərin siyahısının tərtibi radikal qüv-



vələrin fəaliyyətində ən çox müzakirə edilən məsələ oldu. Bir 

neçə ay ərzində müxalifətin səyləri üç partiyadan – Müsavat, 

AXCP və ADP-dən namizədlərin vahid siyahısının yaradıl-

masına yönəldilmişdi. Üstəlik, majoritar sistem milli müxali-

fətin pozucu pərakəndəliyini tamamilə açıb göstərdi. Mü-

xalifət partiyaları  dəfələrlə öz siyahılarını birləşdirməyə, 

namizədlərin vahid, ümumi siyahısını yaratmağa, iqtidara 

qarşı resursları  cəmləşdirməyə  cəhd göstərdilər. Lakin şəxsi 

iddialar hər dəfə partiya məqsədlərini, habelə ümumi siyasi 

məqsədləri üstələyirdi. Hakimiyyətlə mübarizədə vahid 

cəbhə yaratmaq üçün dəfələrlə göstərilən cəhdlər müxalifətin 

özünə qarşı çevrilib, mümkün əməkdaşlığı  sərt daxili 

qarşıdurmaya yönəldirdi. 

Bütün bunların nəticəsində “Azadlıq” blokunun siya-

hılarına indiyə qədər tanınmayan partiya funksionerləri daxil 

edildi. Partiya qərargahından konkret dəstək almadan bu 

namizədlər müstəqil və ya iqtidara yaxın opponentlərə qarşı 

real siyasi rəqabət təşkil edə bilmirdilər. Bununla yanaşı, 

müxalifət öz siyahılarına müstəqil hüquq müdafiəçilərini, 

jurnalistləri və qeyri-hökumət təşkilatlarının nümayəndə-

lərini daxil etməyi qərara almışdı. Beləliklə, o, elektoral 

sahəni genişləndirməyə və seçkilərdə qələbəni təmin etməyə 

ümid bəsləyirdi. Siyasiləşdirilməmiş  şəxslərin seçkiqabağı 

mübarizəyə  cəlb edilməsi strategiyası bütün müxalif qüv-

vələrin konkret şəxsləri birlikdə dəstəklədiyi halda uğurlu ola 

bilərdi. Lakin seçki dairələrinin  əksəriyyətində müxalifətin 

elektoratı “Azadlıq” blokunun, “Milli birlik” blokunun və 

“Yeni siyasət” blokunun tərəfdarları arasında bölünmüşdü. 



 

 

486 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Milli müxalifətin bəlası olan dağınıqlıq ona bütöv və səmə-



rəli siyasi orqanizm kimi çıxış etməyə imkan vermədi. 

Müxalif elektoral məkan parçalandığına görə, etirazçı 

elektorat olduqca çətin vəziyyətdə qalmışdı: kimə  səs 

verməli? Müxalifət pat vəziyyətində idi, xüsusən də ona görə 

ki, seçicilərin tam əksəriyyəti daha aydın fəaliyyət strate-

giyası ilə çıxış edən müstəqil və iqtidara yaxın namizədlərin 

tərəfində idi. Namizədlərinin çoxluğuna baxmayaraq, hakim 

partiya seçkiqabağı mübarizənin qızğın çağında hər bir 

dairədə iqtidara yaxın namizədlərin sayını  əhəmiyyətli də-

rəcədə azalda bildi və müxalifətin bir neçə namizədinə qarşı 

iqtidardan bir namizəd saxladı. Nəticədə, hakim partiyanın 

bütün təşkilati və siyasi fəaliyyəti yalnız həmin namizədin 

təşviqatına yönəldilmişdi. 

Müxalifət isə siyahıların hazırlanmasında bir neçə ciddi 

səhvə yol vermişdi ki, bu da siyasi mübarizənin nəticəsini 

əvvəlcədən həll etdi. 

Əvvəla, dairələrin  əksəriyyətində irəli sürülmüş nami-

zədlər o qədər də tanınmırdılar və elektoratın nəzərində 

nüfuzları yox idi. 

İkincisi, müxalifət hər dairədə bir neçə namizəd irəli sür-

müşdü, onların hər biri adəti üzrə iqtidarı  tənqid edir, mü-

xalifətdən yalnız özünün həqiqi namizəd olduğunu bildirirdi. 

Üçüncüsü, müxalifət bloklarından olan namizədlər seçicilər-

lə seçkiqabağı işi qura bilmədilər. Onların başları “rəngli” inqi-

laba hazırlığa qarışmışdı. Ona görə də, yuxarıda deyildiyi kimi, 

həmin namizədlərin  əsas fəaliyyəti paytaxtda keçirilən kütləvi 

aksiyalarda iştiraka yönəldilmişdi. Halbuki, müstəqil və iqtidara 

yaxın namizədlər regionlarda geniş fəal təbliğat aparırdılar. 



 

 

487



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

Dördüncüsü, radikal müxalifətin nümayəndələri seçici-

lərin problemlərinin həllinə dair konkret proqramlar təklif 

etmir, hakimiyyəti tənqid etməklə  və hakim rejimin dəyiş-

dirilməsinin zəruriliyi barədə ritorika ilə kifayətlənirdilər. 

Beşincisi, uzun illər partiyada aparıcı mövqelərdə olan 

tanınmış partiya fəalları “Azadlıq” blokunun hazırladığı na-

mizədlərin vahid siyahısından kənarda qalmışdılar. Onların 

arasında müxalifət partiyalarının mərkəzi orqanlarının üzv-

ləri, yerli partiya təşkilatlarının rəhbərləri var idi. 

Altıncısı, məhz bu və ya digər seçki dairəsində daha güclü 

mövqeyi olan partiyanın nümayəndələri siyahıdan kənarda 

qalmışdılar, yəni, müxalifət bloku namizədlərinin qələbəsini 

təmin etmək imkanı olan yerli təşkilatların rəqabət qabiliy-

yəti məsələləri nəzərə alınmamışdı.  Əksinə, seçicilərə seçki 

dairəsində son dərəcə  zəif mövqeyə malik partiyanın nü-

mayəndəsi olan namizəd təklif edilirdi. S.Cəlaloğlu təəssüflə 

etiraf edirdi: “Müsavata edilən böyük güzəştlər blokda təmsil 

olunan digər partiyaları  rəqabətqabiliyyətsiz etdirdi... Mü-

savat Partiyası parlament seçkilərində 47 namizəd irəli 

sürmüşdü, biz isə 35 namizəd irəli sürmüşdük. Müsavat 

Partiyasının təkid etdiyi bir sıra bölgələrdə biz güzəştə getdik 

və seçkilərdə  həmin partiyadan olan namizədlərin iştirakına 

şərait yaratdıq”

1



Yeddincisi, səriştəsiz təşkilatçılıq işi və maliyyə imkan-



larının məhdudluğu müxalifət namizədlərinin  əksəriyyətinə 

keyfiyyətli PR kampaniyası qurmağa imkan vermirdi. 

Müxalifətin mesajlarının konkret ünvanı  və  dəqiq ifadə 

edilmiş sosial yönümü yox idi. 

                                                 

1

 



http://day.az/news/politics/49968.html

 


 

 

488 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Bütün bunlar müxtəlif müxalifət qruplaşmalarının seçki-



qabağı kampaniya aparmasına kədərli təsir göstərmişdi. 

Aşkar görünürdü – radikal müxalifət ümid edirdi ki, pay-

taxtda bir neçə hay-küylü kütləvi aksiya keçirməklə re-

gionlarda öz namizədlərinin qələbəsini təmin edə biləcəkdir. 

İnformasiya cəmiyyətinin imkanlarının səhv təfsirinə və başa 

düşülməsinə  əsaslanan məntiqi də anlamaq çətin idi. İnfor-

masiyanın nə  qədər  əlyetən və açıq olmasına, onun sürətlə 

verilməsi, habelə bir neçə  dəqiqə  ərzində  qəbul edilməsi 

imkanlarına baxmayaraq, hər halda, seçki kampaniyasının 

mahiyyəti seçicilərin və namizədlərin canlı ünsiyyətindən 

ibarətdir. Seçki dairəsindən yüz kilometrlərlə uzaqdakı saxta 

siyasi ritorika bu və ya başqa seçki dairəsində siyasi fonu 

əhəmiyyətli dərəcədə dəyişə bilməz.

 

 



Dialoq 

 

Müasir ensiklopedik lüğət “dialoq” (yunanca dialogos sö-

zündəndir) anlayışına “şifahi nitq forması, iki və bir neçə 

şəxsin söhbəti; replikalar mübadiləsi vasitəsilə danışıq 

əlaqəsi” kimi tərif verir. Siyasi leksikonda dialoq dedikdə, 

adətən, siyasi prosesin iştirakçılarının danışıqlar masası 

arxasında bu və ya digər məsələləri müzakirə etmək və 

mümkün kompromisə  gəlmək bacarığı başa düşülür. Dialoq 

siyasi prosesin iştirakçılarının sivilizasiyalı münasibətlərin 

qurulmasına və konstruktiv yanaşmaya və sosial gerçəkliyin 

rasional qavranılmasına  əsaslanan siyasi rəqabətə hazır ol-

malarını  şərtləndirir. Siyasi opponentlər yalnız dialoq qur-

maq bacarığı  və mümkünlüyü sayəsində öz aralarında 

qarşılıqlı razılaşmaya gəlirlər. Ona görə  də vurğulamaq la-

zımdır ki, iştirakçılar arasında sivilizasiyalı qarşılıqlı müna-


 

 

489



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

sibətlərin üstünlük təşkil etdiyi siyasi məkanın göstəricisi 

davakar mövqe tutmaq və  hər  şeyi inkar etmək deyil, 

diskussiya aparmaq bacarığıdır. Çox vaxt məhz dialoq ən 

mürəkkəb siyasi və sosial məsələləri həll etməyə imkan 

vermişdir ki, bunun da nəticəsində ictimai inkişaf daha sabit 

olmuşdur. 

Milli siyasi məkanda dialoq mövzusu, yəqin ki, iqtidar və 

müxalifət arasında münasibətlərdə daha tez-tez müzakirə 

olunan mövzulardan biridir. Son onillik ərzində bu mövzu 

dəfələrlə ortaya çıxmış  və siyasi mübarizələr  ətalətində 

yenidən səngimişdir.  Ədalət naminə demək lazımdır ki, ha-

kimiyyətdən  əlavə, müxalifət də dialoq tərəfdarı kimi çıxış 

etmişdir. Lakin sivilizasiyalı siyasi münasibətlər körpüsü ya-

ratmağa göstərilən hər bir belə  cəhd bu və ya digər tərəfin 

günahı üzündən uğursuz olmuşdur. Çox vaxt siyasi prosesin 

iştirakçıları arasında “barışıq” kütləvi informasiya vasitə-

lərinin ehtiyatsız çıxışları, bəzən də qarşılıqlı irad və it-

tihamlar nəticəsində pozulurdu. 

İqtidar 1998-ci ildən, prezident seçkiləri dövründən başla-

yaraq, dəfələrlə siyasi prosesin iştirakçıları arasında dialoqun 

təşəbbüsçüsü kimi çıxış etmişdir.  İstər Prezident Heydər 

Əliyev, istərsə  də sonradan Prezident İlham  Əliyev dəfələrlə 

müxalifəti dövlətin inkişafının qarşıya çıxan problemlərini 

müzakirə etmək və onların həlli yollarını tapmaq üçün da-

nışıqlar masası arxasında  əyləşməyə çağırmışdır. Üstəlik, 

opponentlərindən fərqli olaraq, İlham  Əliyev birinci, hələ 

prezident seçiləndən əvvəl iqtidar və müxalifət arasında dialoq 

təşəbbüsü ilə çıxış etmişdi. Bu, ölkədə iqtidarın və müxalifətin 

konstruktiv şəraitdə yanaşı mövcud olduğu sivilizasiyalı, sabit, 

bütöv siyasi məkan qurulmasına doğru atılmış addım idi. 

Lakin bütün siyasi tərəflərin səylərinin ümumi birləşdirilməsi 



 

 

490 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

tələb olunan xarici siyasət məsələlərində  də müxalifət tə-



kəbbürlə təklikdə qalmağa üstünlük verdi. 

2005-ci ilin ortalarında, Azərbaycanda parlament seçkiləri 

ərəfəsində bu mövzu yenidən aktuallaşdı. Müxalifət partiya-

larının və hakim partiyanın qərargahlarında bir tərəfdən 

AXCP, Müsavat və ADP-nin, digər tərəfdən də Yeni Azər-

baycan Partiyasının və Ana Vətən Partiyasının funksionerləri 

arasında təşkil edilən görüşlər siyasi prosesin iştirakçıları 

arasındakı qarşıdurmaya son qoymasa da, hər halda, bunu 

yumşaltmaq və 2005-ci ilin noyabrında parlament seçkilə-

rinin keçirilməsi  ərəfəsində  və seçkilər vaxtı sabitliyin sax-

lanılması yollarını müəyyənləşdirmək cəhdi olmalı idi. 

Seçkilər  ərəfəsində, “inqilab” üçün obyektiv şəraitin 

yoxluğu aydın olduqda, xaricdən də iqtidarla müxalifət 

arasında münasibətlərə müsbət ovqat gətirmək cəhdləri 

müşahidə edilirdi. Təhlilçilərin bir çoxu bildirirdi ki, Azər-

baycana çoxmilyardlıq sərmayələr qoymuş Avropa və ABŞ 

respublikada vəziyyətin ciddi şəkildə pozulmasında maraqlı 

deyildir. Ona görə  də asayişin gözlənilmədən pozulmasına 

yol verməmək üçün Qərb beynəlxalq təşkilatların və öz 

diplomatlarının səyləri ilə müxalifət və iqtidarı barış-

dırmağa çalışır, onların sivilizasiyalı dualizmini yaratmağa 

ümid bəsləyirdi. Prezident İlham  Əliyev seçki ərəfəsində 

ABŞ  səfirinin arzularını sözbəsöz təkrarladı  və qarşıdakı 

parlament seçkilərinin demokratik keçiriləcəyinə açıq  şə-

kildə  vəd verdi. Azərbaycan Prezidenti mayın 28-də Res-

publika günü münasibətilə  təntənələrdə  bəyan etdi: “Mən 

şübhə etmirəm ki, parlament seçkiləri  şəffaf,  ədalətli  şə-

kildə keçiriləcəkdir. Azərbaycan xalqının iradəsi seçkilərin 

nəticələrində öz əksini tapacaqdır”. 


 

 

491



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

Lakin milli müxalifət dialoqa konstruktiv münasibətlər 

yaratmaq yox, siyasi mübarizəni davam etdirmək imkanı 

kimi baxırdı. Opponentlik edən tərəflərin hər bir görüşü 

çəkişmələr və söz güləşdirməklə müşayiət olunurdu. Azər-

baycan cəmiyyətinin aktual problemlərinə dair bu və ya digər 

məsələlərin müzakirəsinə cavab olaraq, müxalifət siyasi 

dividendlər və ya fayda gözlədiyi  şərtlər və  tələblər irəli 

sürürdü. 

2005-ci ilin ortalarında hakim partiyanın təşəbbüsü ilə 

iqtidarla müxalifət arasında məsləhətləşmələrin üç mərhələsi 

keçirildi. Lakin əks-elitanın tutduğu mövqe bu məsləhətləş-

mələrin demokratiyanın inkişafı naminə real müzakirələrə 

çevrilməsinə imkan vermədi. “Rəngli” inqilab kabusundan 

məst olan müxalifət siyasi prosesin iştirakçıları arasında 

münasibətlərdə “status-kvonu” saxlamağa üstünlük verərək, 

dialoqdan imtina etdi. 

Müxalifətin üzdə görünən birliyi həqiqətdə süni idi, bu, 

Qərbdəki müəyyən siyasi dairələri Azərbaycanda “rəngli” 

transformasiyanın mümkünlüyünə inandırmağa yönəldilmişdi. 

Lakin müxalifətin birliyi üfürülmüş  şara bənzəyirdisə, bu şar 

gec-tez partlamalı idi və belə  də oldu. Müxtəlif baxışlara və 

siyasi niyyətlərə malik, bir müddət “qatı dostlar” olan bu 

siyasi təşkilatlar qarı düşmənlərə çevrildilər. ADP sədrinin 

birinci müavini S.Cəlaloğlunun seçkilərdən sonra keçmiş müt-

təfiqinin ünvanına söylədiyi ittiham buna misaldır: “Mü-

savatın bütün addımları iqtidarın müdafiəsinə yönəlmişdir... 

Partiyanın 26 noyabrdakı mitinqindəki siyasəti, yekun pro-

tokolunu imzalaması bunu təsdiq edir... Onlar istər parla-

mentin iclaslarında, istərsə də təkrar seçkilərdə iqtidarla əlbir 

hərəkət edirdilər... Mən onlara özlərində güc tapmağı  və öz 

simalarını saxlamağı məsləhət görürəm. Əks halda, bu taktika 



 

 

492 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

onları məhv edəcəkdir”



1

. Halbuki, belə bəyanatlardan cəmi bir 

neçə ay əvvəl Müsavatın başqanı  İsa Qəmbər  şəstlə deyirdi: 

“Blokun liderləri arasında heç bir ixtilaf yoxdur... Bizim vahid 

məqsədlərimiz var və bundan sonra da bu blok çərçivəsində 

əməkdaşlığımızı davam etdirmək niyyətindəyik”

2



Müzakirələr zamanı tərəflər öz tezislərini irəli sürürlər və 



hər kəs öz fikrini müdafiə edir. Ancaq həqiqətdə isə, siyasi 

qüvvələrin dialoqunun subyektləri dəqiqləşdirilməli və 

tərəflər müzakirə olunan məsələləri müəyyən etməlidirlər”

3

.  



Radikal müxalifət partiyaları dialoqdan boyun qaçırmaqla 

təsdiq etdilər ki, onlar rəqabətqabiliyyətli siyasi məkan 

qurmağa hazır deyillər və bunu istəmirlər,  əksinə, özlərinin 

iddialı planlarını reallaşdırmaq naminə yalnız idarəetmə 

formasının konstitusiyaya zidd şəkildə  dəyişdirilməsinə 

çalışırlar. AXCP idarə heyətinin üzvü Fuad Qəhrəmanlının 

sözləri bunu təsdiq edirdi: “İqtidarla hər hansı  təmas 

müxalifətə yalnız ziyan gətirə bilər”. ADP sədrinin müavini 

Taliyət  Əliyev isə deyirdi ki, “hakimiyyətlə bir masa 

arxasında oturub, hər hansı problemin müzakirəsindən söhbət 

gedə bilməz”

4



 

Ziddiyyətlər 

 

Radikal müxalifət iqtidarla qarşıdurma, dövlət idarəçiliyi 

formasını  və milli inkişaf xəttini dəyişməyə daim cəhd 

göstərdiyi illər  ərzində  dəfələrlə birləşməyə çalışmış, lakin 

heç cür ümumi məxrəcə  gələ bilməmişdir. 2003-cü ildə 

                                                 

1

 

http://www.day.az/news/politics/49051.html//19 may 2006-cı il.



 

2

 



http://www.day.az/news/politics/35986.html//30 noyabr 2005-ci il.

 

3



 

http://www.day.az/news/politics/45374.html//1 aprel 2006-cı il.

 

4

 



“Hakimiyyətlə dialoq vaxt itkisidir”. “Azadlıq” qəzeti, 29 iyun 2005-ci il.

 


 

 

493



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

müxalifət hər halda birləşdi, ancaq yuxarıda dediyimiz kimi, 

bu birlik “müttəfiqlərin” daxili çəkişmələrinin və siyasi 

hiylələrinin “qurbanı” oldu. 2005-ci ildə müxalifət yenidən 

birləşməyə  cəhd göstərdi, lakin “niyyətli kəbinin” saxta 

xarakteri seçkilərdən dərhal sonra üzə çıxdı. 

Tədqiqatçıların fikrincə, bütün inqilablar və inqilabqabağı 

vəziyyətlər üçün qüvvələrin yenidən qruplaşmasının mürək-

kəb prosesləri, güclənməkdə olan ayrılma və qütbləşmə 

səciyyəvidir. Onlar bunun səbəbini üç məsələdə görürlər: 

“Birincisi, istənilən koalisiyanın iştirakçılarının maraqları 

tez-gec hökmən ayrılır. Bu, müsbət yox, mənfi proqram üzə-

rində qurulmuş birliyin əsasının süniliyi ilə şərtlənir... 

İkincisi, inqilabın gedişində iqtisadi problemlər kəskin-

ləşir... 

Üçüncüsü, siyasi qüvvələrin yenidən qruplaşması və ayrıl-

ması fonunda kütlələrin ümumi radikallaşması baş verir”

1



Bizim müxalifətin seçkilər  ərəfəsində birləşə  və qarşıya 

qoyulmuş  məqsədə çatmaq üçün mütəşəkkil cəbhə ilə  çıxış 

edə bilməməsinin səbəblərini nəzərdən keçirək. Bəzilərinin 

düşündüyü kimi, Azərbaycanda “məxməri” inqilab həyata 

keçirməli olan müxalifətin uğursuzluğunun mahiyyəti 

nədədir? Axı, hələ seçkilərdən xeyli əvvəl indiki iqtidarın 

tezliklə süqut edəcəyini bildirənlər lap çox idi. Özü də bu 

zaman bir-birinə tamamilə  əks olan səbəb və  dəlillər 

gətirirdilər. 

Bizim fikrimizcə, müxalifətin birləşməsinin baş tutmama-

sının səbəblərindən biri müxalifət siyasi partiyalarının 

üstünlük verdiyi ideoloji məsələlərdəki fərqlərin olması idi. 

                                                 

1

 



И.Стародубровская, В.Мау. Великие революции. М., 2004, стр.140.

 


 

 

494 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

“Azadlıq” blokuna ideoloji cəhətdən müxtəlif qütblərdə 



dayanan, dövlət və cəmiyyətin ümumi inkişafına eyni və ya 

oxşar baxışları olmayan partiyalar daxil idi. Lakin təkcə 

ideoloji yönüm deyil, həm də partiyalardakı liderlik təsisatı, 

daha dəqiq desək, hamının qəbul etdiyi liderin olmaması 

Azərbaycanda baş tutmayan “narıncı, qızılgül, bənövşə  və 

sair” inqilabların uğursuzluğunu  şərtləndirdi. Siyasi fitnə-

fəsadlar və  çəkişmələr mühitində yetişmiş bu siyasətçilər 

sivilizasiyalı siyasi rəqabətin yetərli iştirakçıları ola 

bilmədilər. Milli siyasi məkanda “birincilik” uğrunda mü-

barizə müxalifət liderlərinin bir növ öz aralarında oynadıqları 

oyuna çevrildi. İqtidara isə bircə onu izləmək qalırdı ki, 

“seçkilər üzrə dünənki müttəfiqlərin” bir-birinə nifrəti güc 

tətbiq edilən açıq daxili münaqişəyə çevrilməsin. Mövcud 

praktikadan fərqli olaraq, – yəni, siyasi məkanda birliklər və 

bloklar yalnız seçkiqabağı dövrdə yaranır və seçkilərdən 

sonra dincliklə dağılır, – Azərbaycan müxalifətindəki radikal 

cərəyan müttəfiqlərdən ayrılmağın təkcə ona xas olan 

prinsipini seçdi. 

Artıq neçənci dəfədir ki, müxalifət partiyaları seçkilər ərə-

fəsində bir növ mini-QHT-lər yaradaraq, guya ətrafında 

vətəndaş  cəmiyyəti nümayəndələrinin də toplaşdıqları iri 

siyasi birliklər imici qazanmağa cəhd göstərir. Təəssüf ki, bu 

cür institusionallaşma imitasiya, zahiri görüntüdür və üçüncü 

sektoru inkişaf etdirmək və ya yetərli vətəndaş  cəmiyyəti 

formalaşdırmaq məqsədi daşımayaraq, yalnız bu partiyaların 

ayrı-ayrı liderlərinin şəxsi maraqlarına xidmət edir. 

Şəxsi iddialı yanaşma və innovasiya başlanğıcının olma-

ması milli müxalifətin məğlubiyyətini labüd surətdə irəli-

cədən sezdirir və proqramlaşdırırdı. Məlumdur ki, siyasi 

xəyanətkarlıq cəmiyyətin maraqları barədə  qətiyyən düşün-



 

 

495



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

məyərək, öz şəxsi iddiaları naminə partiya xəttini dəyişən 

siyasətçinin zahiri və daxili simasının formalaşmasına 

təsirini göstərir, nəticədə isə patiyanın prioritetlərini 

ümummilli problemlərə şəxsi baxışlarla əvəz edir. Təəssüflə 

demək lazımdır ki, bizdə  hər hansı başqa ictimai struktura 

nisbətən, müxalifət mühiti daha tez-tez mürəkkəb trans-

formasiya dəyişiklikləri nəticəsində üzə  çıxan mənfi hallar 

nümayiş etdirir. 

Milli müxalifət rəhbərlərinin 2000-ci ildə, yəni, müstəqil 

Azərbaycanın tarixində ikinci parlament seçkilərindən əvvəl 

və 2005-ci ilin noyabr seçkiləri  ərəfəsində bir-biri barədə 

verdikləri bəyanatları müqayisə etsək, iqtidara alternativliyə 

iddia edənlərin bir-birinə necə nifrət bəslədiklərinə  əyani 

şəkildə  əmin ola bilərik. ADP-nin başlıca mətbuat ruporu 

2000-ci ildə  Ə.Kərimlini “siyasi makler” adlandırmışdı, 

2005-ci ildə isə Ə.Kərimli və ADP-nin həmsədri S.Cəlaloğlu 

artıq vahid blokda təmsil olunmuşdular. Üstəlik, 2000-ci ildə 

Müsavat və ADP Əli Kərimlini və AXCP-ni iqtidarla 

əməkdaşlıqda günahlandırırdı, 2005-ci ildə isə artıq AXCP 

və ADP eyni ittihamı Müsavata qarşı sürürdü. 

Səciyyəvi cəhət odur ki, bu ittihamlar müxalifət partiya-

larından biri seçkilərdə  iştirak barədə az-çox rasional təklif 

verəndə, yaxud parlamentin işində  iştirak edəndə  səslənirdi. 

Radikal müxalifət nümayəndələrinin fikrincə, konstruktiv 

dialoq və fikir mübadiləsi təklif edən hakimiyyətlə hər hansı 

sivilizasiyalı qarşılıqlı münasibət, iqtidarın apardığı siyasətin 

müsbət cəhətlərinin etiraf olunması yarınmaq və müxalifətin 

maraqlarına xəyanətdir. Parlamentin iclaslarında iştirak et-

mək məsələsinə də bu baxımdan yanaşılırdı. Bu səbəbdən də 

haqlı sual doğur: əgər müxalifətin bu və ya digər lideri seç-

kilərdə qalib gəldikdə parlamentin işində  iştirakdan imtina 



 

 

496 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

edirsə, bu iştiraka razılıq verən isə müxalifətin sıralarından 



“getməlidirsə”, onda seçkilərdə  iştirak etmək və elektoratı 

həmin liderlərə səs verməyə çağırmaq nəyə lazımdır? 

Siyasi riyakarlıq müxalifətin cəmiyyətdə öz yerini tutmaq 

üçün göstərdiyi bütün cəhdlərin iflasa uğramasının  əsas 

səbəblərindən biri olmuşdur. Təkcə konstruktiv yanaşmalara 

və prinsiplərin rasionallığına qadir olmaması deyil, həm də 

düzgün strateji konsepsiya qurmaq bacarığının yoxluğu 

müxalifətin seçkilərdə  uğursuzluğunu  şərtləndirir. Müxalifət 

liderləri özlərinin vacib şəxsiyyət olmaları barədə  xəyal-

lardan heç cür uzaqlaşa bilmirlər və buna görə də partiyaların 

daxilindəki dəyişikliklərin başında durmağa, mühüm par-

tiyadaxili transformasiyalar dövrəsinə başlamağa qadir deyil-

lər. Onlar milli məkanda siyasi fəaliyyətin forması  və  məz-

mununun qiymətləndirilməsində rasional, konstruktiv dis-

kursu dərk etmirlər. 

Liderlik ağır və olduqca məsuliyyətli yükdür və onun 

altına yalnız səbirli və müdrik siyasətçilər girə bilər. Sadəcə, 

siyasi həyatın gözlənilməz dəyişikliyi üstündən keçməyə, 

onlara göz yummağa çalışan hər bir siyasətçi özünün 

fəaliyyətinin mənəvi məzmunu barədə birmənalı  şəkildə 

düşünməlidir. “Siyasətin  əsası  mənəviyyatdır” tezisinə po-

litoloji tədqiqatlarda tez-tez rast gəlmək olur. Əlbəttə, 

mənəviyyat siyasəti  ədalətli edir. Lakin bizim yaşadığımız 

ziddiyyətli dünyada siyasət insan fəaliyyətinin elə bir 

mürəkkəb sahəsidir ki, bəzən taleyüklü məsələləri həll etmək 

üçün bu prinsipi nədəsə pozmaq lazım gəlir. Hərçənd deyim 

ki, bu, qəbul edilmiş  qərara haqq qazandırılması demək 

deyildir. Geniş  səpkidə yanaşdıqda, mənəviyyatsız siyasət 

köksüz ağaca bənzəyir. Belə  ağac imitasiyadır, görüntüdür, 

yaşaya bilməz və deməli, mənəvi tərəfi olmayan siyasət 



 

 

497



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

mənasız, qısamüddətli, ötəridir. Azərbaycan cəmiyyətində 

“öz nəfəsini” daim iqtidara hiss etdirməyi, onu yaradıcılıq 

ritmində saxlamağı bacaran layiqli opponent qüvvə görməyi 

nə qədər istəsək də, deməliyik ki, bizim radikal müxalifət bu 

prinsipi öz fəaliyyətindən çıxarmış, ötəri maraqlarını  rəhbər 

tutaraq, “müttəfiqlərdən” düşmən, düşmənlərdən isə 

“müttəfiqlər” yaratmışdır. Belə müxalifət siyasi məkandan 

dövlətin rifahı üçün deyil, özünün korporativ məqsədlərini və 

şəxsi iddialarını reallaşdırmaqdan ötrü istifadə edir. 

Ümumən, radikal müxalifət düşərgəsi seçkilər qabağı bir 

sıra mühüm səhvlər etmişdir ki, bunlar da müxalifət 

məkanının ucdantutma tənəzzülünü, elektoratın etibarının 

itirilməsini və blok üzrə “müttəfiqlər” arasında mühüm fikir 

ayrılıqları yaranmasını şərtləndirmişdir. 

Radikal müxalifətin bütün taktikası ictimai şüurda ölkədə 

hakimiyyəti “inqilabi” yolla dəyişməyə qadir olan partiyalar 

obrazının formalaşdırılması üzərində qurulmuşdu. Lakin 

hətta etiraz elektoratı olmasa da, elektoratın bir hissəsi mü-

hüm iqtisadi nailiyyətlər fonunda dağıdıcı siyasi dəyişik-

likləri arzulamırdı  və iqtisadi sabitliyə  və  təkamül yolu ilə 

ictimai inkişafa səs verdi. 

Müxalifətin fəallığının zirvəsi parlamentin keçmiş  sədri 

R.Quliyevin qayıdışının KİV-lərdə cidd-cəhdlə  şişirdilməsi 

oldu, radikal müxalifət bundan istifadə edərək, öz tərəfdarları-

nın sayını artırmağa ümid bəsləyirdi. Ancaq hadisələrin 

sonrakı gedişi göstərdi ki, vəd olunmuş qayıdış baş tutmadı. 

R.Quliyevin təyyarəni döndərib Simferopolda yerə enməsi 

iqtidarın günahı deyildi. İri məbləğdə maliyyə  fırıldaqlarına 

görə  dəmir barmaqlıqlar arxasına düşmək qorxusu bu “siya-

sətçiyə” doğma torpağa qədəm qoymağa və “siyasi əzabkeş” 


 

 

498 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

obrazında görünməyə imkan vermədi. Oktyabrın 17-də, 



R.Quliyevin Bakıya qayıtmaqdan imtina etmək xəbəri gələndə 

radikal müxalifət qəti  şəkildə  sındı. ADP öz sədrinin qayı-

dacağına böyük ümidlər bəsləyirdi, eləcə  də digər müxalifət 

partiyaları. Radikal müxalifətə elə  gəlirdi ki, R.Quliyevin 

qayıtması müxalifətə parlament seçkilərində  qələbəni təmin 

edəcəkdir. Lakin R.Quliyev 2000-ci il, 2003-cü il və 2005-ci il 

seçkiləri ərəfəsində qayıtmağı vəd etmiş və hər dəfə də özünün 

siyasi tərəfdaşlarının ümidlərini boşa çıxarmışdı. 

Radikal müxalifət isə özünün bütün “inqilabi taktikasını” 

Rəsul Quliyevin gəlməsinə bağlayırdı. AXCP-nin və Mü-

savatın liderləri ümid edirdilər ki, bu fiqur “rəngli” inqilabda 

onların qələbə  şansını xeyli artıracaqdır. Lakin bu planlar 

həyata keçmədi, dəfələrlə  bəyan etməsinə baxmayaraq, mü-

xalifət Rəsul Quliyevi  qarşılamaq üçün hava limanına özü-

nün 50 min nəfər tərəfdarını  çıxara bilmədi, “məxməri” 

transformasiyanın legitimləşdirilməsi baş tutmadı. 

Müsavatın liderinə nifrətlə qarışıq qısqanclıq Rəsul 

Quliyevin, Sərdar Cəlaloğlunun və  Əli Kərimlinin ürəyində 

daş kimi asılıb qalmışdı  və onlara dinclik vermirdi. Onlar 

Müsavata “Seçkilər-2005” deyilən siyasi oyunun “zəif bən-

di” kimi baxırdılar. Buna Müsavatın başqanı  İsa Qəmbərin 

2003-cü ilin prezident seçkiləri vaxtındakı davranışı  bəhanə 

verirdi. Müxalifətçilərin fikrincə, o, 2003-cü il oktyabrın 15-

16-da talançıların başında durmaqdan imtina etməklə, siyasi 

zəiflik və qorxaqlıq göstərmişdi.  İsa Qəmbərin müttəfiqləri 

Müsavat Partiyasının həbs olunmuş funksionerlərinin və 

Ümid Partiyası  sədrinin müdafiəsi üçün səsini qaldır-

mamasını ona bağışlamırdılar. Siyasətçinin belə davranışı 

çox vaxt ondan ötrü fəlakətli olur. Əli Kərimli hətta blok 


 

 

499



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

üzrə müttəfiqi ola-ola, Müsavata zərbə endirmək üçün bu 

faktdan istifadə etdi. 

Beləliklə, İsa Qəmbərin etimad limiti nəinki ictimai şüur-

da, həm də onun “qatı müttəfiqləri” arasında da tükənmişdi. 

Xəyanətkarlar bütün dövrlərdə olmuşdur. Milli müxa-

lifətin liderləri bunu siyasi mübarizə tarixindən yaxşı  əxz 

etmişlər. Ona görə də imkan düşən kimi, onlar öz fürsətlərini 

əldən buraxmamış, hakimiyyəti zorla ələ keçirmək 

planlarının reallaşdırılması üçün satqınların resurslarından 

istifadə etməyi qərara almışlar.  İqtisadi inkişaf naziri 

F.Əliyev, səhiyyə naziri Ə.İnsanov, Azərbaycan Respub-

likası Prezidentinin İşlər idarəsinin müdiri A.Muradverdiyev, 

“Azərikimya” Dövlət  Şirkətinin başçısı F.Sadıqov, keçmiş 

maliyyə naziri F.Yusifov və bir sıra başqa  şəxslər 

yaxınlaşmaqda olan parlament seçkilərindən istifadə edərək, 

dövlət çevrilişinin həyata keçirilməsində radikal müxalifəti 

dəstəkləyir və maliyyə  vəsaiti ilə kömək edirdilər. Lakin 

qəsdin üstünün açılması və onların həbsi radikal müxalifətin 

bütün planlarını puça çıxardı. Yüksək vəzifəli məmurlar ifşa 

və  həbs olunduqdan sonra müxalifətin köpü kəskin  şəkildə 

yatdı, onun düşərgəsində ziddiyyətlər gücləndi, daimi ma-

liyyə yardımının axını azaldı. Kütləvi aksiyaların və onların 

iştirakçılarının sayı əhəmiyyətli dərəcədə aşağı düşdü. 

Parlament seçkiləri  ərəfəsindəki hadisələr və hakimiyyət 

nümayəndələrinin bunlarda iştirakı bizdə belə bir qənaəti möh-

kəmləndirdi ki, “məxməri” və ya “rəngli” inqilablar xarici 

qüvvələrin tapşırığı  və  nəzarəti altında həyata keçirilir. Bax, 

buna görə  də ölkə iqtidarı müdriklik və iradə nümayiş etdi-

rərək, pozucu qüvvələrə dövlət çevrilişi planlarını  həyata ke-

çirməyə imkan vermədi. Azərbaycan iqtidarı seçkilərdən hələ 


 

 

500 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

xeyli əvvəl bütün “inqilab oyunu” prosesini öz nəzarəti altına 



aldı, ideoloji xarakterli qabaqlayıcı preventiv tədbirlər gördü. 

İqtisadi inkişaf naziri Fərhad  Əliyevin Qərbin, habelə 

beynəlxalq fondların nümayəndələri ilə tez-tez baş verən və 

şübhə doğuran  əlaqələri, onların ona aşkar vurğulanan mü-

nasibətləri, onun iqtidar komandasının diğər üzvlərinə qarşı 

qoyulması  və ifşa olunmaq ərəfəsində verdiyi həddən artıq 

“cəsarətli” siyasi bəyanatlar da diqqətdən kənarda qalmadı. 

Bütün bunlar açıq-aşkar göstərirdi ki, o, öz “ağalarından” 

kart-blanş – tam fəaliyyət sərbəstliyi alırdı. Bəlkə  də başqa 

cür idi, ondan maskalanmaq üçün istifadə olunurdu. Bu 

halda, oyuncaq prezidentilyə namizəd kadr arxasında qalırdı. 

Hər halda, Fərhad  Əliyevin “inqilab üzrə  tərəfdaşı” 

Akif Muradverdiyevə “narahat olma, bizim arxamızda 

Amerika dayanır” deməsi çox mətləbdən xəbər verir. 

Hərçənd, etiraf etmək lazımdır ki, ABŞ-ın yüksək vəzifəli 

nümayəndələri Azərbaycan rəhbərliyi ilə görüşlərində 

Prezident  İlham Əliyevin hakimiyyətinin legitimliyini və 

onu dəstəklədiklərini daim bəyan edirdilər. Eyni zamanda

onlar hər dəfə vurğulayırdılar ki, dərin siyasi və iqtisadi 

islahatların aparılmasının və ölkənin demokratikləşməsi-

nin sürətini artırmaq lazımdır. İqtidarın nümayəndələri ilə 

hər bir görüşdə  Qərb müxalifətin fəaliyyəti üçün əlverişli 

şərait yaradılmasının zəruriliyi məsələsini qoyurdu. Bunun 

cavabında onlara bildirilirdi ki, biz müxalifətin statusunun 

sivilizasiyalı, demokratik anlamına tərəfdarıq: müxalifətin 

fəaliyyəti qanun daxilində olmalıdır və dağıdıcı yox, 

yaradıcı xarakter daşımalıdır. Azərbaycan hakimiyyətində 

gözəl başa düşürdülər ki, müxalifət dairələri seçkilərə ha-

zırlaşır. Seçki onlar üçün yalnız bir bəhanədir. Onlar özləri 


 

 

501



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

üçün hazırlanmış layihəni – seçki adı altında hakimiyyəti 

ələ almaq layihəsini həyata keçirməyə can atırdılar. 

“Məxməri” transformasiyanın  əsas oyunçularını bir yerə 

toplamaq barədə “inqilabın siyasət texnoloqlarının” sifarişini 

həyata keçirən ADP, AMİP, Müsavat və Liberal partiya-

larının liderləri nəzərdə tutduqları  dəyişikliklər zamanı 

özlərini  əsas oyunçu kimi görmək fürsətini  əldən buraxmaq 

istəmirdilər. “Azadlıq” bloku üzvlərinin hər biri yalnız özünü 

Azərbaycanda baş verəcək “narıncı” inqilabın lideri kimi 

görürdü. Partiyalarda yeniləşmənin olmaması, funksioner-

lərin ideya-siyasi baxımdan durğunluq keçirməsi həmin par-

tiyaların idarə olunmasının avtoritar sisteminin yaranmasına 

gətirib çıxardı. Seçiciləri dedi-qodu və intriqaları özlərinə 

gündəlik peşə edənlərə  səs verməyə çağırırdılar. Siyasi 

fəallıq görüntüsü yaradan radikal müxalifət liderləri özlərinə 

“görkəmli” siyasi xadim imici formalaşdırmaq istəyirdilər. 

“Hakimiyyəti ifşa etməyə” başları qarışan partiya “kahinləri” 

elektorat üçün maraqlı ola biləcək real siyasi-iqtisadi təşəb-

büsləri “unutmuşdular”. Radikal müxalifətin mitinqləri, 

nümayişləri və etiraz aksiyalarında iştirak edənlərin sayının 

durmadan azalmasının səbəblərindən biri də elə bu idi. 

Seçkilərdən sonrakı dövrdə müxalifət düşərgəsində baş 

verən və getdikcə açıq münaqişəyə çevrilən ziddiyyətlər 

müxalifət fəaliyyətinin ucdantutma durğunluğuna gətirib 

çıxardı. Radikal müxalifət siyasi addımlarının  əsassız 

olduğunu anladı. Lakin o, siyasi mübarizənin yeni yollarını 

görə bilmirdi. Nəticədə  cəmiyyətdə “yeni müxalifətə” 

ehtiyac yarandı, lakin müxalifət partiyalarında avtoritarizmin 

hökm sürdüyü şəraitdə bu baş verə bilərmi? Seçkilərdə qalib 

gələn, öz mandatlarından imtina etməyən, lakin partiya-

larında üzvlükdən kənarda qalan müxalifət nümayəndələri 



 

 

502 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

buna  əyani sübutdur. “Yeni müxalifət” mövcud radikal 



müxalifət daxilində yetişməlidir, yoxsa o, tamamilə başqa 

siyasi qüvvələr tərəfindən formalaşdırılacaqdır? Aşağıda bu 

suala cavab verməyə çalışacağıq. 

 

Tövsiyə və tələblər 

 

2005-ci ilin parlament seçkiləri Azərbaycanın regional 



geosiyasətində dönüş məqamı kimi yadda qaldı. Aydındır ki, 

Azərbaycan müstəqil  şəkildə, dövlət suverenliyini qoruyub 

saxlayaraq və ayrı-ayrı dövlətlərin və beynəlxalq təsisatların 

siyasətinin  əlavəsinə çevrilmədən inkişaf etməyə qadirdir. 

Demokratiya dünyanın istənilən yerində uyğunlaşmağa qadir 

olan canlı orqanizmdir. Amma bütün canlı orqanizmlər kimi, 

o da həyatın bütün arxaik forma və düşüncələrindən doğan 

bir sıra adaptasiya çətinlikləri ilə üzləşir. Demokratiya 

birdən-birə, öz-özünə  və tez-tələsik həyata keçirilə bilməz. 

Demokratikləşmə prosesi iqtisadiyyatda islahatlar aparılma-

sından daha sərt və çətin prosesdir. Ona görə də demokratik 

düşüncənin cəmiyyətin kollektiv şüurunda üstün yer tutması 

üçün bəzən illər, bəlkə  də, onilliklər lazımdır. Bəzən cə-

miyyət tətbiq edilən yeni dəyərlərə qarşı müqavimət göstər-

diyi üçün demokratik dövlət qurmaq cəhdi hətta on illər 

ərzində də real bəhrəsini vermir. 

İraq və  Əfqanıstanın timsalında görünür ki, demokratiya 

ənənələrinin heç vaxt olmadığı ölkələrdə bu işi həyata 

keçirmək nə  qədər çətindir. Eyni vəziyyət siyasi, iqtisadi, 

sosiomədəni sahələrdə transformasiya dövrünü yaşayan bəzi 

başqa yerlərdə də yaranır. Belə hallarda davranışın və sosial 

həyatın yeni modellərinin birdən-birə  tətbiqindən, yaxud 

universal demokratik dəyərlərin hər yerdə  bərqərar ol-


 

 

503



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

masından danışmaq çətindir. Demokratiyanın sürətlə  tətbi-

qinə yönəlmiş strategiya hökmən qavrayışda frustrasiyaya, 

çətinliklərə, nəticədə isə demokratiyadan ucdantutma üz dön-

dərmək kimi zəiflədici effektlərə  səbəb olur. Demokratik 

ideallar yalnız ictimai şüurda özünə  tədricən, mərhələlərlə 

yer tapanda, onu ictimai-siyasi həyatın bütün sahələri ilə kor-

relyasiya olunan yeni məcraya yönəldəndə öz bəhrəsini verir. 

Postsovet ölkələrinin  əksəriyyətində rast gəldiyimiz si-

yasətin qərbləşməsi intensiv şəkildə bütün dünyanı bürümüş 

“üçüncü demokratik dalğa”nın əsas seqmentinə çevrilmişdir. 

Modernləşdirmə vasitəsilə milli məkana transformasiya olu-

nan qərbləşmə özü ilə yeni dünyagörüşü çalarları  və siyasi 

davranış formaları  gətirir. Çox vaxt belə yeniliklər xüsusilə 

Şərq aləmində  təzə mühitə  çətinliklə uyğunlaşır. Amma 

bununla bərabər, demokratik dəyərlər və liberal ideyalar təd-

ricən cəmiyyətə nüfuz edir və  hər yerdə dövlətin yetərincə 

inkişafını və ictimai tərəqqini şərtləndirən elementə çevrilir. 

Lakin unutmaq olmaz ki, qərbləşmə ziddiyyətlə dolu 

hadisədir, çünki o, ölkələri müstəqil daxili və xarici siyasətin 

həyata keçirilməsinə əngəl törədən şərtlər qarşısında qoyur. 

2005-ci ilin noyabrında keçirilən parlament seçkiləri sü-

but etdi ki, birincisi, Azərbaycan qərbləşmə yolunu tutarkən 

daxili və xarici siyasətində öz müstəqilliyini, suverenliyini 

saxlaya bildi; ikincisi, Azərbaycan cəmiyyəti daxilən bütü-

nlüklə yaradıcı, təkamül yolu ilə inkişafa istiqamətlənmişdir; 

üçüncüsü, hakimiyyətin həyata keçirdiyi siyasət Azərbaycan 

xalqının arzu və istəklərinə cavab verir. 

Aparıcı Qərb ölkələrinin paytaxtlarının hakimiyyət mərkəz-

lərinin  əli ilə  əcnəbi kütləvi informasiya vasitələri, müxtəlif 

qeyri-hökumət təşkilatları, habelə özlərini “Azərbaycan tarixi-


 

 

504 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

nin yaradıcıları” adlandıran bəzi emissarlar tərəfindən olan 



güclü təzyiqə baxmayaraq, Azərbaycanda keçirilən parlament 

seçkiləri seçicilərin iradəsinin təcəssümünə çevrildi. Bu 

seçkilər ölkənin tarixində “məxməri” transformasiyanın baş 

verəcəyi bildirilən və bununla bağlı  hətta konkret ssenarilər 

yazılan yeni dövrün başlandığını göstərdi. 

1.  Moldova ssenarisi. Bu ssenariyə görə, müxalifət parla-

mentdə kifayət qədər yerə sahib olaraq, hakim partiyanı 

konstitusiya çoxluğundan məhrum edərdi. Bu halda 

parlament ölkədə gərgin ictimai-siyasi proseslərin əsas 

vasitəsinə çevrilir, müxalifət geniş tribuna əldə edir ki, 

bu da 2008-ci il seçkilərində prezident kürsüsünə sahib 

olmaq üçün geniş yol açardı. 

2.  Gürcüstan və Ukrayna ssenariləri. Xarici sponsorların 

dəstəyi, eləcə də yüksək mənsəbli məmurların maliyyə 

yardımı sayəsində müxalifət kütlələri küçələrə  çıxar-

malı, iqtidar elitası nümayəndələrinin  əks-elita tərəfə 

keçməsini təşkil etməli, dövlət hakimiyyəti orqanlarının 

fəaliyyətinin tam pozulmasını təmin etməli idi. Gürcüs-

tan ssenarisinin oxşarı 2008-ci il prezident seçkilərini 

gözləmədən ölkə başçısının devrilməsini və hakimiy-

yətə müxalifət liderlərinin gəlməsini nəzərdə tuturdu. 

3.  Nadir hallarda müzakirə edilən, lakin müxtəlif təh-

lilçilərin diskussiyalarının gündəliyində olan üçüncü 

ssenari hakim elitanı istənilən yolla devirmək üçün 

seçkilərdən sonrakı dövrdə ölkədə sabitliyin total şə-

kildə pozulmasını  nəzərdə tuturdu. Bu variant kütləvi 

etiraz aksiyalarından və bunlara qarşı güc tətbiq edil-

dikdən sonra iqtidar istefaya getməkdən imtina etdikdə 

işə salınmalı idi. Bəzi məqamlarına görə bu, Serbiya 


 

 

505



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

variantını xatırladırdı. Bu ssenari hətta müxalifət KİV-

lərində də işıqlandırılmışdı. Onlar yazırdılar ki, “Azər-

baycanın irtica qüvvələrinin arzuladığı əks-inqilab artıq 

baş verdi. Beləliklə, seçkilərin finalına 20 gün qalmış 

irtica ön səhnəyə  çıxdı  və rejim “irticanın sabitliyini, 

korrupsiyanı və polis özbaşınalığını” qoruyub saxlamaq 

üçün qoşundan istifadə etməyə hazır olduğunu bütün 

dünyaya nümayiş etdirir. Belə  vəziyyətdə keçirilən 

seçkilər öz mənasını itirir”

1



Lakin iqtidarın siyasi quruculuğun əsas xətti kimi seçdiyi 



davranış taktikası demokratik seçki ənənələrinin varisliyinə 

və ölkənin təkamül yolu ilə inkişafının təmin olunmasına 

söykənirdi. İqtidarın gördüyü tədbirlər nəticəsində demokra-

tik, açıq və  həqiqi seçkilərin keçirilməsinə  zəmin yaratdı, 

beləliklə, Azərbaycan seçicisinə  səs verdiyi adamları parla-

mentdə görmək imkanı qazandı. 

Müstəqil Azərbaycan dövlətçiliyinə aparan yol çox çətin 

idi. Ölkə “demokratiya” adı altında özlərinin geosiyasi 

maraqlarına xidmət edən konkret məqsəd və  vəzifələrlə 

pərdələnməyə çalışan xarici qüvvələrin dəfələrlə  təzyiqi ilə 

üzləşməli olurdu. Lakin bir sıra beynəlxalq qurumların 

müsbət qarşılanan təklif və tövsiyələri də var idi və bunlar 

sonradan təcrübədə mövcud qanunvericilikdə  və normativ 

sənədlərdə  dəyişikliklər olunması, yaxud onların təkmilləş-

dirilməsi şəklində öz əksini tapdı. 

Məsələn,  əvvəldə deyildiyi kimi, Seçki Məcəlləsində 

dəyişikliklər edilməsi, seçki günü mümkün saxtakarlıqların 

qarşısını almaq üçün seçicilərin barmaqlarının görünməyən 

mürəkkəblə  rənglənməsi və Amerika şirkəti tərəfindən və 

                                                 

1

 

“Turan”, 19.10.2005.



 

 

 

506 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

ABŞ hökumətinin köməyi ilə exit-poll keçirilməsi barədə 



beynəlxalq demokratik təsisatların tövsiyələri nəzərə alın-

mışdı. Azərbaycanın seçki praktikasında öz əksini tapmış 

bütün bu və ya başqa tədbirlər demokratik dəyərlərin möh-

kəmlənməsinə, ictimai şüura nüfuz etməsinə  şərait yarat-

mışdı  və dövlət idarəetmə mexanizminin təkmilləşməsinə 

kömək edirdi. Azadlıq və liberalizmin universal dəyərləri 

ölkənin gələcəyinə yol açırdı. Azərbaycan demokratik və 

şəffaf seçkilərin təmin olunması sahəsində inkişaf etmiş öl-

kələrin müsbət təcrübəsindən bəhrələnirdi. 

Ədalətli seçkilərin təmin olunması  məqsədi ilə Azər-

baycan hakimiyyətinin beynəlxalq təsisatlarla  əməkdaşlıq 

etməsi radikal müxalifət liderlərinin iftiraları ilə qarılaşırdı: 

guya Qərb öz mövqeyini artıq müəyyən etmişdir, onun ha-

zırkı hökumətlə  əlaqələri isə diplomatik gedişdən başqa bir 

şey deyildir. Seçkilər  ərəfəsində belə uydurmalar az ol-

mamışdı. 

Məsələn, 2005-ci ildə ABŞ-ın keçmiş dövlət katibi 

Madlen Olbrayt Bakıya gəldi. O, radikal müxalifətin bəzi 

liderləri ilə  də görüşdü. Müxalifət qəzetləri və  hətta xarici 

(Rusiya) KİV-lər “inqilab ssenarisinin” həyata keçirilməsi 

üçün ABŞ-ın guya 38 milyon dollar vəsait ayırması barədə 

şayiələri təkidlə yayırdılar. Radikal müxalifətin liderləri isə 

deyirdilər ki, M.Olbrayt “məxməri” transformasiyanı  dəs-

təkləmək üçün Bakıya gəlmişdir. 

Xidməti vəzifəsi ilə  əlaqədar bu sətirlərin müəllifi də 

noyabrın 13-də M.Olbraytla – ağıllı siyasətçi və dəyərli dip-

lomatla görüşmüşdür. Prezident sarayında iki saatdan artıq 

söhbət etdik. Xanım Olbraytın söhbətə başlayanda dediyi 

sözləri məmnunluqla xatırlayıram: “Mən Bakıya inqilab 


 

 

507



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

etmək üçün yox, bir dost kimi gəlmişəm”. Bu ifadə dövlət və 

cəmiyyətin demokratik inkişaf yolları haqqında danışıqla-

rımızın  əsas konturlarını müəyyən etdi. Biz belə bir ortaq 

fikirdə idik ki, siyasi sabitlik iqtisadiyyatın yüksəlişi və 

demokratikləşmə üçün zəruri amildir, parlament seçkiləri də 

bu prosesin mühüm mərhələsi olmalıdır. 

Seçkilər  ərəfəsində xarici beynəlxalq təsisatlardan gələn 

təklif və tövsiyələr zahirən demokratik normalar çərçi-

vələrindən kənara çıxmırdı: 

  KİV-lərə tam sərbəstlik vermək; 

  yeni regional TV kanalları açmaq; 

  toplaşmaq azadlığını təmin etmək; 

  seçki komissiyalarını  bərabərlik  əsasında formalaşdır-

maq və sair. 

Toplaşmaq azadlığı  məsələsi Qərbi təmsil edən dip-

lomatik korpusla və beynəlxalq təşkilatların nümayəndələri 

ilə aparılan çoxsaylı söhbətlərin əsas mövzularından biri idi. 

Toplaşmaq azadlığı deyəndə, beynəlxalq təsisatlar müxa-

lifətin mitinqləri yalnız  şəhərin mərkəzində, insanların sıx 

olduğu yerlərdə, parklarda və istirahət zonalarında keçirməsi 

kimi başa düşürdülər. Qəribəsi o idi ki, həmsöhbətlərimizin 

öz ölkələrində bu cür etiraz aksiyaları keçirilməsinin qarşısı 

sərt  şəkildə alınır. Azərbaycanda isə belə eksperimentlər 

demokratik prosesin tərkib hissəsi kimi başa düşülürdü. 

İnkişaf etmiş  və inkişaf etməkdə olan ölkələr üçün 

demokratiyanın müəyyən edilməsində belə “ikili standart-

ların” olmasını biz demokratik inkişaf reseptini milli 

reallıqlar və tarixi inkişafın xüsusiyyətləri nəzərə alınmadan 

yalnız zorla qəbul etdirmək cəhdi kimi başa düşürdük. 



 

 

508 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Qeydlərimi nəzərdən keçirərkən, 2005-ci il oktyabrın 5-də 



bir Qərb diplomatı ilə söhbətimizin stenoqramına rast 

gəldim. Bu qeydlərin stenoqramını  təqdim etmək istərdim, 

əminəm ki, toplaşmaq “azadlığını” təmin etmək məqsədi ilə 

iqtidara edilən təklif oxucu üçün də maraqlı olacaqdır: 

Diplomat: – Mən öz fikrimi Sizin nəzərinizə çatdırmaq 

istəyirəm. “Azadlıq” bloku hər həftə aksiya keçirir. Onların 

sonuncu tədbirində 15.000-ə  qədər adam vardı. Belə bir 

ekspertiza aparaq, 15.000 adam C.Cabbarlı meydanında 

mitinq keçirərsə, nə ola bilər. Düşünürəm ki, bunda qorxulu 

bir şey yoxdur, heç nə baş verməz. 

R.Mehdiyev: – Müxalifətə mitinq, yoxsa ictimai asayişin, 

insanların rahatlığının pozulması, yaxud qarşıdurma lazım-

dır?  Əgər onlar tamamilə qanuni dinc aksiya keçirmək 

istəyirlərsə,  ənənəvi olaraq bu məqsədlər üçün “Qələbə” 

kinoteatrı qarşısındakı meydandan istifadə edilir. Sizin 

dediyiniz yer isə bir tərəfdən, metroya giriş-çıxışın, digər 

tərəfdən isə, dəmiryol vağzalına giriş-çıxışın, üçüncüsü, 

avtonəqliyyatın, o cümlədən ictimai nəqliyyatın intensiv 

hərəkət etdiyi zona, nəhayət, dördüncüsü, bir neçə ali 

məktəbin yerləşdiyi zonadır. Təsəvvür edirsinizmi, müxa-

lifətin “dinc aksiya” adlandırılan mitinq keçirməsi üçün 

orada nə kimi təhlükəsizlik tədbirləri görmək lazımdır? 

Bütün perimetr boyu təhlükəsizliyi təmin etmək lazımdır. O 

meydan “Qələbə” meydanından kiçikdir. Başqa yerlər də var, 

məsələn, “Ukrayna” meydanı”. 

Mənim dəlillərimi dinləyən diplomat fikirlərimlə razı-

laşmalı oldu. Amma axı, məsələ heç də  həmişə belə  ətraflı 

izahata gəlib çıxmırdı və  bəzi emissarlar bilavasitə müxalifət 

liderləri ilə görüşdən sonra tələm-tələsik bəyanatlar verirdilər. 


 

 

509



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

Beləliklə, beynəlxalq təsisatların təklif və tövsiyələrindən 

məqsəd,  əslində, başqa idi. Həmin tövsiyələri məhz onların 

istədiyi şəkildə qəbul etməklə biz ölkəni xaosa, idarəolunmaz 

vəziyyətə  məruz qoymuş olardıq. Qərb emissarlarının bəd-

bəxtçiliyi bundadır ki, onların hər biri öz ölkəsinin tarixini və 

təcrübəsini  əsas götürür. Unudurlar ki, istənilən başqa ölkə 

kimi, Azərbaycanın da özünün tarixi və siyasi inkişaf 

xüsusiyyətləri var; Ermənistanın hərbi təcavüzü nəticəsində 

biz  ərazimizin 20 faizini itirmişik və bizim milyondan artıq 

qaçqın və  məcburi köçkünümüz var; unudurlar ki, ölkəmiz 

keçid dövrünü yaşayır və xalqın köhnəlmiş  ənənə  və 

qaydalardan uzaqlaşması, demokratik dəyərlərə yiyələnməsi 

üçün vaxt lazımdır və s. Bundan əlavə, postsovet dövlət-

lərinin təcrübəsi kimlərinsə iradəsinə  əsaslanaraq, ictimai-

siyasi hadisələrin süni şəkildə sürətləndirilməsinin nə ilə 

nəticələndiyini göstərdi. Bizim fikrimizcə, demokratik inki-

şafın təkamül yolu Azərbaycan üçün daha optimaldır və ölkə 

əhalisinin özünəxas xüsusiyyətlərinə  və psixologiyasına 

uyğundur.

 

 

Seçkilər: faktların təsdiqi 



 

2005-ci il noyabrın 6-da səhər saat 8-də 125 seçki 

dairəsində və 5137 seçki məntəqəsində Azərbaycan Respub-

likasının Milli Məclisinə seçkilərdə  səsvermə başlandı. 125 

yer uğrunda 1500-dən çox namizəd mübarizə aparırdı, 

baxmayaraq ki, namizədlərin sayı  əvvəlcə 2500 nəfərdən 

artıq idi. 

Beynəlxalq ictimaiyyətin və dünyanın aparıcı  xəbər 

agentliklərinin diqqəti Azərbaycana yönəlmişdi, belə ki, 

çoxları müxalifətin “inqilabi eyforiyasının” son nəticəsi kimi 



 

 

510 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

“məxməri” transformasiyanın baş verəcəyini gözləyirdi. 



17000-dən artıq yerli, 45 ölkədən gəlmiş 1586 beynəlxalq 

müşahidəçi, 80 ölkədən 310 jurnalist Azərbaycanda gedən 

seçkiləri izləyirdi. Bir neçə iri beynəlxalq agentliklər – PA 

Consulting Group (USAID), Mitofsky İnternational (ABŞ) 

və SAAR-poll (Estoniya) seçki məntəqələrinin çıxışında 

exit-poll keçirirdi. İlk dəfə olaraq, seçicilərin barmaqları 

rəngsiz mürəkkəblə boyanırdı ki, bu da “karusel” sxemindən 

istifadə edilməklə saxtalaşdırma imkanını  əhəmiyyətli də-

rəcədə azaldırdı. 

Qeyri-hökumət təşkilatları seçkilərin gedişini və  səslərin 

hesablanmasını izləməyə buraxılmışdı. Dairə seçki komis-

siyalarının fəaliyyəti, əslində, minimuma endirilmiş, olduqca 

şəffaf şəraitdə yalnız səslərin texniki hesablanması ilə  məh-

dudlaşmışdı. 

Seçki gedişinin və MSK-ya daxil olan məlumatların bütün 

telekanallarda daim işıqlandırılması, eyni zamanda, həmin 

məlumatların MSK-nın İnformasiya mərkəzinin saytına dər-

hal yerləşdirilməsi parlament seçkilərini daha da şəffaflaş-

dırır, məlumatların dərhal  əldə edilməsinə imkan yaradırdı. 

Qarşıya çıxan problemlərin həll edilməsi üçün MSK-da sutka 

boyu işləyən “qaynar xətt” fəaliyyət göstərirdi. 

Prezident İlham Əliyevin seçki praktikasının təkmilləşdi-

rilməsinə dair iki Sərəncamı seçkilərin təşkili və keçirilmə-

sinə müsbət təsir göstərərək, rayon və  şəhərlərin icra haki-

miyyəti başçıları  tərəfindən seçki prosesinə müdaxilələrin 

mümkünlüyünü  əhəmiyyətli dərəcədə azaltdı, toplaşmaq 

azadlığını  və yeni regional telekanalların açılmasını  təmin 

etdi. Bu sərəncamlar sayəsində demokratik seçkilərin keçiril-

məsi praktikası yeni təcrübə ilə  zənginləşdi. Onlar Azər-


 

 

511



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

baycanın hər bir vətəndaşının həyatında seçki prosesini yeni 

səpkidə dərk etmək üçün zəmin yaratdı. 

Günün sonunda məlum oldu ki, Amerikanın PA 

Consulting Group (USAID) agentliyinin keçirdiyi exit-pollun 

yekunları seçki məntəqələrinin böyük əksəriyyətində 

Mərkəzi Seçki Komissiyasının elan etdiyi nəticələrlə 85 faiz, 

bəzi məntəqələrdə isə 95 faiz uyğun gəlirdi. Analoji sor-

ğuların digər agentliklər tərəfindən keçirildiyi məntəqələrdə 

faiz nisbəti 85-87 təşkil edirdi ki, bu da ümumən demokratik, 

şəffaf və ədalətli seçkilərin baş tutmasını sübut edirdi. 

Seçkilərin yekunlarına  əsasən, 10 seçki dairəsində  nəti-

cələr etibarsız hesab olundu, onlardan dördünün nəticələri 

MSK, altısı isə Azərbaycanın Konstitusiya Məhkəməsi tərə-

findən ləğv edildi. MSK–nın qərarına əsasən, 460 seçki mən-

təqəsində  də  nəticələr etibarsız hesab olunaraq ləğv edildi. 

İşdə yol verilmiş səhvlərə görə 6 dairə və 108 məntəqə seçki 

komissiyaları buraxıldı. Üç rayonun icra hakimiyyəti baş-

çıları isə vəzifələrindən azad olundular. 

Beynəlxalq təsisatların 2005-ci ilin parlament seçkiləri 

barədə rəyləri seçkiqabağı verilən ziddiyyətli, bəzən də sub-

yektiv qiymətlərdən  əhəmiyyətli dərəcədə  fərqlənirdi. On-

ların fikrincə, demokratik və şəffaf seçkilərin təmin edilməsi 

üçün görülmüş tədbirlər müsbət rol oynamışdır. 

Azərbaycanda keçirilən hər bir seçki – istər prezident, 

istər parlament, istərsə  də  bələdiyyə seçkiləri demokratik 

dövlət və  vətəndaş  cəmiyyəti quruculuğu yolunda irəliyə 

doğru atılan addımdır. Təbiidir ki, problemlər var və olub, 

lakin mən yüksək vəzifəli bir xarici məmurla söhbətim 

zamanı vurğuladığım kimi, “ictimai şüuru dərhal dəyişmək 

və kommunist epoxasında böyümüş insanları  əqidəli 


 

 

512 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

demokratlara çevirmək çətindir. Bunun üçün vaxt lazımdır. 



Özünüz fikirləşin, biz müstəqilliyi 1991-ci ildə qazanmışıq. 

Müstəqil Azərbaycanda doğulmuş  və avtoritar sistemdən 

kənar mühitdə formalaşan şəxsin bu gün orta hesabla 15 yaşı 

var.  İndiki gənclik bambaşqadır, o, Azərbaycanı universal 

demokratik dəyərlər və  ənənələr, azadlıq və liberalizm 

ideyaları istiqamətində inkişaf etdirməyə qadirdir. Təzə nəsil 

böyüyür. Nə  qədər ki, “böyümə” prosesi gedir, ictimai şüur 

yeni davranış stereotiplərini və təfəkkür formalarını mərhələ-

mərhələ  mənimsəyəcəkdir. Yalnız bundan sonra biz qü-

sursuz, ideal və düzgün seçkilərdən söhbət aça bilərik. 

Yalnız bundan sonra biz inamla deyəcəyik ki, artıq ümumi 

transformasiya başa çatmışdır və Azərbaycan demokratik 

dövlətdir. İndi isə biz demokratiyanın özülünü qoyuruq, onun 

tam qələbə çalmasına hələ çox vaxt lazım olacaqdır”. 

Seçkilər günü və onun ardınca qərb dövlətlərinin, MDB 

ölkələri missiyalarının, demokratik təsisatlarının reaksiyası 

mühüm bir qənaətə gəlməyə imkan verdi: Azərbaycanda seç-

kilər ümumən normal və beynəlxalq standartlara uyğun ke-

çirildi. 2005-ci il 6 noyabr parlament seçkilərinin ATƏT-in, 

onun Demokratik Təsisatlar və  İnsan Hüquqları Bürosunun, 

ATƏT Parlament Assambleyasının, Avropa Şurası Parlament 

Assambleyasının, Avropa Parlamentinin və NATO Parla-

ment Assambleyasının rəylərində müəyyən nöqsanların ol-

duğu göstərilsə  də, parlament seçkilərində  şəffaflığın və 

demokratikliyin təmin edilməsi baxımından mühüm uğur-

ların olması vurğulanırdı. Azərbaycanda keçirilən parlament 

seçkilərinin yekunları barədə ATƏT-in bəyanatında (1 fevral, 

2006-cı il) deyilirdi: “Beynəlxalq müşahidəçilərin olduqları 

seçki məntəqələrinin 87 faizində seçkilər müsbət keçiril-

mişdir”. Bu, həm də Seçki Məcəlləsinin təkmilləşdirilməsinə, 



 

 

513



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

çəkilən zəhmətə, bütün namizədlərə  bərabər  şərait yaradıl-

masını  təmin etmək üçün icra hakimiyyəti orqanlarının 

təkmilləşdirilməsi sahəsində görülən gərgin işə,  ən başlıcası 

isə, ölkə Prezidentinə verilən qiymət idi. Prezidentin Azər-

baycanda hüquqi dövlətin və demokratik cəmiyyətin yaradıl-

ması istiqamətində göstərdiyi səylər bu sahədə irəliyə doğru 

daha bir mühüm addım atmağa imkan verdi. 

2005-ci il noyabrın 6-da 4.662.610 seçicidən 2.183.617 nəfəri 

səs vermişdi ki, bu da seçicilərin ümumi sayının 46,83 faizini 

təşkil edirdi. Seçim, vətəndaşların fikrincə, ölkəyə və cəmiyyətə 

daha çox fayda verə biləcək namizədlərin xeyrinə edilmişdi. 

 


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   22   23   24   25   26   27   28   29   ...   41




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling