Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən


Download 5.08 Mb.
Pdf ko'rish
bet25/41
Sana15.09.2017
Hajmi5.08 Mb.
#15717
1   ...   21   22   23   24   25   26   27   28   ...   41

Gənclər təşkilatları 

 

Gürcüstanlı və ukraynalı həmkarlarının təcrübəsini təkrar 

edən milli müxalifət gənclər təşkilatları yaratmağa başladı və 

düşünürdü ki, bunlar Serbiyadakı “Otpor”, Gürcüstandakı 

“Kmara” və Ukraynadakı “Pora” təşkilatlarının analoqu 

olmalıdır. Bu məqsədlər üçün siyasi cəhətdən naşı, çox vaxt 

ali təhsili, bəzən isə hətta tam orta təhsili olmayan oğlan və 

qızlardan istifadə edilirdi. Həmin gənc insanlar çox vaxt 

müxalifətin siyasi konyunktura alətinə çevrilirdilər. 

Parlament seçkiləri  ərəfəsində Azərbaycanda bir neçə 

gənclər təşkilatı yaradılmışdı  və onlar bu və ya digər siyasi 

təşkilata qoşulmuşdu və bilavasitə  həmin partiyalar 

tərəfindən maliyyələşdirilirdi. Lakin intellektual potensialı 

aşağı olduğuna, üzvlərinin sayının azlığına və  təşkilati 

baxımdan formalaşa bilmədiyinə görə onlar ölkədə ictimai-

siyasi proseslərin inteqratoruna çevrilə  və  gənclərin böyük 

qruplarını müxalif ictimai-siyasi təşəbbüslərin  ətrafında 

birləşdirə bilmədi. Həmin gənclər təşkilatları üçün sosial 

sifariş  tələbələri radikal müxalifətin aksiyaları  və mi-

tinqlərinə  cəlb etmək idi. Lakin Azərbaycan tələbələrinin 

“ümumdünya internet şəbəkəsinə səyahəti” siyasi oyunlardan 


 

 

474 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

üstün tutması  tələbə  gənclərin iştirakı ilə  əhəmiyyətli siyasi 



qarşıdurma təşkil etməyə imkan vermədi. Üstəlik, son bir 

neçə il ərzində hökumətin gördüyü tədbirlər tələbə gənclərdə 

gələcəyə inam üçün zəmin yaratmış və bir növ “sabit inkişaf” 

sindromu doğurmuşdu. Ona görə  də belə bir şəraitdə  mə-

suliyyətsiz siyasi ritorika adamların yalnız məhdud dairəsi, 

hələ də yalançı sosial-siyasi meyillərin təsiri altında olan və 

yeni dövrün ruhunu dərk etməyən şəxslər üçün maraqlı idi. 

Ancaq hər halda, seçkilər  ərəfəsində yaradılmış  gənclər 

təşkilatlarının bəziləri ilə tanış olaq. 

“Dalğa” demokratik gənclər koalisiyası dörd müxalif 

gənclər təşkilatı tərəfindən yaradılmışdı. Təsisçilərinin dediyi 

kimi, koalisiyanın  əsas məqsədi vətəndaş  cəmiyyəti və 

hüquqi dövlət quruculuğuna kömək etməklə yanaşı, vətən-

daşların hüquq və azadlıqlarının təmin olunması, gənclər 

təşkilatlarının azərbaycançılıq və dövlətçilik ideyaları 

ətrafında birləşdirilməsi və sair idi. Təşkilatın ideologiyası-

nın hər hansı konkret məzmunu yox idi və ümumən, inqilabi 

ssenarilərin həyata keçirilməsinə yönəldilməmişdi. Bu gənc-

lər koalisiyası “Yeni siyasət” blokuna yaxın idi və fəxri sədri 

seçilən E.Namazov koalisiyanı  Qərbin müxtəlif fondlarının 

ayırdığı qrantlar hesabına maliyyələşdirməyə çalışırdı. Koali-

siya öz ətrafında gənc intellektualları birləşdirməyə  cəhd 

göstərirdi, lakin “Yeni siyasət” blokundan ciddi maliyyə 

dəstəyi ala bilməməsi onun taleyini irəlicədən müəyyən etdi. 

2005-ci ilin martında  İqtisad Universitetinin bir qrup 

tələbəsi adı yuxarıda çəkilən təşkilatla eyni olan gənclər 

təşkilatı – “Dalğa” yaratdı. Lakin yeni “Dalğa”nın əvvəlki ilə 

ümumi siyasi baxışları yox idi. Demokratikləşmə, azad və 

ədalətli seçkilər, vətəndaş  cəmiyyəti və “xalq şüurunun” 


 

 

475



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

formalaşdırılması  uğrunda mübarizə kimi məqsədlər bəyan 

etməsinə baxmayaraq, təşkilat diqqəti xeyli dərəcədə  tələ-

bələrin hüquqlarının qorunmasına yönəldirdi. Bu məqsədlə 

Tələbələrin Hüquqlarını Müdafiə Komitəsi yaradılmışdı. 

Nəzərdə tutulduğuna görə, təşkilatda hakimiyyətə nifrət 

təbliğ olunmalı, etirazçı elektorata ideoloji qida verilməli idi. 

“Layihənin” müəllifləri V.Yuşşenkonun etirazçı elektoratı öz 

tərəfinə cəlb etməsinə imkan vermiş Ukrayna təcrübəsindən 

Azərbaycanda istifadə etməyə ümid bəsləyirdilər. Məlumdur 

ki, “narıncı” inqilabın başlanğıcında Yuşşenkonun elə bir 

əhəmiyyətli ictimai dəstəyi yox idi. Üstəlik, seçkilərə lap az 

qalanda etiraz elektoratının ona münasibəti qeyri-müəyyən 

olaraq qalmaqda idi. “Pora” gənclər təşkilatının fəaliyyəti də 

məhz etirazçı elektoratın və gənclərin “narıncıların” tərəfinə 

cəlb edilməsinə yönəldilmişdi. Bu gənclər təşkilatlarından 

gənclərin, o cümlədən tələbə  və  məktəblilərin forma-

laşmamış şüuruna təsir göstərmək üçün istifadə olunurdu və 

onların müxalifətin kütləvi aksiyalarına cəlb edilməsi 

etirazlara kütləvilik xarakteri verirdi. Azərbaycandakı  bəzi 

müxalifət partiyaları buna bənzər gənclər təşkilatları 

yaratmaqla oxşar siyasi effektə nail olmağa ümid bəsləyirdi. 

“Çağrı” Müsavat Partiyasının nəzarəti altında olan gənclər 

təşkilatı idi. Bu təşkilatın başçısı, Müsavat Partiyasının 

başqanı  İsa Qəmbərin oğlu onu bir növ partiyanın gənclər 

qanadına çevirmişdi. Təşkilat Müsavat Partiyasının cavan 

üzvləri və  tərəfdarlarından ibarət idi və yalnız radikal 

müxalifətin kütləvi aksiyalarında fəal iştirakı ilə  fərqlənirdi. 

Bütünlükdə isə, bu gənclər təşkilatı aşkar siyasi çalarına görə 

uğur qazanmadı. Təşkilat və onun prinsipləri istər etirazçı 

elektoratı, istərsə  də  gənclər elektoratını  cəlb etmirdi. 

“Çağrı” ölkənin siyasi məkanında öz yerini tapmağı bacar-



 

 

476 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

madı. Hətta Müsavat Partiyasının maliyyə  dəstəyi də onu 



dağılmaqdan xilas etmədi. 

“Yeni fikir” gənclər təşkilatına AXCP-nin sədri  Əli 

Kərimlinin həyat yoldaşının yaxın qohumu rəhbərlik edirdi. 

Müsavatın “Çağrı” təşkilatı kimi, bu təşkilat da gəncləri 

müxalifətin aksiyalarına fəal surətdə cəlb etmək üçün istifadə 

olunurdu. Lakin digər gənclər təşkilatlarından fərqli olaraq, 

“Yeni fikir”in AXCP-nin mətbu orqanlarından, – onların 

arasında “Bizim yol” qəzeti özünün radikalizmi ilə daha çox 

seçilirdi, – istifadə etməklə ictimai şüura təsir göstərmək 

vasitələri vardı. 

Lakin bu təşkilat onun rəhbəri Ruslan Bəşirlinin 

həbsindən sonra yaranmış qalmaqalla məşhurlaşdı. Ruslan 

Bəşirli 2005-ci il iyulun 29-da Tbilisidə  şəxsi mənzildə Er-

mənistan xüsusi xidmət orqanlarının nümayəndəsi Georgi 

İspryan ilə görüşdə bildirmişdi ki, onun təmsil etdiyi 

qüvvələr ABŞ Milli Demokratiya İnstitutunun göstərişi ilə 

hərəkət edir və bu qurumun rəhbərlərindən Azərbaycanda 

inqilaba hazırlıq barədə konkret tapşırıqlar alırlar. Bu söhbət 

Ermənistanın xüsusi xidmət orqanları tərəfindən videokasetə 

yazılmış  və  Bəşirlini onlarla əməkdaşlığa cəlb etmək üçün 

görüş  iştirakçılarından birinə verilmişdi. Razı olmayacağı 

təqdirdə, onu həmin kaseti nümayiş etdirməklə  hədə-

ləmişdilər. 

“Yeni fikir” gənclər təşkilatının simasında milli müxa-

lifətin saxta vətənpərvərliyinə jurnalistlər belə münasibət 

bildirmişdilər: “Bu savadsız  əyalət adamının ölkədə  vəziy-

yətin sabitliyini pozmaq üçün pul alması barədə  qəbzi necə 

imzaladığını görəndə bir çoxlarını müxalifətin hərəkət-

lərindən məyusluq hissi bürüdü. Bu gəncin həmin planları 


 

 

477



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

Demokratikləşmədə  ABŞ‐ın  rolu  təkcə  şüurlu  surətdə  və  birbaşa  güc 

tətbiq  etməkdən  ibarət  deyildir.  1980‐ci  illərdə  bütün  dünyada  demokra‐

tiya  uğrunda  hərəkat  Amerikanın  nümunəsindən  ruhlanırdı  və  onu 

dəstəkləyirdilər.  Ranqunda  demokratiya  tərəfdarları  Amerika  bayrağı 

aparırdılar;  Yohannesburqda  “Federalist”i  çap  edirdilər;  Praqada  We 

Shall  Overcome”ni  ifa  edirdilər;  Varşavada  Linkolnu  oxuyur  və  Ceffer‐

sondan  sitatlar  gətirirdilər;  Moskvada  Con  Sununu  Mixali  Qorbaçova 

prezident  hakimiyyətini  necə  təşkil  etmək  barədə  məsləhətlər  verirdi. 

Amerikanın  demokratik  modeli  qismən  də  ona  görə  cəlbedici  idi  ki, 

azadlığı  təmsil  edirdi,  lakin  qismən  də  nəzərə  almaq  lazımdır  ki,  həm  də 

güc  və  uğurun  obrazı  ilə  assosiasiya  olunurdu.  İkinci  Dünya  mühari‐

bəsindən  sonra  İkinci  dalğa  ilə  bağlı  olduğu  kimi,  insanlar  qalib  gəlmiş 

modeli dəstəkləməyə calışırdılar. 

 

S.Hantinqton 

Üçüncü dalğa 

ölkəmizin müxalifəti üçün qəpik-quruşa bərabər olan məb-

ləğin, cəmi-cümlətanı 2 min dolların müqabilində  həyata 

keçirməyə razılaşdığını biləndə  də  məyusluq yarandı. Özü 

də, elə müxalifətin də etiraf etdiyi kimi, rus dilində heç 

oxumağı da bacarmayan bu adamın üzərinə “Pora” və 

“Kmara”dan olan uşaqlara tapşırılana bənzər vəzifə qoyul-

muşdu?! Məyusluq. Ruslan Bəşirlinin Xalq Cəbhəsi Partiyası 

sədrinin müavini Fuad Mustafayevi və özünün müavini Səid 

Nuriyevi necə güdaza verdiyinin şahidi olduğumuz zaman 

qəlbimizi məhz bu hiss bürüdü. 

Bu müxalifətdən də biz demokratik dəyişikliklər uğrunda 

mübarizədə  qətiyyət gözləyirik? Cavab əvəzinə, dərin 

məyusluq doğur. Nədənsə, məhz AXCP-nin sıralarında 

həddən çox problemlər ortaya çıxdığını xatırlayanda bu hiss 

daha da güclənir. Məhz bu partiyanı  nə  qədər tanınmış 

insanların tərk etdiyini xatırlamaq kifayətdir. Xatırladaq ki, 

həmin siyahıda Cəmil Həsənli,  Əliməmməd Nuriyev, Asim 

Mollazadə var. Yaxud “Azadlıq” qəzetinin baş redaktoru 


 

 

478 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Qənimət Zahidovla bağlı hadisəni xatırlayaq, müxalifət 



bunda iqtidarı günahlandırırdı. Ancaq R.Bəşirlini ermənilərlə 

bir süfrədə yeyib-içməyə, qəbz imzalamağa iqtidar məcbur 

etmişdi? Yox. O, bunu özü müstəqil şəkildə etmişdi”

1



AMİP-in lideri Etibar Məmmədov haqlıdır: “Bu hadisə 

istənilən siyasi təşkilat üçün silinməz ləkədir. Məncə, belə 

hərəkətə  bəraət yoxdur. Bu məsələyə konkret siyasi təşkilat 

baxımından deyil, dövlətin mənafeləri və milli mənafelər ba-

xımından yanaşmaq lazımdır. İqtidarı və ya müxalifəti təmsil 

edib-etməməsindən asılı olmayaraq, Ruslan Bəşirlinin hərə-

kətlərinə münasibətdə hamının mövqeyi bir olmalıdır. Ona 

görə də xəcalət doğuran bu hərəkət pislənilməlidir. Bu, bizim 

millətimiz, dövlətimiz üçün də silinməz ləkədir, çünki həmin 

gənc azərbaycanlıdır, Azərbaycan vətəndaşıdır, Azərbaycan 

gənclərini təmsil etmək iddiasında olan şəxsdir”

2



Hər  şeydən göründüyü kimi, radikal müxalifət “milli 

mənafelər” anlayışına çox özünəməxsus  şəkildə yanaşırdı. 

Əks halda, 2005-ci il avqustun 5-də  Əli Kərimlinin Ermə-

nistanın daşnakpərəst meyli ilə tanınan “Yerkir” teleşirkətinə 

müsahibə verməsini necə başa düşmək olar. AXCP liderinin 

müsahibə verməkdən ötrü nə üçün məhz Ermənistanın, 

üstəlik də millətçi erməni kütləvi informasiya vasitələrini 

seçməsini izah etmək çətindir. 

Digər müxalifət partiyasının – ADP-nin funksioneri Qur-

ban Məmmədov Ruslan Bəşirli ilə bağlı hadisələrdən sonra 

keçirilmiş  mətbuat konfransında özünün Ruslan Bəşirli 

məsələsinə münasibəti ilə milli müxalifətin satqınlığı haq-

qında fikri təsdiqlədi. O, istehza ilə deyirdi ki, “ölkə özünün 

                                                 

1

 

http://www.day.az/news/politics/29092.html



 

2

 



http://www.day.az/news/politics/29384.html

 


 

 

479



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

belə  səviyyədə  çıxış edən, dünyada gedən proseslərdən və 

konfliktologiyadan bu cür baş  çıxaran nümayəndəsinin 

olması ilə  fəxr etməlidir”. Bəşirlinin iki min dollar məblə-

ğində pul alması məsələsinə toxunan Q.Məmmədov mətbuat 

konfransında demişdir ki, əgər yerli biznesmenlər ölkənin 

demokratikləşməsinə  vəsait ayırmırlarsa, onda siyasi müba-

rizəni maliyyələşdirmək üçün alternativ mənbələr axtarmaq 

lazımdır. “Bəşirli pulu qaytarmaqda səhv etmişdir.  Əgər al-

mısansa, onu gənclərin problemlərinə xərcləmək lazım idi”

1



“Yox” hərəkatının yaradıcıları  bəyan edirdilər ki, “bizim 



məqsədimiz antidemokratik təfəkkürə və şüura qanun çərçi-

vəsində və demokratik metodların köməyi ilə “yox” demək, 

Azərbaycanda demokratiyanın qurulmasına kömək etmək, 

xalqa tam və  həqiqi azadlıq vermək və bu qələbəni möh-

kəmləndirmək üçün sürətli addımlarla demokratik dünyaya 

inteqrasiya olunmaqdır”. 

Elə  həmin dövrdə daha bir gənclər təşkilatı yaranmışdı, 

lakin o, hökumətpərəst mövqelərdən çıxış edirdi. “İrəli” 

Ümumrespublika Hərəkatı Prezident İlham  Əliyevin siyasi 

xəttinin – Azərbaycanın  ərazi bütövlüyünün bərpasının 

dəstəklənməsini, habelə respublikanın modernləşməsi və 

dinamik inkişafında gənclərin iştirakını, gənc nəslin 

vətənpərvərlik ruhunun yüksəldilməsini fəaliyyətinin  əsas 

prioriteti elan edən gənclər təşkilatı oldu. Mürəkkəb ictimai 

problemlərə obyektiv mövqedən öz münasibətini ifadə edən 

hərəkat tələbələrin hüquqları  uğrunda mübariz, 2008-ci ilin 

seçkilərində Azərbaycan gəncliyini dövlətçiliyin, modernləş-

dirmə  xəttinin və islahatların davam etdirilməsinin xeyrinə 

həlledici söz deməyə inandırmağa qadir olan ictimai-siyasi 

struktur imici qazana bildi.

 

                                                 



1

 

www.day.az



 

 

 

480 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

 



Seçkiqabağı 



artilleriya atəşi



 

 

2003-cü ildə qəbul edilmiş Seçki Məcəlləsinin təkmilləş-



dirilməsi parlament seçkiləri qabağı seçki kampaniyasının 

əsas diskussiya aspektlərindən biri oldu. Gündəliyə  əks-

elitanın həllinə nail olmağa çalışdığı üç məsələ qoyulmuşdu: 

1) dairə  və  məntəqə seçki komissiyalarının formalaşdırıl-

ması; 2) seçici siyahılarının tərtibi; 3) seçicilərin barmaq-

larının mürəkkəblə rənglənməsi. 

Müxalifət dairə  və  məntəqə seçki komissiyalarının bəra-

bər  əsasda formalaşdırılmasını  tələb edirdi. Lakin mövcud 

Seçki Məcəlləsi Avropa Şurasının ekspertləri tərəfindən bə-

yənilmişdi və dairə  və  məntəqə seçki komissiyalarının 

formatının dəyişdirilməsinin zəruriliyi məsələsi ortadan 

çıxdı. Müxalifət funksionerləri deyirdilər ki, “biz tələb edirik 

ki, seçki komissiyaları siyasi inhisardan çıxarılsın, heç bir 

siyasi qüvvə burada üstünlüyə malik olmasın”

1

. Müxalifətin 



iqtidara qarşı irəli sürdüyü digər ittiham bu idi ki, o, Seçki 

Məcəlləsinin təkmilləşdirilməsinə dair Venesiya Komissi-

yasının tövsiyələrini yerinə yetirmir. 

2005-ci ilin iyununda ATƏT-in Demokratik Təsisatlar və İn-

san Hüquqları Bürosunun və Avropa Şurasının Venesiya Ko-

missiyasının tövsiyələri əsasında Seçki Məcəlləsinin 43 maddə-

sinə  əlavə  və  dəyişikliklər edildi. O cümlədən Seçki Məcəl-

ləsinin “Seçki kampaniyasının fəaliyyətində  aşkarlıq” adlanan 

40-cı maddəsi də dəyişdirildi. Həmin dəyişikliyə əsasən, müşa-

hidəçilərə seçkilər başa çatandan dərhal sonra yekun protokol-

ları ilə digər sənədlərlə tanış olmaq hüququ verilirdi. 

                                                 

1

 

Fuad Mustafayev. “Azadlıq” qəzeti, 7 iyun 2005-ci il.



 

 

 

481



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

Seçkilərin şəffaflığını təmin etmək üçün “seçici vəsiqəsin-

dən” istifadə olunması təklif edilirdi ki, bu da seçicinin təkrar 

səsvermədə  iştirakı  nəticəsində  səslərin saxtalaşdırılmasının 

mümkünlüyünü istisna edirdi. Bu, “bir seçici, bir səs” formu-

lunun maneəsiz işləməsini təmin etmək cəhdindən xəbər 

verirdi. Digər bir yenilik seçkiqabağı mübarizəyə başlamaq 

üçün tələb edilən imzaların sayının 2000-dən 450-yə endi-

rilməsi oldu. Bundan əlavə, namizədin depozitlə qeydiyyata 

alınması üçün tələb olunan maliyyə  vəsaiti 2500 ABŞ 

dollarına endirildi. 

Seçkiqabağı prosesi keyfiyyətcə yaxşılaşdırmaq, yerli 

özünüidarə  və icra hakimiyyəti orqanlarının işinin səmə-

rəliliyini yüksəltmək məqsədi ilə Prezident İlham  Əliyev 

2005-ci il mayın 11-də “Azərbaycan Respublikasında seçki 

praktikasının təkmilləşdirilməsinə dair” Sərəncam imzaladı. 

2005-ci il oktyabrın 25-də isə Prezident “Azərbaycan 

Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması  və 

keçirilməsi ilə bağlı  təxirəsalınmaz tədbirlər haqqında” 

Sərəncam imzaladı. 

Prezidentin birinci Sərəncamı milli müxalifətə  əhə-

miyyətli təsir göstərdi və ümumən, Azərbaycanda seçkiləri 

ifratçılıqla izləyən beynəlxalq təşkilatlar üçün xoş sürpriz 

oldu. 


Prezidentin ikinci, 2005-ci il oktyabr tarixli Sərəncamı ilə 

Milli Məclisə  təklif olunmuşdu ki, nizamnamə kapitalında 

xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan və 

yaxud başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilat-

larının seçkiləri müşahidə etməsinə qadağanın götürülməsi 

məsələsini müzakirə etsin. Bu, bir çox qeyri-hökumət 

təşkilatlarına Azərbaycan Respublikasında keçirilən prezi-


 

 

482 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

dent, parlament və  bələdiyyə seçkilərini izləməyə imkan 



verirdi. Bütövlükdə isə, bu qərar respublikada vətəndaş  cə-

miyyətinin formalaşmasına mühüm töhfə oldu. Seçkilərin 

şəffaflığı üçün daha mükəmməl şərait yaratmaq məqsədi ilə 

elə həmin Sərəncamla seçicilərin barmaqlarını rəngləməkdən 

ötrü gözə görünməyən mürəkkəbdən istifadə olunması və bu 

məsələnin qanunvericilik qaydasında nəzərdən keçirilməsi 

təklif edilirdi. 

Hər iki Sərəncam ədalətli və açıq seçkilər keçirməyə hazır 

olan ölkə kimi Azərbaycanın imicinə xeyli müsbət töhfə 

verdi. Yüksək səviyyəli xarici qonaqlarla və  səfirlərlə 

bilavasitə  və tez-tez görüşərkən vaxtında atılan və siyasi 

gərginliyin azaldılmasına kömək göstərən, eyni zamanda, 

təmiz və demokratik seçkilərin keçirilməsini təmin edən belə 

bir addım haqqında xoş rəylər eşitmişik. 

Azərbaycanın seçki praktikası tarixində ilk dəfə olaraq, 

bütün seçicilərin siyahıları internetdə yerləşdirildi və onun 

vasitəsilə ümumdünya şəbəkəsinin istifadəçiləri özləri haq-

qında məlumatları tapa və  səs verəcəkləri seçki dairəsini 

dəqiq öyrənə bilirdilər. Üstəlik, namizədlərə ayrılan efir vaxtı 

Azərbaycanda  əvvəlki seçkilərdə verilən efir vaxtından 

ümumən çox idi. Bu yeniliklər parlament seçkilərini daha 

açıq şəraitdə keçirməyə kömək edirdi. 

 

Exit‐poll 

 

Seçki məntəqələrindən çıxarkən sosioloji sorğuların – 

exit-pollun təşkili və keçirilməsi 2005-ci ilin parlament 

seçkilərində mühüm yeni element oldu. Bu sorğu res-

pondentin anonimliyi saxlanılmaqla, səsvermənin yekun-


 

 

483



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

larını  və seçicilərin kimə  rəğbət bəslədiyini izləməyə im-

kan verirdi. Azərbaycanın tarixində exit-pollun keçirilməsi 

ilk dəfə hökumətlə razılaşdırılaraq və ABŞ Beynəlxalq 

İnkişaf Agentliyinin – USAID-in texniki və maliyyə 

dəstəyi ilə dövlət səviyyəsində  təşkil olunmuşdu. Bu 

tədbirin  əhəmiyyəti iqtidarın  şəffaf seçkilər keçirilməsinə 

marağının səviyyəsi ilə müəyyən edilirdi. Oxşar sorğular 

Azərbaycanda parlament seçkilərini müşahidə etmək 

istədiklərini bildirən bir sıra digər təşkilatlar tərəfindən də 

keçirilmişdi. Onların arasında Amerikanın Mitrofsky 

İntenational, Edisson İnternational və Estoniyanın SAAR-

poll təşkilatları da vardı. 

Təbii ki, seçki məntəqələrindən çıxarkən keçirilən 

sosioloji sorğu cavabın qərəzsizliyinə və dəqiqliyinə təminat 

verə bilməz. Səslərin hesablanması və iştirakçıların seçilməsi 

sistemi də nöqsansız deyildir. Lakin bu, seçicilərin səslərinin 

namizədlər arasında təxmini bölüşdürülməsinin mənzərəsini 

aşkar etməyə imkan verir. 

Exit-pollun müasir beynəlxalq praktikası sorğular ke-

çirilməsinin müxtəlif metodlarından istifadəyə, o cümlədən 

respondentlərin norma hesabı ilə, yaxud təsadüfən seçilməsi 

metoduna  əsaslanır. Lakin istənilən halda, exit-poll məlu-

matların işlənilməsində mükəmməl və kifayət qədər baha 

başa gələn telekommunikasiya texnologiyaları  və metod-

larından istifadə edən, seçicilərin elektoral davranışının qa-

nunauyğunluqları  və tiplərini bilməkdən ibarət olan 

ekspress sorğulardır. Ən başlıcası isə, araşdırmaların bütün 

mərhələlərində  tədqiqatçıların sərəncamında elektoratın 

sosial-demoqrafik profili haqqında informasiya-məlumat 

bankı olur, bu isə seçmə  məlumatlarının reallaşdırılmasına 


 

 

484 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

nəzarət etməyə  və alınmış  məlumatların təshih olunmasına 



imkan verir. Ancaq hər halda, bütün bunlar tədqiqatçılara 

heç də həmişə mötəbər məlumatlar əldə etməyə və deməli, 

kifayət qədər dəqiq proqnozlar verməyə imkan yaratmır. 

Azərbaycanda seçki məntəqələrindən çıxarkən aparılan 

sosioloji sorğuların təşkili metodikası müxtəlif yanaşma-

lara əsaslanırdı. Məsələn, Mitrofsky İnternational, Edisson 

İnternational və CESSİ Ltd tərəfindən keçirilən exit-poll 

hər bir seçki məntəqəsində 100-150 respondentin sorğu 

obyekti kimi seçilməsini nəzərdə tuturdu. Özü də bu 

zaman seçim elə edilmişdi ki, hər bir seçicinin sorğuya 

cəlb edilmək ehtimalı var idi. Sorğu anketinə  səkkiz sual 

daxil edilmişdi, bütün respublika üzrə  həmin suallara 

cavab verməli olan respondentlərin sayı isə  təxminən 150 

min nəfər idi. 

Üç milli təşkilat – Azərbaycanda Vətəndaş Cəmiyyətinin 

İnkişafına Yardım Assosiasiyası (AVCİYA), Sosioloji 

Sorğular və Sosial-İqtisadi Proqnozlaşdırma Mərkəzi 

(QAFQAZ) və Sosial və Marketinq Araşdırmaları  Mərkəzi 

(SİAR) Mitrofsky İnternational və Edisson İnternationalın 

apardıqları exit-pollun həyata keçirilməsini lokal səviyyədə 

dəstəkləyirdi. 

USAID və PA Consulting tərəfindən təşkil olunan exit-

poll sistemi seçim nəticəsində 65 dairəni əhatə edirdi və hər 

dairədə 15 məntəqədə sorğu aparmaq planlaşdırılırdı. 

2006-cı ilin noyabrında keçirilmiş exit-poll açıq və demok-

ratik seçkilərin təmin edilməsinin həlledici məqamlarından 

biri oldu və Azərbaycan hökumətinin beynəlxalq normalara və 

standartlara uyğun seçkilər keçirmək iradəsini sübut etdi. 



 

 

485



3‐cü fəsil 

 

İnqilablardan 



təkamülə 

doğru: 


siyasi reallığı 

transformasiya 

edərkən 

 


Download 5.08 Mb.

Do'stlaringiz bilan baham:
1   ...   21   22   23   24   25   26   27   28   ...   41




Ma'lumotlar bazasi mualliflik huquqi bilan himoyalangan ©fayllar.org 2024
ma'muriyatiga murojaat qiling