Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən
Download 5.08 Mb. Pdf ko'rish
|
- Bu sahifa navigatsiya:
- S.Hantinqton
- Exit‐poll
Gənclər təşkilatları Gürcüstanlı və ukraynalı həmkarlarının təcrübəsini təkrar edən milli müxalifət gənclər təşkilatları yaratmağa başladı və düşünürdü ki, bunlar Serbiyadakı “Otpor”, Gürcüstandakı “Kmara” və Ukraynadakı “Pora” təşkilatlarının analoqu olmalıdır. Bu məqsədlər üçün siyasi cəhətdən naşı, çox vaxt ali təhsili, bəzən isə hətta tam orta təhsili olmayan oğlan və qızlardan istifadə edilirdi. Həmin gənc insanlar çox vaxt müxalifətin siyasi konyunktura alətinə çevrilirdilər. Parlament seçkiləri ərəfəsində Azərbaycanda bir neçə gənclər təşkilatı yaradılmışdı və onlar bu və ya digər siyasi təşkilata qoşulmuşdu və bilavasitə həmin partiyalar tərəfindən maliyyələşdirilirdi. Lakin intellektual potensialı aşağı olduğuna, üzvlərinin sayının azlığına və təşkilati baxımdan formalaşa bilmədiyinə görə onlar ölkədə ictimai- siyasi proseslərin inteqratoruna çevrilə və gənclərin böyük qruplarını müxalif ictimai-siyasi təşəbbüslərin ətrafında birləşdirə bilmədi. Həmin gənclər təşkilatları üçün sosial sifariş tələbələri radikal müxalifətin aksiyaları və mi- tinqlərinə cəlb etmək idi. Lakin Azərbaycan tələbələrinin “ümumdünya internet şəbəkəsinə səyahəti” siyasi oyunlardan
474 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
üstün tutması tələbə gənclərin iştirakı ilə əhəmiyyətli siyasi qarşıdurma təşkil etməyə imkan vermədi. Üstəlik, son bir neçə il ərzində hökumətin gördüyü tədbirlər tələbə gənclərdə gələcəyə inam üçün zəmin yaratmış və bir növ “sabit inkişaf” sindromu doğurmuşdu. Ona görə də belə bir şəraitdə mə- suliyyətsiz siyasi ritorika adamların yalnız məhdud dairəsi, hələ də yalançı sosial-siyasi meyillərin təsiri altında olan və yeni dövrün ruhunu dərk etməyən şəxslər üçün maraqlı idi. Ancaq hər halda, seçkilər ərəfəsində yaradılmış gənclər təşkilatlarının bəziləri ilə tanış olaq. “Dalğa” demokratik gənclər koalisiyası dörd müxalif gənclər təşkilatı tərəfindən yaradılmışdı. Təsisçilərinin dediyi kimi, koalisiyanın əsas məqsədi vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna kömək etməklə yanaşı, vətən- daşların hüquq və azadlıqlarının təmin olunması, gənclər təşkilatlarının azərbaycançılıq və dövlətçilik ideyaları ətrafında birləşdirilməsi və sair idi. Təşkilatın ideologiyası- nın hər hansı konkret məzmunu yox idi və ümumən, inqilabi ssenarilərin həyata keçirilməsinə yönəldilməmişdi. Bu gənc- lər koalisiyası “Yeni siyasət” blokuna yaxın idi və fəxri sədri seçilən E.Namazov koalisiyanı Qərbin müxtəlif fondlarının ayırdığı qrantlar hesabına maliyyələşdirməyə çalışırdı. Koali- siya öz ətrafında gənc intellektualları birləşdirməyə cəhd göstərirdi, lakin “Yeni siyasət” blokundan ciddi maliyyə dəstəyi ala bilməməsi onun taleyini irəlicədən müəyyən etdi. 2005-ci ilin martında İqtisad Universitetinin bir qrup tələbəsi adı yuxarıda çəkilən təşkilatla eyni olan gənclər təşkilatı – “Dalğa” yaratdı. Lakin yeni “Dalğa”nın əvvəlki ilə ümumi siyasi baxışları yox idi. Demokratikləşmə, azad və ədalətli seçkilər, vətəndaş cəmiyyəti və “xalq şüurunun”
475 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən formalaşdırılması uğrunda mübarizə kimi məqsədlər bəyan etməsinə baxmayaraq, təşkilat diqqəti xeyli dərəcədə tələ- bələrin hüquqlarının qorunmasına yönəldirdi. Bu məqsədlə Tələbələrin Hüquqlarını Müdafiə Komitəsi yaradılmışdı. Nəzərdə tutulduğuna görə, təşkilatda hakimiyyətə nifrət təbliğ olunmalı, etirazçı elektorata ideoloji qida verilməli idi. “Layihənin” müəllifləri V.Yuşşenkonun etirazçı elektoratı öz tərəfinə cəlb etməsinə imkan vermiş Ukrayna təcrübəsindən Azərbaycanda istifadə etməyə ümid bəsləyirdilər. Məlumdur ki, “narıncı” inqilabın başlanğıcında Yuşşenkonun elə bir əhəmiyyətli ictimai dəstəyi yox idi. Üstəlik, seçkilərə lap az qalanda etiraz elektoratının ona münasibəti qeyri-müəyyən olaraq qalmaqda idi. “Pora” gənclər təşkilatının fəaliyyəti də məhz etirazçı elektoratın və gənclərin “narıncıların” tərəfinə cəlb edilməsinə yönəldilmişdi. Bu gənclər təşkilatlarından gənclərin, o cümlədən tələbə və məktəblilərin forma- laşmamış şüuruna təsir göstərmək üçün istifadə olunurdu və onların müxalifətin kütləvi aksiyalarına cəlb edilməsi etirazlara kütləvilik xarakteri verirdi. Azərbaycandakı bəzi müxalifət partiyaları buna bənzər gənclər təşkilatları yaratmaqla oxşar siyasi effektə nail olmağa ümid bəsləyirdi. “Çağrı” Müsavat Partiyasının nəzarəti altında olan gənclər təşkilatı idi. Bu təşkilatın başçısı, Müsavat Partiyasının başqanı İsa Qəmbərin oğlu onu bir növ partiyanın gənclər qanadına çevirmişdi. Təşkilat Müsavat Partiyasının cavan üzvləri və tərəfdarlarından ibarət idi və yalnız radikal müxalifətin kütləvi aksiyalarında fəal iştirakı ilə fərqlənirdi. Bütünlükdə isə, bu gənclər təşkilatı aşkar siyasi çalarına görə uğur qazanmadı. Təşkilat və onun prinsipləri istər etirazçı elektoratı, istərsə də gənclər elektoratını cəlb etmirdi. “Çağrı” ölkənin siyasi məkanında öz yerini tapmağı bacar-
476 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
madı. Hətta Müsavat Partiyasının maliyyə dəstəyi də onu dağılmaqdan xilas etmədi. “Yeni fikir” gənclər təşkilatına AXCP-nin sədri Əli Kərimlinin həyat yoldaşının yaxın qohumu rəhbərlik edirdi. Müsavatın “Çağrı” təşkilatı kimi, bu təşkilat da gəncləri müxalifətin aksiyalarına fəal surətdə cəlb etmək üçün istifadə olunurdu. Lakin digər gənclər təşkilatlarından fərqli olaraq, “Yeni fikir”in AXCP-nin mətbu orqanlarından, – onların arasında “Bizim yol” qəzeti özünün radikalizmi ilə daha çox seçilirdi, – istifadə etməklə ictimai şüura təsir göstərmək vasitələri vardı. Lakin bu təşkilat onun rəhbəri Ruslan Bəşirlinin həbsindən sonra yaranmış qalmaqalla məşhurlaşdı. Ruslan Bəşirli 2005-ci il iyulun 29-da Tbilisidə şəxsi mənzildə Er- mənistan xüsusi xidmət orqanlarının nümayəndəsi Georgi İspryan ilə görüşdə bildirmişdi ki, onun təmsil etdiyi qüvvələr ABŞ Milli Demokratiya İnstitutunun göstərişi ilə hərəkət edir və bu qurumun rəhbərlərindən Azərbaycanda inqilaba hazırlıq barədə konkret tapşırıqlar alırlar. Bu söhbət Ermənistanın xüsusi xidmət orqanları tərəfindən videokasetə yazılmış və Bəşirlini onlarla əməkdaşlığa cəlb etmək üçün görüş iştirakçılarından birinə verilmişdi. Razı olmayacağı təqdirdə, onu həmin kaseti nümayiş etdirməklə hədə- ləmişdilər. “Yeni fikir” gənclər təşkilatının simasında milli müxa- lifətin saxta vətənpərvərliyinə jurnalistlər belə münasibət bildirmişdilər: “Bu savadsız əyalət adamının ölkədə vəziy- yətin sabitliyini pozmaq üçün pul alması barədə qəbzi necə imzaladığını görəndə bir çoxlarını müxalifətin hərəkət- lərindən məyusluq hissi bürüdü. Bu gəncin həmin planları
477 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən
ölkəmizin müxalifəti üçün qəpik-quruşa bərabər olan məb- ləğin, cəmi-cümlətanı 2 min dolların müqabilində həyata keçirməyə razılaşdığını biləndə də məyusluq yarandı. Özü də, elə müxalifətin də etiraf etdiyi kimi, rus dilində heç oxumağı da bacarmayan bu adamın üzərinə “Pora” və “Kmara”dan olan uşaqlara tapşırılana bənzər vəzifə qoyul- muşdu?! Məyusluq. Ruslan Bəşirlinin Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Mustafayevi və özünün müavini Səid Nuriyevi necə güdaza verdiyinin şahidi olduğumuz zaman qəlbimizi məhz bu hiss bürüdü. Bu müxalifətdən də biz demokratik dəyişikliklər uğrunda mübarizədə qətiyyət gözləyirik? Cavab əvəzinə, dərin məyusluq doğur. Nədənsə, məhz AXCP-nin sıralarında həddən çox problemlər ortaya çıxdığını xatırlayanda bu hiss daha da güclənir. Məhz bu partiyanı nə qədər tanınmış insanların tərk etdiyini xatırlamaq kifayətdir. Xatırladaq ki, həmin siyahıda Cəmil Həsənli, Əliməmməd Nuriyev, Asim Mollazadə var. Yaxud “Azadlıq” qəzetinin baş redaktoru
478 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
Qənimət Zahidovla bağlı hadisəni xatırlayaq, müxalifət bunda iqtidarı günahlandırırdı. Ancaq R.Bəşirlini ermənilərlə bir süfrədə yeyib-içməyə, qəbz imzalamağa iqtidar məcbur etmişdi? Yox. O, bunu özü müstəqil şəkildə etmişdi” 1 . AMİP-in lideri Etibar Məmmədov haqlıdır: “Bu hadisə istənilən siyasi təşkilat üçün silinməz ləkədir. Məncə, belə hərəkətə bəraət yoxdur. Bu məsələyə konkret siyasi təşkilat baxımından deyil, dövlətin mənafeləri və milli mənafelər ba- xımından yanaşmaq lazımdır. İqtidarı və ya müxalifəti təmsil edib-etməməsindən asılı olmayaraq, Ruslan Bəşirlinin hərə- kətlərinə münasibətdə hamının mövqeyi bir olmalıdır. Ona görə də xəcalət doğuran bu hərəkət pislənilməlidir. Bu, bizim millətimiz, dövlətimiz üçün də silinməz ləkədir, çünki həmin gənc azərbaycanlıdır, Azərbaycan vətəndaşıdır, Azərbaycan gənclərini təmsil etmək iddiasında olan şəxsdir” 2 . Hər şeydən göründüyü kimi, radikal müxalifət “milli mənafelər” anlayışına çox özünəməxsus şəkildə yanaşırdı. Əks halda, 2005-ci il avqustun 5-də Əli Kərimlinin Ermə- nistanın daşnakpərəst meyli ilə tanınan “Yerkir” teleşirkətinə müsahibə verməsini necə başa düşmək olar. AXCP liderinin müsahibə verməkdən ötrü nə üçün məhz Ermənistanın, üstəlik də millətçi erməni kütləvi informasiya vasitələrini seçməsini izah etmək çətindir. Digər müxalifət partiyasının – ADP-nin funksioneri Qur- ban Məmmədov Ruslan Bəşirli ilə bağlı hadisələrdən sonra keçirilmiş mətbuat konfransında özünün Ruslan Bəşirli məsələsinə münasibəti ilə milli müxalifətin satqınlığı haq- qında fikri təsdiqlədi. O, istehza ilə deyirdi ki, “ölkə özünün
1
2
http://www.day.az/news/politics/29384.html
479 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən belə səviyyədə çıxış edən, dünyada gedən proseslərdən və konfliktologiyadan bu cür baş çıxaran nümayəndəsinin olması ilə fəxr etməlidir”. Bəşirlinin iki min dollar məblə- ğində pul alması məsələsinə toxunan Q.Məmmədov mətbuat konfransında demişdir ki, əgər yerli biznesmenlər ölkənin demokratikləşməsinə vəsait ayırmırlarsa, onda siyasi müba- rizəni maliyyələşdirmək üçün alternativ mənbələr axtarmaq lazımdır. “Bəşirli pulu qaytarmaqda səhv etmişdir. Əgər al- mısansa, onu gənclərin problemlərinə xərcləmək lazım idi” 1 .
məqsədimiz antidemokratik təfəkkürə və şüura qanun çərçi- vəsində və demokratik metodların köməyi ilə “yox” demək, Azərbaycanda demokratiyanın qurulmasına kömək etmək, xalqa tam və həqiqi azadlıq vermək və bu qələbəni möh- kəmləndirmək üçün sürətli addımlarla demokratik dünyaya inteqrasiya olunmaqdır”. Elə həmin dövrdə daha bir gənclər təşkilatı yaranmışdı, lakin o, hökumətpərəst mövqelərdən çıxış edirdi. “İrəli” Ümumrespublika Hərəkatı Prezident İlham Əliyevin siyasi xəttinin – Azərbaycanın ərazi bütövlüyünün bərpasının dəstəklənməsini, habelə respublikanın modernləşməsi və dinamik inkişafında gənclərin iştirakını, gənc nəslin vətənpərvərlik ruhunun yüksəldilməsini fəaliyyətinin əsas prioriteti elan edən gənclər təşkilatı oldu. Mürəkkəb ictimai problemlərə obyektiv mövqedən öz münasibətini ifadə edən hərəkat tələbələrin hüquqları uğrunda mübariz, 2008-ci ilin seçkilərində Azərbaycan gəncliyini dövlətçiliyin, modernləş- dirmə xəttinin və islahatların davam etdirilməsinin xeyrinə həlledici söz deməyə inandırmağa qadir olan ictimai-siyasi struktur imici qazana bildi.
1
www.day.az
480 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
“
“
”
2003-cü ildə qəbul edilmiş Seçki Məcəlləsinin təkmilləş- dirilməsi parlament seçkiləri qabağı seçki kampaniyasının əsas diskussiya aspektlərindən biri oldu. Gündəliyə əks- elitanın həllinə nail olmağa çalışdığı üç məsələ qoyulmuşdu: 1) dairə və məntəqə seçki komissiyalarının formalaşdırıl- ması; 2) seçici siyahılarının tərtibi; 3) seçicilərin barmaq- larının mürəkkəblə rənglənməsi. Müxalifət dairə və məntəqə seçki komissiyalarının bəra- bər əsasda formalaşdırılmasını tələb edirdi. Lakin mövcud Seçki Məcəlləsi Avropa Şurasının ekspertləri tərəfindən bə- yənilmişdi və dairə və məntəqə seçki komissiyalarının formatının dəyişdirilməsinin zəruriliyi məsələsi ortadan çıxdı. Müxalifət funksionerləri deyirdilər ki, “biz tələb edirik ki, seçki komissiyaları siyasi inhisardan çıxarılsın, heç bir siyasi qüvvə burada üstünlüyə malik olmasın” 1 . Müxalifətin iqtidara qarşı irəli sürdüyü digər ittiham bu idi ki, o, Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair Venesiya Komissi- yasının tövsiyələrini yerinə yetirmir. 2005-ci ilin iyununda ATƏT-in Demokratik Təsisatlar və İn- san Hüquqları Bürosunun və Avropa Şurasının Venesiya Ko- missiyasının tövsiyələri əsasında Seçki Məcəlləsinin 43 maddə- sinə əlavə və dəyişikliklər edildi. O cümlədən Seçki Məcəl- ləsinin “Seçki kampaniyasının fəaliyyətində aşkarlıq” adlanan 40-cı maddəsi də dəyişdirildi. Həmin dəyişikliyə əsasən, müşa- hidəçilərə seçkilər başa çatandan dərhal sonra yekun protokol- ları ilə digər sənədlərlə tanış olmaq hüququ verilirdi.
1
481 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən Seçkilərin şəffaflığını təmin etmək üçün “seçici vəsiqəsin- dən” istifadə olunması təklif edilirdi ki, bu da seçicinin təkrar səsvermədə iştirakı nəticəsində səslərin saxtalaşdırılmasının mümkünlüyünü istisna edirdi. Bu, “bir seçici, bir səs” formu- lunun maneəsiz işləməsini təmin etmək cəhdindən xəbər verirdi. Digər bir yenilik seçkiqabağı mübarizəyə başlamaq üçün tələb edilən imzaların sayının 2000-dən 450-yə endi- rilməsi oldu. Bundan əlavə, namizədin depozitlə qeydiyyata alınması üçün tələb olunan maliyyə vəsaiti 2500 ABŞ dollarına endirildi. Seçkiqabağı prosesi keyfiyyətcə yaxşılaşdırmaq, yerli özünüidarə və icra hakimiyyəti orqanlarının işinin səmə- rəliliyini yüksəltmək məqsədi ilə Prezident İlham Əliyev 2005-ci il mayın 11-də “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” Sərəncam imzaladı. 2005-ci il oktyabrın 25-də isə Prezident “Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər haqqında” Sərəncam imzaladı. Prezidentin birinci Sərəncamı milli müxalifətə əhə- miyyətli təsir göstərdi və ümumən, Azərbaycanda seçkiləri ifratçılıqla izləyən beynəlxalq təşkilatlar üçün xoş sürpriz oldu.
Prezidentin ikinci, 2005-ci il oktyabr tarixli Sərəncamı ilə Milli Məclisə təklif olunmuşdu ki, nizamnamə kapitalında xarici fiziki və hüquqi şəxslərin payı 30 faizdən artıq olan və yaxud başqa cür maliyyələşdirilən qeyri-hökumət təşkilat- larının seçkiləri müşahidə etməsinə qadağanın götürülməsi məsələsini müzakirə etsin. Bu, bir çox qeyri-hökumət təşkilatlarına Azərbaycan Respublikasında keçirilən prezi-
482 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
dent, parlament və bələdiyyə seçkilərini izləməyə imkan verirdi. Bütövlükdə isə, bu qərar respublikada vətəndaş cə- miyyətinin formalaşmasına mühüm töhfə oldu. Seçkilərin şəffaflığı üçün daha mükəmməl şərait yaratmaq məqsədi ilə elə həmin Sərəncamla seçicilərin barmaqlarını rəngləməkdən ötrü gözə görünməyən mürəkkəbdən istifadə olunması və bu məsələnin qanunvericilik qaydasında nəzərdən keçirilməsi təklif edilirdi. Hər iki Sərəncam ədalətli və açıq seçkilər keçirməyə hazır olan ölkə kimi Azərbaycanın imicinə xeyli müsbət töhfə verdi. Yüksək səviyyəli xarici qonaqlarla və səfirlərlə bilavasitə və tez-tez görüşərkən vaxtında atılan və siyasi gərginliyin azaldılmasına kömək göstərən, eyni zamanda, təmiz və demokratik seçkilərin keçirilməsini təmin edən belə bir addım haqqında xoş rəylər eşitmişik. Azərbaycanın seçki praktikası tarixində ilk dəfə olaraq, bütün seçicilərin siyahıları internetdə yerləşdirildi və onun vasitəsilə ümumdünya şəbəkəsinin istifadəçiləri özləri haq- qında məlumatları tapa və səs verəcəkləri seçki dairəsini dəqiq öyrənə bilirdilər. Üstəlik, namizədlərə ayrılan efir vaxtı Azərbaycanda əvvəlki seçkilərdə verilən efir vaxtından ümumən çox idi. Bu yeniliklər parlament seçkilərini daha açıq şəraitdə keçirməyə kömək edirdi.
Seçki məntəqələrindən çıxarkən sosioloji sorğuların – exit-pollun təşkili və keçirilməsi 2005-ci ilin parlament seçkilərində mühüm yeni element oldu. Bu sorğu res- pondentin anonimliyi saxlanılmaqla, səsvermənin yekun-
483 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən larını və seçicilərin kimə rəğbət bəslədiyini izləməyə im- kan verirdi. Azərbaycanın tarixində exit-pollun keçirilməsi ilk dəfə hökumətlə razılaşdırılaraq və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin – USAID-in texniki və maliyyə dəstəyi ilə dövlət səviyyəsində təşkil olunmuşdu. Bu tədbirin əhəmiyyəti iqtidarın şəffaf seçkilər keçirilməsinə marağının səviyyəsi ilə müəyyən edilirdi. Oxşar sorğular Azərbaycanda parlament seçkilərini müşahidə etmək istədiklərini bildirən bir sıra digər təşkilatlar tərəfindən də keçirilmişdi. Onların arasında Amerikanın Mitrofsky İntenational, Edisson İnternational və Estoniyanın SAAR- poll təşkilatları da vardı. Təbii ki, seçki məntəqələrindən çıxarkən keçirilən sosioloji sorğu cavabın qərəzsizliyinə və dəqiqliyinə təminat verə bilməz. Səslərin hesablanması və iştirakçıların seçilməsi sistemi də nöqsansız deyildir. Lakin bu, seçicilərin səslərinin namizədlər arasında təxmini bölüşdürülməsinin mənzərəsini aşkar etməyə imkan verir. Exit-pollun müasir beynəlxalq praktikası sorğular ke- çirilməsinin müxtəlif metodlarından istifadəyə, o cümlədən respondentlərin norma hesabı ilə, yaxud təsadüfən seçilməsi metoduna əsaslanır. Lakin istənilən halda, exit-poll məlu- matların işlənilməsində mükəmməl və kifayət qədər baha başa gələn telekommunikasiya texnologiyaları və metod- larından istifadə edən, seçicilərin elektoral davranışının qa- nunauyğunluqları və tiplərini bilməkdən ibarət olan ekspress sorğulardır. Ən başlıcası isə, araşdırmaların bütün mərhələlərində tədqiqatçıların sərəncamında elektoratın sosial-demoqrafik profili haqqında informasiya-məlumat bankı olur, bu isə seçmə məlumatlarının reallaşdırılmasına
484 Ramiz Mehdiyev
Demokratiya yolunda: irs haqqında düşünərkən
nəzarət etməyə və alınmış məlumatların təshih olunmasına imkan verir. Ancaq hər halda, bütün bunlar tədqiqatçılara heç də həmişə mötəbər məlumatlar əldə etməyə və deməli, kifayət qədər dəqiq proqnozlar verməyə imkan yaratmır. Azərbaycanda seçki məntəqələrindən çıxarkən aparılan sosioloji sorğuların təşkili metodikası müxtəlif yanaşma- lara əsaslanırdı. Məsələn, Mitrofsky İnternational, Edisson İnternational və CESSİ Ltd tərəfindən keçirilən exit-poll hər bir seçki məntəqəsində 100-150 respondentin sorğu obyekti kimi seçilməsini nəzərdə tuturdu. Özü də bu zaman seçim elə edilmişdi ki, hər bir seçicinin sorğuya cəlb edilmək ehtimalı var idi. Sorğu anketinə səkkiz sual daxil edilmişdi, bütün respublika üzrə həmin suallara cavab verməli olan respondentlərin sayı isə təxminən 150 min nəfər idi. Üç milli təşkilat – Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA), Sosioloji Sorğular və Sosial-İqtisadi Proqnozlaşdırma Mərkəzi (QAFQAZ) və Sosial və Marketinq Araşdırmaları Mərkəzi (SİAR) Mitrofsky İnternational və Edisson İnternationalın apardıqları exit-pollun həyata keçirilməsini lokal səviyyədə dəstəkləyirdi. USAID və PA Consulting tərəfindən təşkil olunan exit- poll sistemi seçim nəticəsində 65 dairəni əhatə edirdi və hər dairədə 15 məntəqədə sorğu aparmaq planlaşdırılırdı. 2006-cı ilin noyabrında keçirilmiş exit-poll açıq və demok- ratik seçkilərin təmin edilməsinin həlledici məqamlarından biri oldu və Azərbaycan hökumətinin beynəlxalq normalara və standartlara uyğun seçkilər keçirmək iradəsini sübut etdi.
485 3‐cü fəsil
İnqilablardan təkamülə doğru:
siyasi reallığı transformasiya edərkən
Download 5.08 Mb. Do'stlaringiz bilan baham: |
ma'muriyatiga murojaat qiling